Məhkəmə qərarları › İş №2(102)-5533/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5533/2019

02.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5533/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı “xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli, 2(105)-705/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabde h4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinəyönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 13255.48 ABŞ dolları kredit borcu, 3202.9 ABŞ dolları faiz borcu və 7342.89 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 23801,27 ABŞ dolları məbləğində borcun, 017R000006930 saylı kredit razılaşması üzrə 14338,35 ABŞ dolları kredit borcu, 3145.73 ABŞ dolları faiz borcu və 8532.63 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 26016.71 ABŞ dolları məbləğində borcun, ümumilikdə 49817.98 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş in qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əvəzi tutulması, tələbin Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 26/19 nömrəli binada xüsusi mülkiyyətdə olan 2 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, 49817.98 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, ** nömrəli mənzilə tutma yönəldikdən və o satı ldıqdan 1 ay sonra Cavabdeh4 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 13255,48 ABŞ dolları kredit borcu, 1331,67 ABŞ dolları faiz borcu, 83,07 ABŞ dolları məbləğində cərimə, 14.06.2014-cü il tarixli, 017R000006930 saylı kredit razılaşması üzrə 14338,35 ABŞ dolları kredit borcu, 3145,73 ABŞ dolları faiz borcu, 532,63 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32686,93 ABŞ dolları (ödəniş günü üçü n Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əvəzinin tutulması, ödəmənin ipoteka qoyulmuş Cavabdeh4 mülkiyyət hüququ üzrə məxsus – Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən bina 26/19, 2 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 ümumilikdə 32686,93 ABŞ dolları məbləğində borcun “xxxx” QSC-nin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait hesabına həmin məbləğ ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli, 2(105)-705/2019 nömrəli qətnaməsi ilə cavabdehin Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2783/2017 saylı 11 dekabr 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/19 ünvanında yerləşən 13 saylı mənzilin ilkin satış qiyməti 51000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və onun vəkili X1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və onun vəkili X1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkməsi tərəfindən işin faktiki halları hər tərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdiril mədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 03.04.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin edərək, iş üzrə Abşeron Ra yon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qətnaməsini dəyişdirərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2012-ci il tarixli17L000000808 saylı kredit xətti müqaviləsinə əsasən, bank Cavabdeh1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 14.01.2015-ci il tarixli 017R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi, 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19.06.2014-cü il tarixli 017R********** saylı kredit razıl aşmasından görünür ki, Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi, 1.5% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 54000 ABŞ dolları məbləğində kredit verilmişdir. iddiaçı “xxxx” QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 02 oktyabr 2012-ci il tarixli, 17S000001684, 17S000001685, 17S000001686 saylı Zaminlik müqavilələrindən görünür ki, 01.10.2012-ci il tarixli 17L000000808 saylı kredit xətti müqaviləsi və kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsini zaminlər öz üzərinə götürürlər. 02.10.2012-ci il tarixli 17M000000404 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqavilə “xxxx” QSC ilə ipoteka qoyan Cavabdeh4 arasında, borc alan Cavabdeh1 İpoteka saxlayan qarşısında əsas öhd əliyinin icrasının təmini məqsədilə bağlanılır, İpoteka qoyan İpoteka saxlayana ipoteka predmeti olan ** girişində, 3-cü mərtəbəsində 48.07 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzili ipoteka qoyur. İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr nömrəsi **********8-05101-093007, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-27.11.2008-ci il daşınmaz əmlakın dövlət reyestrində 78 №-li reystr kitabının 109 №-li vərəqində qeydiyyata alınmışdır. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 24733 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02.10.2012-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiy yatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “İddiaçı ilə hüququ yüklü edilən şəxs Cavabdeh4 arasında ünvan 1 ünvanını 02.10.2012-ci il tarixdən 120 ay müddətinə ipoteka ilə yüklü edilmiş və Daşınmaz Əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət Reyestrindən 78 saylı reyestr kitabının 109 nömrəli vərəqində, reyestr nömrəsi **********218-05101-093007, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Öhdəliyin əsas mahiyyəti və icra müddəti 01.10.2012-ci il tarixli, KXM/№17L000000808 saylı və 02.10.2012-ci il tarixli, İ/M№17M000000404 saylı müqavilələrdir. borca dair arayışdan görünür ki, Cavabdeh1 16.06.2017-ci il tarixinə, 14.01.2015-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə “xxxx” QSC-yə 13255,48 ABŞ dolları əsas borc, 1331,67 ABŞ dol ları faiz borcu, 4083,07 ABŞ dolları dəbbə borcu olmaqla, ümumilikdə 18670,22 ABŞ dolları məbləği təşkil edir. borca dair arayışdan görünür ki, Cavabdeh1 16.03.2017-ci il tarixinə, 19.06.2014-cü il tarixli, 017R000006930 saylı kredit razılaşması üzrə “xxxx” QSC-yə 14338,35 ABŞ dolları əsas borc, 3145,73 ABŞ dolları faiz borcu, 8532,63 ABŞ dolları dəbbə borcu olmaqla, ümumilikdə 26016,710 ABŞ dolları məbləği təşkil edir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi kassatora aid təmin edilmiş hissədə iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli dir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci mаddəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür; 472.1-ci mаddəsinə əsаsən bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər Mülki Məcəllədə və yа zаminlik müqаviləsində zаminlərin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zа minlər və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr; 472.2-ci mаddəsində nəzərdə tutulmuşdur ki, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаminlər kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, kredit müqaviləsi üzrə borcalan kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə-hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından bocalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, kredit alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hesablanmış faizl ə birgə iddiaçıya ödəməlidir. Eyni zamanda, E.Qənbərov zamin kimi borcalanın iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid təmin edilmiş hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid təmin edilmiş hissədə ləğvi üçün qanun i əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli, 2(105)-705/2019 nömrəli qətnaməsi kassatora aid təmin edilmiş hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar