Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-550/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şifahi alqı-satqı müqaviləsinin təsdiq edilməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şifahi alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbi”nə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2022-ci il tarixli, 2(103)-2018/2021 nömrəli qətnaməsindən Cavabdeh2 kassas iya şikayətinə 01 fevral 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 (bundan sonra “cavabdeh”) 2012-ci ildə İddiaçı qızından (bundan sonra “iddiaçı”) 05 sentyabr 2012-ci il tarixə kimi qaytarmaq şərtilə borc olaraq 7000 manat pul almış, bu barədə qəbz yazıb iddiaçıya vermişdir.
2. Cavabdeh iddiaçıdan yenidən 1000 manat pul almış və borcunun ümumi 8000 manat olduğunu, həmin pulu X1 və X2 iştirakı ilə sayıb təhvil aldığını göstərməklə 28 noyabr 2012-ci il tarixdə qəbz yazıb vermişdir.
3. Cavabdeh bacısı Cavabdeh1 (bundan sonra “İİ cavabdeh”) məxsus torpaq sahəsinin mülkiyyət hüququna dair sənədi iddiaçıya verməklə, həmin torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli 70 nömrəli qərarı əsasında JN 1213, KOD60700068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Cavabdeh1 mülkiyyətində olan 1,90 ha pay torpaq sahəsi ilə əlaqədar cavabdehlərlə onun arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya torpaq sahəsini almaq üçün Cavabdeh2 verdiyi 8000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının həmkəndlisidir, münasibətləri bir həmkəndli kimi normal olmuşdur. 2012-ci ilin iyun ayında cavabdeh iddiaçıdan 7000 manat borc pul almış və həmin pul u 2012-ci ilin sentyabr ayının 5-dək qaytaracağına söz vermişdir. Həmçinin cavabdeh Dövlət aktı ilə bacısı Cavabdeh1 mülkiyyətində olan 1,90 ha pay torpaq sahəsinin Dövlət Aktının əslini iddiaçıya təhvil vermiş və pulu qaytara bilməyəcəyi təqdirdə torpaq sahəsini onun mülkiyyətinə keçirəcəyini bildirmişdir. Həmin ilin noyabr ayında cavabdeh yenidən iddiaçı ilə görüşmüş və pulun müqabilində torpaq sahəsini alqı-satqı əsasında iddiaçının mülkiyyətinə keçirəcəyini, bacısı Gülnarənin buna görə 1000 manat əlavə pul istədiyini bildirmişdir. İddiaçı cavabdehlə razılaşıb, cavabdehin bacısı Gülnarəyə məxsus həmin torpaq sahəsini şifahi alqı-satqı müqaviləsinə əsasən 8000 manata almışdır. Həmin vaxtdan torpaq sahəsindən istifadə etmiş onu əkinə yararlı vəziyyətə salmaq üçün şəxsi vəsaiti hesabına həmin sahədə aqrotexniki işlər gördürmüş və torpağı yararlı hala salmışdır.
6. İddiaçı torpağı adına sənədləşdirmək üçün cavabdehlərə müraciət etmiş, cavabdeh bacısının xəstə olduğunu, yaxın vaxtlarda gəlib torpağı onun adına sənədləşdirəcəyini göstərmişdir
7. Həmin torpaq sahəsini iddiaçı əvvəllər özü istifadə etmiş, sonra isə müxtəlif şəxslərə icarəyə vermişdir. 2020-ci ilin axırlarında iddiaçı cavabdehlə əlaqə saxlamış, torpağı onun adına sənədləşdirməsini tələb etmişdir. Lakin cavabdeh yenə bacısının xəstə olduğunu, alqı-satqı üçün notariat orqanına gələ bilmədiyini göstərərək onsuz da torpağın onun istifadəsində olmasını bildirmişdir.
8. Cavabdeh öz xətti ilə qəbz yazaraq iddiaçıdan 8000 manat pul aldığını təsdiq etmişdir.
9. İddiaçı cavabdehin müxtəlif bəhanələr gətirdiyini və onu al datdığını hiss edib Beyləqan rayon polis şöbəsinə torpaq mübahisəsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Polis şöbəsindən onların arasında olan torpaq sahəsinin mülki mübahisə olduğu bildirilmiş və iddiaçıya məhkəməyə müraciət etmə hüququ izah edilmişdir.
10. Hazırda da torpaq sahəsi iddiaçının öz istifadəsindədir və cavabdehin qohumu Rövşən Məmmədova şifahi razılaşmaya əsasən icarəyə vermişdir. Cavabdehlər üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişlər.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə istinad etmişdir
12. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz olaraq göstərmişdir ki, iddiaçı cavabdehlərdən torpaq sahəsi aldığını və bunun müqabilində onlara 8000 manat pul verdiyini qeyd e dir. Əslində isə işin mahiyyəti belə olmamışdır. İddiaçı 2012-ci ildən bir neçə ilə əvvəl cavabdehə 7000 manat faizə pul vermişdir. Həmin pulun alınmasına dair 2012-ci ilin sentyabr ayında iddiaçı cavabdehdən qəbz almışdır. Həmin qəbzin Cavabdeh2 tərəfindən yazılmasını mübahisələndirmir. 2012ci ilin noyabr ayında Cavabdeh2 iddiaçıdan 8000 manat pul almasına dair yenidən qəbz yazıb vermişdir. Lakin cavabdeh pulu ödəyə bilmədiyindən borcunu əvəzləşdirməsi üçün bacısına məxsus torpaq sahəsini uzun müddətli istifadə üçün iddiaçıya vermişdir. Həmin vaxtdan da torpaq sahəsi iddiaçının istifadəsindədir və iddiaçı müxtəlif vaxtlarda həmin torpaq sahəsini müxtəlif şəxslərə pul müqabilində istifadəyə vermiş və demək olar ki, həmin borc artıqlaması ilə ödənilmişdir. Həmin borcun digər Cavabdeh1, ümum iyyətlə, aidiyyəti yoxdur. Belə ki, torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir və onunla iddiaçı arasında heç bir alqı-satqı müqaviləsi barədə razılaşma olmamışdır. Bu səbəbdən iddia tələbi Cavabdeh1 qarşı əsassızdır. Cavabdeh2 isə iddiaçıdan faizə pul götürsə də, iddiaçı həmin pulu Cavabdeh1 torpaq sahəsindən istifadə etməklə əldə etmiş, bununla alınan borc ödənilmişdir. Həmçinin, müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. İddiaçı borcu vaxtında tələb etməməklə iddia müddətini də buraxmışdır ki, həmin borc məsələsinə iddia müddəti tətbiq edilməlidir.
13. Cavabdehlərin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.
14. Birinci instansiya məhkəməsində şahid X3 göstərib ki, 2012-ci ildə Beyləqan rayonu, Dünyamalılar kənd icra nümayəndəsinin müavini işləm işdir. 2012-ci ilin noyabr ayında Elnur bacısı Gülnarəyə məxsus torpaq sahəsini İddiaçı satmışdır. Kəmalə onun qohumu olduğundan dəfələrlə Elnura torpaq sahəsini sənədləşdirməsini bildirsə də, hər dəfə Elnur müxtəlif bəhanələrlə torpaq sahəsini sənədləşdirməkdən yayınmışdır. Halbuki, həmin torpaq sahəsinin sənədlərini iddiaçıya vermişdir ki, topraq sahəsini onun adına alqısatqı qaydasında rəsmiləşdirəcəkdir.
15. Birinci instansiya məhkəməsində şahid X1 digər şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.
16. Birinci instansiya məhkəməsində şahid X6 göstərib ki, o, Beyləqan rayonunun Dünyamalılar kəndində “Sudan istifadə edənlər birliyi”nin direktorudur. Onun vəzifəsi kənd sakinlərindən mülkiyyətlərində olan torpaq sahələrinin suvarılması üçün istifadə etdikləri suya nəzarət et mək və istifadə edilmiş suyun dəyərini qəbul etməkdən ibarətdir. Dünyamalılar kənd sakini Cavabdeh1 mülkiyyətində olan 1,90 ha torpaq sahəsini İddiaçı satdığına görə İddiaçı 8 ildir ki, istifadə etdiyi həmin torpaq sahəsinə görə su pulu ödəyir. Pulun ödənilməsi ilə bağlı qəbzlər İddiaçı adına verilmişdir. Su satışına görə pulun ödənilməsi ilə bağlı əvvəllər qəbz verilsə də, son zamanlar pul post-terminalla köçürülmüşdür.
17. Birinci instansiya məhkəməsində şahid X5 göstərib ki, Cavabdeh2 onun kürəkənidir. Cavabdeh2 bacısı Cavabdeh1 məxsus 1,90 ha torpaq sahəsi bir neçə ildir ki, İddiaçı istifadəsindədir. 2018-2019-2020-ci illərdə həmin torpaq sahəsini İddiaçı şifahi razılaşmalarına əsasən icarəyə götürüb istifadə etmişdir. Bunun müqabilində Kəmaləyə hər il üçün 900 manat pul vermişdir. B undan əvvəl də, Kəmalə həmin torpaq sahəsini istifadə üçün başqa şəxslərə vermişdir. Onda olan məlumata görə Gülnarə həmin torpaq sahəsini Elnurun iddiaçıya olan borcu əvəzinə vermişdir.
18. Beyləqan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(020)-177/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 8000 manat pulun tutularaq İddiaçı qızına verilməsi, iddianın şifahi alqı-satqı müqaviləsinin təsdiq edilməsi tələbinə dair və Cavabdeh1 qarşı hissədə rədd edilməsi qət edilmişdir. (hakim Ramiz Nurullayev)
19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 iddiaçıdan 2012ci ildə 7000 manat borc alıb, bu barədə qəbz yazıb iddiaçıya verməklə həmin pulu 05 sentyabr 2012-ci ilə kimi qaytarması barədə öhdəlik götürüb. Lakin həmin müddət ərzində Cavabdeh2 pulu qayta ra bilmədiyinə görə iddiaçıdan yenidən 1000 manat pul almış və borcunun 8000 manat olduğunu göstərməklə 29 noyabr 2012-ci il tarixdə qəbz yazmışdır. Həmçinin cavabdeh bacısına məxsus torpaq sahəsinin mülkiyyət sənədini iddiaçıya vermiş və həmin pul müqabilində torpağı onun adına sənədləşdirəcəyini vəd etmişdir. Sonradan cavabdeh müxtəlif bəhanələr gətirməklə torpağın iddiaçının adına sənədləşdirilməsinə dair vədinə əməl etməmişdir. İddiaçı aldanıldığını görüb Cavabdeh2 hərəkətləri barədə Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, iddiaçıya mübahisənin mülki xarakterli olması və bununla bağlı iddiaçının mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-sa tqı müqaviləsi bağlanmayıb, buna görə də tərəflər arasında olan mübahisəyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilə bilməz. Həmçinin İddiaçı ilə Cavabdeh1 arasında hər hansı bir razılaşma olmadığına görə iddia Cavabdeh1 qarşı əsaslı sayıla bilməz.
21. Birinci instansiya məhkəməsi vurğulayıb ki, Cavabdeh1 məxsus torpaq sahəsini Cavabdeh2 iddiaçıya vermiş, Cavabdeh1 bununla əlaqədar üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Halbuki, həmin torpaq sahəsi cavabdehlərdən Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olmuşdur. Belə olan halda iddiaçı ilə torpaq mülkiyyətçiləri arasında torpağın alqı-satqısına dair hər hansı bir razılaşma olmadığına görə iddianın alqısatqı müqaviləsinin təsdiq edilməsi tələbinə dair hissəsi əsassızdır.
22. Birinci instansiya məhkəməsinin mövqeyinə gör ə cavabdehin iddiaçıdan 8000 manat pulu borc alması öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi iddiaçının həmin pulu cavabdehə faizlə verdiyini göstərsə də, həmin fakt təsdiq olunmamış, eləcə də, cavabdehin yazdığı qəbzlərdə pulun faizlə verilməsinə dair hər hansı müddəa mövcud deyil. Üstəlik, cavabdehin nümayəndəsi Cavabdeh2 iddiaçıdan borc olaraq pul aldığını və yazılan borc sənədinin cavabdehə aid olduğunu etiraf etmişdir.
23. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iddiaya etirazının əsası kimi istinad etdiyi dəlillərə – iddiaçının torpaqdan uzun müddət istifadə etməsi, cavabdehin torpaq sahəsini borc müqabilində istifadə üçün iddiaçıya verməsi, iddiaçının torpaqdan uzun müddət istifadə etməklə borcun tam bağlanması, iddia müddətini keçməsi – münasibətdə qeyd edib ki, bu dəlillər iddianın pul tələbinə dair hissəsini rədd edilməsi üçün əsas ola bilməz.
24. Birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı mövqeyi belə olub ki, keçən müddət ərzində Cavabdeh2 iddiaçıya olan borcunu qaytarmaqdan imtina etməyib, bununla bağlı iddiaçıya hər hansı məlumat verməyib. Əksinə, cavabdeh bacısına məxsus torpağın mülkiyyət sənədlərini iddiaçıya verib və borc pul müqabilində həmin torpaq sahəsini onun adına rəsmiləşdirəcəyi barədə iddiaçıya vəd verib. Həmin torpaq sahəsi hazırda da iddiaçının istifadəsindədir və iddiaçı ümid etmişdir ki, cavabdeh öz vədinə əməl etməklə torpağı onun adına sənədləşdirəcəkdir. Lakin son zamanlar iddiaçı cavabdeh tərəfindən aldanıldığını başa düşərək, torpaq mübahisəsi ilə bağlı cavabdehdən polisə şikayət etmişdir. Yəni iddiaçı borc pulu deyil, torpağın sənədləşdirilməsini tələb etmişdir. Bundan sonra iddiaçı hüquqlarını pozulmasını bilmiş və hazırki iddianı vermişdir. İddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt qanuni əsaslarla nəzərə alındıqda hazırki borc tələbi ilə bağlı iddia müddəti keçməmişdir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 406.1, 407.2, 377.1, 567, 568.1, 646.1, 648.1, 739.1, 740.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prose ssual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir; - iddiaçının göstərdiyi dəlillər əsaslı deyil, 8000 manat pulu bu müddət ərzində qaytarmırdısa və torpağı sənədləşdirmirdisə müəyyən müddət ərzində cavabdehə qarşı hüquq mühafizə orqanlarına şikayət verə və ya məhkəməyə müraciət edə bilərdi; - borc müqaviləsi üzrə iddia müddəti 3 il olduğu halda iddiaçının məhkəməyə 8 il sonra müraciət etməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməmişdir.
28. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(103)-2018/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədən, birinci instansiy a məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Zaur Allahyarov, Müşfiq Həsənov)
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin mövqeyinə uyğun əsaslandırma ilə qəbul etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırılıb ki, iddia müddətinin tətbiqi barədə ərizə verilsə də, məhkəmə həmin ərizəyə düzgün qiymət verməməklə Mülki M əcəllənin 373.2-ci maddəsinin tələblərini pozub. İddiaçının təqdim etdiyi əlyazma olan qəbzdə pulun borc verilməsi əks olunur. Həmin qəbzdə torpağın alınması ilə bağlı heç bir müddəa yoxdur. Bu məsələdə məhkəmə nəyə görə həmin pulun torpağın alınması ilə bağlı verilməsi qənaətinə gəlməsini heç bir sübutla qətnamədə əsaslandıra bilməyib. Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 89.1, 217.2, 372.1, 372.7 və 385-ci maddələri pozulub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin id diası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya y azılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiynd ən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəımə kollegiyası onu da qeyd edir ki, apellyasiya baxşının predmeti və apellyasiya instansiyasının qətnaməsi Cavabdeh2 şikayəti üzrə iddianın təmin edilən hissəsi ilə bağlı olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışını predmeti olan hissə başa düşülür.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
38. İddia tələbi 8000 manat pulun Cavabdeh2 alınması barədədir.
39. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, Cavabdeh2 iddiaçıdan 2012-ci ildə 7000 manat borc alıb, pulu alması barədə iddiaçıya qəbz verməklə həmin pulu 05 sentyabr 2012-ci ilə kimi qaytarması barədə öhdəlik götürüb. Həmin müddətdə Cavabdeh2 pulu qaytara bilmədiyinə görə iddiaçıdan yenidən 1000 manat pul almı ş və borcunun 8000 manat olduğunu göstərməklə 29 noyabr 2012-ci il tarixdə qəbz yazmışdır. Cavabdeh həmin pul müqabilində bacısına məxsus torpaq sahəsinin mülkiyyət sənədini iddiaçıya vermiş və torpağı onun adına sənədləşdirəcəyini vəd etmişdir. Sonradan cavabdeh müxtəlif bəhanələr gətirməklə torpağın iddiaçının adına sənədləşdirilməsinə dair vədinə əməl etməmişdir.
40. İşdən görünür ki, cavabdehin nümayəndəsi də iddiaçıdan borc kimi pul alınmasını və bu barədə cavabdehin qəbz yazmasını mübahisləndirməmişdir. Lakin cavabdehin iddiaya etiraz olaraq iddiaçının həmin pulu cavabdehə faizlə verməsi halı təsdiqini tapmamışdır.
41. İşi mahiyyəti üzrə araşdıran məhkəmələr tərəflər arasında olan münasibətləri borc münasibətləri kimi qiymətləndirmiş və Mülki Məcəllənin borca dair normalarını tətbiq etmişlər.
42. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir.
43. İddia müddətinin tətbiq edilməli olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu barədə təqdim etdiyi ərizə üzrə iddia müddətinin tətbiqi üçün zəruri olan halları (müddətin axımının başlaması və s.) birinci instansiya məhkəməsi araşdırmış və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi də belə nəticəyə gəlmişdir ki, bu müddət keçməmişdir. (bax:24 və 29-cu bəndlər)
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxa rıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2022-ci il tarixli, 2(103)-2018/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.