Məhkəmə qərarları › İş №2(102)-552/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-552/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-552/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-552/2025 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1515/2024 nömrəli, 4 noyabr 2024- cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətlərinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabdan çıxarışından görünür ki, Cavabdeh məxsus 416974......3469 nömrəli kart hesabına xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 3.000 manat və xx.xx.2021-ci il tarixdə 4.000 manat olmaqla 13.900 manat məbləğində pul köçürülmüşdür. (ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından). İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan s onra cavabdeh) qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 17.000 manat pul vəsaitinin, həmçinin 141,40 manat dövlət rüsumu vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə X2 Mərkəzində (MDM) lor-həkim vəzifəsində çalışıb. Həmin ildə cavabdeh iddiaçıya həkim olaraq müraciət edib və onun tərəfindən burun rinoplastik əməliyyatı olunub. Tərəflər arasında aparılan əməliyyatla əlaqədar olaraq həkim pasiyent münasibəti yaranıb. Cavabdehin atası əməliyyatdan qısa müddət sonra xəstəliyi ilə əlaqədar Quba MDM-nin reanimasiya şöbəsində müalicə alıb və orada da vəfat edib. Cavabdehin atasının müalicə aldığı dövrdə iddiaçının həkim olaraq müayinə və müalicələrlər m araqlanması nəticəsində tərəflər arasında münasibətlər davam edib. Cavabdehin atası vəfat etdikdən sonra tərəflərin əlaqəsi kəsilib. Cavabdeh 2020-ci ildə iddiaçı ilə əlaqə saxlayaraq əzcaçı kimi işlədiyi aptekdə işdən çıxarıldığını, atalarının ölümündən sonra qardaşı ilə torpaq davasında olduğunu, bu səbəbdən qardaşı tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını, boşandıqdan sonra övladına tək baxmaqda çətinlik çəkdiyini və bir qadına 700 manat borcunun olduğunu bildirmişdir. Həmin borcun qaytarılması üçün cavabdeh iddiaçıdan qeyd edilən məbləğdə borc istəmiş, iddiaçı da hər dəfəsində 350 manat olmaqla 2 dəfəyə həmin məbləği 2020-ci ildə cavabdehə məxsus olmuş "xxxx" ASC-nin 4169 7413 5655 3469 nömrəli bank kartına göndəriş etməklə borc vermişdir. Bundan sonra cavabdehin təşəbbüsü ilə tərəflər arasında ünsiyyət güclənmiş. Cavabdeh hər gün iddiaçıya mesajlar yazmağa başlamışdır. Mesajların məzmunu ondan ibarət olmuşdur ki, keçmiş əri övladları üçün nəzərdə tutulmuş alimenti ödəmir, qardaşı tərəfindən təzyiqlərə məruz qalır, ümumiyyətlə həyat şəraiti ağırdır və ona maddi baxımdan kömək lazımdır. Bu ünsiyyətin gedişində cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə müxtəlif məbləğlər olmaqla daha 1.300 manat ona məxsus eyni bank kartına köçürülməklə borc almışdır. Sonrakı dövrlərdə tərəflər ünsiyyəti əsasən qeyd edilən mövzular ətrafında davam etdirmişlər və görüşmədən şəxsi xarakterli ünsiyyətləri yaranmışdır. 2021-ci ildə cavabdeh iddiaçı ilə əlaqə yaradaraq artıq bu şəkildə yaşaya bilmədiyini, rayondan Bakı şəhərinə köçmək istədiyini, bu məqsədlə 1 otaqlı ev alaraq övlad ı ilə oraya yerləşmək barədə düşündüyünü bildirmiş və bu məsələdə iddiaçıdan köməklik göstərərək ona borc verməsini-xahiş etmişdir. İddiaçı cavabdehin düşdüyü vəziyyətə biganə qalmadığı üçün və həmin ərəfədə boşandığından bəlkə də gələcəkdə cavabdehlə birgə həyat yaşaya biləcəkləri ehtimalının da olmasından çıxış edərək cavabdehə yardım göstərmək və ona borc vermək qərarına gəlmişdir. Beləliklə, 2021-ci ilin 2-3 ayı ərzində dörd-beş dəfəyə minimum məbləği 2.000 manat olmaqla cavabdehin "xxxx" ASC-dən əldə etdiyi 4169 7413 5655 3469 nömrəli bank kartına ümumilikdə 15.000 manat vəsait göndərmişdir. Vəsaitlərin göndərilməsi ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından həyata keçirilmişdir. Cavabdeh aldığı borc pulu mümkün qədər qısa müddətdə qaytaracağını bildirsə də, yuxarıda qeyd edilən vəsaitlər ona köçürüldükdən sonra iddiaçı ilə ünsiyyəti azaltmış, bir müddətdən sonra isə ümumiyyətlə kəsmişdir. İddiaçı bir müddət gözlədikdən sonra cavabdehdən heç bir məlumatın olmadığını görüb onu axtarmağa başlamış və borcunu geri tələb etmişdir. Lakin cavabdeh faktiki olaraq borcu qaytarmaqdan imtina etmişdir. İddiaçı Quba rayonuna gedərək cavabdehin qardaşı ilə görüşmüş, eyni zamanda telefon vasitəsilə cavabdehin anası ilə əlaqə saxlamış və onların vasitəsilə də borcun qaytarılmasını tələb etsə də, buna nail ola bilməmişdir. Cavabdeh iddiaçının borcun qaytarılması üçün təkidlərindən sonra cavabdehə mesajlar yazaraq borcun tələb edilməsini dayandırmağı, əks halda iddiaçının cavabdehi güya ölüm həddinə çatdırmaq adı i lə şikayət edəcəyini demişdir. Cavabdeh 2023-cü ilin əvvəllərində polisə şikayət edərək iddiaçının güya ondan hədə-qorxu ilə pul tələb etdiyini iddia etmişdir. Cavabdeh bu addımları ilə faktiki olaraq bir tərəfdən iddiaçıdan borc aldığını etiraf etmiş, digər tərəfdən isə borcu qaytarmaqdan imtina etmişdir. Cavabdehin şikayəti əsasında Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılmış, araşdırma nəticəsində iddiaçının əməlində hər hansı hüquqpozma əlaməti müəyyən edilməmişdir. Qeyd edilən araşdırma çərçivəsində cavabdeh verdiyi izahatında iddiaçıdan borca pul vəsaiti istədiyini və iddiaçı tərəfindən ona borc olaraq pul vəsaiti göndərildiyini yazılı şəkildə etiraf etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildir mişdir ki, cavabdeh 2020-ci il və 2021-ci illər ərzində maddi vəziyyətinin ağırlığı və pula ehtiyacının olması ilə əlaqədar iddiaçıdan müxtəlif tarixlərdə müxtəlif məbləğlər olmaqla cəmi 17.000 manat borc almışdır. İddiaçı hazırda pulunu tələb etməsinə baxmayaraq, cavabdeh borcu qaytarmaqdan imtina edir. İddia tələbi bank hesabdan çıxarışlarla tam təsdiqini tapır, ona görə də iddianın təmin olunmasını xahiş etmişdir.

5. İş üzrə cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar həqiqəti əks elətdirmir və heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə iddiaçı ilə aralarında hərhansı borc münasibəti olmamış, iddiaçı tərəfindən onun kartına göndərilən pul vəsaitləri onun təkidi ilə olmuş və o, iddiaçıdan hər-hansı pul məbləğini borc qismində tələb etməmişdir. Aşağıdaki əsaslara görə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əməliyyatdan təxminən 2 həftdə sonra iddiaçının qəbuluna getmiş və əməliyyata baxış keçirtmiş və hər şey normal olduğunu bildirdikdən sonra, o bir daha xəstəxanaya burun əməliyyatı ilə bağlı müraciət etməmişdir. Bundan sora iddiaçı mütəmadi olaraq telefon vasitəsi ilə ona zənglər edərək ilkin olaraq səhhəti ilə maraqlanmış, daha sonra şəxsi münasibət qurmaq məqsədi ilə ona “whats app” vasitəsi ilə ona sms-lər, özünü subay olduğunu və onunla ailə həyatı qurmaq niyyətini bildirmişdir. O, isə iddiaçıya bir həkim kimi müraciət etdiyini və başqa heç bir münasibətdən söhbət gedə bilməyəcəyini bildirsə də, iddiaçı əl çəkməmiş və o ndan dönə-dönə xahiş etmişdir ki, bir qədər düşünsün, ona yox deməsin, hətta lazımdırsa, dost kimi qalsınlar, münasibətləri qırmasınlar. Bir neçə ay iddiaçı onunla ara-sıra həm telefon zəngləri, həm də sms-lər vasitəsi ilə münasibət qurmaq istəsə də, onun tərəfindən müsbət cavab almadığından Quba rayonu Nizami parkından evə gedərkən iddiaçı qabağını kəsmiş və onun üçün nə etməli olmasını və ona şans verməsini bildirmişdir. O, da iddiaçının uzun müddət fasiləsiz zənglər edib, sms-lər yazıb narahatçılığına son qoymaqdan ötrü ona bildirmişdir ki, 10.000 manat borcu var, imkanı varsa onu ödəsin. Bunu deməklə təbii ki, düşündü ki, ondan əl çəkəcək və onların münasibətlərinə bunula son qoyulacaq. İddiaçı öz növbəsində onun təklifini qəbul edib, kart nömrəsini tələb etmiş, o, da öz kartını ona tə qdim etmişdir. İddiaçı kartının fotoşəkilini çəkərək kartına müxtəlif vaxtlarda 10.000 manat pulu keçirmişdir. O, görəndə ki, iddiaçı həqiqətən də dediyi məbləği kartına ödəyib, dərhal ona zəng vurmuş və bildirmişdir ki, əslində onun heç bir borcu yoxdur, sadəcə məqsədi onu uzaqlaşdırmaq idi. Yalnız bu məqsədlə düşünmüşdür ki, belə bir variantdan istifadə etsə ondan əl çəkəcək, ona kart göndərsin, o, həmin pulu geri qaytarsın. İddiaçı onun təklifinə cavab olaraq bildirmişdir ki, pulu qaytarmaq istəyirsə, o deyən ünvana gəlsin. O, da, pulu hər-hansı ünvanda vermədiyini bildirmiş, pulu kartına atdığı üçün o, da onun kartına həmin məbləği qaytarmaq istədiynini bildirmişdir. Bundan sonra iddiaçı ona bildirmişdir ki, zarafat edir, həmin pulu o bir günə qazanır, ümumiyyətlə ona borcu yoxdur. S adəcə bir xahişi var ona qarşı belə sərt mövqe tutmasın, bir daha dərindən düşünsün, onun məqsədi onunla ailə həyatı qurmaqdır. Bu ərəfədə növbəti dəfə günün axşam vaxtında iddiaçı ona telefonla zəng etmiş və ümumi kef-hal soruşduqdan sonra, evdə olduğunu ona bildirmiş və həmin an telefonda bir qadının ona Qorxmaz kiminlə danışırsan eşidən kimi, iddiaçı ona tez təkrar yığacağını deyərək telefonu söndürmüşdür. İddiaçının bu hərəkətindən sonra ona yalandan subay olduğunu bildirməsini aydınlaşdırmaq üçün yaxın tanışlar vasitəsi ilə onun ailəli olduğunu və iki övladının olduğuna dair məlumat almışdır. Bundan sonra növbəti zəngdə ondan soruşanda ki, bəs deyirdin subayam, iddiaçı bildirmişdir ki, bir evdə yaşasalarda, onlar artıq rəsmi ayrılmışlar. Bütün bunlara baxmayaraq, iddiaçı əvvəlki qayda da ondan əl çəkməmiş və öz təşəbbüsü ilə ad günündə, eləcə də adi günlərdə kartına müxtəlif məbləğlərdə pullar keçirtmiş, hər dəfə bütun bunların heç bir fayda verməyəcəyini ona təkidlə bildirsə də, iddiaçı əməllərindən əl çəkməmişdir. Sonda, təbii ki aralarında heç bir münasibətin olmayacağına əmin olduğu üçün iddiaçıya təkrar bildirmişdir ki, nə qədər ki, ona göndərdiyi 10.000 manatı xərcləməmiş, xahiş edir kartını göndərsin və həmin pulu geri qaytarsın. İddiaçı isə cavabında ona təkrar bildirdi ki, onların arasında pul söhbəti ola bilməz, ona göndərdiyi pullar hədiyyədir və ona qarşı hər-hansı öhdəçiliyi yoxdur. Sonuncu danışıqlarından təxminən iki il sonra iddiaçı ona zəng vuraraq bilərəkdən ki, o artıq Bakı şəhərinə köçmüş onunla biraz incik formada danışdı və ona bildirdi ki, Bakıya köçməyini eşitmiş, onu niyə axtarmır, o, da cavabında ona bildirdi ki, o evli adamdır, onunla ümumi hər-hansı söhbəti ola bilməz, köhnə mövzulara qayıtmağın mənası yoxdur. İddiaçı bunu biləndən sonra ona bildirmişdir ki, ya o, dediyi ünvana gəlib onunla görüşüb bir qərara gəlməli, əks halda onun burun əməliyyatı zamanı çəkdirdiyi bir neçə profildən olan şəkillərini “Tiktoka” yerləşdirib altında dələduz yazıb paylaşacaq və bildirəcəkdir ki, ondan pul alıb dələduzduq edib aldatmışdır. İddiaçı ilə bu danışıqlarından sonra o, öz növbəsində aidiyyatı üzrə yaşadığı Bakı şəhər Yasamal rayonu 26 Polis Bölməsinə ərizə ilə müraciət etmiş və ərizəsində yuxarıda qeyd etdiyi faktları yazmışdır. Ərizəsində bildirmişdir ki, iddiaçı artıq onu qanunsuz yollarla şantaj edir və qanuna müvafiq iddiaçının barə sində tədbir görsünlər. Polis Bölməsi də öz növbəsində mübahisənin mülki xarakterli olduğu qənaətinə gələrək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən hesab edir ki, iddiaçı ilə aralarında heç bir borc münasibəti mövcud olmamış, onların aralarında yalnız iddiaçının təkidi ilə güya özünü subay olduğunu və onunla gələcəkdə ailə qurmaq məqəsdini ortaya atmaqla sırf tanışlıq münasibəti mövcud olmuşdur. İddiaçının ona ödədiyi pul məbləğləri özünün etiraf etdiyi kimi borc deyil, yalnız hədiyyədir. Maddi hüquq normasının mənasından göründüyü kimi borc predmeti 3.000 manatdan çoxdursa, o notarial qaydada rəsmiləşdirilməli idi. Eyni zamanda aralarında iddiaçı ilə heç bir borc münasibəti olmamışdır. İddiaçının məqsədi onunla ailə həyatı qurmaq olmuşdur. İ ddiaçının ona qarşı pul tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan təmin edilməməlidir.

6. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(027)160/2024 nömrəli, 31 may 2024-cü il tarixli, qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 13.900 manat pul və 141,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, 2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında şifahi formada borc müqaviləsi bağlanmışdır. İşdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 2020 və 2021-ci illərdə cəmi 13.900 manat məbləğində borc pul vermiş, iddiaçı tərəfindən borcun qaytarılmasının dəf ələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh həmin borcu qaytarmaqdan imtina edir. Nəticədə cavabdeh heç bir qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsasız varlanmış və ona maddi ziyan vurmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddia tələbinə etirazı əsaslandıran halları sübut edə bilməmişdir. Belə ki, cavabdeh iddiaçıdan borc pul almadığını, həmin pulları hədiyyə kimi almasını bildirsə da, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cəmi 3 dəfə gördüyü şəxs tərəfindən külli miqdarda pul vəsaitinin hədiyyə kimi ona verilməsi ağılabatan deyildir. Həmçinin cavabdeh israrla həmin məbləğləri hədiyyə kimi almasını bildirsədə, bir qadına hədiyyə olunası özəl gün, onun doğum günü (xx.xx.1990-cı il təvəllüdlü) və 8 X3 Bayramıdır ki, həmin tarixlərdə ümumiyyət lə cavabdehin hesabına hər hansısa pul vəsaiti daxil olmamışdır. ("xxxx" ASCnin hesabdan çıxarışından görünmür). Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən onun kart hesabına müxtəlif tarixlərdə və məbləğlərdə pul ödənildiyini etiraf etmişdir. İddiaçı, 17.000 manat pul tələb etsə də, məhkəmə araşdırması zamanı bank hesabı çıxarışlarından müəyyən olunur ki, iddiaçı tərəfindən cəmi 13.900 manat məbləğində pul cavabdehin hesabına ödənilmişdir. (ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından). Ona görə də məhkəmə hesab etmişdir ki, iddia cavabdehdən 13.900 manat məbləğdən artıq tələb olunan hissədə təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 329.2, 329.3, 739.1, 740, 742.1, 742.2, 882.1, 882.2, 882.3, 882.4, 882.5, 1091.2, 1092.1, 1093.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə əsassız və qanunsuzdur. Məhkəmə yalnız iddiaçının mövqeyindən çıxış etmişdir, cavabdehin mövqeyi ilə maraqlanmamışdır, onun izahatına lazımi hüquqi qiymət verməmişdir. İşin əsli ondan ibarətdir ki, o, 2019-cu ilin aprel ayında burun əməliyyatı olunmaqdan öt rü həkim kimi iddiaçıya müraciət etmişdir. İddiaçı onun burun əməliyyatını həyata keçirmiş, əməliyyatdan 2 həftə sonra müayinə olunmaq məqsədi ilə bir dəfə həmin həkimin qəbuluna getmişdir. İddiaçını cəmi 3 dəfə görmüş, aralarında heç bir yaxın münasibət olmamış, yalnız həkim pasiyent münasibətləri olmuşdur. İddiaçı özü onunla telefon vasitəsilə əlaqə saxlayaraq, ondan xoşu gəldiyini bildirmiş, onunla münasibət yaratmaq istədiyini bildirmişdir. Bir dəfə Quba rayonu Nizami parkında iddiaçı qarşısını kəsmiş və ona şans verməsini xahiş etmiş, onun bütün ehtiyaclarını ödəməyə hazır olduğunu bildirmiş, təkidlə ondan kart nömrəsini tələb etmişdir. O, da öz kartını ona təqdim etmiş və iddiaçı müxtəlif vaxtlarda 10.000 manat pulu cavabdehin kartına hədiyyə şəklində köçürmüşdür. Daha sonra cavabdeh həmin məbləği iddiaçıya qaytarmağı təklif etdikdə iddiaçı həmin pulu qəbul etməmiş, pulu ona hədiyyə etdiyini bildirmişdir. Bir müddət sonra iddiaçı cavabdehlə münbasibətinin yaranmadığına əmin olduqdan sonra onu şərləyərək 17.000 manat borclu olmasını bildirmiş və həmin məbləği tələb etmişdir. Əslində isə, cavabdeh iddiaçıdan borc pul almamışdır, cəmi 10.000 manat pulu da qeyd etdiyi kimi iddiaçı özü ona hədiyyə etmişdir. Həmin pulu da ödəmək fikrində deyil. İddiaçının iddia tələbi əsassızdır.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında həkim-xəstə kimi münasibət yaranmış daha sonra cavabdeh iddiaçıya öz ailə vəziyyəti, maddi durumunun çətinliyi ilə əlaqədar mesajlar yazmış və iddiaçı dan ona pul verməsini xahiş etmişdir. İddiaçı da aralarında yaranan münasibəti nəzərə almış, cavabdehə hər dəfə istədiyi məbləği vermişdir. Qeyd olunan pul məbləği cavabdehin istəyi əsasında verilmişdir. Həmin pulun hər hansı şəkildə hədiyyə edilməsindən söhbət gedə bilməz. İşə baxan məhkəmə mübahisənin mahiyyəti üzrə əsaslı qətnamə qəbul etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1515/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin edilməməsi qət olunmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçı 10.000 manatdan sonra cavabdehə münasibətlərinin pisləşməməsi üçün öz təşəbbüsü ilə əlavə olaraq 5.000 manat pul göndərdiyini də bildirmişdir. Cavabdehin izahatının məzmunundan göründüyü kimi, iddiaçı pulu borc kimi deyil, kömək məqsədilə verib və həmin pulu geri qaytarmalı olduğunu əvvəlcədən bildirməyib. Beləliklə, iddiaçı sözügedən pul vəsaitini borc kimi deyil, əslində cavabdehlə aralarında yaranmış isti münasibətlərə görə verib və bununla da sonuncunu zənginləşdirib. Həmçinin iddiaçının cavabdehə pul verməsi heç bir cavab xidməti ilə şərtləndirilməyib və sonuncunun pul vəsaitini qəbul etməsi ilə tərəflər arasında bağışlama hüquqi münasibətləri yaranıb. Digər tərəfdən, sözügedən bağışlama hər hansı öhdəliklə (mənzil almaq, iddiaçı ilə bir yerdə yaşamaq və s.) şərtləndirilməyib və cavabdeh pul vəsaitini qəbul etməklə bağışlama artıq başa çatıb.

14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia olunan pul vəsaiti şəxsi, yəni tərəflər arasındakı münasibətin pozulmasından sonra, konkret halda iddiaçının öz “niyyətinə, məqsədinə” çata bilməməsindən, onlar arasındakı münasibətin pozulmasından sonra geri tələb olunub. Bu isə onu deməyə əsas verir ki, həmin pul zamanında borc kimi verilməyib. Əgər borc verilsəydi pulun qaytarılması şəxsi, yəni münasibətlərin davam etdiyi zaman tələb olunardı və ya hansısa müddət müəyyən olunardı. Pulun məhz şəxsi, yəni münasibətlərin pozulmasından sonra geri tələb edilməsi onu təsdiq edir ki, iddiaçı həmin münasibətlərə əsaslanaraq cavabdehə pul bağışlayıb. Hətta bu halda həmin pulun hansı məqsəd üçün (ev almaq, borcunu bağlamaq və s.) verilməsi heç bir önəm daşımır. Bu səbəbdən də tərəflər arasındakı münasibətlər Mülki Məcəllənin 739.1-ci maddəsinin (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) dispozitiv şərtləri ilə uzlaşmır.

15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 386.1, 666.1, 739.1, 739.2, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 372.1, 372.2, 372.6, 372.7, 384.0.2, 385.1.1 - 385.1.4, 387.1, 402.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

16. Qətnamədən iddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 666.3-cü maddəsinə əsasən, mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. İddiaçı cavabdehə pul vəsaitlərini ona görə göndərmişdir ki, sonuncu özünün ağır sosial-iqtisadi vəziyyəti ilə bağlı iddiaçıya SMS-lər yazıb ehtiyacının olduğunu bildirmişdir. O, da insanpərvərliyini nümayiş etdirərək ehtiyacda olan bir şəxsə kömək məqsədilə cavabdehə pul vəsatləri göndərmişdir ki, bu vəsaitlər Mülki Məcəllənin 666.3-cü maddəsinin tələbləri baxımından bağışlamanın predmetini təşkil edə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 666.1-ci maddəsini hazırkı iş üzrə qətnamə qəbul edərkən düzgün tətbiq etməmişdir.

18. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkməsi bunu subyektiv və formal xarakter daşıyan mülahizələri əsasında etmiş, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi hansı dəlil(lər)ə və əsas(lar)a görə iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaitlərini borc kimi deyil, hədiyyə kimi qiymətləndirməsini mötəbər şəkildə əsaslandıra bilməmişdir. Məhkəmə bu mövqeyini yalnız tərəflərin məhkəmədə verdiyi izahatlarla əsaslandırmağa çalışsa da, bunu yalnız formal mülahizəsi əsasında (güya tərəflər arasında kişi-qadın münasibətlərinin “isti münasibətlərin” olduğuna görə), heç bir konkret dəlilə, sübuta istinad etmədən etmişdir. Digər tərəfdən məhkəmə verilmiş pul vəsaitlərini hədiyyə kimi qiymətləndirməklə onu bağışlama müqaviləsinin predmeti kimi qiymətləndirdiyindən bu nəticəni də mötəbər sübutlarla əsaslandırmalı idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəb ul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

21. Maddə 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

22. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır. Belə ki, kassasiya şikayətində Mülki Məcəllənin 666.3-cü maddəsinə əsasən mənəvi və ya əxlaqi borcun icrasının bağışlama sayılmadığı qeyd olunsa da, iddiaçı tərəfindən pul məbləğinin cavabdehə mənəvi və ya əxlaqi borcun icrası məqsədi ilə verilməsi barədə s übutlar, belə sübutları araşdırmaq səlahiyyətinə malik olan birinci və apellyasiya instansiyası məhkəmələrinə təqdim edilməmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düz gün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qəra rlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər ape llyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

44. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1515/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar