Məhkəmə qərarları › İş №2(102)-5536/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5536/2019

28.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5536/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı YYYnın, onun vəkili Nümayəndə, cavabdeh N vəkili Namazova Günay Rüstəm qızının iştirakı ilə, İddiaçı YYY cavabdeh Y qarşı şəxsi əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, N YYY qızına qarşı əmlak tələbi, yaşayış evinə köçürülməsi və istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(105)-923/2019 saylı qətnaməsindən YYY və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: YYY iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus N küçəsi, N saylı evi yararsız vəziyyətə salmaqla evdən apardığı iddia ərizəsində istinad edilmiş, dəyəri “Əmlak Ekspert Mərkəzinin” xx.xx.2017-ci il tarixli “dəymiş zərərin və mebel, avadanlıqların bazar dəyərinin müəyyən edilməsi haqqında” hesabatı ilə müəyyən edilmiş ümumi 58910 manat dəyərində daşınar əmlakların və ya onların dəyərinin və yaşayış evinə dəymiş zərərin əvəzi olaraq 12067 manat vəsaitin N alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yarasız vəziyyətə gətirilmiş ümumi dəyəri 58910 manat göstərilən həmin əmlaklar 1 ədəd “Noutron” markalı, domofon sistemi - 200 manat, 1 ədəd “Arçelik” markalı iki qapılı, qara rəngli soyuducu 2500 manat, 1 ədəd “Franke” markalı soba - 1500 manat, 1 ədəd “Franke” markalı bişirmə paneli - 1500 manat, 1 ədəd “Franke” markalı, 5 gözlü mikrodalğalı soba - 1800 manat, 1 ədəd “Franke” markalı qabyuyan maşın - 2200 manat, 1 ədəd “Arçelik” markalı paltaryuyan maşın - 1200 manat, 1 ədəd “Arçelik” markalı zal otağı televizoru 3500 manat, 1 ədəd uşaq oyunu “Xbox” 700 manat, 1 ədəd “Arçelik” markalı sinema sistemi, (ev kinoteatrı) - 900 manat, 1 ədəd “Arçelik” markalı mətbəx üçün kiçik televizor 800 manat, 5 ədəd “Arçelik” markalı hər biri 1100 manat - 5500 manat, yemək masası və 8 ədəd stul 4500 manat, yumşaq mebel, dövrələmə divan və 2 ədəd kreslo cəmi 6000 mana t, parça, 6 ədəd mətbəx stulları 360 manat, 2 ədəd ziqon sepa hər biri 300 manat olmaqla - 600 manat, 1 ədəd orta sepa - 1100 manat, 4 dəst yataq kravatları hər biri 2300 manat olmaqla - 9200 manat, 1 dəst yataq kravatı 3500 manat, 1 ədəd cakuzi vanna kabina ilə birlikdə - 1500 manat, 1 ədəd duş kabina 800 manat, 1 ədəd kamera görüntü sistemi - 800 manat, mətbəx elektrik avadanlıqlan və qablar - 4000 manat, 4 ədəd yataq örtükəri hər biri 100 manat olmaqla 400 manat, 1 ədəd yataq örtükləri 150 manat, 10 ədəd əl-üz üçün dəsmal hər biri 20 manat - 200 manat, 1 ədəd evin damında olan “Arçelik” markalı orta ölçülü televizor - 800 manat, 9 hissədən ibarət mətbəx mebeli 2700 manat dəyərindən ibarətdir. N ilk iddia tələbini onunla əsaslandırmışdır ki, N ilə xx.xx.2002-ci ildə rəsmi nikaha girmək lə ailə həyatı qurmuşlar. Birgə nikah münasibətlərindən xx.xx.2003-cü ildə N və xx.xx.2004-cü ildə N adında ikı övladları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra ailə münasibətləri normal olmuş, lakin son iki il ərzində ailə münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrı yaşamağa başlamışlar. Son iki ayda aralarındakı formal xarakter daşıyan ailə münasibətlərinə son qoymaq, rəsmi olaraq ayrılmaq qərarına gəlmişlər. Bu məqsədlə də, cavabdehlə aralarındakı razılaşmaya əsasən onun adına Bakı şəhərində olan şirkəti qardaşının adına rəsmiləşdirilməsinə razılıq verdiyi təqdirdə o, birgə nikah dövründə alınmış və onun adına dövlət reyestrində qeydə alınmış, ümumi sahəsi 206,9 kv.m olan N küçəsi, N saylı evə, həmin evdə olan avadanlıqlara və həyətyanı torpaq sahəsinə iddia etm əyəcəyini, həmin evi onun və uşaqlarının sərəncamında və sahibliyində saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Həmin razılaşmaya əsasən cavabdehin adına olan Bakı şəhərində qeydiyyatdan keçmiş şirkətin onun qardaşının adına rəsmiləşdirilməsinə rəsmi olaraq razılıq vermiş, daha sonra cavabdehlə aralarında bağlanmış nikah qeydinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. xx.xx.2017-ci il tarixdə N küçəsi, N saylı evinə köçmək üçün hazırlıq işləri görmək üçün atası həmin evə gəldikdə “166 saylı” yükdaşıma xidmətinə məxsus avtomaşının evin qabağında dayandığını və fəhlələrin evin avadanlıqlarını avtomaşına daşıdıqlarının şahidi olmuşdur. Buna etiraz edərək onları saxlamış və bu barədə ona məlumat vermişdir. Dərhal evinə gəldikdə evinin halını görüb dəhşətə gəlmişdir. Belə ki, ca vabdeh evin daşınar avadanlıqlarının çox hissəsini evdən daşıtmış, quraşdırılmış avadanlıqları aparmaq üçün sökdürmüş və qablaşdırmışdır. Evin parketini, pilləkən üstünə vurulmuş metlaxı, sanitar qovşağı otaqlarında vanna, unitaz və digər aksesuarları sökdürməklə qablaşdırmışdır. Əşyaların bir hissəsini daşımış, digər hissəsi isə qablaşdırılmış vəziyyətdə evin içində qalmışdır. Kombi, su təchizatı və domofon sistemlərini sökərək aparmış, evin qapılarını çərçivələrindən çıxarmaqla aparmaq üçün qablaşdırmış, hətta evin işıqlandırma sistemini dağıtmaqla razetkalarına qədər çıxartmış, bir sözlə evi yaşayışa yararsız vəziyyətə salmışdır. Qeyd edilən hallar iddia ərizəsinə əlavə edilmiş evin fotoşəkilləri və video görüntülərini əks etdirən disklə sübuta yetirilir. N qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş N ilə kirayədə yaşadığı müddət ərzində evdə olan və sonuncu tərəfindən aparılmış 1 ədəd yataq otağı dəsti 2500 manat, qonaq otağı dəsti və masa 3000 manat, qonaq otağı üçün divan kreslo 2000 manat, 3 ədəd “Sony”, “Primera” və “Arçelik” markalı televizor - 4500 manat, 2 ədəd “HP” və “Toshiba” markalı kompyuter - 1500 manat, 2 ədəd “Arçelik” markalı kondensioner 2000 manat, 1 ədəd “LG” markalı, soyuducu 700 manat, 1 ədəd “Samsung” markalı paltaryuyan maşın 2300 manat, 1 ədəd “Arçelik” markalı, qabyuyan maşın 1500 manat, 2 ədəd uşaq otağı dəsti 2800 manat dəyərində olan əmlakların ona qaytarılması, birgə nikah dövründə onun vəsaiti hesabına əldə edilmiş 14.000 manat dəyərində “Hyundai Tucson” markalı avtomobilin dəyərinin yarısı ola raq 7000 manat pulun alınıb ona verilməsi, N küçəsində yerləşən N saylı evə küçürülməsi və həmin yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. N qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, N ilə xx.xx.2002-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü N və xx.xx.2004-cü il təvəllüdlü N doğulmuşdur. Cavabdehin ona qarşı xəyanəti nəticəsində aralarında olan münasibət pozulmuş və ayrılmaq qərarına gəlmişdir. Birgə nikah dövründə əldə etdikləri torpaq sahəsi üzərində inşa olunan N yerləşən yaşayış evi hazır olmadığından münasibətləri pozulana qədər uşaqları ilə birlikdə N ünvanında yerləşən N saylı mənzildə yaşamışlar. Həmin evi tərk etdikdə heç bir şəxsi əşyalarını və sənədlərini götürə bi lmədiyindən nikahın pozulması və əmlak bölgüsü barədə məhkəməyə müraciət edə bilməmişdir. N ilə kirayədə yaşadığı evdə olan ona məxsus əşyalar götürülmüş və geri qaytarılmamışdır. Bundan başqa N ilə birgə nikah dövründə xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 2005-ci il istehsalı olan “Hyundai Tucson” markalı avtomobil əldə etmişlər. Həmin avtomobil xx.xx.2017-ci il tarixdə sonuncunun atasının adına alğı-satqı müqaviləsi əsasında keçmişdir. Bu keçirtmə formal olmuş və avtomobilin bölünməsinin qarşısını almaq xarakteri daşımışdır. Bu səbəbdən də, avtomobilin bazar dəyəri olan 14000 manat pulun yarısı olaraq 7000 manat pul onun xeyrinə tutulmalıdır. Bununla yanaşı birgə nikah dövründə əldə etdikləri torpaq sahəsi üzərində inşa olunan N küçəsində yerləşən N saylı yaşayış evini əldə etmişlər. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə həmin yaşayış evi və torpaq sahəsi üzərində ½ payları müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq cavabdeh onu həmin evdə yaşamaq üçün buraxmır. Sadaladığı hallara görə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 2(012)-384/2018 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, N iddia ərizəsində göstərilən mebel məişət avadanlıqlarının ümumi orta bazar qiyməti 58910 manat və vurulmuş zərərin dəyəri olaraq 11216 manat olmaqla, cəmi 70126 manatın yarı qiyməti - 35,063 manat pul N xeyrinə tutulmuş, qarşılıqlı iddia qismən təmin edilmiş, birgə nikah dövründə alınmış iki ədəd “Arçelik” k ondensioner - 300 manat, bir ədəd paltar dolabı (şifoner), bir ədəd uşaq çarpayısı, yazı masası - 300 manat, divan və iki kreslo - 50 manat, cəmi 650 manat dəyərində əmlak və ya onun dəyərinin N, taxta materialdan hazırlanmış yataq dəsti qiyməti - 200 manat, istifadə olunmuş əvvəlki illərin modelinə aid olan “Sony” markalı, LCD formatlı televizor - 80 manat, istifadədə olmuş “Samsunq” markalı paltaryuyan maşın - 150 manat, istifadədə olmuş “LG” markalı soyuducu 1 ədəd - 200 manat, istifadə olunmuş əvvəlki illərin modelinə aid olan “Primera” markalı, LCD formatlı televizor - 50 manat, cəmi 680 manat dəyərində olan əmlak və ya onun dəyərinin N verilməklə aralarında bölünmüş, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının (hakimlər Abasov Şəmsəddin - sədrlik edən və məruzəçi, Aqil Abbasov, Telman Məmmədov) 15 mart 2019-cu il tarixli 2(105)-923/2019 nömrəli qətnaməsi ilə qarşılıqlı iddiaçı N tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-384/2018 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsi N N oğluna qarşı şəxsi əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddianın təmin edilməsi hissəsində, N N qarşı Abşeron rayonu, N küçəsində yerləşən N saylı evə köçürülməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilərək ilk iddianın rədd edilməsi, N N qarşı Abşeron rayonu, N küçəsində yerləşən N saylı evə köçürülməsi barədə qarşılıqlı iddiasının təmin edilməsi, Abşeron Rayon M əhkəməsinin 2(012)-384/2018 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia üzrə “Hyundai Tucson” markalı, ** XT *** dövlət nömrə nişanlı avtomobilin ½ nisbətdə bölünməsi tələbinin rədd edilməsi, birgə nikah dövründə alınmış iki ədəd “Arçelik” kondisioner 300 manat, bir ədəd paltar dolabı (şifoner), bir ədəd uşaq çarpayısı, yazı masası - 300 manat, divan və iki kreslo - 50 manat, cəmi 650 manat dəyərində əmlakın və ya onun dəyərinin N, taxta materialdan hazırlanmış yataq dəsti qiyməti - 200 manat, istifadə olunmuş əvvəlki illərin modelinə aid olan “Sony” markalı, LCD formatlı televizor - 80 manat, istifadədə olmuş “Samsunq” markalı paltaryuyan maşın - 150 manat, istifadədə olmuş “LG” markalı soyuducu 1 ədəd - 200 manat, istifadə olunmuş əvvəlki illərin modelinə aid olan “ Primera” markalı, LCD formatlı televizor - 50 manat, cəmi 680 manat dəyərində olan əmlakın və ya onun dəyərinin N verilməklə aralarında bölünməsi hissəsində dəyişdirilmədən saxlanılması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın tərəflərdən müştərək qaydada tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir. N və vəkili Nümayəndə kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(105)-923/2019 saylı qətnaməsinin ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın evə köçürülmə hissəsində təmin edilməsi hissədə ləğv edilməsi, ilkin iddianın qismən təmin edilməsi, evə vurulmuş və iddiaçı tərəfindən bərpa edilmiş zərərin əvəzi olaraq 11.216.0 manat vəsaitin və aparılmış əmlakların geri qaytarılmamış hissəsinin dəyəri olaraq 17.000 manat, cəmi 18.126 manat vəsaitin qarşılıqlı iddiaçıdan alınaraq ona qaytarılması, qarşılıqlı iddianın evə köçürülməsi hissədə təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiya məhkəməsinin mübahisə edilən qətnaməsində qeyd edilmiş nəticə məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş işin həqiqi halları və istinad etdiyi maddi hüquq normaları ilə tam təkzib olunur. Belə ki, 2017-ci ilin noyabr ayında N qarşı tərəflər arasında bağlanmış nikah qeydinin ləğv edilməsi, yetkinlik yaşına çatmamış uşaqların N himayəsində saxlanılması, onların saxlanılması üçün cavabdehdən aliment tutularaq ona ödənilməsi və cava bdehin birgə nikah dövründə əldə edilmiş dövlət reyestrində adına qeydə alınmış daşınmaz əmlakına vurulmuş maddi və mənəvi zərərlə bağlı qaldırılmış iddialar üzrə iki mülki iş olmuş, birinci iddia ilə bağlı Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-383/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlə aralarında bağlanmış xx.xx.2002-ci il tarixli nikah qeydi ləğv edilmiş, xx.xx.2003-ci il təvəllüdlü N və xx.xx.2004-cü il təvəllüdlü N iddiaçının himayəsində saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmiş, həmin qətnamə ilə eyni zamanda X2 qarşı qaldırdığı qarşılıqlı iddiası təmin edilərək ünvan 1 ünvanda yerləşən evə və həmin e vin yerləşdiyi 0,06 ha torpaq sahəsinin ½ hissəsinə tərəflərin payları müəyyən edilmişdir. İstinad edilmiş qətnamənin qarşılıqlı iddianın təmin edilməsi hissəsindən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli, 2(105)2290/2018 saylı qətnaməsi ilə təmin edilməmiş olsa da, həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilmiş, iş üzrə çıxarılmış apellyasiya instansiya məhkəməsinin qeyd edilmiş qətnaməsi ləğv edilmiş, iş üzrə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən evə və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsində 60% iddiaçının, 40% cavabdehin payın müəyyən edilməsi haqda yeni qərar qəbul edilmişdir. Qeyd e dilmiş məhkəmə qətnamələri və qərarından göründüyü kimi hazırki mübahisə ilə bağlı N ona qarşı qaldırdığı evə köçürülməsinə dair qarşılıqlı iddia ilə bağlı Abşeron rayon məhkəməsində 2(012)384/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilərkən tərəflər arasında mübahisə edilən evə olan payların müəyyən edilməsinə dair qəbul edilmiş qətnamə qanuni qüvvəsini almamış, həmin qətnamə qanuni qüvvəsini aldıqdan və icra edildikdən sonra onun əmlakdakı payına dair hüquqların həyata keçirilməsinə qanunvericilikdə yol verilə bilər. Bu əsasla da məhkəmə tamamilə əsaslı olaraq onun bu tələbi baxılmamış saxlanılmış, qarşılıqlı iddiaçı isə həmin qərardadı mübahisələndirməmişdir. Belə olduğu halda apellyasiya instansiya məhkəməsi daşınmaz əmlakda tərəflərin payların müəyyən edilməsi ilə bağlı yekun məhkəmə qərarı xx.xx.2018-ci il tarixdə qəbul edildiyindən qarşılıqlı iddiaçının evə köçürülməsinə dair tələblə məhkəməyə müraciət etmək hüququ yarana bilərdi. Apellyasiya instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hala əhəmiyyət vermədən çıxartdığı qətnamə əsassız və qanunsuz hesab edilməlidir. Eyni zamanda həmin mübahisə ilə bağlı məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı N birgə nikah dövründə iddiaçının adına Azərbaycanda ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi alınmış və həmin torpaq sahəsində birgə nikah dövründə əldə edilmiş vəsait hesabına 2 mərtəbəli ev inşa edilmiş və xx.xx.2011-ci il tarixdə də cavabdehin adına dəyəri 1.000.000 manat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 50 % payı əldə edilmişdir. 2017-ci ilin oktyabr ayının əvvəllərində cavabdeh ona müraciət edərək əgər “Fibromet’’ Məhdud Məsuliyyətli Cəmiyyətdəki təsis payının qardaşı N bağışlanmasına razılıq verdiyi təqdirdə o, nikah dövründə alınmış və iddiaçının adına rəsmiləşdirilmiş Abşəron rayonu, N küçəsi, N saylı ünvanda yerləşən evdən, evin yerləşdiyi torpaq sahəsindən, evin içindəki avadanlıqlardan öz payını tələb etməyəcəyini, həmin əmlaklardakı payını ona və uşaqlarına saxlayacağını bildirmişdir. İddiaçı onun malına və puluna nə qədər düşkün olduğunu bildiyindən onunla mübahisə etmək, illərlə məhkəmələrdə əmlak tələbləri ilə sürünməmək üçün, razılıq vermiş və xx.xx.2017-ci il tarixdə notariat qaydasında cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdəki təsis payının qardaşı N bağışlanmasına razılıq ve rmiş daha sonra isə cavabdehin təklifi ilə xx.xx.2017-ci il tarixdə aralarındakı nikahın ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Lakin xx.xx.2017-ci il tarixdə mübahisəli evin yaxınlığında yaşayan atası N taksi ilə evinə gədərkən təsadüfən evin qabağında 166 yük taksisinin durduğunu və fəhlələrin evin avadanlıqlarını 166 yük taksisinə yüklədiyinin şahidi olmuş, taksidən düşdükdə isə cavabdehin fəhlələrə evin avadanlıqlarını 166 yük taksisinə yüklətdirdiyini və evi tamamilə söküb dağıtdığını, evin avadanlıqlarından yalnız qablaşdırılmış 1-2 əşyandan başqa digər avadanlıqların və mebellərin daşındığının şahidi olmuş və bu haqda dərhal iddiaçıya və 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşı N gəldikdən sonra cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmuş və cavabdeh d aşımaq üçün qablaşdırdığı avadanlıqlardan yalnız qalan 1-2 avadanlıqları yük taksisinə yüklənməyə nail ola bilməmişdir. Cavabdeh birgə nikah dövründə əldə edilmiş evi istifadəyə yararsız vəziyyətə salmaq məqsədi ilə evin bütün otaqlarda və mətbəxdə yerləşdirilmiş bahalı mebel dəstləri, elektrik avadanlıqları, televizorları, musiqi sistemini, evin hər mərtəbəsindəki hamam və sanitar qovşaqlarını söküb dağıtmış, elektrik avadanlıqları, qapıları çərçivələri ilə birlikdə, hamam və sanitar qovşaqlarındakı avadanlıqları söküb daşımış, evin işıq, qaz, su və kombi sistemini, otaqlardakı döşəmə parketləri, dəhliz və pilləkənlərdəki metlax və kafelləri söküb dağıtmış, ona məxsus evi tamamilə yaşayışa yararsız vəziyyətə salmaqla ona küllü miqdarda zərər vurmuşdur. Bir sözlə cavabdeh bir tərəfdən alda tma yolu ilə ondan aldığı razılıq ərizəsi əsasında əvvəl "xxxx" MMC-ki təsis payını qardaşı N adına rəsmiləşdirmiş, daha sonra xx.xx.2017-ci ilə isə ona məxsus evi tamamilə yaşayışa yararsız vəziyyətə salmaqla ona küllü miqdarda zərər vurmuşdur. Birinci instansiya məhkəməsində həqiqətən də mübahisə edilən mebel və avadanlıqların ondan xəbərsiz cavabdeh tərəfindən daşınması, evin içini söküb dağıdaraq tamamilə yaşayışa yararsız vəziyyətə salması faktı məhkəməyə təqdim edilmiş həmin evdə çəkilmiş fotoşəkillərlə, Abşeron RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqda qərarı ilə müəyyən edilmiş hallarla, Əmlak Ekspert Mərkəzinin xx.xx.2017-ci il tarixli Əmlak Ekspert Mərkəzinin “dəymiş zərərin və mebel, avadanlıqların bazar dəyərinin müəyyən edilməsi haqda” h esabatı, iş üzrə verilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə sübuta yetirildiyi halda apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddiaçının evdən apardığı iri həcmli avadanlıqlardan bir hissəsini gətirib yerində quraşdırması faktını əsas götürərək evin axırıncı tərəfindən yararlı vəziyyətə gətirdiyinə dair nəticəsi həqiqətə uyğun deyildir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş fotoşəkillərdən ekspertlər tərəfindən çəkilmiş şəkillərdən göründüyü kimi qarşılıqlı iddiaçı evin içində sökülməmiş, dağıdılmamış yer saxlamamışdır. Evin bütün otaqların qapıları çərçivə ilə birlikdə çıxarılmış, elektrik, su, hovuz, domofon və qaz sistemləri tamamilə dağıdılmış, parket və daş döşəmələr sökülmüş, hamam və tualetlərdə unitazadək çıxarılaraq aparılmış, divara quraşdırılmış mətb əx mebeli yerindən çıxarılaraq tam sökülmüş vəziyyətdə salmışdır. Məlum məsələdir ki, belə bir vəziyyətdə o, köçüb həmin evdə yaşaya bilməzdi. Məcburiyyət qarşısında qalaraq borc aldığı və valideynlərindən götürdüyü vəsait hesabına evin bütün otaqların qapıları çərçivə ilə birlikdə yerinə qoydurmuş, elektrik, su, və qaz sistemləri, sökülmüş parket və daş döşəmələri, hamam və tualetin aksesuarlarını bərpa etdirmiş, mətbəx mebelin bir neçə dolabını yerinə qoydurmuş, lakin qapıları yararsız hala düşdüyündən yerinə qoydurmaq mümkün olmadı, evin bütün divarlarını yenidən boyatdırmaqla evi yaşayışa yararlı vəziyyətə gətirdikdən sonra köçüb yaşamağa başlamışdır. Bütün bunlar iddiaçının şəxsi vəsaiti hesabına həyata keçirildiyi halda məhkəmə kollegiyasının guya qarşılıqlı iddiaçı tərəfindən evdən apardığı məişət əşya və avadanlıqları yenidən yerinə qoyulduğunu, evin əvvəlki vəziyyəti bərpa edildiyini, ilkin iddiada iddia edilən zərər aradan qaldırıldığını əsas götürməklə iddianın təmin edilməməsi haqda qətnamə tamamilə əsassız və qanunsuz hesab edilməlidir. Halbuki apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisə edilən evə yerində baxış keçirilərkən istinad edilmiş dəlillər öz əksini tapmaqla bərabər məhkəmə kollegiyasına qarşılıqlı iddiaçının evdən apardığı avadanlıqlardan 5 ədəd tevevizoru,1 ədəd böyük masanı, 6 ədəd mətbəx stulları, yumşaq mebelin bir kreslosunu, 2 ədəd təkərli kresloları, paltaryuyan maşın, mətbəx texnikası, (ətçəkən, maşın, mikser, meyvə suyu çəkən və sairə) yataq örtükləri, dəsmallar, qab-qacaq, qeneratorlar və sairə avadanlıqların evə qaytarmadığını bil dirsə də, qətnamənin qarşılıqlı iddiaçının xeyrinə həll edilməsində maraqlı olan hakim bütün bunlara əhəmiyyət və düzgün hüquqi qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı N və onun vəkili Nümayəndə kasasiyası şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh N oğlunun vəkili Namazova Günay Rüstəm qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh N oğlu işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş. Lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırma kimi qiymətləndirilməməlidir. İş üzrə kassator iddiaçı N tərəfindən kassasiya şikayətində qətnamənin ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın evə köçürülmə hissəsinin təmin edilməsi hissələri mübahisələndirildiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin hədlərinə uyğun olaraq qətnamənin qanuniliyini həmin hissələrdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, N ilə N 29 sentyabr 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan N və Nadlı iki uşaqları var. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş, Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi ləğv edilmişdir. Tərəflər birgə nikah dövründə xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, N kü çəsində yerləşən N saylı ev və onun yerləşdiyi 0,06 ha torpaq sahəsini əldə etmiş, evdə təmir işləri aparmış, lazımi avadanlıq və cihazlarla, məişət əşyaları ilə təchiz etmişlər. Həmin əmlak tam mülkiyyət hüququ əsasında N adına DƏDRX-də dövlət qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış nikah qeydi məhkəmə qaydasında ləğv edilərkən birgə nikah dövründə əldə edilmiş həmin yaşayış evində iddiaçının payı 3/5, cavabdehin payı isə 2/5 hissədə müəyyən edilmişdir. N ilk iddia tələbi ilə məhkəməyə müraciət edib, keçmiş həyat yoldaşı N tərəfindən özünə məxsus yaşayış evinin yararsız vəziyyətə gətirildiyini iddia edərək, evin yararsız vəziyyətə gətirildiyinə görə 12067 manat, evdə olan 26 adda daşınar əşyaların aparıldığına görə 58910 manat maddi ziyan tələb etmiş, N ilk iddia tələbini qis mən qəbul edərək, uzun müddət evli olduğu N ona xəyanəti nəticəsində öz vəsaiti hesabına əldə edilmiş evdən əşyaları apardığını etiraf etmiş, hətta buna haqqı çatdığını, ilk iddia ərizəsində sadalanan 26 adda əşyaların bir qisminin ümumiyyətlə mövcud olmadığını bildirmiş, apardığı əşyaları isə yerinə qoymağa da etiraz etməmişdir. N müraciəti və məhkəmə kollegiyasının təşəbbüsü ilə Abşeron rayonu, N küçəsində yerləşən N saylı evdən sonuncu tərəfindən aparılmış əşyaların bərpası üçün vaxt verilmişdir. Bundan sonra tərəflərin iştirakı ilə yaşayış evinə məhkəmə kollegiyası tərəfindən yerli baxış təyin edilmişdir. Yaşayış evində uşaqlara məxsus otaqlar və sanitar qovşaq istisna olmaqla evin yaşayış otaqlarından aparılmış əşyaların bərpa olunubolunmadığı dəqiqləşdirilmişdir. Həmin müddət ərzində 1 ədəd çilçıraq və 2 ədəd kombi qızdırıcısının bərpa edilmədiyi, bir qisim elektrik avadanlıqları və texnikasının mövcud olmuş otaqlarda olsa da, yerinə quraşdırılmadığı müəyyən edilmişdir. N qısa müddət ərzində həmin çatışmazlığı da, bərpa etməyə etiraz etməmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın rədd edilməsi nəticəsinə gəlmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yararsız hala salındığı iddia edilən əmlak tərəflərin birgə mülkiyyətindədir, məhkəmənin gedişində N tərəfindən Abşeron rayonu, N küçəsində yerləşən N saylı evdən aparılmış məişət əşyaları və avadanlıqları yenidən yerinə qoyulmuş, əvvəlki vəziyyət bərpa edilmişdir. Başqa sözlə, iddia edilən zərər aradan qaldırılmışdır. İlk iddia üzrə iddiaçı vurulmuş ziyanın tam aradan qaldırılmadığını iddia etsə də h əmin tələbin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi məhkəmə qərarlarına əsasən Abşeron rayonu, N küçəsi, ev N yerləşən ev və 0,06 ha torpaq sahəsinə dair N oğlunun və N paylarının müəyyən edildiyini nəzərə alaraq, birgə nikah dövründə əldə edilmiş evin 2/5 hissəsinin mülkiyyətçisi N həmin yaşayış evinə köçürülməsi hissəsində qarşılıqlı iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissələrində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitutsiyasında təsbit edilmiş qadın v ə kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mü bahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunduğu kimi məhkəmə qərarları ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri mübahisəli yaşayış evində payları müəyyən edilmişdir. Müəyyən edilmiş payların həcmindən asılı olmayaraq tərəflər həmin evin həmmülkiyyətçiləri hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş z ərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası hesab edir ki, yararsız hala salındığı iddia edilən əmlak tərəflərin birgə mülkiyyətində olduğundan və məhkəmənin gedişində N tərəfindən Abşeron rayonu, N küçəsində yerləşən N saylı evdən aparılmış məişət əşya və avadanlıqları yenidən yerinə qoyulduğundan iddia edilən zərər aradan qaldırılmışdır. Buna görə də, ilkin iddia tələbi düzgün olaraq təmin edilməmişdir. Kassasiya şikayətində iddiaçı evdən aparılan avadanlıqlardan 5 ədəd tevevizoru,1 ədəd böyük masanı, 6 ədəd mətbəx stulları, yumşaq mebelin bir kreslosunu, 2 ədəd təkərli kresloları, paltaryuyan maşın, mətbəx texnikası, (ətçəkən, maşın, mikser, meyvə suyu çəkən və sairə) yataq örtükləri, dəsmallar, qab-qacaq, generatorlar və sairə avadanlıqların evə qaytarılmadığını bildirsə də, iş materiallarından görünür ki, cavabdeh həmin əşyaların mövcudluğunu mübahisələndirmiş və belə əmlakların olmadığını bildirmişdir. Belə olan halda, həmin əmlakların mövcudluğu və cavabdeh tərəfindən aparılmasını sübut etmək yükü iddiaçının üzərinə düşsə də, o bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin evin yaşayışa yararlı vəziyyətə salınması üçün onun tərəfindən 11.216 manat vəsait xərclənməs i barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, han sının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Qarşılıqlı iddianın evə köçürülmə hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə paylı mülkiyyətçi X4 Salihin öz mülkiyyətində olan mübahisəli evə buraxılmamasınin bir mülkiyyətçi kimi onun öz mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırılmasına dair qənaətini əsaslı sayır və hesab edir ki, məhkəmə haqlı olaraq X4 Salihin paylı mülkiyyətçisi olduğu mənzilə köçürülməli olmasına dair nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətna məsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı N kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(105)923/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar