Məhkəmə qərarları › İş №2(102)-5509/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5509/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5509/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5509/21 (Açar sözlər: maddi ziyan) Bakı şəhəri, 16 noyabr 2021-ci il 16.11.2021 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 və vəkili Vəkil Əziz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4775/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Vəliyev X3 qəsəbəsi Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında yaşayır. 2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərində yağış sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi” layihəsi çərçivəsində “Sabunçu rayonu ərazisində kollektorun tikintisi” işlərinin yerinə yetirilməsi, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 05.05.2017-ci il tarixli müqaviləyə əsasən, cavabdehin öhdəsinə qoyulmuşdur.

3. İddiaçı Cavabdeh MMC-nin gördüyü işlər zamanı qazıntı aparılması səbəbindən onun yaşadığı evin divarlarında çatların əmələ gəlməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə müraciət etmişdir və Agentlik tərəfindən verilmiş 24.05.2018-ci il tarixli 37/36- 02348 saylı cavab məktubunda ünvan 3 ünvanda yaşayan İddiaçı müraciətinə əsasən, həmin ünvana baxış keçirildiyi və baxış zamanı “Sabunçu qəsəbəsində yağış sularının kənarlaşdırılması” layihəsi çərçivəsində yağış kanalizasiya kollektorunun çəkilməsi səbəbindən adı çəkilən fərdi yaşayış evinin divarlarında çatların əmələ gəlməsi, həyətdə giriş pilləkəninin sürüşməsi baş verdiyi məlum olduğu, fərdi yaşayış evi məhdud işlək vəziyyətə düşməsi qeyd olunmuşdur.

4. Cavabdeh MMC tərəfindən Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində görülmüş işlər zamanı dəymiş ziyana görə bəzi vətəndaşlara kompensasiya verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 24 ünvanında yerləşən mənzilə dəymiş 14000 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin noyabr-dekabr aylarında kanalizasiya çəkilişi ilə əlaqədar "xxxx" ASC-nin rəhbərliyi altında qazıntı işləri aparılan zaman bir çox sakinlərin mənzilləri kimi, onun da mənzilinə silkələnmə nəticəsində ziyan dəyərək bünövrəsi yerindən tərpənmiş və çöldən pilləkəni yerindən sürüşmüşdür, seyf qapısı isə zədələndiyindən çətinliklə açılıb-bağlanır. Mənzilin otaqlarının divarları çatlamış, döşəmə və tavana ziyan dəyərək qəzalı vəziyyətə düşmüşdür. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə, həmçinin "xxxx" ASC-nin 155 saylı qaynar xəttinə məlumat vermişdir. Layihənin icraçılarından biri olan Arif adlı məsul şəxsin iştirakı ilə mənzilinin divarlarında çat olan yerlərinə cavabdeh tərəfindən 01.03.2018-ci il tarixdə mayak qoyularaq bir müddət gözləməyi məsləhət görmüşlər. Mənzilində bərkidilmə işləri aparılmadığı üçün silkələnmə və sürüşmə aktivliyi olduğuna görə qoyduqları işarə mayaklarının bəzilərində cırılma və qopma aşkarlanmışdır. Belə olan halda FHN-nin Tikintiyə Nəzarət Agentliyinin mütəxəssislərinin iştirakı ilə mənzilinə baxış keçirilərək mənzilində olan çatların və çöldən pilləkənin sürüşməsinə həqiqətən də "xxxx" ASC-nin apardığı qazıntı ilə bağlı olmasını təsdiq edib rəy verərək "xxxx" ASC-nin rəhbərliyinə 24.05.2018-ci il 37/36-02348 saylı məktubla onun ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qısa müddətdə yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülməsinə dair göstəriş verilməsi "xxxx" ASC-nin rəhbərliyindən xahiş edilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə şifahi və yazılı müraciətlərinə müsbət cavab verilməmişdir. Həmin ərazidə qazıntı işlərini "xxxx" ASC-nin tapşırığı ilə Cavabdeh MMC həyata keçirmişdir. Qazıntı işləri ilə əlaqədar onun mənzilinə 14000 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın ödəilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir. Halbuki Cavabdeh MMC tərəfindən onun qonşulari Elçin Əlizadəyə 5000 manat, Emin Nemətova 3000 manat, Səyyar Qasımova 12000 manat, Tahir Hacıyevə isə 29700 manat məbləğində vurulmuş ziyana görə pul ödəmişlər. Yalnız məhkəmə prosesi dövründə MMC-nin nümayəndəsi tərəfindən ona əvvəlcə 200300 manat, daha sonra isə 4000-5000 manat pul təklif edilmiş, lakin o, dəymiş ziyanın daha yüksək olduğunu bildirərək, həmin təklifi qəbul etməmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(004)-961/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2139 saylı, 30 dekabr 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, xxx küçəsində yerləşən 27 saylı evin 24 saylı mənzilin divarları nda olan çatların, fərdi yaşayış evinin qarşısında tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılması, torpağın kipləşdirilməsini nəzərə alaraq, İddiaçı məxsus fərdi yaşayış evində əmələ gələn çatlar Cavabdeh MMC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilər. xxxsaylı evin 24 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 13624,0 manat məbləğində müəyyən olunur.

9. Cavabdehin nümayəndəsi iddia tələbi ilə razılaşmamış və bildirmişdir ki, Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən ev 27, 24 saylı mənzilin hansı hüquqlarla İddiaçı məxsus olması nə onun təqdim etdiyi sənədlərlərlə, nə də iş materialları ilə müəyyən olunmamışdır. Əgər mənzil özbaşına tikilidirsə, özbaşına tikili ilə əlaqəli vurulmuş zərərin ödənilməsi barədə iddia məhkəmə qaydasında mübahisələndirilə bilməz. İşə əlavə olunmuş yaşayış mənzilinə dair 24.05.2018-ci il tarixli rəydən görünür ki, mənzil 40 il bundan əvvəl - 1980-ci ildə inşa olunmuş, özbaşına tikilmiş, heç bir tikinti norma və qaydalarına əməl olunmamış, mənzilin bönövrəsinin yük daşıma qabiliyyəti olmamış, dam örtüyü 2 yamaclı ağac materiallarından yığılmış, döşəmə və qapıları taxtadandır, 2 mərtəbəli evin mərtəbə örtüyü isə ağac atmalar ilə örtülmüşdür. Yükdaşıyan divarların qalınlığı 20 sm-dir, əhəng daşlarından inşa olunmuşdur. Bünövrəsi 0,40 sm enində, 0,40 sm hündürlüyündədir. Mərtəbə örtüyü ağac atmalardan yığılmış, yükdaşıyan divarlarını n qalınlığı 20 sm-dir, örtük səviyyəsində monolit dəmir beton kəməri yoxdur. İddiaçı mənzilinin divarlarında çatların əmələ gəlməsi həmin divarların qalınlığının 20 sm olması kimi, dam örtüyünün ağac materiallarından yığılması, bünövrəsinin 40 sm hündürlüyündə olması isə 2 mərtəbəli yaşayış evinin davamlılığı üçün yarıtmaz vəziyyət yaratmaqla həmin yaşayış sahəsinin qazıntı işlərinin aparıldığı tarixdə yox, əslində həmin tarixdən əvvəlki müddətlərdən mövcud olmasına daha çox əsaslar verir. Bu fakt aydınlaşdırılmamışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(004)-104/2021 nömrəli qətnaməsi ilə (hakim R.Cavadzadə) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən vurulmuş maddi ziyana görə 13624 (on üç min altı yüz iyirmi dörd) manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna görə xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, xxx mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, o, 2001-ci ildən ailə üzvləri ilə birlikdə faktiki olaraq həmin mənzildə yaşayır və orada pasport qeydiyyatına düşmüşdür. Bununla da o, həmin mənzil üzərində mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüquqlarını həyata keçirməkdədir. Mülkiyyət hüququnun üçüncü elementi olan sərəncam hüququnu əldə etmək isə İddiaçı “gözlənti hüququ” əsasında gə ləcəkdə əldə edəcəyi hüququdur.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, şahid ifadələri, ekspert rəyi ilə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində aparılmış qazıntı işləri nəticəsində İddiaçı məxsus xxxlinə ziyan vurulması, bunun nəticəsində iddiaçıya müəyyən məbləğdə maddi zərər dəyməsi sübuta yetirilmişdir. Buna görə də, cavabdehdən ekspertiza rəyi həddində, yəni 13624 (on üç min altı yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələ binin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(103)4775/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq o lunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, eskpert rəyi ekspert tərəfindən aparılan tədqiqata deyil, FHN Tikintidə X2 Agentliyinin 24 may 2018-ci il tarixli məktuba və mənzilin divarlarına aid fotoşəkillərə əsaslanmaqla verilmişdir. Məktubun məzmunu isə, yaşayış evinin zədələnməsinin aparılan qazıntı işlərindən yaranması faktını təsdiq edə bilməz. Məktubun məzmunu təhrif olunmuşdur. Bu səbəbdən məktub yalnız ziyanın miqdarına aid hissədə qəbul oluna bilər. Zərərin kanalizasiya xəttinin çəkilməsi səbəbindən yaranması barədə məktubda ifadə edilənlər isə, hər hansı nəticəyə gəlməyə əsas verən sübut kimi qəbul oluna bilməz.

18. Ekspertin yaşayış sahəsinin deformasiyaya uğramasının yaxınlıqda aparılan qazıntı işlərinin nəticəsində ”yarana bilməsi “ barədə verdiyi rəy heç bir sənədə və təhqiqatın nəticələrinə əsaslanmamışdır. Çünki, özü tərəfindən heç bir təhqiqat aparılmamış, məhkəmə tərəfindən ona təqdim olunmuş həmin tarixli məktuba və mənzilin divarlarına aid çəkilmiş fotoşəkilləri tədqiq etməklə kifayətlənmişdir. Belə ki, rəyin nəticə bölməsində işin həmin hissəsinə aid suala cavabdan görünür ki, ekspert özü tərəfindən aparılmış təhqiqatın nəticələrinə yox, zərərçəkən İddiaçı Əliağa oğluna tikintidə X2 Agentliyinin ünvanladığı 24 may 2018-ci il tarixli 37/36 saylı məktubunun məzmun una əsaslanmaqla ifadə etmişdir. Tikintidə Nəzarət Dövlət Agentliyinin rəisi tərəfindən tərtib edilmiş həmin məktubda Agentliyin mütəxəssisləri tərəfindən tərtib edilmiş 25.04.2018ci il tarixli rəyin nəticələrindən fərqli qeyd olunub.

19. Ekspert həmin suala dair öz rəyində, yaşayış evinin məhdud işlək vəziyyətə düşməsini məhz X1 mütəxəssisləri tərəfindən tərtib edilmiş rəyin nəticələrinə yox, agentliyin İddiaçı ünvanlandığı və rəyin nəticələrinə zidd olan və məzmunu təhrif olunmuş 24.05.2018-ci il tarixli məktubuna istinad etməklə tərtib edilmişdir ki, bu ekspert tərəfindən öz hüquq və vəzifələrini kobud pozması kimi qiymətləndirilməlidir. Ekspertin yaşayış evinin qeyriməhdud işlək vəziyyətinə düşməsinin köklü səbəblərini tədqiq etmədən yalnız həmin məktubda qeyd olunan və biri digərinə zidd olan nəticələrə əsaslanmaqla tərtib etdiyi rəy müəmmalı, ziddiyətli, qeyri- konkret və müfəssəl deyildir. Ekspertin rəyi bu səbəbdən yalnız ziyanın hansı miqdarda müəyyən olunması hissəsində qəbul oluna bilər. Zərərin kanalizasiya xəttinin çəkilməsi səbəbindən yaranması barədə ifadə etdikləri isə heç bir nəticələrə gəlməyə əsas verə bilən sübut kimi qəbul oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdehin nümayəndəsi X4 və vəkili Vəkil Əziz oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

22. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMnin 67-ci maddəs inə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, o nun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən b aşqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mad də

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kassasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

28. İddia tələbinin ümumi hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 21-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddianın təmin olunması üçün iddiaçılara zərər vurulmuş olmalı, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmamış olmalıdır.

29. İddiaçılara zərərin əvəzinin tam ödə nilməsini şərtləndirən, Mülki Məcəllənin 1096-cı maddəsində nəzərdə tutulan mülki hüquq pozuntusu o halda mövcud olur ki: a) iddiaçıların hüquqla və ya qanunla müdafiə edilən mənafelərinə ziyan vurulmuş olsun; b) cavabdehin əməli (hərəkət və hərəkətsizliyi) zərər vurmaya gətirib çıxarsın; c) cavabdehin bu əməli (hərəkət və hərəkətsizliyi) təqsirli və hüquqa zidd olsun.

30. Bu baxımdan məhkəmənin araşdırmalı olduğu əhəmiyyətli hallardan biri – cavavbdehin gördüyü tikinti-qazma işləri ilə iddiaçının evində aşkar edilmiş çatların yaranmasında səbəbli əlaqənin müəyyən olunmasıdır. Birinci instansiya məhkəməsi bu halın müəyyən olunması xüsusi bilik tələb etdiyinə görə ekspertiza təyin etmişdir.

31. Ekspertin verdiyi 10/2139 saylı, 30 dekabr 2020-ci il tarixli rəyində göstərilmişdir ki, iddiaç ının mənzilinin divarlarında olan çatların, fərdi yaşayış evinin qarşısında tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılması, torpağın kipləşdirilməsini nəzərə alaraq, evdə əmələ gələn çatlar Cavabdeh MMC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilər.

32. Ekspert həmin rəyi verərkən özü bilavasitə cavabdehin gördüyü işlərlə iddiaçının evində yaranan çatların və pilləkən sürüşməsinin arasında səbəbli əlaqənin olmasını müəyyən etmək üçün zəruri tədqiqat (ev ilə qazıntı aparılan yerin arasında olan məsafə, qazıntının dərinliyi, torpağın strukturu və s.) aparmamışdır. Ekspert bunun əvəzində FHN Tikintidə X2 Agentliyinin 24 may 2018-ci il tarixli 37/36-02348 saylı məktubuna istinad etmişdir. Həmin məktubda göstərilir ki, Baki şəhəri, ünvan 5 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası FHN-a ünvanladığı 16 aprel 2018-ci il tarixli müraciətlə bağlı mütəxəssislərimiz tərəfindən yerində baxış keçirilmişdir. Baxış nəticəsində “Sabunçu qəsəbəsində yağış sularinin kənarlaşdırılması” layihəsi çərçivəsində yağış kanalizasiya kollektorunun çəkilməsi səbəbindən adı çəkilən fərdi yaşayış eviinin divarlarında çatların əmələ gəlməsi, həyətdə giriş pilləkəninin sürüşməsi halının baş verməsi məlum olmuş, fərdi yaşayış evi məhdud işlək vəziyyətə düşmüşdür.

33. Mülki işin 5-ci vərəqində olan həmin məktubda qoşma kimi fotoşəkillər, habelə Agentliyin mütəxəssislərinin tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli rəyin surəti göstərilmişdir.

34. Mülki işin 14-15 və 78-79-cu vərəqlərində olan FHN Tikinti də X2 Agentliyinin “Azkommonlayihə” KLİ-nin mühəndisləri C.Qurbanov və M.Nəbiyevin tərtib etdikləri 25 aprel 2018-ci il tarixli rəydən isə görünür ki, İddiaçı Əliağa oğluna məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı yaşadığı evin diivarlarında və pəncərə boşluğu ətrafında şaquli çatın yarandığı və tavanın (arxa otaqda) çökməsi müşahidə olunmuşdir. Yaşayış evində yaranmış deformasiyalara səbəb onun tikinti norma və qaydalarına əməl olunmadan tikildiyi, bünövrə eninin və dərinliyinin az olması, örtük səviyyəsində monolit dəmir-beton kəmərin olmaması müəyyən edildi. Həmin deformasiya və çatların yaranmasının Cavabdeh MMC tərəfindən Əfəndiyev küçəsində yığma dəmir-beton borularla yağış kollektorunun çəkilməsi ilə əlaqədar qazıntı işlərinin yer inə yetirilməsi ilə əlaqəsi yoxdur.

35. Göründüyü kimi, ekspertin rəy verərkən istinad etdiyi məlumat mənbələrində ziddiyyətlər mövcuddur ki, bu halda da, həmin rəylərdən birinə əsaslanan ekspert rəyi ilə müəyyən olunan maddi zərər həcmində iddianın təmin olunması barədə gəlinən nəticə qanuni və əsaslı hesab oluna bilməz.

36. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın.

37. Həmçinin də, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

39. Lakin birinci instansiya məhkəməsi ekspert rəyini bu cür qiymətləndirilməsini aparmamışdır. Halbuki, cavabdeh də yazılı vəsat ət verərək bu əsaslarla ekspert rəyinə etirazını bildirmişdi.

40. Bundan başqa, cavabdeh apellyasiya şikayətində də ekspert rəyi ilə bağlı eyni dəlilləri irəli sürmüş, lakin lakin apellyasiya həmin dəlillərə heç bir qiymət verməmi, ümumiyyətlə onları araşdırmamışdır.

41. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri).

42. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rə dd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

44. Məhkəmə kollegiyası, iddiaçının ev üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması, evin müvafiq icazələr alınmaması səbəbindən iddianın təmin olunmasının mümkün olmadığı barədə kassatorun dəlilini əsassız sayır. Bu dəlilli işə baxmış məhkəmələr kifayət qədər rutarlı hüquqi əsaslar gətirməklə rədd etmişdir və məhkəmə kollegiyası məhkəmələrin həmin əsaslandırması ilə razılaşır.

45. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işə yenidən baxarkən ilk növbədə yaşayış e vində yaranan deformasiyaların səbəbini mötəbər sübutla müəyyən etməli, bundan sonra zərərin təmin olunması məsələsinə münasibət bildirməlidir.

46. Belə ki, yaşayış evində yaranan deformasiyaların səbəbini dəqiqləşdirmədən iş üzrə ədalətli qərar qəbul edilməsi qeyri-mümkündür.

47. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

49. Belə olan halda, apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

50. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4775/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar