Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5493/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)4451/2019 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun k assasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(009)-183/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit xətti müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdeh Xdan ödəniş vaxtı milli manata məzənnədə 29 oktyabr 2010-ci il tarixli kredit müqaviləsi üzrə 2.200.000 manat əsas və 398.200 manat faiz borcu, cəmi 2.598.200 manat; 28 dekabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə 10.000 manat əsas və 1.351,46 manat faiz borcu, cəmi 11.351,46 manat; 27 oktyabr 2010-ci il tarixli kredit müqa viləsi üzrə 100.000 manat əsas, 18.000 manat faiz borcu, cəmi 118.000 manat kredit borcunun, eləcə də 19 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə 10.000 ABŞ dolları əsas, 1.810 ABŞ dolları faiz borcu, cəmi 11.810 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, cavabdeh Xdan iddiaçı təşkilatın xeyrinə 29 oktyabr 2010-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan cəmi 2.598.200 manat kredit borcunun Cavabdeh2 tərəfindən tələb hüququnun girovu haqqında 29 oktyabr 2010-cu il tarixli müqavilə üzrə yüklü edilmiş, sonuncu ilə “xxxx” MMC arasında bağlanılmış 21 oktyabr 2010-cu il tarixli 711, 712, 713, 714, 715, 716, 717, 718, 719, 720, 721, 722, 723, 724, 725, 726, 727, 728, 729, 730, 731, 732, 733, 734, 735, 736, 737, 738, 739, 740, 741, 742, 743, 744, 745, 746, 7 47, 748, 749, 750, 751, 752, 753 və 754 saylı (cəmi 44 müqavilə) “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilələr əsasında tikilib ona təhvil veriləcək, ümumi sahəsi 5.670,01 kv.metr olan 44 mənzilə sahiblik hüququna və ya həmin mənzillərin tikilməsinə görə ödənilmiş 4.252.575 manat məbləğində pul vəsaitini “xxxx” MMC-dən tələb etmək hüquqlarına yönəldilməsi, həmin hüquqların açıq hərrac vasitəsi ilə satılması və iddiaçı təşkilatın 29 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə tələbin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, iddia tələbinin qalan hissələrdə əsassız olduğundan rədd edilməsi qət olunub. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)4451/2019 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə- yəni “əldən çıxmış faydanın təmin olunmayan” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi əldən çıxmış fayda ilə bağlı hissədə qismən təmin edilib, cavabdeh Xdan 29 oktyabr 2010-cu il tarixli kredit müqavilə üzrə 466.329,6 manat, 27 oktyabr 2010-cu il tarixli kredit müqavilə üzrə 21.224 manat, 28 dekabr 2011-ci il tarixli kredit müqavilə üzrə 1.538,08 manat, 19 yanvar 2012-ci il tarixli kredit müqavilə üzrə ödəniş vaxtı milli manata məzənnədə 1.508,16 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, eləcə də qətnamənin kredit müqavilələri üzrə cəmi məbləğlərin tutulması hissəsində dəyişdirilərək, 29 oktyabr 2010-cu il tarixli kredit müqavilə üzrə 3.064.529,6 manat, 27 oktyabr 2010-cu il tarixli kredit müqavilə üzrə 139.224 manat, 28 dekabr 2011-ci il tarixli kredit müqavilə üzrə 12.889,54 manat, 19 yanvar 2012-ci il tarixli kredit müqavilə üzrə ödəniş vaxtı milli manata məzənnədə 13.318,16 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qətnamənin mübahisələndirilən- “tutmanın Cavabdeh3 tərəfindən girov qoyulmuş mənzillərə sahiblik hüququna yönəldilməsinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit xətti müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia etmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 29 oktyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, mənzillərin təmiri üçün illik 18 faiz olmaqla 2.200.000 manat kredit verilib, kreditin bitmə tarixi 29 oktyabr 2011-ci il müəyyən edilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi bankla digər Cavabdeh2 arasında bağlanmış 29 oktyabr 2010-cu il tarixli “tələb hüququnun girovu haqqında” müqaviləyə əsasən, sonuncu 21 oktyabr 2010-cu il tarixli 711, 712, 713, 714, 715, 716, 717, 718, 719, 720, 721, 722, 723, 724, 725, 726, 727, 728, 729, 730, 731, 732, 733, 734, 735, 736, 737, 738, 739, 740, 741, 742, 743, 744, 745, 746, 747, 748, 749, 750, 751, 752, 753 və 754 saylı (cəmi 44 müqavilə) “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilələrə əsasən tikilib ona təhvil veriləcək, ümumi sahəsi 5.670,1 kv.metr olan 44 mənzilə sahiblik hüququnu və ya həmin mənzillərin tikilməsinə görə ödənilmiş 4.252.575 manat pul vəsaitini “xxxx” MMC-dən mənzillərə sahiblik hüquqlarını banka girov qoyub. Eləcə də 27 oktyabr 2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 “mənzillərin təmiri” üçün ililk 18 faiz olmaqla 100.000 manat kredit verilib və kredit xəttinin bitmə tarixi 27 oktyabr 2011-ci il müəyyən edilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 27 oktyabr 2010-cu il tarixli tələb hüququnun girovu haqqında müqaviləyə əsasən, Cavabdeh3 21 oktyabr 2010-cu il tarixli, 944 saylı və eyni tarixlə 945 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilələrə əsasən məxsus olan və hər birinin sahəsi 137 kv.metr, cəmi sahəsi 274 kv.metr olan mənzillər və ya hər birinin dəyəri 102.750 manat olmaqla, cəmi 205.500 manat həcmində “xxxx” MMC-nin mənzillərə sahibilk hüquqları banka girov qoyulub. Eləcə də 28 dekabr 2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 “mənzil təmiri üçün” illik 24 faizlə 10.000 manat kredit xətti açılıb və kreditin bitmə tarixi 28 dekabr 2012-ci il müəyyən edilib. 19 yanvar 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 “mənzil təmiri üçün” illik 18 faizlə 10.000 ABŞ dolları kr edit xətti açılıb və kreditin bitmə tarixi 19 yanvar 2013-cü il müəyyən edilib. Bank kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək həmin müqavilələrdə nəzərdə tutulan kredit məbləğini Cavabdeh1 verib. Lakin Cavabdeh1 kredit müqavilələrinin şərtlərini pozaraq, həmin kreditin əsas məbləği və ona hesablanmış faizlər üzrə ödəniş etməyib və nəticədə kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyib. Eyni zamanda borclu Cavabdeh1 kredit borcunu vaxtında ödəsə idi bank həmin məbləği yenidən kredit verərək müvafi olaraq 2.543.100 manat, 115.800 manat, 12.342 manat və 9.360 ABŞ dolları qazanc əldə edə bilərdi. Bununla da iddiaçı təşkilata zərər dəyib. Həmin zərər 29 oktyabr 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 11 sentyabr 2017-ci il tarixə əsas borc 2.200.000 manat, faiz borcu 382.200 manat, əldən çıxmış fayda 2.543.100 manat, cəmi 5.141.300 manat, 27 oktyabr 2010-cu il tarixli kredit xtti müqaviləsi üzrə zərər 11 sentyabr 2017-ci il tarixə əsas borc 100.000 manat, faiz borcu 18000 manat, əldən çıxmış fayda 115.800 manat, cəmi 233.800 manat, 28 dekabr 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə zərər (real zərər) 11 sentyabr 2017-ci il tarixə əsas borc 10.000 manat, faiz borcu 1.351,46 manat, əldən çıxmış fayda 13862 manat, cəmi 25.033,46 manat, 19 yanvar 2012-ci il tarixli kredit xətti müqavilə üzrə zərər 11 sentyabr 2017-ci il tarixə əsas borc 10.000 ABŞ dolları, faiz borcu 1.810 ABŞ dolları, əldən çıxmış fayda 9.360 ABŞ dolları, cəmi 21.170 ABŞ dolları təşkil edir. Ona görə də Cavabdeh1 29 oktyabr 2010-cu il tarixli kredit xətti müq aviləsi üzrə əsas borca görə 2.200.000 manat, faiz borcuna görə 398.200 manat, əldən çıxmış faydaya görə 2.543.100 manat, cəmi 5.141.300 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın 29 oktyabr 2010-cu il tarixli tələb hüququnun girovu müqaviləsi ilə yüklü edilmiş 711, 712, 713, 714, 715, 716, 717, 718, 719, 720, 721, 722, 723, 724, 725, 726, 727, 728, 729, 730, 731, 732, 733, 734, 735, 736, 737, 738, 739, 740, 741, 742, 743, 744, 745, 746, 747, 748, 749, 750, 751, 752, 753 və 754 saylı (cəmi 44 müqavilə) “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilələr əsasında tikilib Cavabdeh2 təhvil veriləcək, ümumi sahəsi 5.670,1 kv.metr olan 44 mənzilə sahibilk hüququnun və ya həmin mənzillərin tikilməsinə görə ödənilmiş 4.252.575 manat məbləğində p ul vəsaitini “xxxx” MMC tələb etmək hüquqlarına yönəldilməsi, mənzillərə sahibilk hüququnun açıq hərracda satılması və banka olan borcun ödənilməsi, 29 oktyabr 2010-cu il tarixli tələb hüququnun girovu müqaviləsi üzrə ipoteka qoyulmuş 711, 712, 713, 714, 715, 716, 717, 718, 719, 720, 721, 722, 723, 724, 725, 726, 727, 728, 729, 730, 731, 732, 733, 734, 735, 736, 737, 738, 739, 740, 741, 742, 743, 744, 745, 746, 747, 748, 749, 750, 751, 752, 753 və 754 saylı (cəmi 44 müqavilə) “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilələr əsasında tikilib ona təhvil veriləcək, ümumi sahəsi 5.670,1 kv.metr olan 44 mənzilə sahibilk hüququnu və ya həmin mənzillərin tikilməsinə görə ödənilmiş 4.252.575 manat məbləğində pul vəsaitini “xxxx” MMC tələb etmək hüquqları satıldıqdan sonr a borcun qaytarımlası üçün aparılan əməliyyatlarla bağlı çəkilən xərclərin və satşından əldə olunan vəsait borcun ödəniməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin borclu Cavabdeh1 tutularaq banka ödənilməsi, 27 oktyabr 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə yaranmış 100.000 manat əsas, 18.000 manat faiz borcunun, 115.800 manat əldən çıxmış faydanın, cəmi 233.800 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın 27 oktyabr 2010-cu il tarixli tələb hüququnun girovu müqaviləsi ilə yüklü edilmiş, 21 oktyabr 2010-cu il tarixli 944 saylı və eyni tarixli 945 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikinti haqqında” müqavilələr əsasında hər birinin sahəsi 137 kv.metr, cəmi sahəsi 274 kv.metr həcmində mənzillərə və ya hər birinin dəyəri 102.750 manat o lmaqla, cəmi 205.500 manat həcmində “xxxx” MMC-dən tələb etmək hüquqlarına yönəldilməsi, mənzillərə sahiblik hüququnun açıq hərracdan satılması və banka olan borcun ödənilməsi, borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı çəkilən xərclərin və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin borclu Cavabdeh1 tutularaq iddiaçı təşkilata ödənilməsi, 28 dekabr 2011-ci i tarixli kredit xətti müqaviləsi üzrə yaranmış 10.000 manat əsas, 1.351,46 manat faiz borcunun, əldən çıxmış faydaya görə 13.682 manat, cəmi 25.033,46 manat kredit borcunun Cavabdeh1 tutulub iddiaçı təşkilata ödənilməsi, 19 yanvar 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə yaranmış 10.000 ABŞ dolları əsas, 1.810 ABŞ dolları faiz borcunun, əldən çıxmış faydaya görə 9.360 ABŞ dolları olmaqla, cəmi 21.170 ABŞ dolları kredit borcunun Cavabdeh1 tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, tutmanın Cavabdeh3 tərəfindən girov qoyulmuş mənzillərə sahiblik hüququna yönəldilməsinin rədd edilməsi hissəsində ləğv edilib, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yəni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Hümbət İskəndərov və Cavabdeh3 nümayəndəsi Mustafa Salamov məhkəmə iclasında iştirak etsələr də, vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiya sı məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiy ası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv edib, həmin hissədə iddianı qismən təmin edib, qətnaməni kredit müqavilələri üzrə cəmi məbləğin tutulması hissəsində dəyişdirib, tutmanın Cavabdeh3 tərəfindən girov qoyulmuş mənzillərə sahiblik hüququna yönəldilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, girov müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, iddia ərizəsini əldən çıxmış faydanın təmin olunmayan hissəsində rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə, iddiaçı təşkilatın Cavabdeh3 münas ibətdə iddia müddətini ötürməsinə və sair istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası 373.2, 375.1, 442, 445.1, 448.2ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, bank tərəfindən Cavabdeh1 27 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 12 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 100.000 manat; 29 oktyabr 2010-ci il tarixli kredit müqaviləsi üzrə 12 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 2.200.000 manat; 19 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə 12 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 10.000 ABŞ dolları; 28 dekabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə 12 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 10.000 manat kredit verilib. Eləcə də həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi bağlanmış 27 oktyabr 2010-cu il tarixli “tələb hüququnun girovu haqqında” müqaviləyə əsasən, Cavabdeh3 21 oktyabr 2010-cu il tarixli, 944 saylı və eyni tarixli 945 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tiki ntisi haqqında” müqavilələrə əsasən, hər birinin sahəsi 137 kv.metr olmaqla, cəmi sahəsi 274 kv.metr olan mənzillərə və ya həmin mənzillərin ümumi dəyərini təşkil edən cəmi 205.500 manat həcmində “xxxx” MMC-nə pul tələbi üzrə olan hüquqları bankın xeyrinə girov qoyulub. “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanılan 21 oktyabr 2010-cu il tarixli 711, 712, 713, 714, 715, 716, 717, 718, 719, 720, 721, 722, 723, 724, 725, 726, 727, 728, 729, 730, 731, 732, 733, 734, 735, 736, 737, 738, 739, 740, 741, 742, 743, 744, 745, 746, 747, 748, 749, 750, 751, 752, 753 və 754 saylı (cəmi 44 müqavilə) “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilələrə əsasən, “xxxx” MMC müqavilələrdə göstərilən mənzilləri tikib Cavabdeh2 verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulan mənzillərə g örə ödənişləri etməyi öz öhdələrinə götürüblər və kassa mədaxil qəbzlərinə əsasən, Cavabdeh2 tərəfindən sözügedən müqavilələr üzrə mənzillərin pay haqqları tam məbləğdə ödənilib. İşdən görünür ki, iddiaçı təşkilat istisna olmaqla, digər işdə iştirak edən şəxslər apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməyiblər, iddiaçı təşkilat isə qətnaməni yalnız tutmanın Cavabdeh3 məxsus olan girov predmetlərinə yönəldilməməsi hissəsində mübahisələndirib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçı təşkilatın kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, Cavabdeh3 münasibətdə hazırki mülki mübahisəyə iddia müddətini tətbiq edib, ona münasibətdə iddia tələbini iddia müddətinin keçməsi əsasına görə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və aşağıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərə findən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2-ci maddəsi). Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddənin mənasına görə, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçı təşkilat, 27 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi ü zrə yaranmış borcu Cavabdeh3 tərəfindən yüklü edilmiş tələb hüquqlarına yönəldilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürdüyündən, iddia tələbini bu hissədə iddia müddətinin keçməsi əsasına görə rədd etməklə birinci insiansiya məhkəməsi düzgün nəticəyə gəlib. İddiaçı təşkilat kassasiya şikayətində girovqoyan Cavabdeh3 hazırki mülki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək üçün müvafiq subyektiv hüquqa malik olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, sadalanan maddələrin mənasına görə, iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imt ina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki işdən görünür ki, digər işdə iştirak edən şəxslərlə yanaşı, Cavabdeh3 da mübahsə tərəfidir və qanuna görə mübahisə tərəfi kimi onun da belə bir ərizə vermək hüququ vardır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, iddiaçı təşkilatın qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiyası məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilmədən saxlanılmışdı r. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, iddiaçı təşkilatın Cavabdeh3 qarşı iddia tələbi üzrə də iddia müddətini ötürməməsini, digər Cavabdeh1 iddianı etiraf edən hərəkətlər etməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikaytində əsaslandırmayıb və tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi t ərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iddia müddətinin axımının kəsilməsi özündə onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. İddia müddətinin axımının kəsilməsi birdəfəlik iradəvi hərəkətlərdə ifadə oluna bilər və iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, eyni zamanda borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi ilə də kəsilir (Mülki Məcəllənin 380.1-ci maddəsi). İddianın irəli sürülməsi və ya iddianın verilməsi məhkəməyə yazılı formada iddia ərizəsi verilməsi yolu ilə rə smiləşdirilir. Yalnız mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilən iddia, iddia müddəti axımının kəsilməsi üçün əsas ola bilər. Digər tərəfdən qüvvədə olan qanunvericiliyin tələbinə görə borclu şəxsin borcu etiraf etməsi iddia müddəti axımının kəsilməsi üçün əsasdır. Vacib və əsas odur ki, borclu şəxs borcu etiraf etməsini göstərən və təsdiqləyən hərkətlər etsin. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formalarda ifadə oluna bilər: məsələn, kreditor qarşısında borclu şəxsin borcu etiraf etməsi, əsas borcu və ya faiz borcunu tam və ya qismən ödəməsi, əsas borc üzrə faizləri köçürməsi və sair. Borcun etiraf edilməsi ilə bağlı hərəkətlər iddia müddəti dövründə edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya ş ikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya insta nsiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)-4451/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5493/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5493/2019
20.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver