Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5534/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 03 sentyabr 2018-ci il İş № 2(102)-5534/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdehin iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4626/2017 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-10762/17 saylı 12 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Şeyda Məhərrəmova) iddia tələbi təmin edilərək,Binəqədi Rayon Məhkəməsinin 2(001)-16426/2016 saylı 14 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 27.06.2012-ci il təvəllüdlü X1, 29.06.2013-cü il təvəllüdlü X2 və 16.10.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 136 manat, cəmi 408 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin artırılmasının 09 iyun 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdehtərəfindənverilmişapellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 12 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli, 2(001)-16426/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 27.06.2012-ci il təvəllüdlü X5, 29.06.2013-cü il təvəllüdlü X6 və 16.10.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 136 manat olmaqla 408 manat sabit pul məbləğində alimentin almıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli, 2(001)-1 6426/2016 saylı qətnaməsi ilə 27.06.2012-ci il təvəllüdlü X5, 29.06.2013-cü il təvəllüdlü X6 və 16.10.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 351 manat məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət olunmuşdur. Onun maddi vəziyyəti çox aşağıdır və həmin məbləğ uşaqların saxlanması üçün azlıq təşkil edir. Hazırda o, uşaqlarının geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya əlavə heç bir maddi yardım göstərmir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddisının təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabd eh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-85/2018 nömrəli iş üzrə 14 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətində onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, yalnız iddiaçının izahatları əsas götürülmüş, onun zəruri vəsaitə malik olmasını araşdırmamış, işləməməsi, başqa gəlirinin olmaması, səhhətindəki problemlər, iddiaçının işləməsi və aylıq yaxşı məvacib alması, iddiaçının maddi və sağlamlıq vəziyyətinin ona münasibətdə daha yaxşı olması və s. bu kimi halları nəzərə almayaraq qanunsuz qətnamə qəbul etmişdir. İddi açı maddi vəziyyətinin pis olduğunu, işləmədiyini əsas gətirərək alimentin artırılması faktını heç bir sənədlə sübuta yetirməmişdir. İddiaçı məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-85/2018 nömrəli iş üzrə 14 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçir ilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-16426/2016 saylı 14 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək 27.06.2012-ci il təvəllüdlü X1, 29.06.2013-cü il təvəllüdlü X2 və 16.10.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 noyabr 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 117 manat, cəmi 351 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı qızma verilməsi qət edilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı qeyd edilən qətnamə müəyyən edilmiş alimentin miqdarının artırıl masını xahiş etmiş, cavabdehdən hər uşağa görə 136 manat, ümumilikdə 408 manat alimentin tutulmasını xahiş etmiş iddia tələbini yuxarıda qeyd edilən qaydada əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edən birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Respublika üzrə uşaqlar üçün yaşayış minimumu 136,6 manat müəyyən olunduğundan uşaqların mənafeyi əsas götürülməklə tutulmalı aliment məbləği həmin qanuna uyğunlaşdırılmalıdır. Cavabdeh hazırkı vaxtda işləməməsi onun İddiaçıilə birgə nikahdan olan uşaqlarının saxlanması üçün maddi yardım göstərmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4626/2017 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq norması kimi Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 233.1-cü maddələrinə istinad etmişdir Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericiliyə əsasən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa alimentin müəyyən olunmuş miqdarını dəyişilməsi müəyyən edilmişdir. Hazırki işdə tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması, iddiaçının maddi vəziyyətinin pisləşməsi və ya cavabdehin gəlirlərində və qazancında artımın olması müəyyən edilməmişdir. İddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, istinad etdiyi halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlakl arının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Cavabdeh apellyasiya şikayətində İİ qrup əlil olmasını, təqaüddən başqa gəlirlərinin olmamasını, ilk nikahın dan olan iki övladı üçün də aliment ödəməsini qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi cavabdehin qeyd etdiklərinə hüquqi qiymət verməmiş məhkəmənin gəldiyi nəticə işin hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. Plenumun qərarında həmçinin qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıd ır.” Bundan başqa işə baxan birinci instansiyası məhkəməsi artırılmış alimentin tutulmasının başlanğıc tarixi kimi 09 iyun 2017-ci il tarixi (məhkəməyə müraciət edilən andan) qeyd etməkdə haqlı olmamış, işə baxan apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərkən miqdarı dəyişdirilmiş aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa iş materiallarından göründüyü kimi, mülki iş apellyasiya instansiyası məhkəməsində 2(103)-4626/2018 № ilə qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin apelyasiyanın mümkünlüyü barədə qərardadı, məhkəmə bildirişləri, iclas protokolları həmin nömrə ilə qeyd edilsə də, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin nömrəsi 2(103)-4626/2017 kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası bu hala münasibət bildirərək qeyd edir ki, bu texniki səhv olsa da, məhkəmə sonradan yanlışlıq qərardadı qəbul edərək qətnamədə yol verilmiş nöqsanı aradan qaldırmamışdır. Cavabdeh kassasiya şikayətində iddia ərizəsinin iddiaçının deyil, onun qeydiyyat ünvanı üzrə icraata qəbul edilməsinə dair qeyd etdikləri əsassız olduğundan məhkəmə kollegiyası hesab edir ki, kas sasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iş üzrə tərəflərin hər ikisinim məhkəmə iclasında iştirakını təmin etməklə onların izahatlarını dinləməli, tərəflərin maddi vəziyyətini və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında sadalanmış halları araşdırmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4626/2017 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5534/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5534/2018
03.09.2018 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver