Məhkəmə qərarları › İş №2(102)-555/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-555/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-555/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-555/21 (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, zaminlik müqaviləsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödə nilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1538/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh xxx kassasiya şikayətinə 15 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” QSC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdeh Cavabdeh1 120 ay müddətinə 150000 (yüz əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. “xxxx” QSC ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən, sonuncuya 24 ay müddətinə aylıq 2,1667 faizlə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. 3. “xxxx” QSC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında da xx.xx.2014cü i l tarixində zaminlik müqavilələri bağlanıb. a) Birinci instansiya məhkəməsində icraat 4. “xxxx” QSC ərizə ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada bankın xeyrinə 28350,71 ABŞ dolları əsas, 5405,36 ABŞ dolları faiz, 6429,91 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 40185,98 ABŞ dolları (qırx min yüz səksən beş ABŞ dolları 98 sent) ABŞ dolları məbləğində borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, öhdəliyini icra etməkdən boyun qaçırır.

6. Cavabdeh1 kredit borcundan yalnız 1679,29 ABŞ dolları ödəniş etmiş, daha sonra kredit razılaşmasının şərtlərini pozmuş, ödəməli olduğu məbləği banka qaytarmamışdır.

7. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi bank qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər.

8. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 445.2.1, 448.1, 465.2,472.1, 472.1 və 501-ci maddələrinə istinad etmişdir.

9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-3449/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 25L000002620 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 25R000003753 saylı razılaşma üzrə 28350,71 ABŞ dolları kredit borcu, 5405,36 ABŞ dolları faiz borcu, 29,91 ABŞ dolları cərimə olmaqla, cəmi 33785,98 (ot uz üç min yeddi yüz səksən beş ABŞ dolları, 98 sent) ABŞ dollarının ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Cavid Tağızadə)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit xətti müqaviləsi, xətt müqaviləsi çərçivəsində kredit razılaşması bağlanıb, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh3lə də zaminlik müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərin bir qismini icra edib, qalan öhdəliyini icra etməmişdir.

11. Məhkəmə h esab etmişdir ki, borclu Cavabdeh1lə yanaşı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 də zamin olaraq bank qarşısında birgə borcludurlar və bankın cavabdehlərin hər birindən borcun ödənilməsini tələb etmək hüququ vardır.

12. Dəbbə pulunu isə birinci instansiya məhkəməsi tənasübsüz surətdə yüksək hesablanması əsası ilə azaltmışdır.

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 467, 470.1, 472.2, 739.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh xxxxqətnamədən apelyasiya şikayəti verib.

15. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsində işə baxılarkən iştirakı təmin edilməyib.

16. Borclu özü borcun ödənilməsinə cəlb edilməlidir. Zamin kimi borclunun pulunu ödəmək məcburiyyətində deyil.

17. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1538/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-3449/2016 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəfiqə Əliyeva (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov

18. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, həmçinin Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında iştirakının təmin edilməməsini bildirsə də, iş materiallarındakı sənədlərlə (teleqram, poçt qəbzləri, xəbərnamələr) cavabdehin bu dəlili təkzib olunur. Əksinə, göstər ilən sənədlərə əsasən cavabdehlərin özlərinin heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmələri təsdiq edilir.

19. Apellyasiya instansiyası cavabdehin hazırki öhdəlik üzrə zamin kimi borcu ödəmək məcburiyyətində olmaması dəlilini də əsassız hesab edib və bununla bağlı mövqeyini belə əsaslandırıb ki, Cavabdeh2 özü Cavabdeh1 xx.xx.2014-cü il tarixli 25L000002620 №-li kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında zamin kimi məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh X1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyas iya baxışına qaytarılmasını xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılıb ki, bank cavabdehlərlə müqaviləni manatla bağlasa da kredit dollarla hesablanmış və ödənilən kredit borcunun bir hissəsi də dollarla ödənilmişdir.

22. Cavabdehlərin kreditin dollarla olduğunun xəbərləri olmamışdır.

23. Cavabdehin ödədiyi kredit borcu faizlə çıxılmışdır, qeyd olunan səbəblərdən tələbin cavabdeh tərəfindən tam ödənilməsi mümkünsüz həddə çatdırılmışdır.

24. Müqavilənin cavabdehləri aldadılmış şəkildə bağlanması müqavilənin bağlandığı andan etibarsız sayılması deməkdir.

25. Qeyd edilən nöqsanların bir neçəsi apellyasiya instansiyası tərəfindən qiymətləndirilsə də, tam aradan qaldırılmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olm amışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 477.0. 1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda ola n eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüq uqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci məhkəməsinin qətnaməsi yalnız cavabdeh (zamin) Cavabdeh2 tərəfindən mübahisələndirilib, apellyasiya instansiyası məhkəməsi də qətnaməni Cavabdeh2 şikayətinə münasibətdə yoxl ayıb. Hazırda Cavabdeh2 apellyasiya instansiyasının qətnaməsinin tam ləğvini xahiş etsə də, kollegiya qətnaməni yalnız apellyasiya məhkəməsinin baxdığı həddə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki iddianı Cavabdeh2 qarşı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

31. Belə ki, Cavabdeh2 apellyasiya şikayətində məhkəmədə iştirakının təmin edilməməsi ilə yanaşı, onun zamin kimi borcu ödəmək öhdəliyinin olmamasını da dəlil kimi irəli sürmüşdür.

32. Apellyasiya məhkəməsi cavabdehin məhkəmədə iştirakının təmin edilməməsi barədə dəlilinə əsaslı şəkildə qiymət versə də, zamin kimi borcu ödəmək öhdəliyinin olmaması barədə dəlilə lazımi qay dada qiymət verməmiş, həmin dəlilə münasibətdə yalnız cavabdehin zamin kimi öhdəlik daşıması barədə müqavilə olmasına istinad etmişdir. Halbuki cavabdehin zamin kimi borcu ödəmək öhdəliyinin olub-olmamasına məhz elə müqavilə baxımından araşdırılıb qiymət verilməsi iddianın Cavabdeh2 qarşı obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.

34. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda hüquqi mövqeyi və gəldiy i nəticə belə olmuşdur ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.

35. Hazırki işdə isə iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində apellyasiya məhkəməsi borclu Cavabdeh1lə bağlanmış kredit xətti müqaviləsində və Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsində faiz dərəcəsinin müəyyən edilib-edilməməsini, sonradan Cavabdeh1lə bağlanmış kredit razılaşması üzrə zamin kimi Cavabdeh2 razılığının alınıb-alınmamasını, bu məqsədlə onunla əlavə zaminlik müqaviləsinin bağlanıb-bağlanmamasını araşdırmamış, başqa sözlə, O.Babayevin zaminlik müqaviləsinə Mülki Məcəllənin 477.0.1-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında əks olunan hüquqi mövqe baxımından qiymət verməmişdir.

36. Buna görə də məhkəmə kollegiyası Cavabdeh2 qarşı hissədə tətbiq edilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətb iq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxkassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1538/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi iddianın cavabdeh xxx qarşı təmin edilən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar