Məhkəmə qərarları › İş №2(102)-5553/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5553/2019

08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5553/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 avqust 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Qax rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi (hakim M.Qarayev; 2(024)-1142/2017 saylı mülki iş üzrə) ilə iddia təmin edilərək, ca vabdeh Cavabdeh 6000(altı min) manat məbləğində borc pul və iddiaçının dövlət rüsumu olaraq ödədiyi 30(otuz) manat, cəmi 6030(altı min otuz) manat pul alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Qax Rayon Məhkəməsinin (hakimi Malik Qarayev) 15 may 2018-ci il tarixli, 2(024)1142/2017 nömrəli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə Qax Rayon Məhkəməsinin 20.12.2017-ci il tarixli 2(024)-1142/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə geri qaytarılması qərarar alınmışdır. Cavabdeh Musayev X2 Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(024)1142/2017 saylı qərardadın narazı qalaraq şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 11 iyul 2018-cı il tarixli qərardadı ilə (hakimlər; Ə.M əcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-1813/2018 saylı mülki iş) cavabdeh ƏMnun şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(024)-1142/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qax rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərardadı ilə (hakim M.Qarayev; 2(024)-1142/2017 saylı mülki iş üzrə) cavabdeh ƏMnun Qax rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılması səbəbləri üzürsüz hesab edilmiş və apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməyərək, prossesual müddətin bərpasına dair ərizə və ona əlavə edilmiş sənədlər cavabdeh ƏMna geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 29 noyabr 2018-cı il tarixli qərarı ilə (ha kimlər; Ə.Mirzəyev (sədrlik edən və məruzəçi), İ.Dəmirov və G.Quliyev, 2(102)- 7543/2018 saylı mülki iş) cavabdeh ƏMnun kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi MK-nın 11 iyul 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş yeni baxışa göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qərardadı ilə( hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), E.Hüseynov və A.Mahmudov 2(107)-1122/2019) Cavabdeh şikayəti qismən təmin edilmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(024)-1147/2017 saylı qərardadı ləğv edilmiş və mülki iş prosessual pozuntunun aradan qaldırılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Qax Rayon Məhkəməsinin (hakimi M. Qarayev) 29 mart 2019-cu il tarixli, 2(024)1142/2017 nömrəli qərardad ı ilə Cavabdeh Qax Rayon Məhkəməsinin 20.12.2017-ci il tarixli 2(024)-1142/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə Cavabdeh geri qaytarılması qərarar alınmışdır. Qax rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərardadı ilə (hakim M.Qarayev; 2(024)-1142/2017 saylı mülki iş üzrə) cavabdeh ƏMnun şikayəti təmin edilməmiş, Qax rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(024)-1142/2017 saylı qərardadından verilmiş, şikayətə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 16 may 2019-cu il tarixli qərardadı ilə (hakimlər; V.Məlikov (sədrlik edən və məruzəçi), E.Hüseynov və A.Mahmudov, 2(107)-1964/2019 saylı mülki iş) cavabdeh ƏMnun şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 29 mart 2018 -ci il tarixli, 2(024)-1142/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh Cavabdeh 6000(altı min) manat məbləğində borc pul və iddiaçının dövlət rüsumu olaraq ödədiyi 30(otuz) manat, cəmi 6030(altı min otuz) manat pul alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri CavabdehƏM apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehin vəkili Nümayəndə məhkəmə kol legiyasının iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavadeh Cavabdeh 09 yanvar 2018-ci il tarixdə xəbərnaməni imzalamaqla qətnamənin surətini rəsmi qaydada almış, həmin vaxtdan qətn amədən apellyasiya şikayəti vermək üçün 01 ay müddətinə vaxtı olduğu halda şikayət verməmişdir. Cavabdehin etibarnamə özrə nümayəndəsi və vəkilinin apellyasiya şikayəti isə Cavabdeh Qax Rayon Məhkəməsinə qətnaməni rəsmi qaydada aldıqdan dörd ay sonra yəni 15 may 2018-ci il tarixdə daxil olmuşdur. Ona gorə də, məhkəmə qeyd edir ki, cavabdehin vəkilinin və etibarnamə özrə nümayəndəsinin məhkəmə qətnaməsini 07 may 2018-ci il tarixdə alması cavabdehin apellyasiya şikayəti verməsi üçün əsas deyildir. Ona görə də, apellyasiya şikayətinin cavabdeh tərəfindən qanunla müəyyən olunmuş şikayət müddətini keçirdiyi halda, icraata qəbul edilməsi qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı işdə iddiaçıya münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərai t yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi göndən 1 ay müddətində verilə bilər. Belə ki, “Q.Hüseynovun şikayəti özrə məhkəməyə möraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti ilə əlaqədar Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarında göstərmişdir ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 29 mart 2019-cu il tarixli 2(024)-1147/2017 saylı qərardadını qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə istinad edərək Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə Qax Rayon Məhkəməsini n 20.12.2017-ci il tarixli 2(024)-1142/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasına hüquqi mövqeni əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: CavabdehƏMnun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar