Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5520/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması, müqavilənin kserosurətinin sübut kimi əhəmiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Qədirova Vəfa İdris qızının, cavabdehlər Cavabdeh2 vəkili X1 və Cavabdeh1 vəkili Alməmmədov Nəriman Əli oğlu nun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli, 2(103)267/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kreditor "xxxx" ASC ilə borcalan Şahid arasında bağlanmış 18.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana faizsiz olaraq 3.700.000 manat məbləğində kredit verilmişdir. Sonradan borcalan, kreditor, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 28.12.2013- cü il tarixli kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə müqavilə bağlanmış və müqaviləyə əsasən sonuncular borcalanın kreditora olan ümumi 3.700.000 manat borcundan ilkin olaraq 500.000 manat hissəsini ödəyərək, qalan hissəsini 48 ay müddətinə hər ay 66.667 manat ödəmək şərti ilə qəbul etmişlər.
2. Bu müqvilə üzrə borcun ödənilməsini təmin etmək üçün ipotekasaxlayan "xxxx" ASC, ipotekaqoyan Cavabdeh2 Nilal oğlu və borcalan Cavabdeh1 arasında bağlanmış 16 may 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, X4 küçəsi 74A qapı 1 ünvanda yerləşən, ümumi sahəsi 946,2 kv.m. qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 28.03.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC cavabdehlər Cavab deh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 1612721.09 manat əsas, 441419.07 manat dəbbə pulu olmaqla, cəmi 2054140.16 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, onlar tərəfindən artıq ödənilmiş 87278.91 manat məbləğində vəsaitin Ləğv prosesində "xxxx" ASC-dən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İlk in iddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə Şahid arasında bağlanmış 18.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid faizsiz olaraq 3.700.000 manat məbləğində kredit verilmişdir. Sonradan Şahid, Bank, Cavabdeh2 və Cavabdeh1 arasında 28.12.2013- cü il tarixli “Kredit müqaviləsi” üzrə borcun keçirilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh1 borclu Şahid Banka olan ümumi 3.700.000 manat borcundan ilkin olaraq 500.000 manat hissəsini ödəyərək, qalan hissəsini 48 ay müddətinə hər ay 66.667 manat ödəmək şərti ilə qəbul etmişlər. Hazırda cavabdehlərin banka 1.6121721,09 manat əsas, 441.419,07 manat dəbbə pulu olmaqla, cəmi 2.054.140,16 manat borcu qalmışdır. Bununla əlaqədar cavabdehlərə yazılı və şifahi xəbərdarlıq edilm əsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28.12.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 74A, qapı 1-də 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 946.2 kv.m. olan, və 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 894,8 kv.m. qeyri-yaşayış sahələrinin alınması məqsədi ilə həmin əmlakların dəyəri kimi 2.000.000 (iki milyon) manat məbləğində vəsaiti banka ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə bağlanan zaman banka 500.000 manat məbləğində ödəniş etmiş, qalan 1.500.000 manat məbləği isə 48 ay müddətində bərabər hissələrlə hər ay 31.250 manat məbləğində olmaqla ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə bağlanan gün 500.000 manat, daha sonra hissə-hissə 1.587.278.91 manat, ümumilikdə 2.087.278.9 1 manat ödəniş etmişlər. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 74A, qapı 1-də yerləşən qeyri-yaşayış sahələrinin dəyəri onların banka ödədikləri 2.087.278,91 manat məbləğindən dəfələrlə az olmuşdur. Cavabdehlər bankda bəzi sənədlərə imza etdikdən sonra qeyd olunan qeyri – yaşayış sahələrinə baxış keçirən zaman qeyri-yaşayış sahələrinin istifadəyə tam yararsız və təmirsiz vəziyyətdə olduğu məlum olduqda bankla aralarında olan razılaşmaya əsasən, onlara sözügedən qeyri-yaşayış sahəsinə görə əmlakların dəyəri olan 2.000.000 manat vəsait ödəmələri və bununla da borcun bağlanacağı bildirilmişdir. Göstərilən əmlakın real dəyəri 2.000.000 manatdan xeyli aşağı olsa da, onlar bankın təklifini qəbul etmiş, qeyri-yaşayış sahələrini özlərinin külli miqdarda vəsaiti hesabına təmir etdirib zəruri texniki təchizatla (mebel dəstləri, mərkəzi isitmə-soyutma sistemləri və s.) təmin etməklə həmin sahələri istifadəyə yararlı vəziyyətə gətirmişlər.
7. Cavabdehlər sübut kimi Texnika Bank” ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında Şahid banka olan 2.000.000 manat borcun ödənilməsini öhdələrinə götürmək barədə 28.12.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin kserosurətini təqdim etmişdir. Bu müqavilədə Cavabdeh2 və Cavabdeh1 borcalanın kreditora olan ümumi 2.000.000 manat borcundan ilkin olaraq 500.000 manat hissəsini ödəyərək, qalan hissəsini 48 ay müddətinə hər ay 31250 manat ödəmək öhdəliyi əksini tapmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli, 2(005)-7109/2017 nömrəli qətnaməsi ilə (hakim R.Quliyev) iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Ca vabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, Cavabdeh2 və Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ilkin və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumlarının dövlət rüsumu ödəmiş şəxslərə aid edilməsi qət edilmişdir
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər müxtəlif məbləğdə borc barədə müqavilələr təqdim etmişdir. Həmin müqavilələr, əsli təqdim edilmədiyindən MPM-nin 89.3cü maddəsinə əsasən sübut hesab oluna bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 77.1, 89.3 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı "xxxx" ASC qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, q ətnamənin qismən ləğv edilməsi, ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Həmçinin qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2018-ci il tarixli, 2(103)5708/2018 nömrəli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov, A.İmanov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli, 2(102)-7693/2018 saylı qərarı ilə (hakimlər Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev, İ.Xələfov) kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin arasında 28 dekabr 2013-cü il tarixdə bağlanmış m üqavilənin ksero surət olmasına istinad olunmaqla ilkin iddia tələbi üzrə cavabdehlərin 500.000 manat ödədikdən sonra bank qarşısında ödənilməmiş öhdəliyinin 3.200.000 manat deyil 1.500.000 manat olması və həmin öhdəliyin 48 ay ərzində hər ay 31.250 manat olmaqla icra edilməli olması kimi səhv nəticəyə gəlinib ilkin və qarşılıqlı iddia tələblərinin rədd olunması barədə qərar qəbul edilmişdir.
18. İpoteka ilə yüklü edilən qeyri-yaşayış sahəsinin 1.027.000 manat məbləğində qiymətləndirilməsinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, 28 dekabr 2013-cü il tarixli müqavilənin əslinin təqdim olunmamasına istinad edilib iddia tələblərinin rədd olunması barədə qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
19. İş üzrə əsas borcal an Şahid izahatı alınmaqla tədqiq olunmamış, məhkəmə çəkişməsi prinsipi təmin edilmədən və Bakı şəhəri 38 saylı Notariat Kontorundan ipoteka müqaviləsinin təsdiqi ilə bağlı notariat işi tələb edilib öyrənilmədən ilkin iddia tələbi üzrə öhdəliyin start məbləğinin 3.200.000 manat deyil 1.500.000 manat olması, ilkin iddia tələbi üzrə cavabdehlərin icra edilməmiş öhdəliklərinin mövcud olmaması kimi səhv nəticəyə gəlinib iddiaların rədd olunması barədə qərar qəbul edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)2716/2019 nömrəli qətnaməsi ilə ilk iddiaçı "xxxx" ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bak ı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilkin iddiasının təmin edilməməsi qət edilmişdir.
21. Həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin tarixli 2(103)2716/2019 nömrəli qərardadı ilə cavabdehlər X2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(005)-7109/2017 nömrəli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ləğv etmə prosesində olan "xxxx" ASC-nin ləğ vedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların qarşılıqlı iddia ərizəsində göstərdikləri tələblə bağlı "xxxx" ASC-nin ləğvetmə prosesini həyata keçirən Əmanətlərin Sığortalanması Fonduna, bundan sonra yarana biləcək mübahisə ilə bağlı isə ləğvetmə prosesinə nəzarət edən müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət edə bilməsi izah edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlərin olması birmənalıdır. Bunun müəyyən edilməsinə baxmayaraq məhkəmənin kredit müqaviləsinin əslinin təqdim edilməməsinə görə iddianın sübuta yetməməsi əsası ilə iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmaq olmaz. Çünki iş materiallarında olan başqa sübutlarla müqavilə münasibətlərinin olması müəyyən edilir. Lakin bankın istinad etdiyi müqavilə deyil, cavabdehlərin və iş üzrə Şahid tərəfindən təsdiq edilən 28.12.2013-cü il tarixli 2.000.000 manat borcla bağlı müqavilə əsas götürülməklə ilkin iddiaya qiymət verilməlidir. Həmin müqavilə əsasında ilkin iddianın dəlillərini araşdırdıqda apellyasiya kollegiyası hesab etmişdir ki, iş üzrə cavabdehlər banka 28.12.2013-cü il tarixli müqavilə üzrə 2.000.000 manat borclu olduqlarını qəbul etmələri, habelə onların banka 2.087.278,91 manat ödəniş etdikləri nəzərə alınarsa onların banka borcunun olmaması müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.12.2019-cu il tarixli, 2(102)-7683/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)- 2716/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir
25. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş şəxs qərəzli olmuş və şahidin qərəzli ifadə verməsi onda əksini tapmışdır ki, şahid ifadə verərkən iddiaçının müqavilələrlə bağlı hərəkətinə qiymət verərək, Fondun müqavilənin ilkin – ləğv edilmiş layihəsinə istinad edərək 3.700.000 manatla bağlı məhkəmədə iddia qaldırmasının əsassız varlanmaya cəhd kimi qiymətləndirilməli olduğunu qeyd etmişdir.
26. Apellyasiya kollegiyası isə şahidin ifadəsində bildirmiş olduğu ilkin müqavilə layihəsinin ləğv edilməsi, borcun keçirilməsi barədə 28.12.2013-cü il tarixli müqaviləyə əsasən borcun ******* manat təşkil etməsi istiqamətində hər hansı araşdırma aparmamış, yalnız şahidin ifadəsini mötəbər sübut kimi nəzərə alaraq bankın istinad etdiyi müqavilə nin deyil, cavabdehlərin və iş üzrə Şahid tərəfindən təsdiq edilən 28.12.2013-cü il tarixli 2.000.000 manat borcla bağlı müqavilənin əsas götürülməli olduğu qənaətinə gəlmişdir. ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2021-ci il tarixli, 2(103)-267/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov, F.Talışinski) iddiaçı ləğv etmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığo rtalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə” ilkin iddiasının təmin edilməməsi qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər iki tərəf məhkəməyə borcun müxtəlif məbləğlərdə keçməsi barədə 2 müqavilənin surətini təqdim etmişlər. Sənədin əslinin təqdim edilmədiyi halda məhkəmənin tərəflərdən birinin təqdim etdiyi sənədin surətini əsas götürməsi digər tərəfin hüququnu pozan haldır. Həmçinin yuxarıda da qeyd edildiyi kimi cavabdehlərin iddiaçı banka borcunun olmasını təsdiq edə biləcək əsas və müstəsna sübut Mülki Məcəllənin 739-746-cı maddələrinin tələbləri nəzərə alınmaqla bağlanan borc (kredit) müqaviləsi və ya borcun keçməsini (borcun üçüncü şəxs tərəfindən icrasını) tənzimləyən həmin Mə cəllənin 431-ci maddəsinin tələblərinə əsasən rəsmiləşdirilən öhdəliyin keçməsi (üçüncü şəxs tərəfindən icrası) barədə müqavilənin əslidir (və ya lazımı qaydada- qanunla sənədin surətini təsdiq etmək səlahiyyəti verilmiş şəxs və ya orqanlar tərəfindən təsdiq edilmiş surətidir). Dolayı sübutlarla cavabdehlərin iddiaçıya borcunun olub-olmamasının sübuta yetirilməsi qeyri-mümkündür və prosessual qanunvericiliyin tələblərinə görə qadağandır. Həmçinin, iş materiallarından sübuta yetirilir ki, cavabdeh tərəfin iddiaçı qarşısında nəinki hazırki tarixə icra olunmamış öhdəliyi yoxdur, hətta artıq ödəmələri olmuşdur. Belə ki, iddiaçı ilə cavabdehlər arasında 28.12.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehlər Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 74A, qapı 1də yerləşən ümumi sahəsi 9 46.2 kv.m. olan 2-ci mərtəbədə yerləşən və ümumi sahəsi 894.8 kv.m. olan 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin alınması məqsədilə banka həmin əmlakların dəyəri olmuş 2.000.000 (iki milyon) manat məbləğində vəsait ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlanan gün cavabdehlər banka 500.000 (beş yüz min) manat məbləğində ödəniş etmiş, yerdə qalan 1.500.000 (bir milyon beş yüz min) manat məbləğini isə 48 ay müddətində bərabər hissələrlə hər ay 31.250 (otuz bir min iki yüz əlli) manat olmaqla ödəməyi öhdələrinə götürmüşlər.İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehlər iddiaçıya müqavilə bağlanan gün 500.000 (beş yüz min) manat, daha sonra hissə-hissə 1.587.278,91 (bir milyon beş yüz səksən yeddi min iki yüz yetmiş səkkiz) manat (doxsan bir) qəpik, ümumilikdə 2.087.278,91 (iki milyon səksən yeddi min iki yüz yetmiş səkkiz) manat (doxsan bir) qəpik ödəniş etmişlər. İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdehlər sözügedən vəsaiti məhz Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 74A, qapı 1-də yerləşən ümumi sahəsi 946.2 kv.m. olan 2-ci mərtəbədə yerləşən və ümumi sahəsi 894.8 kv.m. olan 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin alınması məqsədilə ödəmişlər. Həmin qeyri-yaşayış sahələrinin dəyəri cavabdehlərin banka ödədikləri vəsaitdən (2.087.278,91 manatdan) dəfələrlə az olmuşdur. Belə ki, qeyd olunan qeyri-yaşayış sahələri istifadəyə tam yararsız və təmirsiz vəziyyətdə olmuşdur. Belə olan halda bankla cavabdehlər arasında əldə edilmiş razılaşmaya əsasən, onlara bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsin ə görə cavabdehlər banka sözügedən əmlakların dəyəri olan 2.000.000 (iki milyon) manat vəsait ödəsin, bununla da borc bağlanmış olsun.Təsadüfü deyil ki, həm iddiaçı bankın istinad etdiyi (hazırda qüvvədə olmayan) ipoteka müqaviləsindən, həm də cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən əmlakın cavabdehlərə keçən vəziyyətdə olan dəyəri 2.000.000-dək təşkil edir. Bundan əlavə əsas öhdəliyi yaradan müqavilə ilə (28.12.2013-cü il tarixli müqavilə ilə) iddiaçı bankın istinad etdiyi ipoteka müqaviləsi arasında ziddiyyət olduğu halda ipoteka müqaviləsinin yox, əsas öhdəliyi yaradan müqavilənin şərtləri əsas götürülməlidir.Çünki vaxtilə ipoteka qoyan qismində çıxış etmiş şəxslər Cavabdeh1 və Cavabdeh2 eyni zamanda əmlakın dəyəri həcmində müqa vilə üzrə borcu qəbul etdiyinə borclu şəxslər sayıldığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinin tələbləri baxımından əsas öhdəliyi yaradan müqavilənin şərtləri əsas təşkil etməlidir. Bundan başqa iddiaçının cavabdehlərə olan iddia tələblərindən görünür ki, iddiaçı cavabdehlərdən yalnız pulun tutulmasını xahiş etmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi ipotekanının dövlət qeydiyyatının ləğv edildiyini və əmlakın girovdan azad edildiyini bildirmişdir. Belə ki, borc tam ödənilmədiyi halda əmlakın girovdan azad edilməsinin səbəbi inandırıcı dəlillərlə əsaslandırılmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanət lərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələblərinin tam təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bank ilə Şahid arasında bağlanmış 18.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid faizsiz olaraq 3.700.000 manat məbləğində kredit verilmiş, sonuncu tərəfindən yalnız 10.06.2013-cü il tarixdə 6592,45 manat məbləğdə ödəniş edilmiş və onun 28.12.2013-cü il tarixə 3.691.882,55 manat borcu qalmışdır. Daha sonra həmin tarixdə öhdəliklərin verilməsi barədə müqavilə imzalanmış və Şahid bor cu cavabdehlərə ötürülmüşdür. Hazırda isə tərəflər 2.000.000 manat məbləğdə öhdəliyin keçdiyini iddia edirlər. Bu isə mümkün deyil. Çünki Şahid 3.691.882,55 manat məbləğdə aktiv borcu olduğu halda, cavabdehlərə 2.000.000 manat məbləğdə kredit xətti açılacağı halda Şahid yenə borcu qalmış olacaqdı. Halbuki, öhdəliklərin verilməsi haqqında müqavilədən sonra Şahid bütün borcu bağlanmşdır. Hadisələrin məntiqi ardıcıllığı onu göstərir ki, cavabdehlərin iddia etdikləri 2.000.000 manat məbləğində müqavilənin bağlanması mümkünsüzdür, bu zaman iddiaçı bankın H.Anara qarşı tələb hüququ yarana bilərdi, lakin hal-hazırda belə bir tələb üçün əsas yoxdur, çünki mövcud olan aktiv kredit üzrə iddiaçının tələb hüququ M.İlqar və A.Elşənə qarşı yaranmışdır, bu da sübut edir ki, tərəflərin kserosurət təqdim e tdikləri müqavilə öhdəlikdən yayınmaq məqsədilə kustar üsulla hazırladıqları saxta sənəddir. Bundan əlavə, iddiaçının təqdim etdiyi 28.12.2013-cü il tarixli ******* manat məbləğində öhdəliyin ötürülməsi ilə bağlanmış kredit müqaviləsində qeyd olunur ki, tərəflər ilkin olaraq 500.000 manat hissəsini ödəyərək qalan hissəsini 48 ay müddətinə hər ay 66 667 manat ödəmək şərti ilə qəbul etmişlər. Bu zaman təqdim edilmiş sonuncu maliyyə arayışına nəzər yetirildikdə görünür ki, cavabdehlərin ödənişləri aşağıdakı formadadır: 07.02.2014 tarixində 70 001.07 azn, 01.04.2014 tarixində 70 000 azn, 09.04.2014 tarixində 70 000 azn, 10.04.2014 tarixində 50 000 azn, 30.04.2014-cü il tarixində 70 000 azn, 02.07.2014 tarixində 100 000 azn, 02.10.2014 tarixində 70 000 azn, 10.10.2014 tarixində 140 000 azn, 25. 11.2014 tarixində 40 000 azn, 12.01.2015 tarixində 30 000 azn, 23.01.2015 tarixində 70 000 azn,12.03.2015-ci il tarixində 40 000 azn, 04.06.2015 tarixində 100 000 azn, 03.03.2016 tarixində 620 277.84 azn, 17.10.2016 tarixində 5 000 azn, 14.11.2016 tarixində 5 000 azn, 09.12.2016 tarixində 5 000 azn, 16.01.2017 tarixində 15 000 azn, 07.02.2017 tarixində 7 000 azn, 14.03.2017 tarixində 5 000 azn, 13.04.2017 tarixində 5 000 azn pul məbləği ödəmişlər. Göründüyü kimi, cavabdehlərin 21 ödənişindən 10-u bankın təqdim etdiyi müqavilənin şərtinə uyğun, yəni 70000 azn və ondan yuxarıdır, ümumilikdə isə 14 ödənişi 30 000 azn-dən yuxarıdır. Cavabdehlər iddia edirlər ki, tərəflər arasındakı münasibətlər onların təqdim etdikləri kserosurət müqaviləyə əsaslanmalıdır, halbuki elə həmin müqavilənin şərtlər ində borcalanın ödəməli olduğu aylıq məbləğ 31 250 manatdır. Bu hal onu deməyə əsas verir ki, cavabdehlər öz hərəkətləri ilə iddia etdikləri sözlər üst-üstə düşmür və özləri özlərini təkzib edirlər. Bundan başqa, cavabdehlər qarşılıqlı iddia ərizəsində 87.278,91 manat əlavə ödəniş etmələrini bildirmişlər. Bu ödənişlər onların istinad etdiyi müqavilə bitdikdən sonra da davam etmişdir. Bu zaman onların borclarının olub-olmaması ilə maraqlanmaması, nə üçün artıq ödəniş etmələri ağlabatan deyildir. Digər tərəfdən, borc məbləği bağlanmış olsa idi, bank əməkdaşının ödənişləri hesaba qəbul etməsi mümkünsüz idi. Həmçinin Şahid ifadəsində hər iki müqavilənin olmasını təsdiqləmişdir. Ancaq 2.000.000 manatlıq kredit müqaviləsində onun iradə ifadəsini təsdiq edən hər hansı sübut yoxdur. Bu isə ona dəl alət edir ki, onun həmin müqavilədən ümumiyyətlə xəbəri yoxdur. O, məhkəmədə izahat verərkən belə bir şərtlərlə müqavilənin bağlanmasını etiraf etmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin əsli tərəflərindən məhkəməyə təqdim edilmişdir. Həmin ipoteka müqaviləsindən görünür ki, “kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə” 28.12.2013-cü il tarixli müqaviləyə və 18.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən qalıq qalmış 3.200.000 manat məbləğdə kreditin 48 ay müddətinə qaytarılmasının təminatı kimi tərəflər əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka müqaviləsi 16.05.2014-cü il tarixdə bağlanmışdır. Əgər ipoteka predmetləri yararsız halda idisə, nə üçün 5 ay sonra cavabdehlər tərəfindən ipoteka ilə yüklü edilmişdir. Cavabdeh lər ipoteka müqaviləsini imzalamaqla əslində 3.700.000 manat məbləğdə krediti qəbul etmişlər. İpoteka predmetinin azad edilməsinə əsas bankın verdiyi 29.01.2016-cı il tarixli məktub olmuşdur. Bundan sonra 2015-ci ilin iyun ayından ödənişlər etməyən cavabdeh 03.03.2016 tarixində 620 277.84 azn ödəniş etmiş, daha sonra 7 ay da ödəniş etmişdir. Əgər ipoteka predmeti borcun ödənilməsinə görə yüklülükdən azad edilsə idi cavabdehin sonrakı dövrlərdə ödəniş etməsi əhəmiyyət kəsb etməzdi. Habelə, məhkəmə tərəfindən ekspert rəyi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəki li Qədirova Vəfa İdris qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
33. Cavabdeh2 vəkili X3 və Cavabdeh1 vəkili Alməmmədov Nəriman Əli oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, şikayətin rədd olunmasını xahiş etdilər. 34.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvaf iq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkə mə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
37. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 4 16).
38. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı k assasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmişdir. Bu baxımdan qətnamə ləğv edilməli və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
42. İş materalları ilə müəyyən edilir ki, iddia tələbinin kökündə tələb etmənin əsası kimi 18.10.2012-ci il tarixli kredit müqaviləsi və 28.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun keçirilməsi haqqında müqavilələr daya nır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehlərdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir.
43. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
44. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi ). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
45. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
46. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
47. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqav ilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
48. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunu r.
49. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdır. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
51. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
52. Təcrübədə müqavilənin məzmunu, şərtləri ilə bağlı mübahisə yarandıqda, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri üçün onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
53. Bu baxmdan işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər tərəfindən kreditora 07.02.2014 tarix ində 70 001.07 AZN, 01.04.2014 tarixində 70 000 AZN, 09.04.2014 tarixində 70 000 AZN, 10.04.2014 tarixində 50 000 AZN, 30.04.2014-cü il tarixində 70 000 AZN, 02.07.2014 tarixində 100 000 AZN, 02.10.2014 tarixində 70 000 AZN, 10.10.2014 tarixində 140 000 AZN, 25.11.2014 tarixində 40 000 AZN, 12.01.2015 tarixində 30 000 azn, 23.01.2015 tarixində 70 000 AZN,12.03.2015-ci il tarixində 40 000 AZN, 04.06.2015 tarixində 100 000 AZN, 03.03.2016 tarixində 620 277.84 AZN, 17.10.2016 tarixində 5 000 AZN, 14.11.2016 tarixində 5 000 AZN, 09.12.2016 tarixində 5 000 AZN, 16.01.2017 tarixində 15 000 AZN, 07.02.2017 tarixində 7 000 AZN, 14.03.2017 tarixində 5 000 AZN, 13.04.2017 tarixində 5 000 AZN pul məbləğində ödənişlər edilmişdir.
54. Bu faktın hazırda mübahisəli hala çevrilmiş iki fərqli müqavilədən h ansının həqiqiliyi məsələsinin həllinə təsiri ola bilər. Şübhəsizdir ki, bu ödənişlər tərəflər arasında bağlanmış 28.12.2013-cü il tarixli müqavilədən gələn öhdəlik əsasında icra olunmuşdur. Əgər tərəflərin hər ikisinin təqdim etdiyi müqavilədə müəyyən edilən kreditin məbləği (birində 3.700.000, digərində 2.000.000) və aylıq ödənişləri (birində 66.667 manat, digərində 31.250 manat) nəzərə almayıb, hər iki müqavilədə nəzərdə tutulmuş müqavilə müddətini (48 ay) və 07.02.2014, 01.04.2014, 09.04.2014, 10.04.2014, 30.04.2014, 02.07.2014, 02.10.2014, 10.10.2014, 25.11.2014, 12.01.2015 və 23.01.2015-ci il tarixlərdə edilmiş ödənişlər əsasında müqavilə üzrə verilmiş kreditin məbləği barədə sadə riyazi məsələ həll edilməli olsaydı, bu halda qəti şəkildə demək olardı ki, verilmiş kreditin məbləği 2. 000.000 manat deyil, daha çoxdur.
55. Bundan başqa, tərəflər arasında bağlanmış 16.05.2014-cü il tarixli, 1116/14-02 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayanla borcalanlar arasında bağlanmış kredit müqaviləsi üzrə borcun keçirilməsi barədə 28.12.2013-cü il tarixli müqaviləyə və 18.10.2012-ci il tarixli NA-068/012 saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin qalığı olan 3.200.000 manat məbləğində 48 ay müddətinə olan kreditin və kreditə hesablanacaq cərimələrin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.
56. Göründüyü kimi, cavabdehlər həmin ipoteka müqaviləsini imzalayan zaman belə daşınmaz əmlakın yüklü edilməsinə əsas olan 3.700.000 manat məbləğdə kredit müqaviləsi üzrə öhdəliklərin tam icra edilməsi üçün təminat vermişlər. İpoteka müqaviləsi mübahisələndirilməmişdir.
57. İş materiallarından görünür ki, cavabdehlərin müraciətləri əsasında borc məbləğinin bağlanılması üçün ipoteka predmeti bankın verdiyi 29.01.2016-cı il tarixli məktub üzrə yüklülükdən azad edilmişdir. Bundan sonra isə cavabdehlər tərəfindən 03.03.2016 tarixində 620 277.84 AZN ödəniş edilmiş, daha sonra 7 ay ərzində mütəmadi ödənişlər edilmişdir. 58. 53-57-ci paraqraflarda qeyd olunan işin faktik halları, Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri əsasında məhkəmə tərəfindən əlaqəli şəkildə təhlil olunub qiymət verilməmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, “hər iki tərəf məhkəməyə borcun müxtəlif məbləğlərdə keçməsi barədə 2 müqavilənin surətini təqdim etmiş lər. Sənədin əslinin təqdim edilmədiyi halda məhkəmənin tərəflərdən birinin təqdim etdiyi sənədin surətini əsas götürməsi digər tərəfin hüququnu pozan haldır”.
60. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsassızdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu baxımdan müqavilələrin kserosurət olması, məhkəməni zəruri araşdırma aparıb həqiqəti müəyyən etmək vəzifəsindən azad etmir. Həqiqiliyi sübutetmə qaydalarına uyğun müəyyən olunmuş kredit müqaviləsinin əsas tutulması, digər tərəfin ziyanına olsa belə, qanunsuz olmayacaq, digər tərəfin hüququnu pozan hal kimi qiymətləndirilməyəcək.
61. Apellyasiya instansiyası məhkəməsinin “İddiaçı cavabdehlərdən yalnız pulun tutulmasını x ahiş etmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi ipotekanının dövlət qeydiyyatının ləğv edildiyini və əmlakın girovdan azad edildiyini bildirmişdir” əsaslandırması ilə bağlı məhkəmə kollegiyası bildirir ki, bu hal (ipotekanın yüklülükdən azad edilməsi) cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməsi nəticəsinə gəlmək üçün yetərli əsas deyildir.
62. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 10.3-cü maddəsinə istinadla bildirmişdir ki, əsas öhdəliyi yaradan müqavilə ilə (28.12.2013-cü il tarixli müqavilə ilə) iddiaçı bankın istinad etdiyi ipoteka müqaviləsi arasında ziddiyyət olduğu halda ipoteka müqaviləsinin yox, əsas öhdəliyi yaradan müqavilənin şərtləri əsas götürülməlidir. Çünki vaxtilə ipoteka qoyan qismində çıxış etmiş şəxslər Cavabdeh1 v ə Cavabdeh2 eyni zamanda əmlakın dəyəri həcmində müqavilə üzrə borcu qəbul etdiyindən borclu şəxslər sayıldığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinin tələbləri baxımından əsas öhdəliyi yaradan müqavilənin şərtləri əsas təşkil etməlidir.
63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Çünki bu normanın tətbiq edilməsi üçün ilk növbədə məhkəmə məhz cavabdehlərin təqdim etdiyi (2.000.000 manat borca dair bağlanmış) müqavilənin həqiqi kredit müqaviləsi olduğunu mötəbər sübutlar əsasında müəyyən etməli idi. Yalnız bundan sonra kredit müqaviləsi ilə ipoteka müqaviləsi arasında olan ziddiyyətə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.3-cü maddəsinə əsasən qiymət verilə bilərdi.
64. Kollegiya qeyd e dir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
65. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə görə əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır.
66. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.
67. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin olması, belə əlaqənin müəyyən olunduğu təqdirdə dəymiş zərərin məbləğinə dair apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbayca n Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli, 2(103)267/2021 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.