Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5503/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5503/2018 şəhəri 03 sentyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.02.2018-ci il tarixli 2(105)779/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin (hakim E.Hümbətov) 18.09.2017-ci il tarixli 2(074)1828/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 03.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6.658,66 manat əsas borc, 1.483,46 manat faiz, 13,47 manat cərimə olmaqla, cəmi 8.155,59 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, Cavabdeh 10 manat rüsumun alınıb dövlət nəfinə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, Ş.Abasov, A.Abbasov) 15.02.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı rayon Məhkəməsinin 18.09.2017-ci il tarixli qətnaməsi faizə aid hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 15.02.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor "xxxx" ASC borclu Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizə ilə 14.07.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 03.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6.658,66 manat əsas borc, 1.483,46 manat faiz, 13,47 manat cərimə olmaqla, cəmi 8.155,59 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin (hakim E.Hümbətov) 17.07.2017-ci il tarixli 2(074)1828/2017 nömrəli məhkəmə əmri ilə kreditor "xxxx" ASC-nin borclu Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizəsi təmin edilmiş, borclu Cavabdeh 03.06.2014-cü il tarixli *********************** nömrəli kredit müqav iləsi üzrə 6.658,66 manat əsas borc, 1.483,46 manat faiz, 13,47 manat cərimə olmaqla, cəmi 8.155,59 manatın və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə verilməsi barədə göstəriş verilmişdir. Şamaxı rayon Məhkəməsinin (hakim E.Hümbətov) 03.08.2017-ci il tarixli 2(074)1828/2017 nömrəli qərardadı ilə borclu Cavabdeh məhkəmə əmrinə etirazı təmin edilmiş, iş üzrə Şamaxı rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli 2(074)-1828/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən qətnamə qəbul edilərkən yalnız iddiaçının iddia ərizəsinə əsasla nılmış, faizin hansı qaydada hesablandığı araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.02.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi, Cavabdeh və vəkili Abdullayev Əlisa Həsən oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikas ı MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.02.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyib, iş üzrə Şamaxı rayon Məhkəməsinin 18.09.2017-ci il tarixli qətnaməsini - faizə aid hissədə dəyişiklik edilmədən saxlamaq qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 03.06.2014-cü il tarixdə bağlanmış ************************ nömrəli istehlak krediti müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 23 % olmaqla 10.000 manat kredit verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvaf iq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 10.01.2017-ci il tarixli 05/44 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh "xxxx" ASC-yə 03.06.2014-cü il tarixli ********************* nömrəli istehlak krediti müqaviləsinə əsasən 6.658,66 manat əsas borcu, 1.483,46 manat faiz, 13,47 manat cərimə olmaqla, cəmi 8.155,59 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü madd əsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəs inə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclu Cavabdeh "xxxx" ASC-yə 03.06.2014-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən 6.658,66 manat əsas borcu, 1.483,46 manat faiz, 13,47 manat cərimə olmaqla, cəmi 8.155,59 manat borcu yaranmışdır. Bu səbəbdən, borclu Cavabdeh bank qarşısında məsuliyyət daşıyır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya mə hkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.02.2018-ci il tarixli 2(105)-779/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-5503/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5503/2018
03.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver