Məhkəmə qərarları › İş №2(102)-5534/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5534/2019

24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5534/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 və vəkili X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Zəngilan Rayon Məhkəməsinin xx xxx2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənov, iş № 2(0xx)-xx/18) İddiaçı1 ASC-nin Cavabde h1 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 04.03.2016-cı il tarixli, XFBK-0017 DEV saylı kredit müqaviləsi üzrə 63876,69 (altmış üç min səkkiz yüz yetmiş altı) ABŞ dolları əsas borc, 11175,17 (on bir min yüz yetmiş beş) ABŞ dolları faiz borcu və 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 75551,86 (yetmiş beş min beş yüz əlli bir) ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq tutulması, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəm i 60 (altmış) manat məbləğində və xx xxx 2016-cı il tarixli, XFBK-0005_RES saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 25159,42 manat, faiz borcuna görə 2735.06 manat və dəbbə borcuna görə 700 manat olmaqla, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun, cəmi 61 (altmış bir) manat məbləğində cəmi 28655,48 (iyirmi səkkiz min altı yüz əlli beş) manat pulun tutularaq İddiaçı1 ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manatının iddiaçıya aid edilməsi, tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda olan 0,05 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmet inin ilkin satış qiymətinin 180.000 (yüz səksən min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzilinə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abbasov-sədrlik edən və məruzəçi, A.Abbasov və T.Məmmədov, iş № 2(105)-xx/19) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Zəngilan Rayon Məhkəməsinin xx xxx2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı1 ASC Cavabdeh1 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxx 2016-cı il tarixli, XFBK-0017 DEV saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 63876.69 ABŞ dolları, faiz borcuna görə 11175.17 ABŞ dolla rı, dəbbə borcuna görə isə 14520 ABŞ dolları olmaqla, cəmi 89571.86 ABŞ dolları, əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 61 manat pulun tutulması, Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə xx xxx 2016-cı il tarixli, XFBK-0005_RES saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 25159.42 manat, faiz borcuna görə 2735.06 manat dəbbə borcuna görə 11740 manat olmaqla, cəmi 396xx.48 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 61 manat pulun tutulması, xx xxx 2016-cı il tarixli, XFBK-0017 DEV saylı Baş kredit müqaviləsi üzrə tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsi, döngə 1 olan, 9 saylı evinə yönəldilməsi, evin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxx 2016-cı il tarixli, XFBK-0017 DEV saylı Baş kredit müqaviləsi üzrə cəmi 89571.86 ABŞ dolları borcun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 61 manat pulun İddiaçı1 ASC-yə ödənilməsi, xx xxx 2016-cı il tarixli, XFBK-0005_RES saylı Baş kredit müqaviləsi üzrə tələbin, xx xxx 2016-cı il tarixli sonrakı ipoteka m üqaviləsi ilə yüklü edilmiş, Cavabdeh1 məxsus və 210000 manat məbləğində qiymətləndirilmiş Abşeron rayonu, ev1yönəldilməsi, hu mənzilin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması, satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxx 2016-cı il tarixli, XFBK_0005-RES saylı Baş kredit müqaviləsi üzrə cəmi 396xx.48 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 61 manat pulun İddiaçı1 ASC-yə ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmetinin boşaldılması və boşaldılmış şəkildə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 və vəkili E.Hüseynov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili M.Bədəlov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlilləri ni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 İddiaçı1 Açıq Səhmdar Cəmiyyətindən xx xxx 2016-cı il tarixli, XFBK-0017 DEV saylı və xx xxx 2016-cı il tarixli, XFBK0005_RES saylı Baş kredit müqavilələri üzrə kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi özünə məxsus Abşer on rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsi, döngə 1-də olan 0.05 ha torpaq sahəsi və üzərindəki 9 nömrəli fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc tam ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən Cavabdeh1 həmin kredit müqavilələri üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Ap ellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 739.1, 739.2, 427.3, 442, 443.1, 445.1, 445.2, 448.1-ci maddələrini tətbiq edərək bu qənaətə gəlmişdir ki, Cavabdeh1 İddiaçı1 ASC-dən aldığı kredit müqaviləsi ilə müəyyən edilmiş əsas borc, faizləri və dəbbə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, Bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 28.12.2017-ci il tarixli, 26415 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri, 04.03.2016-cı il tarixli, XFBK-0017_DEV saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka 30.07.2017-cı il tarixinə (iddia tarixinə) olan borcu əsas borc üzrə 63876.69 ABŞ dolları, faiz borcu üzrə 3653.41 ABŞ dolları borcu, dəbbə pulu üzrə 6266,97 ABŞ dolları təşkil edir. Sonradan bank tələbi artırmış Cavabdeh1 xx xxx 2018-ci il tarixinə banka xx xxx 2018-ci il tarixinə olan: 04.03.2016-cı il tarixli, XFBK-7 0017_DEV saylı kredit müqaviləsi üzrə 63876.69 ABŞ dolları əsas, 11175.17 ABŞ dolları faiz, 14520 ABŞ dolları dəbbə, xx xxx 2016-cı il tarixli, XFBK0005_RES saylı Baş kredit müqaviləsi üzrə 25159,42 manat əsas, 2735.06 manat faiz və 11740 manat dəbbə borcunu tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi bank verdiyi arayışı əsas götürməklə iddianı əsas və faiz borcu hissəsində təmin etmiş, dəbbə borcunu isə M ülki Məcəllənin 467-ci maddəsinə istinad edərək azaltmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı sonuncu tələbə uyğun təmin etməkdə və dəbbəni azaltmaqda haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 317.1, 319.1-ci və «İpoteka haqqında» Qanunun xx.1.1, 36.1, 39.3.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipotek a predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsi, döngə 1-də olan 0.05 ha torpaq sahəsi və üzərindəki 9 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq cavabdehin apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirmiş və hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin et mədən saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, faktiki olaraq yalnız ipoteka predmetinin boşaldılması (mənzildən çıxarılma) hissəsindən narazıdır və həmin hissəni mübahisələndirmişdir. Qətnamənin digər hissələri – kredit borcunun (əsas borc, faiz borcu, cərimə) tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissələri kassasiya şikayətində mübahisələndirilməmişdir. Şikayə tin əsas dəlili yalnız «İpoteka haqqında» Qanunun 59.1, 59.2, 59.3-cü maddələrinin tələblərinin pozulması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanun un 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental a spektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıki digərlərilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlid ir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı, şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiy a Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(105)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar