Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5539/2018 20.09.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 20 sentyabr2018-ciil Bakışəhəri İş№ 2(102)-5539/2018 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, Cavabdehin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2526/2018 saylı 23 fevral 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Sadıqov, iş № 2( 007)-5216/2017) iddiaçının "xxxx" ASCnin Cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, “Nağd kredit müqaviləsindən” irəli gələn öhdəliyin icrası ilə bağlı 4.997,02 ABŞ dolları məbləğində əsas kredit borcu, 840,94 ABŞ dolları məbləğində faiz borcu, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbənin) azaldılması və azaldılmış cərimənin məbləğini təşkil edən 50 ABŞ dolları, cəmi isə 5.887,96 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün müəyyən olunacaq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manatın cavabdehdən tutularaq Banka, dövlət rüsumunun kəsirini təşk il edən 10 manat məbləğində pulun isə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və əsas borcun məbləğinin azaldılması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və H.Ü.Həmidov, iş № 2(103)-2526/2018) Cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. İşin halları: Bank, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə Nizami R ayon Məhkəməsinə müraciət edərək, onun ilə borclu Cavabdeh arasında 08.06.2015-ci il tarixdə bağlanmış “Nağd kredit müqaviləsi” üzrə borclunun Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.997,02 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 840,94 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 165,95 ABŞ dolları, cəmi 6.003,91 ABŞ dolları (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun Cavabdehdən tutularaq Banka ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilm əsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bank ilə borclu Cavabdeh arasında 08.06.2015-ci il tarixdə bağlanmış “Nağd kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 26% dərəcəsi ilə, 48 ay müddətinə 5.420 ABŞ dolları məbləğində kredit verilmişdır. Borclu Cavabdehin həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə, onun Banka 4.997,02 ABŞ dolları məbləğində əsas və 840,94 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə, “Nağd kredit müqaviləsinin” şərtlərinə əsasən 165,95 ABŞ dolları məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Bank, tərəfindən borclu C avabdeh dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu, borcu ödəməmiş, Bank da, bu səbəbdən “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmək və bu zaman 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Rayon Məhkəməsi 17.08.2017-ci il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh həmin məhkəmə əmrinin çıxarılması üçün əsas olmuş tələbə qarşı etiraz vermişdir. Rayon Məhkəməsi 21.09.2017-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasi ya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessualhüquqnormaları nınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Konstitusiyanın 19, 26, 60, Mülki Məcəllənin 421, 422, 425, 439, 445, 449-cu maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılm alarınabaxmayaraqtərəflər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclas ınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hü quq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, Bank ilə cavabdeh arasında 08.06.2015-ci il tarixdə bağlanmış “Nağd kredit m üqaviləsinə” əsasən, Bank tərəfindən cavabdehə, kreditdən istifadəyə görə illik 26 faiz dərəcəsi ilə 48 ay müddətinə 5.420 ABŞ dolları məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi” əsasında kreditin (hissə-hissə) və kreditdən istifadəyə görə faizlərin Banka qaytarılması üçün “Ödəmə cədvəli” tərtib edilmiş və cədvəl iş üzrə tərəflərin imzası ilə təsdiq olunmuşdur. Cavabdeh, müqavilə üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, müqavilənin şərtinə uyğun olaraq krediti aybaay hissə-hissə Banka ödəməlidir. Lakin, o, müqavilə şərtlərinə riayət etməmiş və dövri olaraq ödəmələri gecikdirmişdir. “Nağd kredit müqaviləsinin” bağlanmasından ötən müddət ərzində cavabdeh “Nağd kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdr. Bankın Rayon Məhkəməsinə təqdim etdiyi maliyyə arayışına görə, cavabdehin Banka 4.997,02 ABŞ dolları məbləğində əsas kredit borcu və 840,94 ABŞ dolları məbləğində faiz borcu mövcuddur. Göründüyü kimi, borcalan olan cavabdehin “Nağd kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi aşkardır və mövcuddur. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqavi ləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla ic ra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqav ilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsü z surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1, 467-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, işdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna gör ə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehi n kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2526/2018 saylı 23 fevral 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin Qoldman hakimi Tatyana
Məhkəmə qərarları › İş №2(102)-5539/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5539/2018
20.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver