Məhkəmə qərarları › İş №2(102)-5523/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5523/2018

10.09.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5523/2018 10.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5523/2018 10 sentyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi və vəkili X5in,cavabdehlər Cavabdeh2, X4, Cavabdeh1 və Cavabdeh4 vəkili X11in iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4-ə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.201 8-ci il tarixli 2(103)-2944/2018 nömrəli qətnaməsindən İddiaçı Şirkətinin və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 23 413 890,37 (iyirmi üç milyon dörd yüz on üç min səkkiz yüz doxsan dollar otuz yeddi sent) ABŞ dollarının və işgüzar nüfuza vurulmuş 5 000 000 (beş milyon) ABŞ dolları məbləğinin müştərək qaydada tutularaq şirkətə ödənilməsi barədə qətnamə çıxarılmasını, habelə cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 179, 308 və 313-cü maddələrində müəyyən edilmiş əməllər mövcud olduğundan onların barəsində xüsusi qərar çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı ş əhəri Səbail rayon məhkəməsinin 27 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.A.Bağırov, iş 2(009)-545/2017) İddiaçı şirkətinin cavabdehlər Cavabdeh2, X4, Cavabdeh1 və Cavabdeh4-ə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, M.A.Bağırova və S.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Q.Allahverdiyev, Ə.Şadıyev) 13 dekabr 2017-ci il tarixli, 2(102)-8555/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 30 iyun 2017-ci il tarixli, 2(103)-6520/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova, İ.Vəliyev) 05.04.2018-ci il tarixli 2(103)-2944/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-545/2017 saylı iş üzrə 27 fevral 2017-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Şirkəti və vəkili X5 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-ci il tarixli 2(103)-2944/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi qətnaməsinin tamamilə əsassız və qanunsuz olması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi sübuta yetirilir və bu səbəbdən həmin qətnamə tamamilə ləğv edilməli, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, apellyasiya məhkəməsi həmin qətnaməni qəbul edərkən, cavabdehlərin absurd "dəlillərini" təkrarlamaqla yanaşı, həmin "dəlilləri" daha da inkişaf etdirərək, mübahisə tərəflərinin münasibətlərinə uyğun tətbiq edilməli olan maddi hüquq normalarını deyil, cavabdehlərin məsuliyyətdən qərəzli surətdə yayındırılmalarına xidmət edən və hazırkı mübahisəyə tətbiq edilməli olmayan qanun normalarına istinad etmişdir. Qeyd edilən hal onunla sübut edilir ki, apellyasiya məhkəməsi öz qərəzli qətnaməsini tərtib edərkən, qiymət verilməl i və nəzərə alınmalı əsas məsələni- "xxxx" şirkətinin mövcud olmaması faktına ümumiyyətlə qiymət verməmiş, buna uyğun maddi hüquq normalarını tətbiq etməmişdir ki, bu da öz növbəsində mübahisənin düzgün həll edilməməsi ilə nəticələnmişdir. Məhkəmə, iddiaçıdan mövcud olmayan şirkətin işçilərinin əmək müqavilələrini təqdim etmədiyini əsas götürərək, həmin şəxslərin cavabdeh qismində cəlb edilmələrini düzgün saymamışdır. Halbuki, məhkəməyə təqdim edilmiş sübutlardan da görünür ki, pul vəsaitlərinin mənimsənilməsində və iddiaçıya zərər vurulmasında Cavabdeh2 başqa digər cavabdehlər- X4, Cavabdeh1 və Cavabdeh4 da iştirak etmişlər və qeyd edilən faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə invoysların Cavabdeh2 tərəfindən təsdiqlənməsi faktını qəbul etsə də, onu məsuliyyətd ən yayındırmaq üçün qeyd etmişdir ki, "Cavabdeh2 hansı vəzifəsini pozaraq ona zərər vurmasını əsaslandıra bilməmişdir." Halbuki, Cavabdeh2 Filialın rəhbəri vəzifəsində işlədiyi müddət ərzində yalnız Filialın təsərrüfat rəhbərliyini həyata keçirməmiş, həmçinin "xxxx"-nın müştərilərinin sifarişlərinin yerinə yetirilməsi üçün subpodratçılar cəlb etmişdir. O, "xxxx" şirkətini də subpodratçı kimi cəlb etməklə, həmin şirkətlə müqavilə imzalamış, vəzifə saxtakarlığı və digər qanunazidd əməllər etmək yolu ilə külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi üçün istifadə etmiş və bununla da İddiaçıya böyük həcmdə maddi zərər vurmuşdur. Cavabdeh2 Filialin rəhbəri olmaqla İddiaçını təmsil edərkən, o cümlədən, onun adından müqavilələr bağlayarkən Mülki Məcəllənin 49.3-cü maddəsində sadalanan tələblərə riayət etməli idi və həmin tələblərə riayət edilməsi üçün Filial rəhbəri kimi məsuliyyət daşıyırdılar. Cavabdehlərin məsuliyyətdən yayındırılması mövqeyini tutmuş apellyasiya məhkəməsinin bütün dəlilləri və gəldiyi nəticə tamamilə əsassızdır, qətnamə maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması və qərəzli surətdə cavabdehlərin xeyrinə şərh edilməsi ilə qəbul edilmişdir, həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 Aprel 2018-ci il tarixli, 2(103)-2944/2018 saylı qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyas ı iclasında İddiaçı Şirkətinin nümayəndəsi və vəkili X5 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilərək, işin yeni baxışa qaytarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, X4, Cavabdeh1 və Cavabdeh4 vəkili X11 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəçəsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallar bundan ibarətdir ki, İddiaçı şirkətinin əsas fəaliyyət istiqamətlərindən biri nəqliyyatekspedisiya xidmətlərinin göstərilməsidir və şirkət hava və su daşımaları üzrə qitələrarası kompleks xidmətlər göstərir. Azərbaycanda şirkətin adından 11.12.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış filialı çıxış edir. Cavabdeh2 01.08.1996-cı ildə şirkətin Azərbaycandakı filialına rəhbər təyin olunmuş, 2014-cü ilin avqust ayında isə tutduğu vəzifədən azad edilmişdir. O, filialda işlədiyi müddət ərzində yalnız filialın təsərrüfat rəhbərliyini həyata keçirməmiş, həmçinin şirkətin müştərilə rinin sifarişlərinin yerinə yetirilməsi üçün subpodratçılar da cəlb etmişdir. "xxxx" Şirkəti (Ekspeditor) və "xxxx" Şirkəti (Müştəri) arasında 01 fevral 2007-ci il tarixdə 5 il müddətinə olmaqla Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmış, həmin müqavilə ekspeditor tərəfdən Cavabdeh4, müştəri tərəfdən isə Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqaviləyə əsasən, müştərinin verdiyi səlahiyyət əsasında ekspeditor onun səlahiyyətli nümayəndəsi olmaqla malların daşınması ilə əlaqədar onun adından və onun xərci hesabına işləri yerinə yetirmək və xidmət göstərmək və malların çatdırılması üçün lazım olan digər işləri yerinə yetirmək öhdəliyini öz üzərinə götürmüş, yük daşıyanlar tərəfindən və müştərinin adından yükü çeşidlərə ayıran digər üçüncü tərəfin adından malları və vəsaitləri daşımağa və yüklə yib-boşaltmağa razılıq vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən müştəri, ekspeditorun xidmətlərinə görə ödəniş edir (3.2-ci bəndinə müvafiq olaraq, ekspeditordan hesab-fakturanı aldıqdan sonra 30 təqvim günü ərzində), həmçinin yükü qəbul etdikdən sonra, malların vəziyyətini, qablaşdırmaların sayını və çəkisini yoxlamalı və malların aşkar edilən hər hansı zərəri barədə dərhal,gizli zərərlər barədə isə malların çatdırılması tarixindən etibarən 7 (yeddi) təqvim günü ərzində ekspeditoru məlumatlandırmalıdır. Ekspeditor isə malların daşınmasıyüklənməsini təşkil etməli, xidmətləri müştəridən alınan sənədlərə və təlimatlara müvafiq olaraq real və mümkün vaxt müddətində yerinə yetirməlidir. Müqavilənin şərtlərinə görə, ekspeditor müştərinin adından üçüncü tərəflərlə daşınma müqavilələri bağlaya bilər, o həmçinin daşıyıcıların, ekspeditor nümayəndələrinin, anbar operatorlarının və digər subpodratçıların seçilməsinə və təlimatlandırılmasına görə məsuliyyət daşıyır (4-cü bənd). "xxxx" MMC-nin 10.03.2016-cı il tarixli İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialında müəyyən edilən faktlar üzrə hesabatı”ndan aydın olur ki, araşdırma aparan auditorların mövqeyinə görə, "xxxx" Şirkəti aşağıdakı hallar üzrə iddiaçı Şirkətə əslində göstərilməmiş xidmətlər üzrə artıq hesablar təqdim etmişdir: 1) hava nəqliyyatı ilə daşımalar üzrə cəmi seçilmiş 0,411 milyon dollar məbləğində əsaslandırılmamış əlavə hesablar; 2) dəniz nəqliyyatı ilə daşımalar üzrə cəmi seçilmiş 6.427 milyon dollardan 6.233 milyon dollar məbləğində əsaslandırılmamış əlavə hesablar və yerdə qalan 0.194 milyon dollar məbləğində isə yükdaşımaya cəlb olunmuş xidmət təchizatçıları tərəfindən təsdiq edici sənədlərin çatışmaması səbəbindən sual doğuran hesablar. Həmin hesabatda həmçinin göstərilmişdir ki, "xxxx" şirkəti tərəfindən əslində göstərilməyən xidmətlərə görə 2007-2014-cü illərdə 23 984 171.37 ABŞ dolları məbləğində invoyslar verilmiş və onların əsasında 23 413 890.37 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, hazırkı iddianın əsasını öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi təşkil etsə də, iddia tələbləri 01 fevral 2007-ci il tarixli Nəqliyyat-Ekspedisiya müqaviləsi üzrə malların daşınmasını öz üzərinə götürmüş "xxxx" şirkətinə qarşı deyil, bilavasitə onun ayrı-ayrı işçilərinə - yəni X8ə, Cavabdeh1 və Cavabdeh4, eləcə də iddiaçı şirkətin filial rəhbəri olmuş Cavabdeh2 qarşı irəli sürülmüş, bununla belə həmin daşıma xidmətlərin göstərilməsi ilə əlaqədar "xxxx" tərəfindən icra olunmamış işlərə görə məsuliyyətin bilavasitə həmin şəxslərin (cavabdehlərin) üzərinə qoyulmasının səbəbləri kifayət qədər əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, yüklərin daşınması ilə əlaqədar xidmətlərin göstərilməsini iddiaçı şirkətlə bağladığı müqaviləyə əsasən məhz "xxxx" şirkəti öz üzərinə götürmüşdür və "xxxx" şirkətinin həmin öhdəliklərini icra etməməsi səbəbindən iddiaçıya həqiqətən zərər vurulmuşsa, bu zərərin ödənilməsi ilk növbədə məhz ondan tələb edilməlidir; mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “müqavilə üçüncü tərəflər üçün h üquq və öhdəliklər yaratmır” (“pacta tertiis nec nocent nec prosunt”) prinsipinə əsasən müqavilə ilə tərəflər öz sərbəst və azad iradə ifadələri ilə yalnız özləri üçün hüquq və vəzifələr əmələ gətirirlər, müqavilə üzrə hüquq və vəzifələr nisbi xarakter daşımaqla üçüncü şəxlərə qarşı irəli sürülə bilməz. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticələrə əsasən cavabdehlərdən X8 və Cavabdeh1 "xxxx" şirkətinin işçiləri (müvafıq olaraq direktor və icraçı direktor) olmaları öz təsdiqini tapmır, çünki onların "xxxx" şirkətinda iddia edilən vəzifələri tutmaları barədə hər hansı sübut təqdim edilməmişdir (əmək müqaviləsi, əmək kitabçasından çıxarış, müvafıq icra hakimiyyəti orqanından arayış və s.) Cavabdeh4 isə "xxxx" şirkəti bu və ya digər formada hər hansı mü nasibətinin olması müəyyən edilmir. Onun 01 fevral 2007-ci il tarixli Nəqliyyat-Ekspedisiya müqaviləsinin "xxxx" şirkətini təmsil etməsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin müqavilədə "xxxx" şirkətinin Cavabdeh4 tərəfındən təmsil edildiyi qeyd edilsə də, təmsilçinin ata adı və digər rekvizitləri göstərilmədiyindən həmin şəxsin məhz Cavabdeh4 olduğu qənaətinə gəlmək mümkün deyildir." Cavabdehlərdən Cavabdeh2-lə bağlı kollegiya həmçinin qeyd etmişdir ki, onun 29.08.2014-cü il tarixədək iddiaçı şirkətin Azərbaycandakı filialının rəhbəri olması işin mübahisəsiz halıdır. "xxxx" tərəfindən təqdim edilən invoysların da məhz onun tərəfindən təsdiq edildiyi müəyyən edilmişdir. Lakin iddiaçı şirkət Cavabdeh2 hansı vəzifəsini pozaraq ona zərər vurmasını əsaslandıra bılməmişdir. Belə ki, "xxx x" Şirkətinə ödənilmiş vəsaitlərin Cavabdeh2 birbaşa tapşırığı əsasında aparılması müəyyən edilmir. Əksinə, şirkətin nümayəndəsi Hanan Naseer işə birinci instansiya məhkəməsində baxıldığı zaman verdiyi izahatında fılialın ödənişlərinin vergi qanunvericiliyinə uyğun olmaqla Bakı ofısindən aparıldığı, ödənişlərin Bəhreynda yerləşən "xxxx"ın Bahreyn hesabından ödənildiyi, həmin banka Cavabdeh2 daxil olmaq səlahiyyətinin olmadığı, həmçinin invoysların yoxlanılmaq iiçiin əməliyyat departamentinə göndərildiyini... bildirmişdir. Hətta əməliyyat departamenti ödənişlərin həqiqətdə göstərilməyən xidmətlərə görə həyata keçirildiyini aşkar edə bilməsə idi belə, bu hal şirkətin baş ofisindəki şirkət rəhbərinin də daxil olduğu səlahiyyətli şəxslər tərəfindən hər bir halda müəyyən edilərdi. Bu qənaətə gə lərkən kollegiya həmçinin nəzərə almışdır ki, mübahisəli invoyslar üzrə ödənişlər fılialın yerləşdiyi yerin banklarında deyil, məhz Şirkət mərkəzinin olduğu Bəhreyndaki "xxxx"ın hesabından həyata keçirilmişdir. Bundan başqa, iş materiallarından "xxxx" şirkətinin daşımalı olduğu malların yük alanı qismində müxtəlif şirkətlərin (BP Exploration Şah Dəniz LTD, BP Exploration Caspian Sea LTD, ABƏS) çıxış etdiyi müəyyən edilmişdir. Kollegiyanın qənaətinə görə ödənişlərin həqiqətdə göstərilməyən xidmətlərə görə həyata keçirilməsi yük alan qismində çıxış edən sifarişçi şirkətlərin 2007-2013-cü illər ərzində sifariş etdikləri malları almamasını ehtiva edir və bu halda həmin şirkətlər mal göndərən qismində çıxış edən "xxxx" Şirkətinə (iddiaçıya) qarşı pretenziya göndərər və ya iddia tələbi irəli sür ərdilər. İddia tələbinin dəlillərini təsdiqləyən sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin 03.03.2016-cı il tarixli audit hesabatı və "xxxx" Şirkətinin 2014-cü il üçün maliyyə hesabatı işdəki digər sübutlarla təkzib edilir. Belə ki, "xxxx" Şirkətinin 2012-ci ilin 24-27 yanvar tarixlərində apardığı audit yoxlaması ilə bağlı tərtib etdiyi hesabatda, "xxxx" Şirkətinin 2012 və 2013-cü illər üzrə audit hesabatlarında. 20.10.2010-cu il tarixli, **********337101 nömrəli. 31.10.2011-ci il tarixli, **********455427 nömrəli, 05.12.2012-ci il tarixli. **********628782 nömrəli. 21.02.2014-cü il tarixli, **********708447 nömrəli, 19.01.2015-ci il tarixli. **********840 734 nömrəli, 22.02.2016-cı il tarixli, **********973459 nömrəli "Sayyar vergi yoxlaması aktlarında" Filialın fəaliyyətində Cavabde h2 rəhbər kimi çalışdığı dövrdə iddia edilən hər hansı pozuntu faktının mövcud olması öz təsdiqini tapmamışdır. Hətta sözügedən zərərin meydana gəlməsi filial rəhbəri olmuş Cavabdeh2 vəzifə pozuntusu səbəbindən olmuş olsaydı belə həmin zərərin bütünlükdə ondan tələb edilməsi əmək qanunvericiliyinin tələbləri baxımından da düzgün olmayacaqdı. Belə ki, iddiaçı şirkətin filial rəhbəri olmuş Cavabdeh2 ilə işəgötürən (iddiaçı) arasında əmək qanunvericiliyinin tələblərinə müvafıq olaraq "tam maddi məsuliyyət haqqında yazılı müqavilə" bağlanması müəyyən edilməmişdir (Əmək Məcəlləsinin 199-cu maddəsinin "a" bəndi). Əmək Məcəlləsinin 199cu maddəsinə görə isə, belə halda işçinin işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Məhkəm ə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun olmadığı və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün, həmçinin maddi və prossesual hüquq normalarının pozulması ilə müşayiət edildiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, İddiaçı Şirkətinin cavabdehlərdən 23 413 890,37 (iyirmi üç milyon dörd yüz on üç min səkkiz yüz doxsan dollar otuz yeddi sent) ABŞ dollarının və işgüzar nüfuza vurulmuş 5 000 000 (beş milyon) ABŞ dolları məbləğinin müştərək qaydada tutularaq şirkətə ödənilməsi barədə iddia tələbinin əsasını o təşkil etmişdir ki, Cavabdeh2 filialda işlədiyi müddət ərzində yalnız filialın təsərrüfat rəhbərliyini həyata keçirməmiş, həmçinin şirkətin müştərilərin in sifarişlərinin yerinə yetirilməsi üçün subpodratçılar da cəlb etmişdir. O, "xxxx" ("xxxx") şirkətini subpodratçı kimi cəlb etməklə, vəzifə saxtakarlığı və digər qanunazidd əməllər etmək yolu ilə külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi üçün istifadə etmiş və bununla da şirkətə böyük həcmdə maddi zərər vurmuşdur. Qeyd edilən faktların mövcudluğu 2014-cü ilin noyabr ayında şirkət tərəfindən aparılmış daxili təhqiqat və "xxxx" MMC-nin 03 mart 2016-cı il tarixli audit hesabatı ilə də təsdiq edilmişdir. Pul vəsaitlərinin mənimsənilməsində digər cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh4 də iştirak etmişlər. X8 "xxxx"-in sahibi kimi, Cavabdeh1 isə "xxxx"-in icraçı direktoru kimi, "xxxx" tərəfindən göstərilməyən xidmətlər üçün invoysların verilməsində iştirak etmişlər. Cavabdeh4 isə direkto r vəzifəsində olmaqla 01.02.2007-ci il tarixdə "xxxx"-in adından xidmət göstərilməsinə dair müqavilə imzalamış, təqdim edilmiş sonrakı invoyslar Cavabdeh4 tərəfindən imzalanmış və bu invoyslar Cavabdeh2 tərəfindən şəxsən təsdiq edilmişdir. Qeyd edilən faktlar aşkar təsdiq edir ki, cavabdehlər "xxxx"-i iddiaçının pul vəsaitlərini qanunsuz mənimsəmək məqsədi ilə istifadə etmişlər və bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq əməlləri ilə müşayiət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" şirkətinin mövcud olub-olmaması faktına ümumiyyətlə qiymət verməmiş, buna uyğun maddi hüquq normalarını tətbiq etməmişdir ki, bu da öz növbəsində mübahi sənin düzgün həll edilməməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı, məhz sözügedən auditor hesabatına əsaslanmaqla hazırkı iddia tələbləri ilə çıxış etmiş, əslində göstərilməyən xidmətlərə görə 2007-2014-cü illərdə "xxxx" şirkəti tərəfindən 23 984 171.37 ABŞ dolları məbləğində invoyslar verildiyini, onların əsasında adı çəkilən şirkətin hesabına ümumilikdə 23 413 890.37 ABŞ dolları məbləğində ödənişlər edildiyini, həmin pul məbləğlərinin məhz cavabdehlər tərəfindən mənimsənildiyini irəli sürmüşdür. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən qəbul etdiyi qərarında mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş dəlillərin və sübutların tədqiqini tə min etməmiş və yalnız cavabdehlər tərəfindən təqdim olunmuş vergi yoxlamalarına və s. sənədlərə əsaslanaraq iddianın əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının səyyar vergi yoxlamaları və audit hesabatını tədqiq etmədən, onları iddiaçının irəli sürdüyü sübutlarla əlaqəli surətdə yoxlamadan, yalnız həmin sənədlərə əsaslanıb tələbin əsassız olması barədə nəticəyə gəlməsi mülki prosessual qanunun yuxarıda göstərilən normalarının tələblərinə ziddir. İddia ərizəsində görülməmiş xidmətlərə görə ödənişlərin edilməklə şirkətə ziyan vurulması iddia olunduğundan, mübahisə doğuran həmin xidmətlərin göstərilib-göstərilməməsi məhkəmə tərəfindən yoxlanılmalı və həmin sübutlar qanunun tə ləbinə uyğun olaraq qiymətləndirilməli idi. Müəssisənin pul vəsaitlərinin hərəkəti ilə bağlı sənədlərin müvafiq standartlara uyğun tərtib olunması və vergi ödənişlərinin həyata keçirilməsində pozuntuya yol verilməməsi şirkət tərəfindən yüklərin daşınması ilə əlaqədar sifarişlərin həqiqətən də icra olunmasını təsdiq edən sübutlar kimi qəbul oluna bilməz. İddiaçı cavabdehlərə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərkən başlıca əsas və sübut kimi "xxxx" MMC tərəfindən "xxxx" şirkətində aparılmış audit yoxlamasının nəticəsi barədə tərtib olunmuş hesabata istinad etmişdir. Araşdırma 2007-ci ilin yanvar ayından 2014-cü ilin yanvar ayına qədər olan dövrü əhatə etmişdir (1-ci cild səh. 151-193). Həmin hesabat, onun məzmunundan göründüyü kimi şirkət tərəfindən yüklərin daşınması vəziyyəti ilə əlaqədar təqdim olunmuş sənədlər araşdırıldıqdan və təhlil edildikdən sonra tərtib olunmuşdur. Hesabata görə "xxxx"-in hesab fakturalarında yükdaşıma xidmətlərinin göstərilməsi təsvir edilsə də həmin işlərin görülməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Bununla əlaqədar hesab olunmuşdur ki, "xxxx" tərəfindən hesab-fakturalarda əslində göstərilməmiş xidmətlərə görə pul hesablanmışdır. Hesabata görə həmin xidmətlər əslində başqa şirkətlər – "xxxx", "xxxx", "xxxx", "xxxx" şirkətləri tərəfindən göstərilmiş və buna görə həmin şirkətlərə müvafiq haqq ödənilmişdir. Həmin hesabatda göstərilən faktlar mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hesabat və orada göstərilən faktlar nəzərə alınmamış, qanunun tə ləblərinə müvafiq olaraq sübut vasitəsi kimi yoxlanılmamış və qiymətləndirilməmişdir. İş materiallarından görünür ki, yüklərin daşınması ilə əlaqədar xidmətlərin göstərilməsini "xxxx" şirkəti ilə bağladığı müqaviləyə əsasən "xxxx" şirkəti öz üzərinə götürmüşdür. Belə olduqda xidmətlərin göstərilməsi öhdəliyinin icrası ilə bağlı məsuliyyət bilavasitə "xxxx" şirkətinin üzərinə düşmüşdür.... Xidmətlərin göstərilməsi ilə əlaqədar şirkət tərəfindən icra olunmamış işlərə görə məsuliyyətin bilavasitə onun ayrı-ayrı işçilərinin üzərinə qoyulmasının səbəblərinə də məhkəmə kollegiyası tərəfindən qiymət verilməmiş, göstərilməmiş xidmətlərə görə ödənişləri etmiş sifarişçilərin dairəsi müəyyən olunmamaqla onların mübahisəyə münasibəti aydınlaşdırılmamış, göstərilməməsi iddia olunan xidmətlərə görə ödə nişlərin hansı hesabdan, kimin vəsaiti hesabına həyata keçirilməsi, həmin pul vəsaitinin sifarişçilərə, yoxsa iddiaçıya aid olması araşdırılmamış, həmin pul məbləğinin iddiaçıya dəymiş ziyan kimi bütünlüklə cavabdehlərdən tələb olunmasının qanuniliyinə qiymət verilməmişdir...” Yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarının yalnız “...yüklərin daşınması ilə əlaqədar xidmətlərin göstərilməsini "xxxx" şirkəti ilə bağladığı müqaviləyə əsasən "xxxx" şirkəti öz üzərinə götürmüşdür. Belə olduqda xidmətlərin göstərilməsi öhdəliyinin icrası ilə bağlı məsuliyyət bilavasitə "xxxx" şirkətinin üzərinə düşmüşdür” hissəsinə istinad etməklə cavabdehlərin müqavilə tərəfi olmayan şəxslər hesab etməklə yüklərin daşınması ilə əlaqədar xidmətləri n göstərilməsini iddiaçı şirkətlə bağladığı müqaviləyə əsasən məhz "xxxx" şirkəti öz üzərinə götürməsi və "xxxx" şirkətinin həmin öhdəliklərini icra etməməsi səbəbindən iddiaçıya həqiqətən zərər vurulmuşsa, bu zərərin ödənilməsi ilk növbədə məhz ondan tələb edilməlidir kimi nəticəyə gəlmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən iş materiallarında olan "xxxx" şirkəti tərəfındən təqdim edilmiş 10 aprel 2014-cü il tarixli "Məlumatların yoxlanılması və kompleks yoxlama barədə Hesabat "-la (Background İnvestigation & Due Diligence Report)da "xxxx" ("xxxx") adlı şirkət Birləşmiş Ərəb Əmirliklərində qeydə alınmamasının göstərilməsinə diqqət yetirməmişdir. Belə ki, bu faktın məhkəmə tərəfındən nəzərə alınmaması, iddiaçının iddianı hüquqi şəxsə qarşı deyil, məhz cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh4 qarşı qaldırmasının əsası kimi istinad etdiyi hallar üzrə səhv hüquqi nəticələrə gəlməsinə şərait yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehlərdən X8 və Cavabdeh1 "xxxx" şirkətində iddia edilən vəzifələri tutmaları barədə hər hansı sübut təqdim edilmədiyi üçün onların həmin şirkətlərin işçiləri (müvafıq olaraq direktor və icraçı direktor) olmalarının öz təsdiqini tapmaması, beləliklə də, iddiaçının mövcud olmayan şirkətin işçilərinin əmək müqavilələrini təqdim etmədiyini əsas götürərək, həmin şəxslərin cavabdeh qismində cəlb edilmələrini düzgün saymaması barədə gəldiyi nəticə də səhv olmuşdur. Belə ki, cavabdehlərdən X8un "xxxx" şirkətinin təsisçisi və direktoru olması, Cavabdeh1 "xxxx" şirkətinin i craçı direktoru olması onların özü tərəfindən mübahisələndirlməmişdir. Mübahisələndirilməyən halların isə sübuta ehtiyacı yoxdur. Cavabdehlərdən yalnız Cavabdeh4 "xxxx" Şirkətinə aidiyyəti olmadığını iddia edir. Bu şəxslərin hazırki mübahisəyə aidiyyəti ilə bağlı aparılmış araşdırma materialları, onların auditorlara verdiyi izahatlar və iddiaçının bu hallarla vağlı təqdim etdiyi materiallara hüquqi qiymət verilmədən məhkəmənin bu hissədə mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfin iddiasının əsası kimi istinad etdiyi hallara əsasən 10 yanvar 2014-cü ildə iddiaçının nümayəndələrinin apardığı intervü zamanı X4 bildirmişdir ki, o, 2013-cü ilin may ayından etibarən BET-in sahibidir və XXXX-in yeganə müştərisi olmuşdur. O, özünün ad və soyadı yazılmış üzərində BET şirkətinin adı və bəzi rekvizitləri olan vizit kartını da təqdim etmişdir. Ondan Panalpinaya göstərilməsi iddia edilən xidmətlərin təsdiq edə biləcək "müvafıq sənədləri təqdim etməsi xahiş edilmiş və o, bu sənədlərin ən geci yanvar ayının axırı- fevral ayının əvvəlinədək təqdim edəcək, lakin həmin sənədlər İddiaçıya təqdim edilməmişdir. Cavabdeh1 isə iddiaçının nümayəndələrinə özünü "xxxx"-in icraçı direktoru kimi təqdim etmiş, həmçinin özünün ad və soyadı yazılmış üzərində BET şirkətinin adı və bəzi rekvizitləri olan vizit kartını da təqdim etmiş, Potidən Bakıya irihəcmli yüklərin daşınması prosedurunun ətraflı şərh etmiş və bununla da göstərilməmiş xidmətlərə görə invyosların ödənilmə sxeminin detallarının ona məlum olmasını təsdiq etmişdir. Lakin o da iddiaçıya xidmətlərin göstərilməsini təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. İddiaçının auditorları 2014-cü ilin mart ayının ortalarında Cavabdeh1 müraciət edəndə o, bildirmişdir ki, artıq "xxxx"-də işləmir və 2014-cü ilin yanvar ayının ortalarından (yəni intervü ediləndən dərhal sonra) "işdən çıxmışdır". Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iddiaçı şirkətə təqdim edilən külli miqdar məbləği əhatə edən invoyslara imza etmiş şəxsin hazırkı mübahisəyə aidiyyətinin olmaması barədə dəlili tam və ətraflı əsaslandırılmayaraq iddiaçıya heç bir xidmət göstərməyən, əslində mövcud olmayan "xxxx"-in "direktoru" olmasını öz izahatlarında göstərən Cavabdeh1 iddiaya olan etirazının əsaslarına işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin də, işin materiallarından göründüyü kimi, Cavabdeh4 "d irektor" kimi 01.02.2007-ci il tarixdə "xxxx"-in adından xidmət göstərilməsinə dair müqavilə imzalamışdır. "xxxx" tərəfındən təqdim edilmiş sonrakı invoyslar Cavabdeh4 tərəfindən imzalanmış və bu invoyslar Cavabdeh2 tərəfindən şəxsən təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın Cavabdeh2-yə aid hissəsi üzrə də düzgün nəticəyə gəlməmişdir. Məhkəmə invoysların Cavabdeh2 tərəfindən təsdiqlənməsi faktını qəbul etsə də, onun hansı vəzifəsini pozaraq iddiaçıya zərər vurmasının əsaslandırlmaması barədə qənaəti yanlışdır. Halbuki, iddiaçının iddiasının əsasını təşkil edən hallara əsasən Cavabdeh2 Filialın rəhbəri vəzifəsində işlədiyi müddət ərzində yalnız Filialın təsərrüfat rəhbərliyini həyata keçirməmiş, həmçinin "xxxx"-nın müştərilərinin sifa rişlərinin yerinə yetirilməsi üçün subpodratçılar cəlb etmişdir. O, "xxxx" şirkətini də subpodratçı kimi cəlb etməklə, həmin şirkətlə müqavilə imzalamış, bu müqavilə əsasında külli miqdarda ödənişlər edilmişdir. Lakin belə bir hüquqi şəxsin mövcudluğu barədə işdə heç bir mötəbər sübut yoxdur. Filialın rəhbəri olaraq, X10un vəzifəsi idi ki, subpodrat müqaviləsi bağladığı hüquqi şəxs barəsində araşdırma aparsın, özünü həmin hüquqi şəxsin vəzifəli şəxsi, yaxud nümayəndəsi kimi təqdim edən şəxsdən səlahiyyətlərini təsdiq edən müvafiq sənədi və həmin hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədi tələb etsin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçı şirkətin filial rəhbəri olmuş Cavabdeh2 ilə işəgötürən (iddiaçı) arasında əmək qanunvericiliyinin tələbl ərinə müvafiq olaraq “tam maddi məsuliyyət haqqında yazılı müqavilə” bağlanmasının müəyyən edilməməsi, Əmək Məcəlləsinin 199-cu maddəsinə görə işə, belə halda işçinin işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədə maddi məsuliyyət daşıdığı nəzərdə tutulması barədə mövqeyi əsassızdır. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 9.2-ci maddəsinə əsasən, mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. - 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. - 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək. hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir Məhkəmə kollegiyası hesab edir ki, istinad edilən hüquq normalarından da göründüyü kimi, Cavabdeh2 «Fili al»ın rəhbəri olmaqla iddiaçını təmsil edərkən, o cümlədən, onun adından müqavilələr bağlayarkən Mülki Məcəllənin 49.3-cü maddəsində sadalanan tələblərə riayət etməli idi və həmin tələblərə riayət edilməməsinə görə dəymiş ziyana görə Filial rəhbəri kimi məsuliyyət daşıyır, buna görə də apellyasiya instansiyası məhkəməsinin hazırki xüsusatla bağlı əmək qanunvericiliyinə istinad etməsi düzgün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi "tam maddi məsuliyyət haqqında yazılı müqavilə" ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 188 saylı qərarı ilə təsdiq edilmiş "Müəssisə, idarə və təşkilatlarda daşınmaq, satılmaq (buraxılmaq), emal edilmək və ya istehsal prosesində tətbiq edilmək üçün ve rilmiş maddi sərvətlərin qorunmasının təmin edilməməsinə görə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlanması lazım olan iş və vəzifələrin Siyahısında müəssisə, filial rəhbərlərinin "tam maddi məsuliyyət haqqında yazılı müqavilə" bağlamalı olması müəyyən edilməmiş, bununla da Cavabdeh2 iddiaçı şirkətlə "tam maddi məsuliyyət haqqında yazılı müqavilə" bağlamadığı səbəbindən iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşımadığı nəticəsinə gəlmək üçün istinad etdiyi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə istinad etməklə iddiaçı tərəfindən sübut qismində təqdim edilən sənədlər (ingilis dilindən dilimizə “xxxx” tərəfindən tərcümə edilən hesabatlar, mail yazışmaları, araşdırmalar və s.) qanunla müəyyən olumuş qaydada təsdiq olun maması barədə nəticəsi ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən notarial qaydada təsdiqlənməli olan bütün sənədlərin notarial qaydada təsdiq olunmuş surəti, digər sənədlərin isə iddiaçının özü tərəfindən təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, işin materiallarından görünür ki, həmin sənədlər işə birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında işə baxılan zaman məhkəmələr tərəfındən qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi səyyar vergi yoxlamaları aktları və "xxxx" MMC-nin audit Hesabatına verdiyi hüquqi qiymət əvvəlki kassasiya instansiya məhkəməsinin qərarında bu sənədlərlə bağlı qeyd edilmiş hüquqi mövqeyə zidd olmuş, bu hissə ilə bağl ı verilən göstərişlər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin "xxxx" MMC-nin audit Hesabatında göstərilənlərlə bağlı hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, həmin hesabatda Hava və Okean nəqliyyatı üzrə daşımalara aid nümunə fayllarına aid olan ilkin sənədlərin yoxlanılması əsasında müəyyən edilmişdir ki, BET-in invoysları üzrə faktiki xidmətlər başqa subpodratçılar tərəfındən göstərilmişdir, BET tərəfindən isə bu xidmətlərin göstərilməsini təsdiq edən hər-hansı ilkin sənəd askar edilməmişdir. Bununla əlaqədar həmin hesabatdan bir nümunə də iddia ərizəsində əks etdirilmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallardan görünür ki, yoxlama üçün seçilmiş bütün fayllar üzrə analoji nəticələr müəyyən olunmuşdur. yəni, BET-in göstərdiyi iddia edilən xidmətlər əslində həmin şirkət tərəfindən deyil, başqa şirkətlər tərəfindən göstərilmişdir və digər şirkətlərin invoyslarını dəstəkləyən müvafiq ilkin təsdiqedici sənədlər vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd olunması üçün apellyasiya instansiyası məhkəməsinin Filialda aparılmış vergi yoxlamaları aktlarına və "xxxx" Şirkətinin audit hesabatlarına istinad etməsi ilə bağlı hüquqi mövqeyi ilə də razılaşmır. Belə ki, qeyd edilən vergi yoxlaması aktları ilə müəyyən edilən hallar, yəni Filialın vergi qanunvericiliyinə əməl etməsi və vergiləri vaxtında ödəməsi Cavabdeh2-yə qarşı irəli sürülmüş iddiaları təkzib edən hal kimi qiymətləndirilməsi üçün əvvəlcə ona qarşı olan iddia tələblərinin digər hallarına hüquqi qiymət verilməli idi. Həmçinin də, məhkəmə kollegiyas ı qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərini müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaların, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin audit Hesabatında müəyyən edilmiş f aktlar nəzərə alınmalı idi. Ali Məhkəmə həmçinin qeyd etmişdir ki, yalnız cavabdehin təqdim etdiyi vergi yoxlaması aktlarına istinad etməklə iddianın əsassız olması nəticəsinə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-nin audit Hesabatında göstərilənlər tam araşdırılmadan Cavabdeh2-yə qarşı olan iddia tələblərinin təkzibi kimi vergi yoxlaması aktlarına istinad edilməsi sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin (MPM-nin 88-ci maddəsinin) tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Şirkətinin audit hesabatları qeyd edilənlər iddia ərizəsində göstərilən pozuntuların mövcudluğunu istisna etmir. Belə ki, həmin audit rəyləri ilə müəyyən edilmiş "invoysların işlə nilməsi üzrə qlobal qaydalara əməl edilməsi” həmin invoysların verilməsi üçün əsas olmuş xidmətlərin həqiqətən göstərilibgöstərilməməsinə münasibət bildirmir. Göstərilməmiş xidmətlərə görə invoysların vaxtlıvaxtında və prosedur qaydalara riayət edilməklə ödənilməsi xidmətlərin mövcudluğunu təsdiq edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətin i formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar) Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddə sinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanunvericiliyə görə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəf lərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edil məli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi arqumentlərin əsaslılığı baxımından araşdırmalı, iddia etdiyi pul vəsaitlərinin mənimsənilməsində və iddiaçıya zərər vurulmasında cavabdehlər Cavabdeh2, X4, Cavabdeh1 və Cavabdeh4 ilə birlikdə və ya ayrılıqda iştiraklarının olmasına dair iddia tələblərinin və apellyasiya şikayətinin dəlillərinə, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şirkətin və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-ci il tarixli 2(103)2944/2018 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar