Məhkəmə qərarları › İş №2(102)-5512/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5512/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5512/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbi iddiaçı Cavabdeh İddiaçı qarşı borc müqaviləsinə dəyişiklik edilməsi barədə iş üzrə QƏRARİ iş № 2(102)-5512/21 (Açar sözlər: pul tələbi, borc müqaviləsi ) Bakı şəhəri, 29 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pulun tutulması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “borc müqaviləsinə dəyişiklik e dilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4696/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında 03 iyun 2019-cu il tarixində kredit müqaviləsi bağlanıb.

2. Müqaviləyə əsasən iddiaçı 03 dekabr 2020-ci il tarixinədək 28000 manat pulu borc qismində cavabdehə verib. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28000 manat məbləğuində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnam ə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh kredit müqaviləsinin 2-ci bəndinə əsasən 28000 manat borcunu 03.12.2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürsə də, borcunu bu günədək ödəməmiş, bunun səbəbini maddi vəziyyətinin ağır olması, başqalarına da borclu olması ilə izah etmişdir.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 427.3 və 448.2 -ci maddələrinə istinad etmişdir.

6. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.06.2019-cu il tarixli borc müqaviləsinə dəyişiklik edilməklə, müqaviləyə borc məbləğinin hər ay 500 manat olmaqla 56 ay müddətində geri qaytarılması barədə yeni bəndin əlavə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışd ır ki, cavabdeh aldığı pul vəsaitini hər ay 500 manat olmaqla hissə-hissə qaytarması ilə bağlı bir neçə dəfə iddiaçıya müraciət etmiş, lakin iddiaçı cavabdehin xahişini qəbul etməmişdir. Buna görə də cavabdeh götürdüyü borc məbləğini bu günədək qaytara bilməmişdir.

8. Cavabdehin gəlirləri Covid-19 pandemiyası ilə bağlı kəskin azalmışdır. Bu isə götürülmüş borc məbləğinin birdəfəlik ödənilməsini mümkünsüz etmişdir.

9. Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına vurduğu zərərini və pandemiyanın hələ də davam etməsini nəzərə alaraq hazırki vəziyyət borc müqaviləsi bağlanan vaxtdan kəskin fərqlənir. Şərait müqavilə bağlanan vaxta nisbətdə əhəmiyyətli dərəcədə dəyişmişdir.

8. Qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 422-ci maddəsinə istinad edilmişdir.

9. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərib ki, artıq alınmış borcun qaytarılması müddəti başa çatan müqaviləyə hər hansı dəyişiklik edilməsinə razı deyildir. Cavabdeh hələ məhkəməyədək müqavilədə dəyişiklik edilməsi barədə təkliflər göndərmiş və o, bu təkliflərlə razılaşmamışdır. Belə ki, artıq 65 yaşı olduğundan borcun qaytarılmasını uzun müddət gözləmək istəmir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1138/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh 03.06.2019-cu il tarixli müqaviləyə əsasən borca görə 28000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 28030 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakim Səadət Səlimova)

11. Birinci instansiya məhkəməsi iş materiall arında olan sübutlara, istinadən hesab etmişdir ki, Cavabdeh 03.06.2019- cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini 03.12.2020-ci il tarixədək icra etməli olduğu halda icra etməməsi nəticəsində İddiaçı 28000 manat borcunun qalması öz təsdiqini tapır. Bu səbəbdən də ilk iddia təmin edilməlidir.

12. Qarşılıqlı iddia üzrə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, borcalanın ödəmə qabiliyyətinin olmaması halı borc müqaviləsində borcverənin razılığı olmadan borcun yeni qaydada qaytarılması qaydasını müəyyən edən dəyişiklik edilməsi üçün əsas deyil.

13. Məhkəmə Mülki Məcəllənin 385.1, 421, 422, 425.1, 442, 448.2, 739.1, 740.1 və 740.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh oğlu apelly asiya şikayəti verib, qətnamənin ləğv, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti qarşılıqlı iddianının dəlillərinə uyğun əsaslandırılıb.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4696/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(003)-1138/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qarşılıqlı iddia tələbi üzrə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhk əmənin qərarı ilə yol verilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh Nillət oğlu (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilib, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmaqla, şikayətdə əlavə olaraq cavabdehin məhkəmə baxışında iştirakının təmin edilməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, kassator və on un vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı isə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən bir inin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətl i dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyy ət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kassasiya şika yətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

26. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

27. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halına görə iddiaçı cavabdehə 03 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 28000 manat borc vermiş, cavabdeh həmin boru 03 dekabr 2019-cu il tarixə qədər qaytarmasını öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmişdir.

28. Qarşılıqlı iddia üzrə isə müəyyən edilmişdir ki, borcalanın ödəmə qabiliyyətinin olmaması halı borc müqaviləsinə borcverənin razılığı olmadan borcun yeni qaydada qaytarılması qaydasını müəyyən edən dəyişiklik edilməsi üçün əsas deyil. Borcun 2019-cu ilin sonuna qədər qaytarılmalı olması nəzərə alınasa, cavabdehin həmin vaxtdan sonra baş vermiş pandemiyaya istinad etməsi əsassızdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

30. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinə uyğun olmuşdur. Çünki işin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normalarının dispozitiv şərtləri ilə üst-üstə düşür.

31. Apellyasiya məhkəməsində iştirakının təmin edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil iş materialları ilə təkzib edilir. İşdən görünür ki, cavabdehin istifadəsində olan mobil telefon nömrə sinə məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş göndərilib və həmin bildiriş ünvan sahibi tərəfindən alınmışdır.

32. Həmçinin Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əliyev Mayıs Millət oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4696/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar