Məhkəmə qərarları › İş №2(102)-5524/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5524/2019

02.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5524/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtaroğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3 qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli 2(105)-185/20 19 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 qarşı 04 aprel 2014-cü il tarixli 135/14 BK saylı kredit müqaviləsi üzrə 8943,48 manat əsas borc, 1026,93 manat faiz borcu, 4874,47 manat cərimə borcu olmaqla cəmi 14844,88 manat məbləğində borcun, 14 avqust 2015-ci il tarixli 246/15 BK saylı kredit müqaviləsi üzrə 23974,52 ABŞ dolları əsas, 9680,84 ABŞ dolları faiz, 2713,09 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 36368,45 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınması ilə bağlı rüsumların tutulması, tutulmanın Qobustan rayonunun Cəyirli kəndində 0,12 ha torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 1 mərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evinə yönəlməsi və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Qobustan rayonunun Cəyirli kəndində 0,12 ha torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 1 mərtəbəli, 5 otaqlı evə tutma yönəldildikdən və ev satıldıqdan bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh3 həmin evdən çıxarılması, həmin evin boşaldılması və banka təhvil verilməsi tələbinə dair məhkəmədə iddia qaldırm ışdır. Qobustan Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddia tələbinin qismən təmin edilməsi, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli 135/14 BK saylı və 14 avqust 2015-ci il tarixli 246/15 BK saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 04 aprel 2014-cü il tarixli 135/14 BK saylı kredit müqaviləsi üzrə 8943,48 manat əsas borc, 1026,93 manat faiz borcu, 490 manat cərimə borcu olmaqla cəmi 10459,93 manat məbləğində borc, 14 avqust 2015-ci il tarixli 146/15 BK saylı kredit müqaviləsi üzrə 23974,52 ABŞ dolları əsas, 9680,84 ABŞ dolları faiz, 180 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 33935,36 ABŞ dolları borc, 30 manat ödənilmiş dövlət rüsumu və 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barə də bildirişlərin qeydiyyata alınması ilə bağlı rüsumun tutulub “xxxx” ASC-nin xeyrinə ödənilməsi, Qobustan rayonunun Cəyirli kəndində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə 0,12 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1 “xxxx” ASC-nin Şamaxı filialına olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin qiymətinin 75000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi) Telman Quliyev, Elman Rəhimov) 01 aprel 2019-cu iltarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin bu iş üzrə 21 dekabr 2017-ci i il tarixli 2(026)-1202/2017 saylı qətnaməsi qismən ləğv edilərək iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli 135/14 BK saylı və 14 avqust 2015-ci il tarixli 246/15 BK saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 04 aprel 2014-cü il tarixli 135/14 BK saylı kredit müqaviləsi üzrə 8943,48 manat əsas borc, 1026,93 manat faiz borcu, 490 manat cərimə borcu olmaqla cəmi 10459,93 manat məbləğində borc, 14 avqust 2015-ci il tarixli 146/15 BK saylı kredit müqaviləsi üzrə 23974,52 ABŞ dolları əsas, 9680,84 ABŞ dolları faiz, 180 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 33935,36 ABŞ dolları borc, 30 manat ödənilmiş dövlət rüsumu və 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınması ilə bağlı rüsumun tutulub “xxxx” ASC-nin xeyrinə ödənilməsi, Qobustan rayonunun Cəyirli kəndində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139 kv.m olan 1 mərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılaraq və ipoteka predmetinin satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1 “xxxx” ASC-nin Şamaxı filialına olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin qiymətinin 75000 manat məbləğində müəyyən edilməsi, Qobustan rayonunun Cəyirli kəndində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139 kv.m olan 1 mərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evi satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının, Cavabdeh3 qızın ın, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılmaları, həminin evin boşalaraq Banka təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən edilmiş ödənişlərin əsas və faiz borcuna düzgün silinib-silinməməsini müəyyən etmək məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət qal dırmış vəsatəti təmin edilsə də, qətnamə qəbul edilərkən həmin ekspert rəyinə heç bir münasibət bildirilməmişdir. Apellyasiya baxışı zamanı iş üzrə cavabdehlərin iştirak təmin edilməmişdir. Bununla da Azərbaycan Respublikası MPM-nin 372.6 və 372.7-ci maddələrinin tələbləri pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının müdafiəçisi N.Əzizli kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə i clasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC-nin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2014-cü il tarixli 135/14 BK saylı kredit müqaviləsinə əsasən sonuncuya 75 baş damazlıq qoyunun alınması məqsədilə illik 6 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. 14 avqust 2015-ci il tarixli 246/15 BK saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 yaranmış qalıq kreditin bağlanması və heyvan alınması məqsədilə illik 20,5 faizlə 36 ay müddətinə 25000 USD məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 04 aprel 2014-cü il tarixli 135/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Qobustan rayonunun Cəyirli kəndində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evi 0,12 ha torpaq sahəsi ilə birlikdə “xxxx” ASC-nə ipotekaya qoyulmuşdur. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 60000 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin Şamaxı filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış 17 avqust 2015-ci il tarixli 246/15 BK saylı sonrakı ipoteka müqaviləsinə əsasən Qobustan rayonunun Cəyirli kəndində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayı ş evi 0,12 ha torpaq sahəsi ilə birlikdə “xxxx” ASC-nə ipotekaya qoyulmuşdur. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 75000 manat məbləğində müəyyən edilmişdir. Həmin fərdi yaşayış evi 0,12 ha torpaq sahəsi ilə birlikdə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 135/14 BK saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-nə 8943,48 manat əsas, 1026,93 manat faiz, 4874,47 manat cərimə olmaqla cəmi 14844,88 manat borcu vardır. Cavabdeh1 246/15 BK saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-nə 23974,52 ABŞ dolları əsas, 9680,84 ABŞ dolları faiz, 2713,09 ABŞ dolları cərimə olmaqla cəmi 36368,45 ABŞ dolları borcu vardır. “xxxx” ASC tərəfindən Cavabdeh1 borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilmiş, lakin o, heç bir ödəniş etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən, apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 04 aprel 2014-cü il tarixli 135/14 BK saylı kredit müqaviləsi üzrə 8943,48 manat əsas borc, 1026,93 manat faiz borcu, 490 manat cərimə borcu olmaqla cəmi 10459,93 manat məbləğində borcun, 14 avqust 2015-ci il tarixli 246/15 BK saylı kredit müqaviləsi üzrə 23974,52 ABŞ dolları əsas, 9680,84 ABŞ dolları faiz, 280 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 33935,36 ABŞ dolları borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınması ilə bağlı rüsumlar tutulmalı, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Həmçinin tərəflər arasında bağlanmış 04 aprel 2014-cü il tarixli 135/14 saylı ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən yüklü edilmiş əmlakın qiyməti 75.000 manat müəyyən edildiyindən ipotekaya qoyulmuş mənzilin ilkin satış qiymətini 75.000 manat göstərilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin «ev satıldıqdan 1 ay sonra cavabdehlərin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin evdən çıxarılması, həmin evin boşaldılması və Banka təhvil verilməsi hissəsinin təmin edilməməsi barədə gəldiyi nəticəni əsassız hesab etmiş və bu qənaətə gəlmişdir ki, Bankın ipoteka hüququ əsasında ə şya hüquqları müdafiə edilməli, bu hüquqların müdafiəsinə yönələn tələb hüququ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatının əmlak hüquqlarının sahiblərinə və şamil olunması tanındığından, Azərbaycan Respublikası MM-nin 269.1, 158.4, 158.1.1 və 269.5-ci maddələri və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsi nəzərə alınmalı Bankın yüklü mənzildə qeydiyyatda olan və mənzilin yüklü edilməsinə notarial razılıq vermiş şəxslərin mənzildən çıxarılması tələbi ipoteka münasibətlərinin mahiyyətindən irəli gəlir, bu tələblər məhkəmə tərəfindən təmin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün t ətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəs inə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəti cədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh kassasiya şikayətində yalnız borcun məbləğini mübahisələndirmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək banka ödənilməli olan əsas kredit borcu, faiz və dəbbə məbləğlərinin dəqiq hesablanmamasını, müvafiq ekspertizanın keçirilməsi barədə vəsatət təmin edilsədə, sonradan onun icrasının təmin edilmədiyini göstərmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verməmiş və həmin qətnamə ilə müəyyən edilmiş borc məbləği ilə razılaşmış, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti əsasında yoxlanmışdır. Belə olan halda, cavabdehin apellyasiya baxışı zamanı borc məbləğinin müəyyən edilməsi barədə vəsatəti əsassız olmuşdur. Eyni zamanda, cavabdeh borcun düzgün hesablanmaması barədə heç bir sübut təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməli olmasına əsas verən hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uy ğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 kassasiya şikayəti təm in edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli 2(105)-185/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar