Məhkəmə qərarları › İş №2(102)-5542/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5542/2019

24.09.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5542/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, vəkil X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov, iş № 2(067)-xx/19) İddiaçı1 Cavabdeh1 qarşı “alimentin miqdarının artırılm ası” tələbiə dair iddiası qismən təmin edilərək, xx xxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh1 İddiaçı1 xeyrinə hər ay 110 manat məbləğində sabit məbləğdə alimentin alınaraq İddiaçı1 verilməsi və Cavabdeh1 20 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsunə keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev-sədrlik edən və məruzəçi, G.Tağızadə və E.Rəhimov, iş № 2(105)-xx/19) İddiaçı1 apellyasiyaşikayətitəminedilərək Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2019-cu il qətnaməsiqismən – «xx xxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh1 İddiaçı1 xeyrinə hər ay 110 manat məbləğində sabit aliment alınaraq İddiaçı1 verilsin» hissəsindələğvedilmiş, İddiaçı1 Cavabdeh1 qarşı alimentin miqdarının artırılması tələbitəminedilmiş,xx xxx2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh1 İddiaçı1 xeyrinə hər ay 154 manat sabit pulməbləğində alimentin alınaraq İddiaçı1 verilməsi qət edilmiş, qətnamə – “Cavabdeh1 20 manat məbləğində dövlət rüsumununtutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsunə keçirilsin” hissəsindədəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 xx xxx 2010-cu il təvəllüdlü X1 üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 154 manat alimentin tutularaq ona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili H.Məlikov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan mə hkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil H.Məlikovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzər ə alır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(067)-801/2013 saylı qətnaməsi iləCavabdeh1 xx xxx 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və sabit məbləğdə hə ray 30 manat aliment tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. «xxxx» MMC-nin X8 filialının xx xxx2019-cu il tarixli, 01 saylı arayışından müəyyən olunur ki, Cavabdeh1 X8 filialınınin kassasiya sektorunda inkassator vəzifəsində çalışır və aylıq əmək haqqı 179,30 manat təşkiledir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(067)-801/2013 saylı qətnamə si ilə ondan xx xxx 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bi rhissəsi miqdarında və sabit məbləğdə hər ay 30 manat aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən hər ay iddiaçıya 70 manat məbləğində aliment ödəyir. X5 Poçt filialınıın inkassasiya sektorunda inkassato rvəzifəsində çalışır və 179,30 manat əmək haqqı alır. Əlavə olaraq əlilliyə görə 95 manat təqaüd alır ki, o da özünün müalicəsi üçündür. Ona görə də, bir uşağın saxlanması üçün 100 manat məbləğində aliment ödəməyə etiraz etmir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsin in İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının t əmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlərar asında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm-dəyişən olarsa, yada qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edil əbilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası AiləMəcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsibarədəsazişolmadıqdaməhkəmətərəfindənalimentinmiqdarımüəyyənedildikdən sonratərəflərdənbirininailəvəyamaddivəziyyətindədəyişiklikolmuşsa, məhkəmətərəflərdənistənilənbirinintələbiiləalimentinmüəyyənolunmuşmiqdarınıdəyişəbilər vəyaalimentödəməliolanşəxsitərəflərindiqqətəlayiqbaşqamaraqlarınıdanəzərəalmaqlaalim entödəməkdənazaded əbilər. «AzərbaycanRespublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-cii ltarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azadetmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vaci bhüquqi vəzifələridir. Azərbaycan Res publikası KonstitusiyaMəhkəməsiPlenumunun “Azərbaycan RespublikasıAilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2016-cıiltarixliQərarındangörünürki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyiilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Qeyd olunan 110 manat məbləğində aliment miqdarıistehlak bazarında mövcud olan real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatlarının ödənilməsiüçün kifayət deyildir və «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarıiləuyğundeyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edib, alimentin miqdarını 110 manat məbləğində müəyyən edərkən yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması hallarını nəzər əalmamışdır. AzərbaycanRespublikasıMPM-nin 385.1.1-cimaddəsinəəsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunmasıüçün əsasdır. HəminMəcəllənin 386-cımaddəsinəəsasənmaddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin qismən apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «xx xxx2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh1 İddiaçı1 xeyrinə hər ay 110 manat məbləğində sabit aliment alınaraq İddiaçı1 verilsin» hissəsindələğvedilib, İddiaçı1 Cavabdeh1 qarşı alimentin miqdarının artırılması tələbitəminedilməli, xx xxx2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh1 İddiaçı1 xeyrinə hər ay 154 manat sabit pulməbləğində aliment alınaraq İddiaçı1 verilməlivəqətnamə – “Cavabdeh1 20 manat məbləğində dövlət rüsumututularaq Azərbaycan Respublikasının Dövlə t büdcəsunə keçirilsin” hissəsindədəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə idd iaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əmə l etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(105)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar