Məhkəmə qərarları › İş №2(102)-5532/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5532/2018

03.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5532/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5532/2018 şəhəri 03 sentyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2017-ci il tarixli 2(103)5738/2017 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 01.03.2017- ci il tarixli 2(007)-1664/2017 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçınin xeyrinə 2.748,99 ABŞ dolları əsas borc, 748,61 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 3.517,60 ABŞ dolları borcun (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, A.Abdullayeva, Cavabdeh3) 22.05.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01.03.2017-ci i l tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor İddiaçı borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair ərizə ilə 26.12.2016-cıil tarixdə məhkəməyə müraciət edərək, borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 2.748,99 ABŞ dolları əsas borc, 748,61 ABŞ dolları faiz, 274,89 ABŞ dolları cərimə olmaqla, cəmi 3.772,49 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 26.12.2016-cı il tarixli 2(007)-9097/2016 nöm rəli məhkəmə əmri ilə kreditor İddiaçı-nin borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair ərizəsi təmin edilmiş, borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 2.748,99 ABŞ dolları əsas borc, 748,61 ABŞ dolları faiz, 274,89 ABŞ dolları cərimə olmaqla, cəmi 3.772,49 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə göstəriş verilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 03.02.2017-ci il tarixli 2(007)-9097/2016 nömrəli qərardadı ilə borclu Cavabdeh3 məhkəmə əmrinə etirazı təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26.12.2016-cı il tarixli 2(007)9097/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. İş üzrə yuxarıda göstə rilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh3 tərəfindən dəfələrlə borcun dəqiqləşdirilməsi, buna dair razılaşmanın əldə edilməsi məqsədi ilə yeni şərtlərlə müqavilə bağlanılması xahiş olunsa da, qarşı tərəf bunu bir il müddətinə qədər uzadaraq, əsassız şəkildə faizin artmasına şərait yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, Cavabdeh3 vəkili Vəkil, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 22.05.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01.03.2017-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, kreditor İddiaçı ilə borcalan Cavabdeh3 arasında bağlanmış 06.12.2011-ci il tarixli kredit müqaviləsinə və 20.02.2015-ci il tarixdə bağlanmış kredit razılaşmasına əsasən İddiaçı borcalan Cavabdeh3 18 ay müddətinə aylıq 2,25 fa iz dərəcəsi ilə 5.000 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor İddiaçı ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcu n qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı-nin 20.12.2016-cı il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh3 banka 18.11.2016-cı il tarixə 2.748,99 ABŞ dolları əsas borc, 748,61 ABŞ dolları faiz, 274,89 ABŞ dolları cərimə olmaqla, cəmi 3.772,49 ABŞ dolları borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digə r tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edil məməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclu Cavabdeh3 İddiaçı-yə borcu yaranmışdır. Bu səbəbdən, zaminlər həmin borcun ödənilməsi üçün borclu Cavabdeh3 ilə birlikdə bank qarşı sında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərə rin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq tənasübsüz yüksək hesablanmış 274,89 ABŞ dolları dəbbə pulunu azaldaraq 20 ABŞ dolları müəyyən etmişdir. Apellyasiya intansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin etirazları mübahisə ilə bağlı qərar qəbul edilməsini əngəlləməyə hesablandığı aşkardır. Çünki, cavabdeh faiz borcunu mübahisələndirdiyi halda, onun ödədiyi hansısa məbləğin nəzərə alınmaması, yaxud düzgün silinməməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Hesablanmış məbləğin həqiqiliyinə şübhə yaradan hallar olmadığı halda, hər bir iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə və keçirilməsinə zərurət yoxdur. Hazırkı işdə də belə zərurət olmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsin şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2017-ci il tarixli 2(103)-5738/2017 nömrəli qətnaməsi - Cavabdeh3 k assasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar