Məhkəmə qərarları › İş №2(102)-5519/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5519/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5519/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC (əvvəlki adları "xxxx" firması və "xxxx" Mənzil Tikinti Kooperativi) və ləğv prosessində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC (əvvəlki adları "xxxx" firması və "xxxx" MTK) və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4360/2022 nömr əli mülki iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh2 ASC (Kreditor) ilə İddiaçı (borcalan) arasında xx.xx.2009-cu il tarixdə 103 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən kreditor borcalana Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 154000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilədə bank hesabı **********0000 müəyyən edilmişdir. 2. "xxxx" firması (icraçı) ilə İddiaçı (payçı) arasında 24 noyabr 2009-cu il tarixli “Kooperativ binada m ənzil tikintisi üçün müqavilə” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda, İİİ mərtəbədə 40 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürür. Mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 140 kvadrat metr, mənzil sahəsinin ümumi dəyəri 154000 manat təşkil etmişdir.

3. Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilə payçı tərəfindən birtərəfli qaydada pozulduğu halda, payçı tərəfindən ödənilmiş məbləğ icraçı tərəfindən yalnız həmin mənzil sahəsi başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır.

4. Cavabdeh2 ASC (borc verən) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 103/1 nömrəli ipoteka müqaviləsi əsasında tərəflər arasında bağlanmış həmin tarix li 103 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ona ayrılmış 154000 manat məbləğində kreditin təminatı üçün Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən 40 nömrəli mənzili ipoteka qoymuşdur.

5. Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestri məlumatlarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi xx.xx.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının hüquqi varisidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı şəhər Nizami Rayon Məhkəməsindəki icraat

6. İddiaçı cavabdehlər "xxxx" Kooperativinə və Cavabdeh 2 ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödədiyi 25812 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil üçün hər ay ən azı 2000 manat pulu Cavabdeh2 ASC-də onun adına açılmış **********0000 nömrəli hesaba köçürmüşdür. xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ümumilikdə 25812 manat banka pul ödəmişdir. Sonradan imkanı olmadığından mənzil haqqını ödəyə bilməmişdir. Cavabdehlərlə aralarında belə razılaşma olmuşdur ki, mənzili başqa şəxsə verəndən sonra ödədiyi pulları özünə qaytaracaqlar. Cavabdeh2 ASC tərəfindən ona bankda ******* ***24420000 saylı hesabının olması və xx.xx.2013-cü il tarixə banka heç bir borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 369 nömrəli arayış verilmişdir. Son vaxtlar cavabdeh "xxxx" Kooperativinə və Cavabdeh2 ASC-yə ödədiyi 25812 manat pulun qaytarılması barədə müraciət etmiş, məlum olmuşdur ki, cavabdeh tərəf həmin mənzili başqa şəxsə satmışdır. Lakin ödədiyi 25812 manat pulu geri qaytarmaqdan imtina etmişlər.

8. İddiaçının təqdim etdiyi qəbzlərin kserosurətlərindən görünür ki, xx.xx.2009cu ildə 2156 manat, xx.xx.2010-cu ildə 2500 manat, xx.xx.2010-cu ildə 4000 manat, xx.xx.2010- cu ildə 2156 manat, xx.xx.2010-cu ildə 7000 manat, xx.xx.2011-ci ildə 2000 manat, xx.xx.2011-ci ildə 2000 manat, xx.xx.2012-ci ildə 4000 manat pul **********0000 saylı hesaba ödənilmişdir.

9. Cavabdeh2 ASC- nin İdarə Heyətinin sədri Z.Quliyevanın imzası və bankın möhürü ilə təsdiq edilmiş 24 iyul 2013-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh2 ASC-də **********420000 saylı hesabı var və onun xx.xx.2013-cü il tarixinə banka borcu yoxdur.

10. Cavabdeh2 ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışında İddiaçı Cavabdeh2 ASC-də 24 noyabr 2009-cu il tarixli müqavilə üzrə 151.269 manat əsas borcu olduğu göstərilmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)1999/2018 saylı qətnaməsi ilə (hakim Məzahir Sadıqov) iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" Kooperativindən 25812 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi, məhkəmə xərclərinin cavabdeh "xxxx" Kooperativinə aid edilməsi qət edilmiş dir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 ASC (kreditor) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsinə əsasən borcalana Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 154000 manat məbləğində kredit verilmiş, borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavilə”yə əsasən "xxxx" firması mənzili İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin razılaşmasına əsasən müqavilə payçı tərəfindən birtərəfli qaydada pozulduğu halda, ödənilmiş məbləğ icraçı tərəfindən həmin mənzil sahəsi başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılmalıdır. İddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan müddətdə ipoteka krediti üçün Cavabdeh2 ASC vasitəsi ilə "xxxx" firmasının hesabına cəmi 25812 manat məbləğində pul ödəməsi, həmin vaxtdan sonra iddiaçının müqaviləni birtərəfli qaydada pozması, mənzilə görə ödənişləri dayandırması, bununla da müqavilənin 2.5-ci bəndində nəzərdə tutulduğu qaydada ödənilmiş məbləğin ona geri qaytarılması üçün əsasların yaranması, iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh "xxxx" firmasının iddiaçıya məxsus pul məbləğini ona geri qaytarmaması müəyyən edildiyindən iddia tələbi 25812 manat məbləğində pulun qaytarılması hissədə əsaslıdır.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respub likasının Mülki Məcəlləsinin 21.1, 405.1, 421.1, 421.3, 424.2, 1096.1, 197.1-ci maddələrinə, Azərbaycan Respbublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və İlham Kərimli) xx.xx.2018-ci il tarixli, 2(103)-12310/2018 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 ASC-yə aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

16. Məhkəmənin eyni tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi qismən təmin edilərək "xxxx" firmasından (Kooperativindən, hazırkı "xxxx" MMC-dən) 25812 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı cavabdeh MMC tərəfindən firmanın hüquqi ünvanı barədə sənəd təqdim edilmişdir. Məlum olmuşdur ki, "xxxx" Kooperativin hüquqi ünvanı ünvan 2ət edərkən Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X3 İdarəsindən arayış təqdim etmişdir. Həmin arayışda "xxxx" Kooperativinin hüquqi ünvanı kimi ünvan 3ı zamanı qeyd olunan hüquqi şəxslərin fərqli olduqları məlum olmuşdur. Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi iddia ərizəsi icraata qəbul edilərkən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmişdir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, bankın iddiaçıya 154000 manat kredit ayırması işin mübahisəsiz halıdır. Bank həmin pul vəsaitin iddiaçıya nağd ödəməsi faktını sübuta yetirə bilməmişdir. Vəsait mənzilin tikintisi üçün ayrıldığından həmin məbləğin digər cavabdeh "xxxx" MMC-yə mənzil tikintisi üçün ödənilməsi təsdiq olunur. Cavabdeh2 ASC 24 iyul 2013-cü il tarixli, 11/K-369 nömrəli arayışı ilə təsdiq etmişdir ki, İddiaçı Cavabdeh2 ASC-də **********4420000 saylı hesabı var, onun xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. Həmin ar ayışın verilməsi o tarixə təsadüf edir ki, həmin vaxt iddiaçı artıq bir il idi ki, kreditə görə ödənişlər etmirdi. İddiaçı axırıncı ödənişi 06 fevral 2012-ci il tarixdə etmişdi. Deməli, həmin tarixə iddiaçının banka borcu qalmamışdı. Tərəflərin üçtərəfli razılaşmasına görə bank tərəfindən verilən kredit vəsaiti hesabına mənzil inşa edilməli, iddiaçı mənzilin dəyərini banka ödəməli və "xxxx" MMC mənzili iddiaçıya təhvil verməli idi. Belə bir razılaşmanın mövcudluğu yuxarıda qeyd olunan sübutlarla (kredit müqaviləsi, kooperativ binada mənzil tikintisi üçün müqavilə, ödənişlərin banka edilməsi, kooperativin mənzili artıq başqa şəxsə satması barədə etirafı və.s.) təsdiq olunur. Beləliklə, iddiaçının banka etmiş olduğu ödənişlər əslində mənzilə görə edilmiş ödənişlər olması təsdiq olunur.

19. M əhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqavilənin ləğv olunmasına dair heç bir sübut yoxdur. İddiaçı sadəcə olaraq etiraf edir ki, mənzilin dəyərini ödəyə bilmədiyi üçün mənzildən imtina etmiş və pulunu tələb etmişdir. Lakin, mülki qanunvericilik müqavilənin ləğvinin xüsusi qaydalarını nəzərdə tutur. Cavabdeh "xxxx" firması müqavilənin ləğv olunması qaydalarına və onun hüquqi nəticələrinə riayət etməmişdir. Cavabdeh mənzilin başqasına satılmasını etiraf edir, mənzilin nə vaxt satılması barədə iddiaçını-müqavilə tərəfini məlumatlandırmağı hətta özünün vəzifəsi belə hesab etmir. Mənzil satıldıqdan sonra ödənilmiş pay haqqının qaytarılması şərtinin müqaviləyə daxil edilməsi kooperativin üzərinə vəzifə qoyur ki, mənzili hansı qiymətə satma sı barədə tərəfi xəbərdar etməsə də, mənzilin nə vaxt satılması və ödənilmiş pay haqqının nə vaxt qaytarılmalı olduğu barədə xəbərdar etməlidir. Hər bir halda həmin mənzil iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə ödənilmiş vəsaiti hesabına inşa edilmişdi. Mənzildən hansı şərtlərlə imtina və ödənilmiş pay haqqının geri qaytarılması şərti həmin müqavilə üçün mühüm şərtdir. Çünki bu şərt tərəfləri təminatlandırır. Mənzil almaq istəyən şəxs, hazırkı işdə iddiaçı, gələcəkdə mənzilin pay haqqını ödəmək imkanı olmadığı təqdirdə ödədiyi pulu geri almaq barədə özünə təminat alır. Belə bir razılaşma qanuna ziddi deyil. Hazırkı halda tərəflər müqavilə ləğv edildikdən sonra öhdəliklər üzrə icra etdiklərini geri qaytarmaq öhdəliyi götürmüşlər. Cavabdeh təşkilat bilirdi ki, iddiaçı ilə konkret mənzi lə dair müqavilə bağlayıb, onun kredit vəsaiti hesabına mənzili inşa edib, tərəf müəyyən ödənişlər edibdir. Ona görə mənzil satılarkən vicdanlılığın tələb etdiyi tərzdə onu məlumatlandırmalı, qarşılıqlı hesablaşma aparmağa borclu idi.

20. Məhkəmə qeyd etmişdir ki, mübahisə üzrə əhəmiyyət kəsb edən bir məsələ də tələb olunan məbləğlə bağlıdır. Cavabdeh tərəf ümumiyyətlə heç bir məbləği qəbul etmir. İddiaçı konkret olaraq etdiyi ödənişləri təsdiq edən sübutları təqdim edir və həmin məbləği tələb edir. İstisna deyil ki, həmin vəsaitin müəyyən hissəsi bankdan götürülən faiz dərəcəsinə silinmiş olsun. Bu halın mövcudluğu da məbləğin tələb olunmasını istisna etmir. Əvvəla, cavabdehlərin heç biri ödənişin müəyyən hissəsinin iddiaçının kreditinin faiz məbləğinə silinməsi ilə bağlı sübut təqdim etm əmişlər. Bundan başqa, nəzərə alınmalıdır ki, kooperativin sonradan sataraq mənfəət götürdüyü mənzil iddiaçı ilə bağlanmış kredit vəsaiti hesabına inşa edilmişdi. Eyni zamanda, cavabdeh təşkilat mənzili nə vaxt 3-cü şəxsə satması barədə iddiaçını məlumatlandırmamışdır, onda iddiaçının öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı qarşı tərəfə əlavə tələbləri-əldən çıxmış fayda və özgəsinin pul vəsaitin qanunsuz saxlama tələbi yarana bilər. Bütün bunları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, tələb olunan məbləğin, 25812 manat pulun cavabdehdən tutulması mübahisənin ədalətli həllini təmin etmiş olar və əlavə qarşılıqlı öhdəliklərə xitam vermiş olar.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 405, 423, 424 və 425-ci maddələrinə istinadla əsaslandırmı şdır.

22. Cavabdeh "xxxx" MMC apellyasiya instansiyası məhkəməsinin həm qətnaməsindən, həm də qərardadından kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlqar Dəmirov) xx.xx.2019-cu il tarixli, 2(102)-2549/2019 saylı qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən qərardaddan verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-2549/2019 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12310/2018 s aylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

25. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-2549/2019 saylı xüsusi qərardadı ilə Cavabdeh2 ASC-nin İdarə Heyyətinin sədrinin və "xxxx" firmasının direktorunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3-cü və sair maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinin olub-olmasasının yoxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmişdir.

26. Ali Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən bir sıra prosessual pozuntulara yol vermişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 saylı binanın 40-cı mənzilinə dair 24 noyabr 2009-cu il tarixli “kooperativ binada mən zil tikintisi haqqında” müqavilə İddiaçıla Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 saylı ünvanda yerləşən "xxxx" firması arasında bağlandığı, müqavilə sonuncunun qanuni təmsilçisi Nazim Əhmədov tərəfindən imzalandığı və firmanın dairəvi möhürü ilə təsdiq edildiyi halda, iddia tələbi sonuncuya qarşı deyil, hüquqi ünvanı ünvan 48 avqust 1995-ci il tarixdə dövlət qeydiyyatına alınan "xxxx" Kooperativinə qarşı verilmişdir.

27. Ali Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" firmasının 18 avqust 1995-ci il il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Kooperativinin hüquqi varisi olub-olmamasını aydınlaşdırmadan, həmin firmanın 08 avqust 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, onun bazasında əvvəl "xxxx" MTK, sonradan isə çevrilməsi nəticəsində "xxxx" MM C yaranmasını, hazırkı iddianın ona cavab verməli olmayan 18 avqust 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Kooperativinə qarşı verilməsini nəzərə almadan, iddiaçının razılığı ilə cavabdeh "xxxx" Kooperativini əsl cavabdeh "xxxx" firmasının hüquqi varisi "xxxx" MMC ilə əvəz edib, bu barədə prosessual qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul etmədən, iddia tələbini qismən təmin etməklə "xxxx" firmasından (Cavabdeh1ndən, hazırkı "xxxx" MMC-dən) iddiaçının xeyrinə 25812 manat pul tutulmuşdur.

28. Kassasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, iddiaçı ilə "xxxx" firması arasında bağlanan müqavilədə sonuncunun hüquqi ünvanı ünvan 5 Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxs ə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

29. Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi hazırkı işə Nizami Rayon Məhkəməsində baxılarkən onun ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyini aşkara çıxardığı halda, işi ərazi aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Xətai Rayon Məhkəməsinə göndərmək əvəzinə, prosessual normaların tələblərini pozaraq işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov (sədrlik edən və məru zəçi), Etibar Nəbiyev və Aida Hüseyn) xx.xx.2019-cu il tarixli, 2(103)9354/2019 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi, işə ərazi aidiyyəti pozulmaqla baxıldığından ləğv edilmiş və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. e) Bakı şəhəri Xətai Rayon Məhkəməsindəki icraat

31. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ünvan 6 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 258 12 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

32. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" MTK "xxxx" Firmasının hüquqi varisidir. "xxxx" MMC isə "xxxx" MTK-nın çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.

33. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" Firması ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) İddiaçı tərəfindən mübahisəli mənzilin alınması üçün ödənilmiş 25812 manat pulu ona qaytarmamaqla əsassız olaraq varlanmışdır. Ona görə də, İddiaçı iddia irəli sürərək əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılmasında və vurulmuş zərərin əvəzinin ödənilməsində haqlı olmuşdur.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 135, 405.1, 421.3, 425, 1091, 1092, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

35. Cavabdeh "xxxx" MMC-nin direktoru X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

37. Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" Firmasından ("xxxx" M ənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti), Cavabdeh2 ASC və İddiaçı arasında pul-kredit və girov-ipoteka müqavilə rejiminin və dövriyyənin səciyyəsi, qarşılıqlı mübadilə sistemi ilə bağlı maddi məsuliyyət məsələsi hüquqi xarakterli olduğundan məhkəmə tərəfindən qiymət verilməlidir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "Borcalan” İddiaçı tərəfindən Cavabdeh2 ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) banka ödənilməli olan borcu ümumilikdə 151268 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 151268 manat müəyyən edilmişdir.

38. Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Auditorlar Palatasına həval ə edilməsi qərara alınmışdır. 39. 08.04.2021-ci il tarixli auditor rəyində göstərilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 103 saylı kredit müqaviləsi əsasında (kreditin təminatı üçün Girov müqaviləsi əldə olunmadı), 103/1 saylı, 24 noyabr 2009 tarixli ipoteka müqaviləsi üzrə (kredit xətti) əməliyyatlar hüquqi nəticələr doğursa da, natamam maliyyə nəticələri doğurur. Yəni, müqavilə üzrə ipoteka saxlayan cavabdeh "xxxx" ASC ipoteka haqqında qanunvericiliyin tələblərini gözləməklə, habelə ipoteka müqaviləsinin tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirdiyi 3.1-ci maddəsində təsbit olunmuş (Borcalana 154000,00 manat kredit verir) vəzifəni yerinə yetirməsi barədə əməliyyatlar təsdiqini tapmır və ya ipoteka kreditinin verilməsi təsdiqini tapmır. İqtisadi (maliyyə) cə hətdən əsaslandırılması mümkün olmayan əməliyyatlara görə hər hansı ödəniş öhdəliyi yarana bilməz və ya etibarlı deyil. Əgər bu məsələ ilə bağlı tutarlı audit sübutlarını əhatə edə biləcək rəsmi sənədlər (elektron sənədlər və çıxarışlar) və faktlar aşkar edilərsə, auditor tədqiqata yenidən başlaya (baxa) bilər.

40. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubundan qeyd edilmişdir ki, ünvan 6 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilə dair "xxxx" MTK, İddiaçı və "xxxx" ASC arasında kredit, ipoteka və alqısatqı müqavilələrinin bağlanması barədə elektron notariat informasiya sistemində hər hansı bir məlumat aşkar edilməmişdir.

41. Azərbaycan Respublika sının Prokurorluğu Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda xx.xx.2020-ci il tarixli, 2(103)- 2547/2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019- cu il tarixli 2(102)-2549/9 saylı xüsusi qərardadı Cavabdeh2 ASC-nin vəzifəli şəxslərinin vəzifədən sui-istifadə etmələri, bankın vəzifəli şəxslərinin və kreditorların dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmələri faktı və digər faktlara görə Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilərək araşdırılması qeyd edilmişdir.

42. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)279/2021 saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı işi üzrə 25 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlara müvafiq səhv qənaətə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən pulun məhz cavabdeh "xxxx" firmasına və ya Kooperativinə ("xxxx" MMC) ödənilməsini təsdiq edən sübutlar müəyyən edilməmiş, qəbzlərdə qeyd edilmiş hesab nömrəsi "xxxx" Firması kimi qeyd edilən hesabla uyğunluq təşkil etmir, lakin kredit müqaviləsində qe yd edilən iddiaçının hesab nömrəsi ilə eynilik təşkil edir.

44. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 ASC aid hissədə iddia tələbinə xitam verildiyindən ona münasibətdə tələbin tədqiq edilməsi prosessual cəhətdən yolverilməzdir. Müqavilə öhdəliklərinin qarşılıqlı yerinə yetirilməsi müstəvisində iddiaçı pulu məhz "xxxx" MMC-dən tələb etsə də bunu sübuta yetirməmiş, aparılmış araşdırmalar zamanı qeyd edilən tələbin əsasları öz təsdiqini tapmamışdır.

45. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, qətnamə ləğv edilərək iddia tələbi rədd edilməlidir. g) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

46. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

47. Azə rbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Aqil Abbasov və Vüqar Həsənov) 5 aprel 2022-ci il tarixli, 2(102)-1430/2022 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 279/2021 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün göndərilməsi qət edilmişdir.

48. Kasassiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə Ali Məhkəmənin müvafiq qərarı ilə verilmiş göstərişlər üzrə tam araşdırma aparmamış, MPM-nin 420-ci maddəsinin tələblərinə əməl etməmiş, həmçinin işə tətbiq olunan maddi hüquq normaları kimi Mülki Məcəlləsinin 446, 452, 458, 556 və 569-cu maddələrinə istin ad etmiş, lakin bu normaların işə tətbiqini əsaslandırmamışdır. h) Apellyasiya instansiya məhkəməsində dördüncü icraat

49. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4360/2022 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və İkram Şirinov) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, bankın iddiaçıya 154000 manat kredit ayırması işin mübahisəsiz halıdır. Bank həmin pul vəsa itinin iddiaçıya nağd ödəməsi barədə halı sübuta yetirə bilməmişdir. Vəsait mənzilin tikintisi üçün ayrıldığından həmin məbləğin digər cavabdeh "xxxx" MMC-yə mənzil tikintisi üçün ödənilməsi təsdiq olunur. Cavabdeh2 ASC 24 iyul 2013-cü il tarixli, 11/K-369 nömrəli arayışı ilə təsdiq etmişdir ki, İddiaçı Cavabdeh2 ASC-də **********4420000 saylı hesabı var, onun xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. Həmin arayışın verilməsi o tarixə təsadüf edir ki, həmin vaxt iddiaçı artıq bir il idi ki, kreditə görə ödənişlər etmirdi. İddiaçı axırıncı ödənişi 06 fevral 2012-ci il tarixdə etmişdi. Deməli, həmin tarixə iddiaçının banka borcu qalmamışdı. Tərəflərin üçtərəfli razılaşmasına görə bank tərəfindən verilən kredit vəsaiti hesabına mənzil inşa edilməli, iddiaçı mənzilin dəyərini banka ödəməli və "xxxx" MMC mənzili iddiaçıya təhvil verməli idi. Belə bir razılaşmanın mövcudluğu yuxarıda qeyd olunan sübutlarla (kredit müqaviləsi, kooperativ binada nənzil tikintisi üçün müqavilə, ödənişlərin banka edilməsi, kooperativin mənzili artıq başqa şəxsə satması barədə etirafı və.s.) təsdiq olunur. Beləliklə, iddiaçının banka etmiş olduğu ödənişlər əslində mənzilə görə edilmiş ödənişlər olması təsdiq olunur.

51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqavilənin ləğv olunmasına dair heç bir sübut yoxdur. İddiaçı sadəcə olaraq etiraf edir ki, mənzilin dəyərini ödəyə bilmədiyi üçün mənzildən imtina etmiş və pulunu tələb etmişdir. Lakin, mülki qanunvericilik müqavilənin ləğvinin xüsusi qaydalarını nəzərdə tutur. Cavabd eh "xxxx" firması müqavilənin ləğv olunması qaydalarına və onun hüquqi nəticələrinə riayət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən müqavilə payçı tərəfindən birtərəfli qaydada pozulduğu halda, payçı tərəfindən ödənilmiş məbləğ icraçı tərəfindən yalnız həmin mənzil sahəsi başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Cavabdeh mənzilin başqasına satılmasını etiraf edir, mənzilin nə vaxt satılması barədə iddiaçını-müqavilə tərəfini məlumatlandırmağı hətta özünün vəzifəsi belə hesab etmir. Hansı ki, mənzil satıldıqdan sonra ödənilmiş pay haqqının qaytarılması şərtinin müqaviləyə daxil edilməsi kooperativin üzərinə vəzifə qoyur ki, mənzili hansı qiymətə satması barədə tərəfi xəbərdar etməsə də, mənzilin nə vaxt satılması və ödənilmiş pay haqqının nə vax t qaytarılmalı olduğu barədə xəbərdar etməlidir. Hər bir halda həmin mənzil iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə ödənilmiş vəsaiti hesabına inşa edilmişdir. Mənzildən hansı şərtlərlə imtina və ödənilmiş pay haqqının geri qaytarılması şərti həmin müqavilə üçün mühüm şərtdir. Çünki bu şərt tərəfləri təminatlandırır. Mənzil almaq istəyən şəxs, hazırkı işdə iddiaçı, gələcəkdə mənzilin pay haqqını ödəmək imkanı olmadığı təqdirdə ödədiyi pulu geri almaq barədə özünə təminat alır. Belə bir razılaşma qanuna ziddi deyil.çHazırkı halda tərəflər müqavilə ləğv edildikdən sonra öhdəliklər üzrə icra etdiklərini geri qaytarmaq öhdəliyi götürmüşlər. Cavabdeh təşkilat bilirdi ki, iddiaçı ilə konkret mənzilə dair müqavilə bağlayıb, onun kredit vəsaiti hesabına mənzili inşa edib, tərəf müəyyən ödən işlər edibdir. Ona görə mənzil satılarkən vicdanlılığın tələb etdiyi tərzdə onu məlumatlandırmalı, qarşılıqlı hesablaşma aparmağa borclu idi.

52. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 389.1, 405.1, 421.1, 423.1, 423.2, 424.2, 425.1, 448.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. Cavabdeh "xxxx" MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozmaqla, Ali Məhkəm ənin 2(102)1430/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının 49, 51, 52, 55-ci bəndlərində araşdırılması zəruri hesab olunan tələblərin heç birinə əməl etməyərək iş üzrə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

55. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2012-ci ilə kimi 25812 manat məbləğində Cavabdeh2 ASC-də olan hesaba pul köçürülmüşdür. Bununla əlaqədar qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilən pul məbləğinin "xxxx" Kooperativindən tutulması qənaətinə gəlinsə də, həmin pul məbləğinin cavabdeh kimi "Meridian” Kooperativinin hesabına köçürülüb-köçürülməməsi aydınlaşdırılmamış, nəticədə müqavilə üzrə öhdəliyin yaranmasını və öhdəliyin icra edilməməsinə görə həmin pul məbləğinin "Meridian” Kooperativindən iddiaçıya qaytarılmalı olmas ı üçün əsasların yaranması müəyyən edilməmişdir. Halbuki iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin heç birində göstərilən pul məbləğlərinin "Meredian-M” Kooperativinə ödənilməsi, onun hesabı barədə qeyd yoxdur. Həqiqətdə də göstərilən müqaviləyə əsasən Kooperativə heç bir pul məbləği ödənilməmiş, mənzil tikintisi üçün müqavilə də Kooperativ tərəfindən ləğv edilmişdir. Bununla yanaşı məhkəmə bankla iddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin taleyi ilə də maraqlanmamışdır. Bu isə apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutların mahiyyətinə varmadan həmin sübutların iddianın təmini üçün yetərli olması barədə sual aydınlaşdırılmadan qalmışdır ki, bu da iddiatələbinin onlara münasibətdə təmin edilməsini istisna edir. Halbuki, apellyasiya instansiya məhkəməsi kass asiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə riayət etsəydi, müəyyən edəcəkdi ki, məhkəmə məcburi göstərişində bizim ipoteka müqaviləsinin tərəfi olmadığımızı xüsusilə qeyd edir. Belə olan halda, tərəfi olmadığı müqavilə üzrə hər hansı öhdəliklərin yerinə yetirilməsi MMC-dən tələb edilə bilməz.

56. Kassasiya instansiya məhkəməsinin mövqeyindən və iş üzrə təqdim edilən sübutlara verilən rəyindən də görünür ki, müqavilə üzrə ödənilmiş 25812 manat pul vəsaitinin "xxxx" MMC-yə deyil,Cavabdeh2 ASC-yə ödənilməsi işin mübahisəsiz halıdır. Eyni zamanda Ali məhkəmə apellyasiya məhkəməsinin pul vəsaitinin Cavabdeh2 ASC-də öz adına açılan **********0000 saylı hesab nömrəsinə köçürülməsinə əhəmiyyət vermədən və qanuni əsas olmadan "xxxx" MMC-dən tutmasını qanunsuz hesab etmişdir. Lakin apel lyasiya insatnsiya məhkəməsi Ali məhkəmənin qərarında öz əksini tapan bu xüsusatları diqqətdən kənarda saxlamış, nəticədə heç bir mötəbər sübuta söykənməyən qətnamə qəbul etmişdir.

57. İş materiallarında mövcud olan bütün sübutlardan və Ali Məhkəmənin mövqeyindən görünür ki, iddiaçı tərəfindən ödənilən pul vəsaiti onun Cavabdeh2 ASC-də yaradılmış hesabına köçürülmüşdür. Həmin vəsaitin nə iddiaçı, nə də bank tərəfindən "xxxx" MMC-yə məxsus hər hansı bank hesabına köçürülməsinə dair heç bir sübut mövcud deyil. Belə olan halda apellyasiya məhkəməsinin bu qənaətə gəlməsi işin hallarının ümumiyyətlə araşdırılmadığının göstəricisidir.

58. Digər əhəmiyyətli hal ondan ibarətdir ki, iş materiallarında olan digər Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə ünva nladığı arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsinə əsasən, banka əsas və gecikdirilmiş məbləğlə birlikdə ümumi 180000 manatdan şox borcu vardır. Bu da onu göstərir ki, iddiaçıya açılan kredit xətti Cavabdeh2 ASC-də açılmış və "xxxx" MMC-yə heç bir ödəniş şedilməmişdir.

59. Məhkəmə iclasında cavabdehin iştirakı və hüquqlarınn müdafiəsi təmin edilməmişdir. Eyni zamanda Cavabdeh2 ASC ləğv olunduğu üçün Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12310/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh2 ASC-yə aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bununla belə məhkəmə birinci apellyasiya baxışında prosesi yekunlaşdıraraq yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, iştirakı təmin edilsəydi digər Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun işə cəlb olunması barədə vəsatət veriləcəkdi ki, bu da işin düzgün həlli üçün vacib haldır. Belə ki, Əmanətlərin Sığortalanması Fondu İddiaçı banka borcu olduğunu təsdiq edir. Məhkəmə əgər bu xüsusatı diqqətə alaraq Əmanətlərin Sığortalanması Fondunu üçüncü şəxs qismində işə cəlb etsəydi həm bu halı müəyyən edəcək, həm də Ali Məhkəmənin məcburi göstərişinə əməl etmiş olacaqdı.

60. Kassasiya instansiyası məhkəməsi xüsusi qərardad çıxarmaqla, Cavabdeh2 ASC idarə heyətinin sədri X1, eləcə də "xxxx" firmasının qanuni təmsilçisi X4 və digər vəzifəli şəxslərin hərəkətlərində AR Cinayət Məcəlləsinin178.2.1, 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətl ərinin olub-olmamasının yoxlanması üçün AR Baş Prokurorluğuna məlumat vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi xüsusi qərardadla bağlı icraat barədə AR prokurorluğuna heç bir sorğu verməmiş və işin nəticəsi barədə heç bir məlumat almamışdır. Halbuki biz verdkləri izahatlarda da "xxxx" MMC-yə heç birödəniş edilmədiyini qeyd etmişlər. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubunda “Elektron notariat” informasiya sistemində mübahisəli mənzilə dair müqavilənin bağlanmasına dair məlumatın aşkar edilmədiyi göstərilmişdir.

61. Nə apellyasiya nə də kassasiya instansiyasında icraat zamanı məhkəmə işi "xxxx" MMC-yə məxsus şəxsi kabinetinə əlavə edilməmişdir. Bu səbəbdəndə cavabdeh məhkəmə iclasının gedişatı barədə məlumatəldə edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi X2 kassasiya şikayətinə yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

63. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayətində vurğuladığı məsələlər tamamilə əsassızdır, qeyd olunan halların pozulmasını sübut edən hər hansı bir sübut cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

64. Maddə 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb et mək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

65. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

66. Maddə 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, hab elə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

67. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

68. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

69. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

70. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qayta rılmasını tələb edə bilməzlər.

71. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

72. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

73. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keç irilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

74. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsi

75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübaisələndirildiyindən məhkəmə aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

83. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Cavbdeh Meridian-M” MMC-nin kassasiya şikayətində irəli sürülmüş dəlillər həm apellyasiya şikayətində, həm birinci dəfə kassasiya şikayətində, habelə aşağı intsansiya məhkəmələrində işə baxılarkən də irəli sürülmüş, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət gö rmür.

85. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4360/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar