Məhkəmə qərarları › İş №2(102)-5526/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5526/2019

02.09.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5526/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-728/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və onun vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) ilk iddianın təmin edilməsi, Cavabdeh2 və onun ailə üzvləri Abşe ron rayon, ünvan 1 ünvanda yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş 20 nömrəli yaşayış binasında 2-ci mərtəbədə ümumi sahəsi 100.3 kv.m olan 3 otaqlı, 7 saylı mənzildən çıxarılmaları və həmin mənzil Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzi cavabadehdən tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Qafari, hakimlər L.Məmmədova və F.Məmmədov, İş № 2(105)-728/2019) ilkin iddia üzrə Cavabdeh2 verdiyi apelyasiya şikayəti qismən təmin edilərək Abşeron rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(012)-2996/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İlkin İddiaçı cavabdehlər “xxxx” Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzildən çıxarılma, “xxxx” Mənzil Tikinti Kooperativinin Abşeron rayonu, ünvan 1 ünvanda yerləşən 20 nömrəli yaşayış binasında 2-ci mərtəbədə 3 otaqlı, 100.3 kv.metr ümumi sahəli 7 saylı mənzilin payçının istifadə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, ünvan 1 ünvanda yerləşən 20 nömrəli yaşayış binasında 2-ci mərtəbədə 3 otaqlı, 100.3 kv.m. ümumi sahəli 7 saylı mənzilə ödədiyi 30000 manat, təmir üçün xərclədiyi 46000 manat olmaqla cəmi 76000 manat məbləğində pulun İddiaçı alınaraq ona verilməsi və hər iki iddianın eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və onun vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışlar ki, işə hərtərəfli, tam və obyektiv baxılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsi yalnız iddiaçı tərəfin dəlilləri əsas götürülməklə qəbul edilmiş, cavabdeh tərəfin dəlillərinə heç bir qiymət verilmədən və həmin hallar məhkəmə tərəfindən araşdırılmadan birtərəfli və qərəzli qay dada düzgün olmayan, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 30 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə etdiyini vurğulayaraq şikayətin təmin edilməsini, Sumqayıt Apelyasiya Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə Cavabdeh2 məhkəmə iclasında vəkilinin dedikləri ilə razı olduğunu bildirir. Məhkəmə iclasında qarşı lıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Nümayəndə qarşı tərəfin kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirir və Sumqayıt Apelyasiya Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edildiyindən dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən məhkəmə iclas zalına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqay ıt Apelyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Lakin kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 24 oktyabr 2017-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən“xxxx” MTK tərəfindən inşa edilən 20 saylı binada sahəsi 100.3 kv.m olan 7 saylı mənzilin dəyəri sifarişçi tərəfindən tam ödənilmiş, MTK-ya borcu qalmamışdır. Bundan başqa apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, etibarnamə əsasında Ayaz Məhərrəmov tərəfindən “xxxx” MTK-nın direktoru B.Abbasova ünvanlanmış 17 oktyabr 2017-ci il tarixli ərizənin təsdiq edilmiş surətinə əs asən “xxxx” MTK tərəfindən Abşeron rayonu, ünvan 1 ünvanda yerləşən inşa edilmiş (müqavilə ilə) Cavabdeh2 məxsus 20 nömrəli yaşayış binasında sahəsi 100.3 kv.m olan 2ci mərtəbədə 3 otaqlı. 7 saylı mənzilin müqaviləsinə xitam verilməsinə, həmin mənzilin təkrar satışa çıxarılmasına etiraz etmədiyini bildirmişdir. 17 oktyabr 2017-ci il tarixli, AR-İ hfı ********* saylı, ********* reyestr nömrəli etibarnaməyə əsasən Cavabdeh2 bütün əmlakını idarə etməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və sair səlahiyyətlərini X1 1 il müddətinə, yəni 17 oktyabr 2018-ci il tarixədək etibar etmişdir. Cavabdeh2 tərəfindən X2 verilmiş etibarnamə əsasında “xxxx” MTK-nın ünvan 1 ünvanda yerləşən və Cavabdeh2 məxsus 20 nömrəli yaşayış binasında sahəsi 100.3 kv.m olan 2-ci mə rtəbədə 3 otaqlı, 7 saylı mənzilin müqaviləsinə xitam verilməsinə və təkrar satışa çıxarılmasına etiraz etmədiyini bildirmiş, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 24 oktyabr 2017-ci il tarixli “Tikinti haqqında fərdi müqavilə”sinə əsasən həmin mənzilin 1 kv. m. 600 manata İddiaçı satılmış, sonuncuda öz növbəsində mənzilin dəyərini tam şəkildə ödəməklə, "“xxxx” MTK-ya borcu qalmamışdır. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, ilkin iddiaçı cavabdeh kimi Cavabdeh2 və onun ailə üzvlərinin mənzildən çıxarılmasını xahiş etsə də, tələb yalnız Cavabdeh2 qarşı yönəlmiş, ailə üzvlərinin dairəsini dəqiqləşdirməmiş, onların tələbə cavab verməli olduğu şəxslər kimi göstərilmədiyindən mübahisəli mənzildən çıxarılmaları barədə aşağı instan siya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməlidir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, ilkin iddiaçı digər cavabdeh “xxxx” MTK-ya qarşı konkret olaraq tələb irəli sürmədiyindən iddia tələbi “xxxx” MTK-ya münasibətdə təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında ilkin iddia ilə əlaqədar belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən “xxxx MTK tərəfindən inşa edilən 20 saylı binada yerləşən 100.3 kv.m. olan 7 saylı mənzildən çıxarılmalı və həmin mənzil Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı sahiblik və istifadəsinə verilməlidir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında qarşılıqlı iddia ilə əlaqədar belə nəticəyə gəlmişdir ki, Ca vabdeh2 “xxxx” MTK-ya ödədiyi 30000 manat və mənzilin onun sahiblik və istifadəsində olduğu müddətdə təmirə çəkdiyi 46000 manat pulu ilkin iddia üzrə iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. Belə ki, ilkin iddiaçı müqaviləyə əsasən mənzili həmin vəziyyətdə pulunu ödəməklə əldə etdiyindən, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2., 218.3. maddələrinin, Mülki Məcəllənin 152.1., 152.2., 152.3., 157.8. və 178.8-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır və həmin nəticəyə tətbiq edilmiş hüquq normaları düzgün olmuşdur. İlkin iddia üzrə Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxx” MTK ilə Cavabdeh2 ilə olan müqaviləni, həmin mənzilə dair ödəmə qəbzinin, həmin evi alarkən hansı vəziyyətdə ona satılması barədə sənədlərin, İddiaçı həmin mənzilə nə qədər pul ödəməsi barədə sənədləri “xxxx” MTK-dan məhkəməyə göndərilməsini birinci instansiya məhkəməsinin tələb etməməsi halı apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin, qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi təmir üçün xərclədiyi 46000 manatın ödənilməsini və Cavabdeh2 “xxxx” MTKya mənzil üçün 30000 manat ödənilməsi hallarını araşdırmamış, bu hallara düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, kassatorun işin hərtərəfli, tam və obyektiv araş dırılmamısana dair dəlilləri əsassızdır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh2 tərəfindən Ayaz Məhərrəmova verilmiş etibarnamə əsasında “xxxx” MTK-nın ünvan 1 ünvanda yerləşən və Cavabdeh2 məxsus 20 nömrəli yaşayış binasında sahəsi 100.3 kv.m olan 2-ci mərtəbədə 3 otaqlı, 7 saylı mənzilin müqaviləsinə xitam verilməsinə və təkrar satışa çıxarılmasına etiraz etmədiyini bildirmiş, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 24 oktyabr 2017-ci il tarixli “Tikinti haqqında fərdi müqavilə”sinə əsasən həmin mənzilin 1 kv. m. 600 manata İddiaçı satılmış, sonuncuda öz növbəsində mənzilin dəyərini tam şəkildə ödəməklə, "“xxxx” MTKya borcu qalmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq heç bir sübut təqdim edilməmiş və kassasiya şikayətinin dəlilləri sübuta yetirilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahi yyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini fomlaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstə rməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübütlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alı b iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apelyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 2(105)-728/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar