Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5548/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “X3” MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: reqress qaydasında pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “X3” MMC-nin Cavabdeh qarşı “reqress qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3134/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları 1. “X3” MMC (bundan sonradan “iddiaçı” və ya “Klinika”) ilə Cavabdeh (bundan sonradan “cavabdeh”) arasında xx.xx.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsi sistemə xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş, 158/k №-li, xx.xx.2018-ci il tarixli əmrlə cavabdehin əmək müqaviləsinə xitam verimlşdir.
2. Əmək funksiyasını yerinə yetirərkən həkim Cavabdeh tibbi yardıma ehtiyacı olan X2 xx.xx.2017-ci il tarixdə sol gözündə, xx.xx.2018-ci il tarixdə isə sağ gözündə əməliyyatlar aparmış, əməliyyat uğursuz olmuş, fəsadlarla nəticələnmişdir.
3. Bakı Apelllyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 xeyrinə pul tutulmuş, qətnamənin icrası qaydasında iddiaçı tərəfindən X4 ümumilikdə 38607,60 manat ödəniş aparı lmışdır.
4. Mübahisə reqress qaydasında pulun cavabdehdən tələb edilməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, reqress qaydada 38607,60 manat maddi ziyanın və ödənilmiş 30 manat rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh əmək funksiyasını yerinə yetirərkən X2 xx.xx.2017-ci il tarixdə sol gözündə, xx.xx.2018-ci il tarixdə isə sağ gözündə əməliyyatlar aparmış, əməliyyat tibbi norma və standartlara uyğun olmamışdır. Nəticədə xəstənin gözlərinin görmə qabilliyəti zəifləmişdir. Bakı Apelllyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 xeyrinə müəyyən məb ləğ tutulmuş, qətnamə Ali Məhkəmədə dəyişdirilməmədn saxlanmışdır. Qətnamənin icrası qaydasında iddiaçı tərəfindən 36081,87 manat və 2525,73 manat olmaqla, cəmi 38607,60 manat ödəniş aparılıb.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1114.1-ci maddəsinə istinad etmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
9. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən reqres qaydada 36081,87 manatın alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Tahirə Əsədova)
10. Birinci instansiya məhkəməsi işdəki məhkəmə aktları ilə müəyyən edilmiş hallara istinadən qeyd etmişdir ki, X6 2017-ci ilin noyabr ayında sol gözündə yaranmış narahatçılıqla əlaqədar Klinikada işləyən cavabdehə müraciət etmiş, aparılmış müayinə nəticəsində cərrahi əməliyyat təklif olunmuş, N.Cəfərli həkim məsləhətinə inanaraq buna razılıq vermiş və onların arasında tibbi yardıma dair müqavilə bağlanmışdır. X2 xx.xx.2017-ci il tarixdə sol gözündə, xx.xx.2018-ci il tarixdə isə sağ gözündə cavabdeh tərəfindən əməliyyat aparılmış, bir neçə günlük yaxşılaşma olsa da, yenidən görmə qabiliyyətində problem yaranmışdır. N.Cəfərli təkrar Türkiyə Respublikasına getmiş, lakin əməliyyatın uğurlu olmasına dair yalnız Almaniya Federativ Respublikasında olan xəstəxana təminat vermişdir.
11. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, Klinika qətnamənin icrası qaydasında X4 36081,87 manat ödəniş etmişdir. Eyni zamanda Nərimanov rayon icra şöbəs inin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla icra sənədinin 10 gün müddətində icrası təmin olunmadığı üçün qətnamə ilə tutulan məbləğin 7 faizi məbləğində icra ödənişi tutulmuş və həmin 2525,73 manat inkasso sərəncamı əsasında Klinikadan tutulmuşdur. İcra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verimşdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Klinika öz işçisi olan cavabdehin törətdiyi delikt üçün zərərin əvəzini ödədiyindən Klinikanın cavadehə qarşı reqress hüququ yaranmışdır. Buna görə də Klinika tərəfindən X4 ödənilmiş 36081,87 manat pul cavabdehdən reqress qaydada Klinikanın xeyrinə tutulmalıdır.
13. Birinci instansiya məhkəməsi iddianın qalan hissəsi ilə bağlı hesab etmişdir ki, icra şöbəsinə ödənilmiş 2 525,73 manata görə cavabdeh iddiaçı qarşısında hər hansı bir məsuliyyət daşımır. Belə ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməni könüllü icra müddətində ödəmək vəzifəsi Kilinakının üzərinə düşürdü.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1099.1, 1114.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh məhkəməyə ərizə göndərərək məhkəmədə iştirak edə bilməyəcəyini və işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə isə öz qətnaməsində əsassız olaraq qeyd edib ki, işə baxılma müddəti yol v ermədiyindən məhkəmənin işə cavabdehin iştirakı olmadan baxması mümkündür: - bundan əlavə, birinci instansiyası məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmadığından qətnamə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Bu cür qanunsuz və əsassız qətnamənin qəbul edilməsi cavabdehin hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmaqdadır. Hazırki iddia tələbindən əvvəl Klinika ilə digər işdə iddiaçı qismində çıxış edən X6 cavabdehə qarşı birgə məqsədə çatmaq üçün əlbir olmuşlar. Belə ki, həmin iddia tələbi üzrə Klinika ilə X6 əlbir olub ondan tələb olunan pul məbləğinin alınaraq xeyirlərinə ödənilməsinə çalışıblar; - cavabdehə qarşı əvvəlcədən qərəzli şəkildə əlbir olmaqlarına sübut kimi Klinikanın digər məhkəmə işində heç bir müqavimət göstərməməsini, iddia tələbini qəbul etm əsini göstərmək olar. Həmin işdə cavabdehin təqsirli olmağı birbaşa sübuta yetirilmədiyi halda Klinikanın əsassız olaraq iddia tələbini qəbul etməsi səbəbindən X6 tərəfindən irəli sürülən iddia təmin olunmuş, iddianın təmin olunmasına səbəb isə cavabdehlərdən birinin iddianı qəbul etməsi olmuşdur; - qeyd edilməlidir ki, əvvəlki işlə bağlı irəli sürülən sübutlardan biri kimi ekspertin fəsadın bir neçə səbəbdən baş verə biləcəyi ilə bağlı rəyi olmuşdur. Məhkəmə tərəfindən iş üzrə sübutlara hüquqi qiymət verilərkən ekspert rəyinə ötəri yanaşılmış və cavabdehdən pul qopartmaq məqsədi güdən Klinikanın iddianı qəbul etməsi əsas götürülmüşdür. Bu səbəbdən Klinikadan pul tutulmuşdur. Göründüyü kimi onların bu niyyətlərini Kilinikanın hazırda cavabdehdən reqress qaydada pul tələb etməsi bir daha sü buta yetirir. Bu pulu aralarında bölmək üçün Klinika ilə X6 cavabdehə qarşı oyun qurmuşlar; - cavabdehin isə təqsirli olmağı birmənalı şəkildə sübuta yetirilmir. X6 bildirir ki, X7 adına Milli Oftalmologiya Mərkəzində onun gözlərinin əməliyyatdan öncə 0.8 və 0.9 olmasını sübut edən müayinə həyata keçirilib. Həmin müayinə nəticələrinə nəzər yetirdikdə məlum olur ki, müayinənin aparılma tarixinin müəyyənləşdirilməsi qeyrimümkündür. Müayinə tarixinin müəyyən olunmaması öz növbəsində X2 məqsədinin cavabdehin işgüzar nüfuzuna xələl gətirmək, ondan pul almaq olduğunu ortaya qoyur; - cavabdeh xəstəyə əlavə olaraq əməliyyatdan sonra nə cür davranmasının gərək olması, yəni əməliyyat müddətində əyilmək, qəflətən başını qaldırmaq, böyrü və ya üzü üstə yatmaq kimi hərəkətlərdən çəkinməsini, göz damcıl arını vaxtı-vaxtında tökməsini və sairə kimi təlimatları bildirmişdir. Təəssüf ki, cavabdehin bir həkim kimi xəstənin ambulator şəraitinə nəzarət etmə imkanı yoxdur. Belə olan halda isə bütün məsuliyyət xəstənin üzərinə düşür. Görünür, xəstə X6 da öz məsuliyyətsizliyi ucbatından baş verən qüsurları cavabdehin üzərinə yıxmışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3134/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehdən reqres qaydada 36081,87 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov)
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə məlumat lazımi qaydada verilsə də, cavabdehin nümayəndəsi üzrlü səbəbdən iştirak edə bilməmişdir, buna baxmayaraq, çəkişmə prinsipi pozularaq onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsi qərara alınmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsi sistemə xx.xx.2014-cü il tarixdə daxil edilmiş, 158/k №-li, xx.xx.2018-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam v erilmişdir. X6 2017-ci ilin noyabr aynıda sol gözündə yaranmış narahatçılıqla əlaqədar Klinikada işləyən cavabdehə müraciət etmiş, aparılmış müayinə nəticəsində N.Cəfərliyə cərrahi əməliyyat təklif olunmuş, o, buna razılıq vermiş və onların arasında tibbi yardıma dair müqavilə bağlanmışdır. X2 xx.xx.2017-ci il tarixdə sol gözündə, xx.xx.2018-ci il tarixdə isə sağ gözündə cavabdeh tərəfindən əməliyyat aparılmış, bir neçə günlük yaxşılaşma olsa da, yenidən görmə qabiliyyətində problem yaranmışdır. N.Cəfərli təkrar Türkiyə Respublikasına getmiş, lakin əməliyyatın uğurlu olmasına dair yalnız Almaniya Federativ Respublikasında olan xəstəxana təminat vermişdir. Bundan sonra tərəflər arasında məhkəmə çəkişməsi yaranmış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13473/19 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamə ilə X1 xeyrinə təyyarə biletinə xərclənən 255,96 manat, gözün əməliyyatına xərclənmiş 3200 manat, mənəvi zərərə görə 5000 manat, Türkiyədə müayinəyə görə xərclənən 403,32 tl, gələcəkdə gözlərinin əməmliyyatına xərclənəcək 16200 ABŞ dolları tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Klinika qətnamənin icrası qaydasında X4 36081,87 manat ödəniş etmişdir. Eyni zamanda Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla icra sənədinin 10 gün müddətində icrası təmin olunmadığı üçün qətnamə ilə tutulan məbləğin 7 faizi məbləğində icra ödənişi tutulmuş və həmin 2525,73 manat inkasso sərəncamı əsasında Klikinkadan tutulmuşdur. İcra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən cavabdehin törətdiyi delikt üçün zərərin əvəzi iddiaçı tərəfindən ödənildiyindən sonuncunun hazırki cavabdehə qarşı reqress hüququ yaranmışdır. Buna görə də iddiaçı tərəfindən Nazim Cəfərliyə ödənilmiş delikt əvəzinə ödənilmiş 36081,87 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. İddiaçının digər tələbi üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı könüllü icra müddətində icra sənədi üzrə ödəməli olduğu məbləği (36081,87 manat) ödəmədiyindən, ondan əlavə olaraq 7 faiz məbləğində məcburi icra ödənişi tutulmuşdur. Bu səbəbdən də icra şöbəsinə ödənilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutula bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv edilməsinin və iddia tələbinin rədd edilməsinin əsasları kimi qeyd etdiyi dəlillərə münasibətdə mövqeyi belə olub ki, bu dəlillər formal xarakter daşıyır, sübutlara əsaslanmır və cavabdehin şəxsi mülahizələrindən ibarətdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2 və 1096.1, 1096.2, 1099.1, 1114.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri: - Klinikanın cavabdehə qarşı reqress iddia tələbi o zaman yarana bilərdi ki, əvvəlki iş üzrə Klinika cavabdeh olaraq yüksək cəhdlə öz arqumentasiyasını irəli sürdüyünü nümayiş etdirmiş olsun. Lakin bu hal baş vermədiyindən iddiaçının iddia tələbi tamamilə əsassızdır; - eyni zamanda, işin hallarından da məlum olduğu kimi cavabdehin əməlində başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirlilik və hüquqa zidlik əlaməti mövcud deyildir. Məhkəmə işin hallarına hüquqi qiymət verərkən bu hallara diqqət yetirməyərək işə ötəri yanaşmış və yekun qətnamə tam əsassız və qeyriqanuni olmuşdur; - Klinika ilə X6 cavabdehə qarşı oyun qurmuşlar. Cavabdehin isə təqsirli olmağı birmənalı şəkildə sübuta yetirilmir; - məhkəmə prosesində kobud prosessual pozuntulara yol verilmiş, cavabdehin prosesdə iştirakı t əmin edilməmiş və onun iştirakı olmadan işə baxılaraq iş üzrə yekun qətnamə qəbul edilmişdir və bununla da, cavabdehin hüquq və qanunla qorunan mənafeləri də daxil olmaqla çəkişmə prosesi kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz vermişdir. Etirazın dəlilləri ondan ibarətdir ki, N.Cəfərlinin iddiası üzrə cavabdehin vəkili ilə yanaşı Klinika da bütün məhkəmə proseslərində iştirak etmiş, vəsatətlər vermiş, sübutların tədqiqində iştirak etmişdir. Buna görə də cavabdehdən pul almaq məqsədilə Klinikanın N.Cəfərli ilə əlbir olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Klinikaya vurulmuş zərər cavabdehin pasiyent N.Cəfərov üzərində cərrahi əməliyyatı tibbi norma və standartları pozması nəticəsində yaranıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran t əqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadın ın ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir
28. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən iddiaçı şikayət verməyib və apellyasiya baxışının predmeti cavabdehin şikayəti üzrə iddianın təmin edilən hissəsi olub. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verməklə iddia tələbi üzrə qanuni nəticəyə gəlmişdir.
32. İddia tələbi reqress qaydada cavabdehdən pul tutulması barədədir. İşin müəyyən edilən hallarına görə də iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, cavabdeh əmək münasibətlərində olduğu vaxt pasiyent X2 xx.xx.2017-ci il tarix də sol gözündə, xx.xx.2018-ci il tarixdə isə sağ gözündə əməliyyat aparmış, pasiyentdə bir neçə günlük yaxşılaşma olsa da, yenidən görmə qabiliyyətində problem yaranmış, nəticədə pasiyentə zərər dəymiş, həmin zərəri iddiaçı işəgötürən olaraq ödəmişdir. İşin bu halları və zərərin məbləği həm də qanuni qüvvəyə məhkəmə aktları ilə təsdiq edilib.
33. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hazırki qərarın 19-20 və 22-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
34. Nəzərə alınsa ki, Mülki Məcəllənin 1114.1-ci maddəsinə görə əmək vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarın da geriyə tələb (reqres) hüququ vardır, belə olan halda gəlinən nəticə işin hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən işə cavabdehin iştirakı olmadan baxılması barədə kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, işdən görünür ki, cavabdehə apellyasiya instansiyası məhkəməsində iclasın vaxtı və yeri barədə “sms” bildiriş cavabdehin mobil telefon nömrəsinə göndərilmiş, cavabdeh həmin bildirişi almış, lakin məhkəmə iclasında iştirak etməmiş və qabaqcadan da apellyasiya məhkəməsinə bu barədə məlumat verməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə s übutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-c maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
36. Cavabdehin zərər vurulmasında təqsirli olmağı barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, işin bu halı hazırki məhkəmə baxışının predmeti deyil. Həm də pasiyentə zərər vurulması və zərərin məbləği tərəflərin də iştirak etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq təsdiq edilib.
37. Eləcə də Klinikanın pasiyentlə birgə cavabdehə qarşı oyun qurması barədə kassasiya şikayətinin dəlili də hazırki məhk əmə baxışının predmetinə aid olmayan dəlildir.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3134/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.