Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5552/2018 20.09.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 20 sentyabr 2018-ciil İş№ 2(102)-5552/2018 Bakışəhəri AzərbaycanRespublikasıAliMəhkəməsininMülkiKollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, Cavabdehin Naxçıvan Muxtar Respublikası Ali MəhkəməsininMülki Kollegiyasının 2(108)-34/2018 saylı18 aprel 2018ciiltarixliqətnaməsindənverdiyikassasiyaşikayətiüzrəişəbaxaraq MÜƏY YƏN ETDİ: Culfa RayonMəhkəməsinin06 dekabr 2017ciiltarixliqətnaməsiilə(hakimM.F.Məmmədov, iş № 2(089)-226/2017) İddiaçının Cavabdehə qarşı borcun qaytarılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməklə, Cavabdehdən 5000 manat məbləğində borc, 750 manat faiz, mənəvi zərərin əvəzi olan 500 manat, ümumilikdə 6250 manat pulun alınaraq İddiaçıya verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə müraciət edərək Culfa Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2(089)-226/2017 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim F.M.Abbasov, hakimlər F.R.Məmmədov və P.V.Həsənov, iş № 2(108)-34/2018) Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Culfa Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2(089)-226/2017 nömrəli qətnaməsi qismən- cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olan 500 manatın alınması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, Cavabdehdən ümumilikdə 5750 (beş min yeddi yüz əlli) manatın alınaraq İddiaçıya verilməsi, dövlət rüsumu kimi ödənilmiş 16,05 manatın (on altı manat beş qəpik) Cavabdehdən alınaraq İddiaçıya verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. İşinhalları: İddiaçı 16 avqust 2017-ci il tarixli iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 5000 (beş min) manat məbləğində əsas borcun, 750 (yeddi yüz əlli) ma nat məbləğində ödənişin gecikdirilməsinə görə faizin, 5000 (beş min) mənəvi ziyanın, ümumilikdə 10.750 (on min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X3 kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-34/2018 saylı 18 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərarqəbulolunmasınıxahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəh əmiyyətlihallara qiymətverilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 449.3-cü maddələrinin tətbiqində səhvə yol vermiş, 375.2-ci maddəsinin tələblərinə riayət etməmiş, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbayca n Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edə rək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qismən qanunsuz olmaqla aşağıdakı əsaslara görə qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdehdən İddiaçının xeyrinə 750 manat məbləğində faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər Mülki Məcəllənin 449.1–ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu n Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq, (Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Beləliklə qanunvericiliyin və Konstitusiya Məhkəməsinin öz qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq kreditor onun pulunun qanunsuz olaraq borclu tərəfindən saxlanılması nəticəsində borc vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu sübut edə bildikdə vurulmuş həmin zərəri Mülki Məcəllənin 21.2 və 449.3-cü maddələrinə əsasən borcludan tələb edə bilər. Lakin iş materiallarından görünür ki, iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir, məhkəmə isə hansı səbəbdən belə bir hüquqi nəticəyə gəlməsini qətnamədə əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, nə qədər ki iş materialları ilə cavabdehin iddiaçı ilə aralarında bağlamış olduqları 16 avqust 2014-cü il tarixli borc müqaviləsi nin tələblərinin pozulduğu, özgəsinin, yəni, iddiaçının pul vəsaitinin ödənilməsini gecikdirdiyi öz təsdiqini tapır, Mülki Məcəllənin 449-cu maddəsi tətbiq olunmaqla gecikdirilmiş müddət üçün faiz hesablanması qanunidir. Lakin Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunmuş qərarında verdiyi şərhdən aydın görünür ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq kreditor onun pulunun qanunsuz olaraq borclu tərəfindən saxlanılması nəticəsində borc vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu sübut edə bildikdə vurulmuş həmin zərəri Mülki Məcəllənin 21.2 və 449.3-cü maddələrinə əsasən borcludan tələb edə bilər. Həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 16 avqust 2014-cü il tarixli borc müqaviləsinin 1.2-ci bəndində borc məbləğinin faizsiz verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində maddi hüquq normasını düzgün tətbiq etməmiş, Konstitusiya Məhkəməsinin verdiyi şərhi nəzərə almamış və faiz borcunun tutulması hissəsində yalnış nəticəyə gəlmişdir. Bununla belə məhkəmə kollegiyası əsas borcun tutulması hissəsində iddianı əsaslı hesab edir və belə qənaətə gəlir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, tərəflər arasında 16 avqust 2014-cü il tarixdə borc müqaviləsi imzalanmış, iddiaçı 16 avqust 2016-cı il tarixədək qaytarmaq şərti ilə cavabdehə 5000 manat borc pul ve rmiş, lakin cavabdeh öz öhdəliyini icra etməmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə mü əyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2-ci maddələri). Mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «İ nsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları qismən əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdehdən İddiaçının xeyrinə 750 manat faiz borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə yeni qərar qəbul olunaraq iddia tələbi rədd olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.4, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)34/2018 saylı 18 aprel 2018-ci il tarixli qətnaməsi qismən-Cavabdehdən İddiaçının xeyrinə 750 manat faiz borcunun tutulması hissəsində ləğ v edilsin və həmin hissədə yeni qərar qəbul olunaraq iddia tələbi rədd olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-5552/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5552/2018
20.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver