Məhkəmə qərarları › İş №2(102)-5495/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5495/2019

26.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5495/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qətnaməsindən “xxxx” İKB ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 9300 manat əsas, 5385 manat faiz, 300 m anat cərimə borcu olmaqla, cəmi 14985 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,84 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2625/2019 sayılı 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov, A.İmanov və V.Sadıqov) cavabdeh Cəfərov X3 apeliyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1769/2012 saylı iş üzrə 19 iyun 2012- ci il tarixli qətnaməsi ləğv edilməsi, iddiaçı “xxxx” İnvestisiya Kommersiya Bankının cavabdeh Cəfərov X4 cavabdehdən 9300 manat əsas borc, 5385 faiz borcu, gecikdirməyə görə hesablanmış 2773 manat cərimə, iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaç ının xeyrinə tutulması barədə iddiası təmin edilməməsi, tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” İnvestisiya Kommersiya Bankı cavabdeh Cəfərov X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9300 manat əsas borcun, 5385 faiz borcunun, 2773 manat cərimə borcunun, iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı “xxxx” İKB ASC-nin və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə kollegiya sının sübutların təqdim edilməsi ilə bağlı mövqeyi əsassız olmaqla mülki-prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına ziddir. Cavabdeh ipoteka predmeti olan avtomobilin Bank tərəfindən satılaraq kredit müqaviləsi üzrə öhdəliklərə silinməsini iddia edərkən həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməli, banka olan borcun tamamilə ödənilməsini sübuta yetirməli idi. Ona görə də Bakı Apelyasiya məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apelyasiya məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddi anın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi, tərəflər arasında bağlanmış RBB-(A)173 saylı, 18 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana illik 22 faiz dərəcəsi ilə 60 ay müddətinə 27200 manat kredit vermiş, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi cavabdehə məxsus «Toyota Camry» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmiş və yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı cavabdehin məhz tələb olunan məbləğdə borcunun yarandığını təsdiq edən sübut qismində birinci instansiya məhkəməsinə “maliyyə arayışı” adlandırılmı ş və iddia tələbinin xahiş hissəsini əks etdirən sənəd təqdim etmiş, cavabdehin kredit müqaviləsi üzrə hansı tarixlərdə və hansı məbləğdə ödəniş etdiyi, ödənişlərin əsas borca, faizlərə və ya cəriməyə hansı qaydada silindiyi barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin təqdim etdiyi 21,02.2019-cu il tarixli maliyyə arayışının məlumatları ilə iddia ərizəsinin məlumatları arasında ziddiyyətlər olmuşdur. Belə ki, 21.02.2019-cu il tarixli maliyyə arayışında kredit müqaviləsi üzrə 63.04 manat sonuncu ödəniş 30.03.2012-ci il tarixdə (birinci instansiya məhkəməsinə iddia verilməmişdən əvvəl) edilməklə, cavabdehin iddiaçıya əsas borc üzrə qalıq məbləğinin olmadığı, 1414,53 manat faiz və 3917,61 manat cərimə borcu olmaqla, cəmi 5336,14 manat b orc hesablandığı qeyd edilmişdir. Lakin arayışda eyni zamanda kreditin bitmə tarixinə - 19.03.2013-cü ilə borcalanın Banka 9202,52 manat əsas borcunun olduğu, həmin tarixə faiz borcunun qalmadığı qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin təminatı qismində ipoteka müqaviləsi bağlanmış, lakin baxılan iş üzrə iddiaçı yalnız kredit borcunun tutulmasını xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, sonradan ödənişlər etmədiyinə görə ipoteka predmeti olan avtomobil Bank tərəfindən satılaraq kredit müqaviləsi üzrə onun öhdəliklərinə silinmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş cavabdehin kredit hesabatınd an çıxarışdan görünür ki, mübahisəli kredit müqaviləsi üzrə onun Banka əsas borcu yoxdur, 5336,14 manat faiz borcu vardır. İddiaçı əsas borc olmadığı halda iddia tələbində göstərilən faiz borcunun hansı əsaslarla və hansı müddətlər üçün hesablanması barədə sübutlar təqdim etməmişdir. Ödənişlərin əvvəla faizlərin, nəhayət əsas borcun hesabına daxil edilməli olduğu və hazırkı mübahisə üzrə cavabdehin əsas borcunun olmadığı halda ödənilməmiş faiz borclarının qalması və tələb edilməsi əsaslı hesab edilə və təmin oluna bilməz. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, kredit müqavilələri üzrə pulun verilməsi tarixinin bitdiyi tarixlərdən sonra da iddiaçı faizlər hesablanmasını davam etdirərək hazırkı iddia ilə borcluya qarşı məhkəməyə müraciət etmişdir. Kredit müqavilələri üzrə pulu n verilməsi tarixinin bitdiyi tarixdən sonra iddiaçı tərəfindən faiz və dəbbə pulu borcunun hesablanmasının hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını nəzərə alaraq, maddi və prosessual qanunvericiliyin sadalanan tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfdən cavabdehdən tələb olunan kredit borcunu təsdiqləyən, əsas borc olmadığı halda məhz tələb olunan məbləğdə faiz və dəbbə (artırılmış faiz) borcunun yarandığı (tələb olunan məbləğin hansı əsaslarla və hansı müddətlər üçün hesablandığı) barədə sübutlar təqdim edilmədiyindən iddia təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 -ci maddə sinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kred: müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəalar gözləməlidirlər. Həmin Məcələnin 432-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üç ün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən işdən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim e tməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərba ycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar