Məhkəmə qərarları › İş №2(102)-5509/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5509/2019

28.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5509/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili ***nun, Cavabdeh2 vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2019-cu il tarixli, 2(103)4328/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5571/2018 saylı işi üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2019-cu il tarixli, 2(103)4328/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3nə və Cavabdeh4 Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-nin hərracın yekunları barədə 05 iyul 2018-ci il tarixli, 197 saylı protokolunun və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və y enidən qiymətləndirilmə təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəməyə müəyyən sübutlar təqdim olunsa da, onlara heç bir münasibət bildirilməmişdir, iddia ərizəsində qeyd olunanaları nəzərə almamış, heç bir obyektiv araşdırma aparmadan tez-tələsik qətnamə qəbul etməklə maddi və prosessual hüquq normaların tələblərini kobud şəkildə pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən i ddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayə ndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 01.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin edərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin 23 mav 2017-ci il tarixli. 2(067)-1604/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" BOKT ASC-nin ona və X3 qarşı TK000103 saylı, 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 29 avqust 2016-cı il tarixə yaranmış kredit borcu üzrə 5413.58 manat, faiz borcu üzrə 510.07 manat, cəmi 5923.65 manat pul və 30 manat dövlət rüsumunun ondan və X1 birgə qaydada tutularaq. "xxxx" BOKT ASC-yə ödenilməsi, TK000103 saylı, 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş ona məxsus "Ford Transit" markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı vaqon, 2001-ci il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq, satışdan əldə edilən vəsaitin borca yönəldilməsi barədə iddia ərizəsinin təmin edilməsi, ondan və X2 5413.58 manat əsas, 510 manat faiz, borcu və 30 manat dövlət rüsumu, cəmi 5953.65 manat pul vəsaitinin birgə qaydada alınaraq. "xxxx" BOKT ASC-yə verilməsi hüququ əsasında məxsus olan və ipoteka predmeli olan "Ford Transit" markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61.1, 61.2, 62.2; "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 5, 9, 10; MM-nin 140, 182.1, 415, 416; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasib ətdə yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayətinin məğzi icra məmurunun icra icraatının dayandırılmaması üzrə icra hərəkətlərinin (hərəkətsizliyinin) düzgün aparılmaması olduğundan hazırki iddia tələbi həddində baxılması mümkünsüzdür, bu müstəvidə bir vasitə olaraq əlavə edilmiş digər dəlillərin faktiki və hüquqi istinadları qiymətləndirməyə aid olmayaraq sübuta yetirilməmişdir. Hissəhissə icrası barədə qərar olmadan qətnaməni bu formada icra etmək istəyi olan iddiaçının özbaşına və sui-istifadəyə şərait yaradan hərəkətləri ədalət mühakiməsinin humanizm prinsipinin təminatı kimi hesab edilə bilməz və dövlətin adından qəbul edilən qərarın vaxtında icrası məcburidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.5-ci maddəsinə əsasən ona aid edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2019-cu il tarixli, 2(103)-4328/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar