Məhkəmə qərarları › İş №2(102)-5515/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5515/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5515/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5515/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4332/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC cavabdehlər X1 və X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 25.09.2019-cu il tarixli, 11-Y-1-0-2395-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 7411,52 manat əsas borc, 661,36 manat faiz borcu, 114,74 manat cərimə olmaqla cəmi 8187,62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 25.09.2019-cu il tarixli, 11-Y-1-0-2395-19 saylı kredit müqaviləsinə əsasən bank borc alana 29 ay müddətinə, illik 22% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Lakin borc alan kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Buna görə də, onun banka 7411,52 manat əsas borc, 661,36 manat faiz borcu, 114,74 manat cərimə olmaqla cəmi 8187,62 manat borcu qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 fevral 2021-ci il tarixli 2(011)-1900/2021 nömrəli qətnaməsi ilə (hakim – Sərdar Mehrəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25.09.2019-cu il tarixli, 11-Y-1-0-2395-19 saylı kredit müqaviləsi üzrə 7411,52 manat əsas borc, 661,36 manat faiz borcu, 14,74 manat cərimə olmaqla cəmi 8087,62 manat borcun və ödənilmiş dövlət rüsumunun 29,50 manat hissəsinin İddiaçı ASC-nin xeyrin ə tutulması, “Nikoyl” İKB ilə Cavabdeh arasında bağlanmış 25.09.2019-cu il tarixli, 11-Y-1-0-2395-19 saylı kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh X3 25.09.2019-cu il tarixli, 11-Y-1-0-2395-19 saylı kredit müqaviləsi əsasında “Nikoyl” İKB-dən borc alması və onu vaxtında ödəməməsi, nəticə də 7411,52 manat əsas borc və 661,36 manat faiz borcunun qalması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan iddia tələbi qismən təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 114,74 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməli, Azərbayc an Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulu 14,74 manat məbləğinədək azaldılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 425.1, 442, 445.1, 448.1, 448.2, 467, 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 03 may 2021-ci il tarixli, 2(103)4332/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(011)-1900/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya şikayətində irəli sürülən, borcların düzgün hesablanmaması arqumenti (həmçinin bu məqsədlə ekspertizanın təyin edilməsinin zəruriliyi) ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Digər tərəfdən Kollegiya qeyd edir ki, borcun düzgün hesablandığı hesabdan çıxarışla da müəyyən olunur, belə ki, həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə 24.06.2020-ci il tarixdə 450 manat ödəni ş aparılmış (312,06 manat əsas, 137,94 manat faiz borcuna silinmişdir) və əsas borc məbləği 7411,52 manat qalmışdır. Əsas qalıq borcu olan 7411,52 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 4,52 manat (7411,52x22%/360=4,52), həmin faizlərin hesablandığı müddət isə sonuncu ödənişin edildiyi 24.06.2020-ci il tarixdən iddia qaldırılarkən verilmiş maliyyə arayışının tərtib edildiyi 20.11.2020-ci il tarixədək 147 gün olduğu müəyyən edilir ki, bu da 664,44 manat təşkil edir. Cavabdehin dəlilləri əsassızdır, borcun hesablanması üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə biri nci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, kredit borcunu ödəməkdən imtina etməmiş və ödənişlər etmişdir. Lakin koronavirus pandemiyası ilə əlaqədar maddi vəziyyətinə görə bəzən gecikmələr olmuşdur. Hesab edir ki, iddiaçı tərəfindən əsas, faizlər üzrə borc əsassız olaraq şişirdilmiş, onun ödədiyi pul məbləğləri qətnam ə qəbul edilərkən düzgün nəzərə alınmamışdır. Məhkəmənin işin hallarını düzgün qiymətləndirmək üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirməsi tələb olunduğu halda, əsassız olaraq məhkəmə təmin etməmişdir. Məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və digər normativ hüququ aktı tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də əsas və faiz borcunun şişirdilməsini, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda təyin edilmədiyini dəlil olaraq göstərsə də, borc məbləğinin şişirdilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, mühasibatlıq ekspertizasının keçirilməsinin zəruriliyi isə iş materialları ilə müəyyən edilməmişdir. Odur ki, apelyasiya kollegiyası apelyasiya şikayətini təmin etməməklə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Ümumilikdə kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab e dilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4332/2021 nömrəli, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar