Məhkəmə qərarları › İş №2(102)-5492/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5492/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5492/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5492/21 (Açar sözlər: pul məbləğinin geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 06 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili X7 oğlunun, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehl ər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul məbləğinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair və iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi tələbi”nə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1586/2021 nömrəli, 09 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətlərinə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi iddiası

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul məbləğinin geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməs i” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 384.000 ABŞ dolları, Cavabdeh2 200.000 ABŞ dolları, maddi ziyan olaraq 17.520 ABŞ dolları, mənəvi zərərə görə isə 1.000 manat olmaqla, ümumilikdə 601.520 ABŞ dolları məzənnə üzrə ödəmə gününə manatla pulun və 1.000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırıb ki, iddiaçı cavabdehləri uzun illərdir ki, tanıyır və onun bu xalaoğlu olan cavabdehlərlə yoldaşlıq münasibətləri olmuşdur.

3. Cavabdehlərin 2011-ci ildən ticari işlərində problemləri yarandığı üçün etdikləri müraciətlər əsasında iddiaçı ayrı-ayrı vaxtlarda borc olaraq cavabdehlərə pul vermişdir. Aralarında olan səmimi münasibətləri nəzər alaraq şifahi razılaşmaya əsasən müəyyən ö hdəlik münasibətləri yaranmış, həmin şəxslər iddiaçıdan ümumilikdə 584.000 ABŞ dolları, yəni 905.200 manat pul götürmüşlər.

4. Cavabdehlər götürdükləri pul məbləğlərinin mövcudluğunun təsdiqlənməsi məqsədi ilə özlərinin xətti və imzası əsasında tərtib olunmuş sadə yazılı qəbzlər tərtib edərək iddiaçıya vermiş və pul öhdəliyinin müxtəlif vaxtlarda qaytarılacağına söz vermişlər.

5. Hətta bu müddət ərzində iddiaçının gözləməsi üçün əldə etdikləri əmlakların sənədlərini verməklə pulları qaytaracaqlarına iddiaçını inandırmışlar.

6. Cavabdehlər 07 noyabr 2014-cü il də ümumilikdə 3.600 ABŞ dolları iddiaçıya qaytarmışlar. Lakin aradan neçə müddət keçməsinə baxmayaraq borclular verməli olduqlarl pul məbləğini qaytarmamış və hər dəfə pulu cavabehlərdən tələb etdikdə “yoxumuzdur, biraz da gözlə verəc əyik” deyərək iddiaçını aldatmışlar.

7. Pulun cavabdehlər tərəfindən ödənilməməsi səbəbindən iddiaçının cavabdehlərlə münasibətləri pozulmuş və Daxili İşlər Nazirliyinə etdiyi şikayət ərizəsi əsasında iddiaçıya məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

8. Cavabdehlərin yazdığı qəbzlərdən də aydın şəkildə görünür ki, borclulardan Cavabdeh1 03 oktyabr 2011-ci il tarixdə 30.000 ABŞ dolları, 25 oktyabr 2011-ci il tarixdə 30.000 ABŞ dolları, 27 noyabr 2011-ci il tarixdə 10.000 ABŞ dolları, 13 dekabr 2011-ci il tarixdə 17.500 ABŞ dolları, 03 yanvar 2012-ci il tarixdə 8.500 ABŞ dolları, 04 yanvar 2012ci il tarixdə 10.000 ABŞ dolları, 11 yanvar 2012-ci il tarixdə 15.000 ABŞ dolları, 21 yanvar 2013-cü il tarixdə 28.000 ABŞ dolları, 05 iyun 2013-cü il tarixdə 30.000 ABŞ dolları, 16 iyun 2013- cü il tarixdə 70.000 ABŞ dolları, 16 iyun 2013-cü il tarixdə 60.000 ABŞ dolları və 21 mart 2013-cü il tarixdə 75.000 ABŞ dolları, ümumilikdə 384.000 ABŞ dollar, Cavabdeh2 isə 21 fevral 2012-ci il tarixdə 20.000 ABŞ dolları, 27 yanvar 2012-ci il tarixdə 20.000 ABŞ dolları, 21 sentyabr 2012-ci il tarixdə 20.000 ABŞ dolları, 21 mart 2013-cü il tarixdə 75.000 ABŞ dolları, 16 iyun 2013-cü il tarixdə 65.000 ABŞ dolları, ümumilikdə 200.000 ABŞ dolları ondan borc pul götürmüşlər. Həmin şəxslərin borcu ümumilikdə 584.000 ABŞ dolları məbləğindədir. Bu borcdan yalnız 3.600 ABŞ dolları poçt vasitəsi ilə göndərilmiş və qalan məbləğ geri verilməmişdir.

9. İddiaçıda olan məlumata görə cavabdehlərin aldığı borcu ödəmək üçün kifayət qədər əmlakları vardır. Həmin əmlakların sənədləri də iddiaçıya verilmişdi r. Lakin cavabdehlər qərəzli mövqe nümayiş etdirərək, aldıqları borcu ödəməkdən qəsdən yayınırlar. Cavabdehlər səkkiz ilə yaxındır ki, borclarını ödəməmiş və iddiaçıya külli miqdarda ziyan vurmuşlar. Buna görə də ödənilməyən əsas borc 584.000 ABŞ dolları və həmin borcu bir il ərzində gecikdirdiklərinə görə (borc dollarla olduğu üçün) 3% bank uçot dərəcəsi və əldən çıxmış fayda olaraq 17.520 ABŞ dolları, ümumilikdə 601.520 ABŞ dolları cavabdehlərdən alınıb iddiaçıya verilməlidir.

10. İddiaçı pulu hissə-hissə 2011-ci ilin oktyabr ayından etibarən təxminən 1 il ərzində vermiş və cavabdehlər 1 il ərzində pulu qaytarmalı idilər. Hər dəfə pul götürülərkən cavabdehlər tərəfindən qəbz yazılmışdır. Həmin qəbzlərin sayı xeyli miqdarda olduğundan borc məbləğinin cəmləşdirilib bir qəbzdə yazılmasını cavabdehlər təklif etmişdir. Odur ki, iddia ərizəsinə əlavə edilmiş qəbzlərdəki tarixlər 2012-2013-cü il göstərilmişdir. İlkin tərtib edilmiş qəbzləri cavabdehlər cırıb atmışdır.

11. Cavabdehlər razılaşmalarına görə iddiaçıdan aldıqları borc pulu 1 il ərzində, yəni 2012-ci ilin oktyabr ayında qaytarmalı idilər. Həmin vaxt iddiaçı pulunu tələb etdikdə cavabdehlər bankdan kredit götürüb borclarını qaytarcaqlarını demişlər. Sonra isə kreditin alınmadığını, torpaq və mağazalarını satıb borcu ödəyəcəklərini demişlər. 2014-cü ilədək hər dəfə bir bəhanə gətirərək borcu qaytarmaqdan yayınmışlar.

12. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 329, 332, 385.1, 421.3, 425.1, 442, 443.1 və 443.3-cü maddələrinə istinad etmişdir.

13. Cavabdehlər iddiaçının istinad etdiyi qəbzlərdə olan imzaların və xəttin onlara məxsus olmamasını bildirib, xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmiş və iddiaya etiraz etmişlər.

14. Cavabdeh1 etirazın dəlillləri: - iddiaçı faizə pul verən şəxsdir. 90-cı illərin axırından 2000-ci illərin əvvəlinə kimi iddiaçıdan xırda məbləğdə, yəni 3 min-5 min ABŞ dolları borca pul götürüb faizi ilə də qaytarıb; - 2008-ci ilə kimi iddiaçı ilə şərik olub. 2008-ci ildən sonra iddiaçıdan borc almayıb.

15. Cavabdeh Elburuc Şirinzadənin etirazın dəlillləri: - iddiaçını 1995-ci ildən tanıyırlar. Digər cavabdeh Elsevərlə birgə iddiaçıdan xırda məbləğdə faizlə pul götürüb qaytarıblar. Borc alarkən qəbz tərtib olunsa da, borcu qytararkən qəbzdə qeyd olunmurdu; - iddiaçının istinad etdiyi qəbzlər onlar tərəfindən yazılmayıb; - polisdə izahat verərəkən 135000 ABŞ dollar ı borclu olmasını deməyib; - əvvəllər iddiaçıdan aldığı az məbləğdə borcundan qalıq qalan 3600 ABŞ dollarını da aprtıq ödəyib; - 2011-ci ildə və sonrakı illərdə onların heç biri iddiaçıdan borc almayıb.

16. Birinci instansiya məhkəməsi 14 dekabr 2018-ci il tarixli qərardadla iş üzrə xətşünaslıq ekspertizası təyin etmiş və ekspert qarşısında iddiaçının istinad etdiyi 18 ədəd qəbz və 1 müqavilədəki imzanın cavabdehlər tərəfindən icra edilib edilməməsi barədə suallar qoyulmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2019-cu il tarixli, 634 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş qəbzlərdəki imzalar Cavabdeh2 və X2 tərəfindən icra olunmuşdur. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi iddiası

18. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xeyrinə olaraq Cavabdeh2 alınan 21 mart 2013-cü il tarixli, 16 iyun 2013-cü il tarixli, 21 sentyabr 2012-ci il tarixli, 21 dekabr 2011-ci il tarixli, 27 yanvar 2012-ci il tarixli və X1 alınan 11 yanvar 2012-ci il tarixli, 25 noyabr 2011-ci il tarixli, 03 oktyabr 2011-ci il tarixli, 28 noyabr 2011-ci il tarixli, 13 dekabr 2011-ci il traixli, 03 yanvar 2012-ci il tarixli, 04 yanvar 2012-ci il tarixli, 16 iyun 2013-cü il tarixli, 16 iyun 2013-cü il tarixli, 21 mart 2013-cü il tarixli və 05 iyun 2013-cü il tarixli qəbzlərin bilə-bilə yalan məlumat verməklə bağlandığından etibarsız hesab edilməsi barədə qətn amə çıxarılmasını xahiş etmişlər

19. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı onlara qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh1 384.000 ABŞ dolları, Cavabdeh2 200.000 ABŞ dolları olmaqla, ümumilikdə 584.000 ABŞ dolları məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı pul tələbinin əsası kimi guya ki, onlara borc pul verərək qəbzlərlə rəsmiləşdirmiş və onlar ona imza edərək borclu olduqlarını bildirmişlər.

20. Lakin onların ümumilikdə İddiaçı 13.500-14.000 borcu vardır. Bu, Daxili İşlər Nazirliyində aparılan araşdırma zamanı bir daha sübut olunmuşdur. İddiaçı faizə pul verən şəxs olmaqla çoxlu sayda insanları bu şəkildə aldadaraq pul qaytarıldıqdan sonra qəbzləri atmamış və insanları aldatmaqla onlardan yenidən əlavə pul tələb etməklə məşğuldur.

21. Cavabdeh2 Ağasalam oğlundan alınan 21 mart 2013-cü il tarixli, 16 iyun 2013cü il tarixli, 21 sentyabr 2012-ci il tarixli, 21 dekabr 2011-ci il tarixli, 27 yanvar 2012-ci il tarixli və Cavabdeh1 alına 11 yanvar 2012-ci il tarixli, 25 noyabr 2011-ci il tarixli, 03 oktyabr 2011-ci il tarixli, 28 noyabr 2011-ci il tarixli, 13 dekabr 2011-ci il traixli, 03 yanvar 2012-ci il tarixli, 04 yanvar 2012-ci il tarixli, 16 iyun 2013-cü il tarixli, 16 iyun 2013-cü il tarixli, 21 mart 2013-cü il tarixli və 05 iyun 2013-cü il tarixli qəbzləri əsas gətirərək İddiaçı əsassız olaraq onlardan külli miqdarda pul vəsaiti tələb edir. Həmin qəbzlərə fikir verilsə, aydın olar ki, bir çox qəbzlər ayın eyni günündə verilmişdir. Bu, bir daha verilmiş pulların faizə verilməsini göstərir. 2

2. Cavabdeh həmin qəbzləri onlara imzaladaraq boş saxlamış və ora istədiyi rəqəmi yazaraq doldurmuş, Hacı Bahadur adlı şəxsə göstərəcəyini bildirmiş, pulunu ödədikdən sonra isə həmin qəbzləri atmayaraq yenidən onlardan həmin qəbzlər əsasında pul tələb etmişdir. Onlar mülki işin gedişində qəbzlərin saxlanıldığını, atılmadığını öyrənmişlər. Bir daha İddiaçı tərəfindən digər vətəndaşlar kimi aldadıqlarını başa düşmüşlər.

23. Hazırda həmin qəbzlərin heç bir hüquqi əsası yoxdur, həmin qəbzlərdə göstərilən məbləğlər reallığı əks etdirmir. Heç bir vəzifəsi, əmlakı olmayan adamın tanımadığı şəxslərə heç bir rəsmi müqavilə olmadan bu məbləğdə vəsaiti bir kağız parçasına yazaraq verməsi inandırıcı deyil.

24. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 tələblərinin hüquqi əsası kimi Mülki Məcllənin 339.1 və 33 9.4-cü maddələrinə istinad ediblər.

25. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-1113/2020 nömrəli mülki iş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-9/2020 saylı mülki işlə əlaqəli olduğundan həmin işlərin birləşdirilməsi, onlara birgə baxılması məsələsinin həll edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.

26. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə veriblər. Ərizə belə əsaslandırılıb ki, İddiaçının istinad etdiyi qəbzlərin tarixi 2011-2012-ci illər göstərilib. İddiaçı məhkəməyə 2016-cı ildə müraciət etməklə 3 illik iddia müddətini ötürüb.

27. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh2 196.400 (bir yüz doxsan altı min dörd yüz) ABŞ dolları məbləğində, Cavabdeh1 isə 384.000 (üç yüz səksən dörd min) ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia digər hissədə təmin edilməmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası isə təmin edilməm işdir.

28. Birinci instansiya məhkəməsi işdəki sübutalara, o cümlədən cinyaət işinin başlanmasının rədd edilməsi barədə qərarlara istinadən müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri olmuş, Cavabdeh1 müxtəlif tarixlərdə qaytarmaq şərti ilə iddiaçıdan cəmi 384.000 ABŞ dolları məbləğində borc pul almış, bununla bağlı cavabdeh iddiaçıya iltizamlar vermiş, lakin aldığı borc məbləğini bu günədək iddiaçıya qaytarmamışdır. Digər Cavabdeh2 da müxtəlif tarixlərdə qaytarmaq şərti ilə iddiaçıdan cəmi 200.000 ABŞ dolları məbləğində borc pul almış, bununla bağlı cavabdeh iddiaçıya iltizamlar vermiş, həmin məbləğdən 3.600 ABŞ dolları həmin vaxt mövcud olan məzənnə nəzərə alınmaqla manatla iddiaçıya qaytarılmış, lakin qalan borc məbləğini bu günədək iddiaçıya qaytarmamışdır. Cavabdehləri n vəsatəti əsasında keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən həmin iltizamlarda olan imzaların cavabdehlərə məxsus olduğu müəyyən edilmiş, lakin cavabdehlərin iki vərəqədə çap hərfi şəklində icra olunmuş xətt nümunələri təqdim olunduğundan və kiril qrafikası ilə adi yazı qaydasına uyğun xətt nümunələri təqdim olunmadığından tədqiq olunan qəbzlərdəki yazılar üzrə tədqiqat işi aparılmamışdır. Bundan əlavə, Cavabdeh1 2014-cü ildə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsində verdiyi izahatında iddiaçıdan ümumilikdə 140.000 ABŞ dolları, digər Cavabdeh2 isə 135.000 ABŞ dollar aldığını bildirmişlər. Həmçinin, cavabdehlər iltizamların onlar tərəfindən yazılmadığını bildirsələr də, 2016-cı ildə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatlarında həmin iltizamları iddiaçının təhdidi altında yazdıqlarını bildirmiş, lakin aparılmış araşdırma zamanı bu xüsusat öz təsdiqini tapmamışdır.

29. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını iltizamda nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da razılığın şərtlərini pozmuşlar. Buna görə də cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borclarını iddiaçıya ödəməlidirlər.

30. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbqi barədə ərizə üzrə qiymətləndirmə apararaq qeyd edib ki, Cavabdeh2 tərəfindən ididaçıya olan borcund an 07 noyabr 2014-cü il tarixdə 3.600 ABŞ dolları məbləğində ödəniş edildiyindən, yəni borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən, iddia müddəti həmin tarixdən başlamışdır. Digər Cavabdeh1 tərəfindən imzalanmış iltizamlarda isə 75.000 ABŞ dolları məbləğində borcun 21 sentyabr 2013-cü il tarixdə qaytarılacağı, 60.000 ABŞ dolları məbləğində borcun 16 iyun 2014-cü il tarixdə qaytarılacağı, 70.000 ABŞ dolları məbləğində borcun 16 iyun 2014-cü il tarixdə qaytarılacağı, 30.000 ABŞ dolları məbləğində borcun 05 avqust 2013-cü il tarixdə qaytarılacağı, 28.000 ABŞ dolları məbləğində borcun 21 mart 2013-cü il tarixdə qaytarılacağı göstərilmişdir. 2011-2012-ci illərdə qaytarılmalı olduğu borclarla bağlı isə müqavilə” adlı sənədi imzalamaqla iddiaçıya olan borcunun ödənilməsi üçün 21 avqust 2 013-cü il tarixədək ona vaxt verildiyini bildirmişdir. İddiaçı hazırki iddiasını 28 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmiş, ərizə 06 yanvar 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Bununla da iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulan üç illik iddia müddəti ötürülməmişdir

31. İddiaçı iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, iddiaçı ona maddi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

32. Birinci instansiya məhkəməsi E.Abdulsalamov və E.Şrinzadənin iddia tələbləri üzrə müəyyən edib ki, iddiaçılar cavabdeh tərəfindən aldadıldıqlarını, habelə məcburetmə nəticəsində qəbzləri imzaladıqlarını iddia etsələr də, bununla bağlı hər hansı möt əbər sübutu məhkəməyə təqdim etməmişlər. Bundan əlavə, mübahisələndirilən qəbzlərin etibarsız hesab edilməsinə dəlalət edən hallar olsaydı belə, iddiaçılar tərəfindən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddət də ötürülmüşdür.

33. Birinci instansiya məhkəməsi İddiaçı iddiası üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 375.2, 380.1, 380.2, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.2, 445.2.1, 448.1, 739 və 882.1-ci, E.Abdulsalamov və E.Şrinzadənin iddia tələbləri üzrə isə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 339.4, 354.1 və 354.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. İddiaçılar (cavabdehlər) Cavabdeh 2 və Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, İddiaçı iddiasının rədd, öz iddialarının təmin edilməsini xahiş etmişlər.

35. Apellyasiya şikayətinin dəlilləri: - İddiaçı borc verməsi ilə bağlı sübut kimi qəbzləri təqdim etmişdir, həmin qəbzlər isə olduqca ziddiyyətlidir, çünki, İddiaçı özü izahatında da cavabdehlərə qəbzlərdə göstərilən tarixlərdə pul vermədiyini, sadəcə əvvəlki borclarını toplayaraq sonradan qəbzləri imzalatdığını desə də, rayon məhkəməsi həmin qəbzlərə istinadən cavabdehlərdən pul tutmuşdur; - İddiaçı öz izahatları ziddiyyətli və mücərrəd olmuş, buna görə də həmin qəbzlərlə pulun verilməsi müəyyən oluna bilməz. Belə ki, qəbzlərdəki imza onlara məxsus olsa da, qəbzlərdəki yazı onlara məxsus deyil, çünki onlar latın qrafikasında yazırlar, qəbzdəki yazı isə kri l qrafikası ilə yazılmışdır, rayon məhkəməsində müvafiq ekspertiza keçirilsəydi, həmin qəbzlərin onlar tərəfindən yazılmadığı da məlum olardı, onların tələbinə baxmayaraq rayon məhkəməsi ekspertiza keçirməkdən imtina etmişdir; - bundan əlavə, rayon məhkəməsi iddiaçının sələmçi olmasını, hazırda tələb etdiyi pulun faizin faizi olmasını, buna dair təqdim olunmuş çoxsaylı sübutlara, polisdə aparılmış araşdırma materiallarına əhəmiyyət verməmiş, sübutlara qiymət verərkən isə qərəzsiz və obyektiv olmamış, maddi və prosessual normaların tələblərinə əməl etməmiş və nəticədə də onların hüquqlarını pozan əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1586/2021 nömrəli, 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 15000 (on beş min) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə), Cavabdeh2 15000 (on beş min) ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) alınaraq İddiaçı verilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, Anar Tanrıvediyev)

37. Apellyasiya məhkəməsi qeyd edib ki, hazırkı halda iddiaçının cavabdehlərə qarşı borc tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin norm anın tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. İddiaçı hazırkı iddia tələbində borc müqaviləsinə istinad edərək Cavabdeh1 384.000 ABŞ dolları, Cavabdeh2 isə 200.000 ABŞ dolları məbləğində borcun (törəmə tələblərlə birlikdə) qaytarılmasını tələb edir. İddiaçı hazırkı iş üzrə tələbində istinad etdiyi hallara dair sübut kimi məhkəməyə öz izahatını, 19 ədəd qəbz və DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsi tərəfindən 06 sentyabr 2014-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarı təqdim etmişdir. Cavabdehlər isə iddiaya etiraz edərək bildirirlər ki, iddiaçı ilə 90-cı illərdə işgüzar münasibətləri olmuş, yalnız 2008-ci ildə ondan borc almışlar, həmin borcu da qaytarmışlar, indi onlardan istənilən pul həmin borcun faizinin şişirdilmiş faizidir, onların iddiaçıya hər hansı borcu yoxdur, iddiaçının izahatı mücərrəd, ziddiyyətli və qeyri-müəyyəndir, onun təqdim etdiyi qəbzlər yalan və hədə-qorxu ilə onlara imzalatdırılmış və ilkin qəbzlər cırılıb atıldığından sonra quraşdırılmışdır, həmin qəbzlər də ziddiyyətli olmaqla əhəmiyyətsiz və etibarsızdır, istintaq orqanının 16 aprel 2016-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarında əks olunmuş məlumatlar isə iddiaçının mənafeyinə uyğunlaşdırılmış və aşkar təhrif olunmuş məlumatlardır, iddiaçı sələmçiliklə məşğuldur.

39. Apellyasiya məhkəməsi göstərib ki, iddiaçının borc tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim etdiyi sübutlar hər biri ayrı-ayrılıqda, həm də cavabdehlərin bununla bağlı etirazlarının əsası kimi istinad etdiyi hallara dair sübutlarla birlikdə tədqiq olunmalıdır.

40. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının Cavabdeh1 384.000 ABŞ dolları, Cavabdeh2 200.000 ABŞ dolları məbləğində borc verməsi barədə razılaşmanın olmasına dair izahatları olduqca ümumi olmuş, o, cavabdehlərdən hansına və konkret olaraq hansı tarixdə, hansı məbləğdə və hansı şərtlərlə borc verməsini məhkəməyə dəqiq bildirə bilməmiş, bununla bağlı verilən suallara “dəqiq yadımda deyil, hamısı qəb zlərdə yazılıb” məzmunlu cavablar vermişdir, iddiaçının rayon məhkəməsində verdiyi izahatlar da olduqca qeyri-müəyyən və ziddiyyətli olmuşdur. Belə ki, Binəqədi Rayon Məhkəməsində işə baxılan zaman 14 dekabr 2018-ci il tarixli məhkəmə iclasında iddiaçı izahatında özü aşağıdakıları qeyd etmişdir:”...2011-ci ildə... cavabdehlər məndən iş görmək adı ilə hissə-hissə olmaqla ümumilikdə, 584000 ABŞ dolları pul alıblar. Aramızda olan səmimi münasibətə görə şifahi olaraq razılaşmışlar, lakin onlar hər pul götürəndə yazılı şəkildə qəbz imzalayıblar, özlərinə, qohumlarına məxus əmlakların sənədlərini mənə verməklə məni pulu qaytaracaqlarına inandırıblar. Onlar pulu aldıqdan sonra bir il ərzində qaytaracaqlarını desələr də, borcu qaytarmadılar....Mən pulu hissə olmaqla 2011-ci il oktyabr ayından eti barən təxminən bir il ərzində vermişəm. Hər dəfə pul götürülərkən cavabdehlər tərəfindən qəbz yazılırdı, sonra qəbzlərin sayı xeyli olduğu üçün borc məbləğinin cəmləşdirilib bir qəbzdə yazılmasını cavabdehlər təklif etdi, ona görə iddia ərizəsinə əlavə edilmiş qəbzlərin tarixləri 2012-2013-cü illər göstərilib. İlkin tərtib edilmiş qəbzləri cavabdehlər cırıb atıb....Cavabdehlərə pulu həmişə öz evimdə vermişəm, bu barədə ancaq ailə üzvlərim bilirdi....Mən 2013-cü ildə cavabdehlərə borc pul verməmişəm. 16 iyun 2013-cü il tarixdə cavabdehlərə bir dəfəyə nə 60000, nə də 70000 ABŞ dolları pul verməmişəm. Əvvəldən verilən borcları cəmləşdirib bu qəbzləri yazıblar....16.06.2013-cü il tarixdə nəyə görə 2 qəbzin tərtib edildiyini, borcun cəmləşdirilib 1 qəbzdə yazılmadığını izah edə bilmərəm. Cav abdehlər qəbzləri özləri həmin şəkildə tərtib ediblər....Tələb etdiyim borcun məbləği həmin qəbzlərə əsaslanır” (2-ci cildi, i/v 170-172). Göründüyü kimi, iddiaçı öz iddia tələbi ilə bağlı yalnız qəbzlərə əsaslanır, lakin özü cavabdehlərin hər dəfə pul götürəndə qəbzlərin pulun verildiyi vaxt tərtib olunmadığını, borc məbləğinin sonradan cəmləşdirilib bu qəbzlərin tərtib edildiyini, ilkin qəbzlərin cırılıb atıldığını, məhkəməyə təqdim etdiyi qəbzlərin isə sonradan tərtib olunduğunu, bir gündə iki qəbzin tərtib olunmasını isə izah edə bilməyəcəyini bildirmişdir.

41. İddiaçı digər şəxslərə borc verdiyi hallarda notariat qaydasında müqavilələr bağlamasına baxmayaraq, hansı səbəbdən xüsusilə külli miqdarda – 584.000 ABŞ dolları məbləğində borcla bağlı ən azından sadə yazılı müqavilə bağlamama sının, həmçinin də həmin borcun bir il müddətinə verildiyi və borcla bağlı mübahisələrin də məhz məhkəmələrdə həll olunduğuna dair yaxşı məlumatının və təcrübəsinin olmasına baxmayaraq, həmin borcun qaytarılması müddəti bitdiyi vaxt aidiyyəti məhkəməyə deyil, məhz polisə müraciət etməsinin səbəblərini də inandırıcı və ağlabatan şəkildə izah edə bilməmişdir.

42. Apellyasiya məhkəməsi hesab edib ki, belə olan halda iddiaçının izahatı onun cavabdehlərdın tələb etdiyi 584.000 ABŞ dolları məbləğində borca dair tərəflər arasında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut sayıla bilməz. Çünki həmin izahatlarla cavabdehlərdən hansı ilə və hansı tarixdə, hansı məbləğdə və hansı şərtlərlə borc müqaviləsi bağlandığını, eləcə də həmin məbləğdə pulu n verilməsini müəyyən etmək mümkün olmur. Başqa sözlə, iddiaçının izahatları mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir.

43. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi qəbzlərlə bağlı qeyd edib ki, iddiaçı özü bildirir ki, həmin qəbzlərdə göstərilən tarixlərdə cavabdehlərə pul verilməmiş, həmin qəbzlər sonradan tərtib olunmuş, ilkin qəbzlər çox olduğundan həmin qəbzlərdə olan borclar cəmləşdirilərək yeni qəbzlər tərtib olunmuş, ilkin qəbzlər cırılıb atılmışdır, bir gündə iki qəbzin tərtib olunmasını isə izah edə bilmir. Eyni zamanda iddiaçı ilkin qəbzlərin çoxluğu səbəbindən onların cəmləşdirilməsi zərurətindən yeni qəbzlər tərtib olunduğu halda, hansı səbəbdən yenə də xeyli sayda – 19 ədəd qəbzin tərtib olunması, başlıcası isə yeni tərtib olunmuş q əbzlərdə iki ili əhatə edən fərqli-fərqli tarixlərin göstərilməsinin səbəbləri barədə məhkəməyə hər hansı ağlabatan izah verə bilməmişdir.

44. Cavabdehlər də iddiaçının təqdim etdiyi həmin sübutun – qəbzlərin mötəbərliyini mübahisələndirmişlər. Cavabdehlər bildirmişlər ki, onların iddiaçı ilə uzun müddət işgüzar münasibətlətdə olmuş, ondan 2008-ci ildə aylıq 10 % borc almışlar, həmin borclarını faizləri ilə artıqlaması ilə qaytarmışlar, həmin borca dair iddiaçıya verdikləri qəbzləri də iddiaçı özü, borc tam qaytarıldığından cırıb atmışdır, sonradan iddiaçı onlardan şişirdilmiş faizlər tələb etməyə başlamış, onlara hədə-qorxu gəlməyə, onları ölümlə hədələməyə başlamış, onların üstünə oğru aləminin adamlarını göndərmiş və bu zəmində onlara həmin boş qəbzlərə imza etdirmişdir, hətta onlar bun unla bağlı polis orqanlarına müraciət də etmişlər.

45. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən 16 aprel 2016-cı il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı və ya digər şəxslərin onları öldürməklə hədələməsi faktı və sair üzrə polis orqanlarına müraciətləri olmuş və müvafiq araşdırılmalar zamanı bir cox xüsusatlarla yanaşı, həm də Rafiqin onlara hədə-qorxu gəlib əks halda onlardan 500.000 ABŞ dollar tələb edəcəyini bildirməsini, bundan sonra onlar ümumilikdə aylıq faizlərlə birgə 70.000 ABŞ dolları ödəyə biləcəklərini bildirsələr də, Rafiqin yenə də razılaşmayıb başqa-başqa adamların adlarını çəkməklə hədə-qorxu gəlməyə başlamasını, İddiaçı onlara hədə-qoxu gəlməklə özü ilə gətirdiyi şəxslərə göstəriş verərək onların qarşısına qələm və ağ kağız qoyaraq pul almaları ilə bağlı qəbz imzalamağa məcbur etməsini, bu səbəbdən də, onların məcbur olub, həmin şəxslərin diktə etdiyi kimi qəbz imzalamalarını göstərmişlər.

46. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, iddiaçı özü də həmin qəbzlərin verildiyi vaxtlarda cavabdehlərə qəbzlərdə göstərilən pulun verilmədiyini, həmin qəbzlərin ilkin qəbzlərdəki borcların cəmləşdirilərək sonradan tərtib edildiyini və bu səbəbdən də qəbzlərdə tarix və məbləğlərlə bağlı müəyyən anlaşılmazlıqların olduğunu bildirdiyindən, həmin qəbzlərdəki çoxsaylı uyğunsuzluqlar və ziddiyyətlərin xüsusi olaraq tədqiqinə zərurət qalmır. İddiaçının təqdim etdiyi yazılı sübut olan qəbzlər onun cavabdehlərdən tələb etdiyi 584.000 ABŞ dolları ilə bağlı tərəflər arasında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut sayıla bilməz. Çünki həmin qəbzlərə əsasən cavabdehlərdən tələb olunan məbləğdə borc müqaviləsinin hansı tarixdə, hər cavabdehə münasibətdə hansı məbləğdə və hansı şərtlərlə bağlandığını müəyyən etmək mümkün olmur. Başqa sözlə, iddiaçının təqdim etdiyi həmin qəbzlər də mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir.

47. İddiaçının təqdim etdiyi növbəti sübut olan DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsi tərəfindən 06 sentyabr 2014-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarı da mötəbərlilik baxımından əsaslı sayıla bilməz. Həmin qərardan müəyyən olunur ki, İddiaçı E.Abdulsalamov və Cavabdeh2 barəsində polis orqanlarına şikayət edərək cavabdehlərin onun etibarından sui-istifadə edərək və aldadaraq onun külli miqdarda 584.000 ABŞ dolları məbləğində pulunu ələ keçirmişlər. İstintaq orqanı tərəfindən 06 sentyabr 2014-cü il tarixdə İddiaçı həmin şikayəti üzrə “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh1 izahat verərək bildirmişdir ki, Rafiqdən ticarət işləri üçün ümumilikdə 140.000 ABŞ dollar almış və həmin məbləğdə pulu ona borcludur, Cavabdeh2 izahatında bildirmişdir ki, Rafiqdən götürdüyü pulun ümumi məbləği cəmi 135.000 ABŞ dollar təşkil etsə də, həmin pulun faizlərini artıqlaması ilə sonuncuya ödəmiş, lakin əsas məbləği ödəyə bilməmişdir. Cavabdehlər iddiaçının həmin sübutunun da etibarlılığını və mötəbərliliyini mübahisələndirərək bildirmişlər ki, iddiaçı zor və hədə-qorxu ilə imzalatdığı uydurma qəbzlərə əsaslanaraq polis vasitəsi ilə onlardan külli miqdarda pul almaq istəmiş, lakin buna nail ola bilməmiş, onun polisə bildirdiyi hallar öz təsdiqini tapmamış, buna görə də cinayət işinin başlanması rədd edilmişdir, bununla belə, iddiaçı əlaqələrindən istifadə edərək həmin qərarda onların adından uydurma məlumatların əks olunmasına, eləcə də onların izahatlarının açıq şəkildə təhrif olunmasına nail olmuşdur ki, sonradan onlara qarşı hazırkı uydurma iddianı qaldıra bilsin. Cavabdehlər hazırkı etirazlarının əsasına dair məhkəməyə 06 sentyabr 2014-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarı üzrə aparılmış araşd ırmalar zamanı verdikləri izahatların təsdiq olunmuş surəti və 06 sentyabr 2014-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdikləri şikayət üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarını sübut kimi təqdim etmişlər. Cavabdeh2 həmin izahatından müəyyən olunur ki, o, izahatında digər xüsusatlardan sonra bildirmişdir ki “...hazırda Rafiqə 13500 və ya 14000 ABŞ dolları borcları qalmışdır. Rafiqdən borcları verdikdə qəbzləri tələb etdikdə isə borc bağlandığı üçün qəbzləri cırdığını bildirmişdir. Sonradan Rafiq yenə baş qaldıraraq ondan və şərikindən 584.000 ABŞ dolları tələb etmiş, faizlərin şişərək bu qədər olduğunu bildirmişdir, lakin bu absurddur, ona borcları təxminən 13.500 və ya 14.000 ABŞ dolları təşkil edir. Cavabdeh E.Abdulsalamovun həmin izahat ından müəyyən olunur ki, o, izahatında digər xüsusatlardan sonra bildirmişdir ki “...Rafiq onları şərləyərək polisə tutduracağını bildirmiş, onlarda da pulu qaytarmış, hazırda Rafiqə 13500 və ya 14000 ABŞ dolları borcları qalmışdır. Rafiqdən borcları verdikdə qəbzləri tələb etdikdə isə borc bağlandığı üçün qəbzləri cırdığını bildirmişdir. Sonradan Rafiq yenə baş qaldıraraq ondan və şərikindən 584.000 ABŞ dolları tələb etmiş, faizlərin şişərək bu qədər olduğunu bildirmişdir, lakin bu absurddur, ona borcları təxminən 13500 və ya 14.000 ABŞ dolları təşkil edir.” Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarından görünür ki, E.Abdulsalamov və Cavabdeh2 Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin 06 sentyabr 2014-cü il tarixli qərarından məhkə mə nəzarəti qaydasında şikayət etmiş, şikayətlə bağlı məhkəmədə iştirak edən və həmin qərarı qəbul etmiş, hazırda isə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyən X6 şikayətçilərin izahatlarıyla qərardakı rəqəmlərin düz gəlmədiyini, izahatlardakı 13500 və 14000 rəqəmləri qərarda texniki səhv olaraq 135000 və 140000 rəqəmləri kimi qeyd olunduğunu təsdiq etmişdir. Bununla da istintaq orqanının 06.09.2014-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında izahatlarının dəyişdirilməsi və təhrif olunduğu barədə cavabdehlərin bildirdikləri öz təsdiqini tapmış olur. Bu isə həmin qərarda əks olunmuş digər məlumatların da etibarlılığı və mötəbərliyinə əsaslı şübhə yaradır.

48. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlib ki, iddiaçının istinad etdiyi istintaq orqanının 06 sentyabr 2014-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarı onun cavabdehlərdən tələb etdiyi 584000 ABŞ dolları məbləğində pulla bağlı tərəflər arasında borc müqaviləsinin bağlanmasını və həmin məbləğdə borcun mövcud olduğunu təsdiq edən sübut hesab oluna bilməz.

49. Apellyasiya məhkəməsi onu da əlavə edib ki, cavabdehlərin İddiaçı coxsaylı başqa şəxslərə qarşı da pul tələbinin olmasının təsdiqi kimi təqdim etdikləri məhkəmə qətnamələrinin, eləcə də onun sələmçi olması ilə bağlı bildirdiklərinin hazırkı mübahisənin həllinə hər hansı təsiri ola bilməz. Çünki cavabdehlər də etiraz izahatlarında tam ardıcıl olmamışlar, lakin bu da iddiaçının dəlillərinin əsaslılığına təsir etməmişdir.

50. Apellyasiya məhkəməsinə görə iddiaçı ilə cavabdehlər arasında 584000 ABŞ dollarına dair borc müqaviləsinin olması, eləcə də cavabdehlərin iddiaçıya həmin məbləğdə borcunun olması biri digərini tamamlayan, mötəbər, təkzibolunmaz və əsaslı şübhədənkənar sübutlarla müəyyən olunmur. Bununla belə, tərəflər arasında müəyyən işgüzar münasibətlər, eləcə də cavabdehlərin iddiaçıdan fazilərlə borc pul alması halları olmuşdur.

51. Cavabdehlər istintaq orqanının 06 sentyabr 2014-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarında izahatlarının dəyişdirilib təhrif olunduğunu bildirsələr də və həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət etsələr də, onlar həm iddiaya qarşı etiraz izahatlarında, həm də həmin şikayətlərində yalnız izahatlarındakı iddiaçıya borclu olduqları 13500 və ya 14000 ABŞ dolları rəqəminin təhrif olunaraq 135000 və 140000 ABŞ dolları kimi göstərildiyini vurğulamış və bu dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etmişlər. Bununla belə, onlar nə izahatlarında, nə də məhkəmə nəzarəti qaydasında şikayətlərində iddiaçıdan 30000 ABŞ dolları aldıqlarını və həmin puldan 13500 və ya 14000 ABŞ dolları borclu olmaları ilə bağlı etiraflarını mübahisələndirməmişlər.

52. Cavabdeh1 həmin izahatında iddiaçıdan 30000 ABŞ dolları aldığını, həmin pulun bir hissəsini qaytardığını, hazırda 14000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Digər Cavabdeh2 də eyni məzmunlu izahat verərək iddiaçıdan pul götürdüklərini, (o, götürdükləri pulun Cavabdeh1 fərqli olaraq 35000 ABŞ dolları olduğunu bildirsə də, əslində həmin məbləğ Cavabdeh1 göstərdiyi kimi, yəni 30000 ABŞ dolları olmuşdur) həmin pulu n bir hissəsini qaytardıqlarını, cəmi 13500 və ya 14000 ABŞ dolları borclu qaldıqlarını bildirmişdir.

53. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən müəyyən edib ki, iddiaçıya 30000 ABŞ dolları borclu olmalarını cavabdehlər istintaq orqanında verdikləri izahatlarında etiraf edərək, həmin məbləğin bir hissəsini qaytardıqlarını, son olaraq iddiaçıya 13500 və ya 14000 ABŞ dolları borclu qaldıqlarını bildirsələr də, iddiaçıya borclu olduqları 30000 ABŞ dollarının qaytarılmış hissəsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Belə olan halda İddiaçı cavabdehlərə qarşı hazırkı borc tələbi yalnız cavabdehlərin etiraf etdikləri həcmdə və onların etirafına əsasən təmin edilə bilər.

54. Apellyasiya məhkəməsi qeyd edib ki, cavabdehlər 30000 ABŞ dolları məbləğində pulu şərikli olaraq b irgə götürmüş və həmin pula münasibətdə iddiaçının birgə borclusu olduqlarını bildirmişlər. Bununla belə, iddiaçı cavabdehlərin hər birinə qarşı ayrıayrılıqda tələb irəli sürdüyündən və onların birgə cavabdehliyini tələb etmədiyindən, həmin məbləğ cavabdehlərdən müştərək qaydada deyil, bərabər hissələrdə olmaqla hər birindən ayrılıqda tutularaq iddiaçıya ödənilməlidir.

55. Cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, cavabdehlərin istintaq orqanında iddiaçıya 30000 ABŞ dolları borclarının olmasının etiraf etmələri 06 sentyabr 2014-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarda öz əksini tapmışdır. Hazırkı mülki iş materiallarından da müəyyən olunur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə 28 dekabr 2 015-ci il tarixdə məhkəməyə müraciət etmiş, ərizə 06 yanvar 2016-cı il tarixdə isə qeydiyyata alınmışdır. Belə olan halda hazırkı halda Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti ötürülməmişdir.

56. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 373.2, 385.1, 448.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.3, 77.1, 80, 81 və 88-ci maddələrinə istinad etmişdir.

57. Bakı Apellyasiya Məhkəməsinin 09.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə aid hissədə ləğv edilmiş, həmin tələbə məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam ver ilmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

58. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

59. Kassasiya şikayətində cavabdehlər işin faktiki hallarına və iddiaya etirazın dəlillərinə istinad edərək, apellyasiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsinə istinad ediblər.

60. İddiaçı da (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddiasının tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

61. İddiaçının kassasiya şikayətinin dəlilləri: - sadə yazılı əqdlərə əsasən borc öhdəliyinin aşkar sübut olunduğu halda, apellyasiya məhkəməsi uzun-uzadı əsaslandırmalarla işin mahiyətini təhrif etmiş və borc məbləğini on dəfələrlə azaltmışdır; - məhkəmə istintaq orqanının qərarının nəticə hissəsinə deyil məzmununa istinad edib; - sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı tərəflərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

63. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X7 oğlu öz kassasiya şikayətini müdafiə, cavabdehlərin kassasiya şikayətinə etiraz edərək, şikayətinin təmin, cavabdehlərin kassasiya şikayətinin rədd edilməsini xahiş etdilər.

64. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, Cavabdeh1 və o nların vəkili Vəkil2 öz kassasiya şikayətlərini müdafiə, iddiaçının kassasiya şikayətinə etiraz edərək, şikayətlərinin təmin, iddiaçının kassasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.

1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götür Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunl arda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxu d qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

66. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyasının qətnaməsini iddianın təmin edilməyən, cavabdehlər isə tə min edilən hissəsində mübahisələndiriblər. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddia və cavabdeh rəfə hər biri ayrıayrılıda kassasiya şikayətləri verdikləri üçün onların kassasiya şikayətlərinə də ayrılıda qiymət verilməlidir.

68. İddiaçının kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyaisya məhkəməsi iddianın təmin edilməyən hissəsində düzgün nəticəyə gəlməmiş, işdəki sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir.

69. İşdən görünür ki, İddiaçı iddia tələbinin əsası kimi cavabdehlərin imzaladıqları qəbzlərə istinad etmişdir. Cavabdehlər etirazlarında əvvəlcə həmin qəbzlərdəki imzaların onlara məxsus olmamasını, sonra qəbzlərin al dadılma, hədə-qorxu altında iddiaçı tərəfindən onlara yazdırılmasını göstərmiş, daha sonra isə qəbzlərin həqiqəti əks etdirməməsinə (eyni gündə ayrı-ayrı məbləğlər barədə qəbz yazılması, qəbzin yazıldığı vaxt pulun verilməməsi və s.) isə göstərmişlər. Apellyasiya məhkəməsi etirazlarının əsası kimi cavabdehlərin nəyə görə müxtəlif əsaslara istinad etməsini, iddiaya etiraz kimi mövqelərinin ardıcıl olmayan dəlillərlə əsaslandırmalarına aydınlıq gətirməmişdir.

70. İşdə apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi 19 ədəd qəbz var. Amma apellyasiya məhkəməsi iddiaçının istinad etdiyi bu qəbzlərin hamısının eyni əsasla sübut kimi qəbul edilməzliyi nəticəsinə gələrkən, onların hər birinə ayrıca qiymət verməmişdir. Halbuki həmin qəbzlərin sübut kimi qəbuledilənliyi onların hər birinə həm ayrılı qda, həm də məcmu şəkilində işin digər halları ilə müqayisəli şəkildə tədqiq olunmaqla dəyərləndirilməli idi.

71. Bundan başqa, apellyasiya məhkəməsi qeyd edib ki, həmin qəbzlərdə göstərilən tarixlərdə cavabdehlərə pul verilməmiş, həmin qəbzlər sonradan tərtib olunmuş, ilkin qəbzlər çox olduğundan həmin qəbzlərdə olan borclar cəmləşdirilərək yeni qəbzlər tərtib olunmuş, ilkin qəbzlər cırılıb atılmışdır, bir gündə iki qəbzin tərtib olunmasını isə iddiaçı izah edə bilməmişdir. Bununla belə, apellyasiya məhkəməsi cavabdehlərin də nəyə görə bu sayda qəbz yazmasının nə ilə izah olunmasına aydınlıq gətirməmişdir. O da nəzərə alınmalıdır ki, cavabdehlərin dediyi kimi həmin qəbzlərin aldatma, hədə-qoxu təsiri altında yazılması da müəyyən edilməyib. Nəticədə həmin qəbzlərin hansı zərurətdən irəli g ələrək cavabdehlər tərəfindən tərtib edilməsi məsələsi açıq qalmışdır. Başqa sözlə, apellyasiya məhkəməsi qeyd edilən qəbzləri sübut kimi qəbul etmədiyini iddiaçının izahatı və işin digər hallarına əsasən qiymətləndirsə də, həmin qəbzləri cavabdehlərin etirazının kontekstində qiymətləndirməyib.

72. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilkin qəbzlərin çoxluğu səbəbindən onların cəmləşdirilməsi zərurətindən yeni qəbzlər tərtib olunduğu halda, hansı səbəbdən yenə də xeyli sayda – 19 ədəd qəbzin tərtib olunması, başlıcası isə yeni tərtib olunmuş qəbzlərdə iki ili əhatə edən fərqli-fərqli tarixlərin göstərilməsinin səbəbləri barədə məhkəməyə hər hansı ağlabatan izah verə bilməmişdir. Məhkəmə kollegiyası bununla da razılaşmır. Çünki apellyasiya məhkəməsi ən azı tarix baxımından daha s onuncu olan qəbzlərə iddiaçının mövqeyi və dəlilləri baxımından yanaşmamışdır.

73. Göründüyü kimi, apellyasiya məhkəməsinin iddiaçının istinad etdiyi qəbzlərə dair qiymətləndirməsi MPM-in 81 və 88-ci maddələrinin tələblərinə uyğun olmamışdır.

74. Buna görə də qeyd edilən qəbzlərin sübut kimi qəbuledilməzliyi ilə bağlı mövqeyinə tam, hərtərəfli, tərəflərin dəlillərinin müqayisəli şəkildə təhlili ilə aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsaslılığına və düzgünlüyünə qiymət verə bilmir. 75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun ol araq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 76. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

77. Bu baxımdan, apellyasiya instansiyasının qətnaməsi İddiaçı iddiasının təmin edilməyən hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qərarında qətnamənin əsaslığına dair irəli sürülən tələblərə cavab verən qətnamə hesab edilə bilməz və buna görə də qətnamə həmin hissədə ləğv edilməlidir.

78. Cavabdehlərin kassasiya şikayəti üzrə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi İddiaçı xeyrinə cavabdehlərin hər birindən 15000 (on beş min) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) pul tutulması hissəsində düzgün nəticəyə gəlmişdir.

79. Barəsində şikayət verilən qətnamədən görünür ki, apellyasiya məhkəməsi həmin hissədə iddianı təmin edərkən ona istinad edib ki, iddiaçıya 30000 ABŞ dolları borclu olmalarını cavabdehlər istintaq orqanında verdikləri izahatlarında etiraf edərək, həmin məbləğin bir hissəsini qaytardıqların ı, son olaraq iddiaçıya 13500 və ya 14000 ABŞ dolları borclu qaldıqlarını bildirsələr də, iddiaçıya borclu olduqları 30000 ABŞ dollarının qaytarılmış hissəsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.

80. Məhkəmə kollegiyası iddianın təmin edilən hissəsində apellyasiya məhkəməsinin hazırki qərarın 51-55-ci bəndlərində əks edilən mövqeyi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddiaçı ilə cavabdehlərin arasında borc münasibətlərinin mövcudluğu, iddia müddəti və s. hallara tətbiq edilməli olan maddi hüquq normaları baxımından tam qiymət vermiş, cavabdehlərin dəlillərini həmin hissədə əsaslandırmaqla qəbul etməmişdir.

81. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin kassasiya şikayəti təmin edilməməlidir.

82. B eləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onun iddiasının təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, cavabdehlərin kassasiya şikayəti təmin edilməməli, İddiaçı iddiasının təmin edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanmaldır.

83. Yuxarıda göstərilənləri və 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara ald ı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1586/2021 nömrəli, 09 iyun 2021-ci il tarixli qətnaməsi İddiaçı iddiasının təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1586/2021 nömrəli, 09 iyun 2021-ci il tarixli qətnaməsi İddiaçı iddiasının təmin edilən hissəsində dəyişdirlmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar