Məhkəmə qərarları › İş №2(102)-5510/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5510/2019

02.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5510/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ASC-nin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli, 2(103)384/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh 20 oktyabr 2016-cı il tarixə banka borclu olduğu 17008,89 ABŞ dolları məbləğində ə sas borcun, 1717,02 ABŞ dolları məbləğində faizin və 64,68 ABŞ dolları məbləğində cərimənin, cəmi 18790,59 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və Banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan “Kia Sportage” minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən - qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.07.2013-cü il tarixli 115413-1-7880 saylı “Avtomobil kredit müqaviləsinin” ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2(007)-424/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 23 iyul 2013-cü il tarixli, 115413-17880 saylı “Avtomobil krediti müqaviləsi” və 25 fevral 2016-cı il tarixli “Avtomobil krediti müqaviləsi"nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı razılaşmaya əsasən, əsas borc üzrə 16796,60 ABŞ dolları, faiz borcu üzrə - 251,95 ABŞ dolları, cəmi 17048,55 ABŞ dolları (on yeddi min qırx səkkiz dollar 55 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, t utma öhdəliyin təminatı kimi Cavabdeh məxsus 2013-cü il buraxılışlı, universal tipli, ağ rəngli “Kia Sportage” minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac yolu ilə satılmaqla borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsaitdən ümumilikdə 17048,55 ABŞ dolları (on yeddi min qırx səkkiz dollar 55 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, qalan məbləğ Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli, 2(103)384/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhk əməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 16593,92 (on altı min beş yüz doxsan üç ABŞ dolları doxsan iki sent) ABŞ dolları əsas borc, 1675,12 (min altı yüz yetmiş beş ABŞ dolları on iki sent) ABŞ dolları faiz borcu, 64,68 (altmış dörd ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları cərimə, cəmi 18333,72 (on səkkiz min üç yüz otuz üç ABŞ dolları yetmiş iki sent) ABŞ dolları alınacaq gündə dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla və 29,1 (iyirmi doqquz manat on qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmuş, tutma öhdəliyin təminatı kimi Cavabdeh məxsus 2013-cü il buraxılışlı, universal tipli, ağ rəngli “Kia Sportage” minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac yolu ilə satılmaqla borcun ödənilməsinə yönəldilmiş, satışdan əldə olunmuş vəsaitdən ümumilikdə 18333,72 (on səkkiz min üç yüz otuz üç ABŞ dolları yetmiş iki sent) ABŞ dolları alınacaq gündə dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla və 29,1 (iyirmi doqquz manat on qəpik) manat dövlət rüsumu “İddiaçı" ASC-nin xeyrinə tutulmuş, qalan məbləğ Cavabdeh verilmiş, iddia qalan hissələrdə təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 280 (iki yüz səksən) manatın 271 (iki yüz yetmiş bir) manat 16 (on altı) qəpiyi Cavabdeh, 8 (səkkiz) manat 40 (qırx) qəpiyi İddiaçı ASC-dən alınıb, Az.MEM.VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. Cavabdeh və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə faktiki olaraq işi dərindən araşdırmadan, sənəd və sübutları tam müzakirə etmədən, öz mülahizəsinə uyğun qətnamə qəbul etmişdir, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İdd iaçı ASC-nin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyası qəbul etdiyi 13.02.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsini ləğv edib, iddianı qismən təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bank “VTB (Azərbaycan)" ASC-nin 21 oktyabr 2016-cı il tarixi arayışına əsasən, Cavabdeh 23 iyul 2013-cü il tarixli, 115413-1-7880 saylı kredit müqaviləsinə əsasən banka borcu-əsas məbləğ üzrə 17.008,89 ABŞ dolları, faiz üzrə 1.717,02 ABŞ dolları, cərimə üzrə 64,68 ABŞ dolları, cəmi 18.790,59 ABŞ dolları təşkil edir. 23 iyul 2013-cü il tarixli, 115413-1-7880 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh avtomobil alınması üçün 60 ay müddətinə illik 18% hesablanmaqla 27895 ABŞ dolları məbləğində kredit verilmişdir. 23 iyul 2013-cü il tarixli, 115413-16-11027 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh 23 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə göstərilən öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan “Kia Sportage” minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı ASC-nə girov qoymuşdur. 23 iyul 2013-cü il tarixli “115413-1-7880 saylı “Avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı 25.02.2016-cı il tarixli Razılaşmaya əsasən Cavabdeh 25 fevral 2016-cı il tarixə mövcud olan borcu 29 ay müddətinə 23.07.2018-ci il tarixədək, illik 18 % hesablanmaqla kapitallaşdırılara q 17084.00 (on yeddi min səksən dörd dollar) ABŞ dolları məbləğində müəyyən edilmişdir. İddiaçı ASC-nin kassa məxaric orderinə əsasən, Cavabdeh 27339,00 ABŞ dolları ödənmişdir. İddiaçı ASC tərəfindən verilmiş 22 sentyabr 2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, cavabdeh yaranmış borcu halhazıradək ödəmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 15 sentyabr 2016-cı il tarixli pretenziyadan görünür ki, cavabdehə 23 iyul 2013-cü il tarixli 115413-1-7880 saylı “Avtomobil krediti müqaviləsi” və 25 fevral 2016-cı il tarixli “Avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı razılaşmaya əsasən yaranmış borcu 5 iş günü müddətində ödə mələri, əks təqdirdə məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 23 iyul 2013-cü il tarixli A A seriyalı, 094214 saylı çıxarışın surətindən görünür ki, 23 iyul 2013-cü il tarixli 115413-16-11027 saylı girov müqaviləsinin təminatı kimi Cavabdeh məxsus “Kia Sportage” minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. AC seriyalı 060126 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Kia Sportage” minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının DİN-nin BD YPİ-nə ünvanlanmış 22 sentyabr 2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü olan və Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, universal tipli, ağ rəngli “Kia Sportage” minik markalı, ** SE *** dövlət dövlət qeydiyyat nişanlı minik avtomobilə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş”in qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2017-ci il tarixli 6083 №-li məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri, 23 iyul 2013-cü il tarixli 115413-1-7880 Nsli kredit müqaviləsinin qeyd olunan şərtləri, eləcə də 25.02.2016-cı il tarixli r azılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-nə 25.02.2016-cı il tarixə - əsas borc üzrə - 16796,60 ABŞ dolları, faiz borcu üzrə - 251,95 ABŞ dolları, 20.10.2016-cı il tarixə - əsas borc üzrə - 16593,92 ABŞ dolları, faiz borcu üzrə -1675,12 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2018-ci il tarixli, 31782 N-li məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 190-cı vərəqəsində Cavabdeh adına olan 30 mart 2016-cı il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni ə saslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2.-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1.-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1.-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllə də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1.-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 421.2.-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozm ası o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öh dəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertizaların rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqa t hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertizaların rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, iddia tələbi borcun tutulması ilə bağlı hissədə ekspert rəyi nəzərə alınmaqla, qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 16593,92 ABŞ dolları əsas, 1675,12 ABŞ dolları faiz, 64,68 ABŞ dolları cərimə, alınacaq gündə dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla tutulmalıdır. Kollegiya iddiaçının 23.07.2013-cü il tarixli, 115413-1-7880 saylı “Avtomobil kredit müqaviləsinin” ləğv edilməsi barədə tələbinə qiymət verərək, qeyd edir ki, birinci instansiya m əhkəməsində işə baxılarkən, müqavilə müddəti bitmədiyi halda, hazırki vəziyyətdə müqavilə müddəti başa çatdığından, müqavilənin ləğv edilməsinə lüzumun qalmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün olmuşdur. Buna görə də, iddia tələbi qeyd olunan hissədə düzgün olaraq təmin edilməmişdir. MM-nin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin ə şyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsinə əsasən əsas müqavilədə nəzərd tutulmuş əsas borcun vaxtında ödənilməməsi və ya borc üzrə faizlərin ödənilməsi müddətlərinin iki dəfə pozulması Girovsaxlayanın girova ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildiri şin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1.-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1.-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklə rini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq ödəniş müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan v ə Banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan “Kia Sportage” minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi hissəsində təmin edilməlildir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertizası vasitəsi ilə kassa məxaric orderində olan imzanın cavabdehə məxsus olduğu müəyyən olunmuşdur. Borcun müəyyən edilməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, rəy alınmış, cavabdeh tərəfindən həmin rəyi şübhə altına ala biləcək hər hansı sübut təqdim olunmamış, buna görə də, düzgün olaraq hesab etmişdir ki, yenidə n ekspertizanın keçirilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə xərcləri də tərəflər arasında istinad edilən prosessual normalara uyğun olaraq bölünmüşdür. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddi vəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli, 2(103)-384/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar