Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5497/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5497/21 (Açar sözlər: pul tələbi ) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı avtonəqliyyat qəzası nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4726/2021 nömrəli, 27.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 28.01.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı **OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X3 məxsus “Audi A6” minik markalı **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşşmuş, hadisə nəticəsində “Audi A6” minik markalı avtomobilə ziyan dəymiş, hadisənin törənməsində Cavabdeh təqsirli bilinmişdir. Zərərin vurulmasında təqsirli olan şəxs zərəri ödəmək istəmədiyi üçün iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X4 Cavabdeh qarşı avtonəqliyyat qəzası nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürac iət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 yanvar 2020-ci il tarixdə təxminən saat 13-40 radələrində özünə məxsus AUDİ markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Hənifə Ələsgərova küçəsi ilə hərəkətdə olarkən Xan Şuşinski küçəsi ilə hərəkətdə olan Cavabdeh idarə etdiyi Mercedes Benz markalı **-OS*** dövlət qeydiyyat nişanlı avtomaşınla qaydaları pozaraq onun maşınına soldan çırpılmış və nəticədə ona ziyan vurmuşdur. Hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş və Cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin, cavabdeh yol nəqliyyat qəzası nəticəsində dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. 03.02.2030-ci il tarixli qüsur aktından görünür ki, qəza nəticəsiində avtom aşına vurulmuş ziyanı aradan qaldırmaq üçün ehtiyat hissələrinə 33470 manat, görülən işlərə isə 3370 manat, cəmi 36840 manat manat vəsait sərf edilməlidir. Cavabdehin təqsiri nəticəsində ona 36840 manat dəyərində maddi ziyan vurulmuşdur. Eyni zamanda məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı 500 manat ödəyərək hüquqi yardım haqqında müqavilə bağlamışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim.T.Axundov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 24 601 (iyirmi dörd min altı yüz bir) manatın və dövlət rüsumunun 15 (on beş) manat hissəsinin tutularaq X3 ödənilməsi, 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatının iddiaçıdan, 50 (əlli) manatının Cavabdeh tutularaq X1 hesabına köçürülməsi, i ddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə iddia tələblərini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.3, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki İ icraat
7. Bakı Apellyasiya Məhkəməsi MK-nın 27.05.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Həsənov (sərlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 saylı iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəti cə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasın a və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
17. Maddə. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə.1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə.1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Maddə. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 76.1 və 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Madd ə 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri
27. Kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
29. Məhkəmələr müəyyən etmişlər ki, 28.01.2020-ci il tarixdə Hacıyev X5 Benz markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərk ən X3 məxsus Audi A6 minik markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. 30. 9/4735 saylı, 18.01.2021-ci il tarixli ekspert rəyinə əsasən, “European Cars” LTD tərəfindən təqdim edilən 03.02.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Audi A6” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 29601 manat müəyyən edilmişdir.
31. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığorta şirkəti tərəfindən iddiaçı X3 məxsus Audi A6 minik markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 5000 manat məbləğində icbari sığorta ödənişi edilmişdir. Sözü ged ən bu hal məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən etiraf edilmişdir.
32. Cavabdehin nümayəndəsi iddia tələbini qismən etiraf edərək, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən iddiaçıya məxsus avtomobilə ziyan vurulmasını inkar etməyərək, iddia tələbini vurulmuş zərərə münasibətdə tələb olunan məbləğ hissəsində mübahisələndirərək, dəymiş zərərin ümumilikdə 12500 manat olmasını və icbari sığorta ödənişi üzrə ödənilmiş 5000 manat məbləğində nəzərə alınmaqla yerdə qalan 7500 manat məbləğində ödənişi etmələrinə razı olduğunu bildirmişdir.
33. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, yüksək təhlükə mənbəyi olan “Mercedes Benz” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu mübahisələndirilməyən Cavabdeh üzərinə qoymaqda haqlı olmuşdur.
34. Həmçinin kollegiya iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, tələb edilən məbləğ həm “Audi” markalı avtomobilin rəsmi distryubutorunun verdiyi rəylə, həm də məhkəmənin təyin etdiyi ekspertiza rəyi ilə müəyyən olunmuş, ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir sübut isə apellyator tərəfindən təqdim edilməmişdir.
35. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4726/2021 nömrəli, 27.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.