Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5554/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-538/2020 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) xx.xx.2019-cu il tarixli, 2( 006)164/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, 10121 ABŞ dolları əsas borc, 9336 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 19507 ABŞ dollarının ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2020-ci il tarixli, 2(103)-538/2020 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəmə sinin xx.xx.2019-cu il tarixli, 2(006)-164/2019 nömrəli qətnaməsinin faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, faiz borcunun məbləğinin 5463.34 ABŞ dolları, əsas, faiz borcu və cərimənin cəmi isə 14634.34 ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin-100 manatın 50 manatının Cavabdeh3, 50 manatının isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı ASC və Cavabdeh3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 03-MK/01185 saylı kredit müqaviləsinə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 03-MK/01185 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 birgə qaydada 10121 ABŞ dolları əsas borc, 9336 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19957 ABŞ dolları vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC-nin vəkili X1 şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza rəyi məhkəmə üçü n məcburi deyildir. Bu səbəbdən apelyasiya kollegiyası faiz borcunu düzgün müəyyən etməmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-538/2020 nömrəli qətnaməsinin qismən, yəni faiz borcunun məbləğinin dəyişdirilməsi hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 və vəkili X2 şikayətini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasn cərimə və faiz borcları silinməli idi. Cavabdeh bir ildən artıq olar ödəniş etməmişdir. Çünki o, ödəniş etmək iqtidarında deyildir. O, xəstədir və yaşlı bir şəxs olmaqla heç yerdə işləmir. Aldığı təqaüdlə güclə dolanır. Göstərilənlərə əs asən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-538/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılaraq qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh3, vəkili X5, digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili X4 vermiş olduğu kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabde hin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinin faiz borcunun məbləği ilə bağlı faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə tam uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə tam uzlaşmadığından həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən faiz borcunun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, əsas borcun 10121 ABŞ dolları, cəriməni isə azaldar aq 50 ABŞ dolları müəyyən etmiş, cəmi 19507 ABŞ dolları tutulmasını qət etmişdir. Göründüyü kimi, faiz borcunun məbləği hissəsində məhkəmənin mövqeyi anlaşılan olmamışdır. Apelyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019cu il tarixli rəyi ilə Cavabdeh3 iddia ərizəsinin tərtib olunduğu yəni, xx xxxxxx 2018-ci il tarixə əsas borcu 10123,72 ABŞ dolları, faiz borcu 5.463,34 ABŞ dolları olduğu müəyyən edilmiş, cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən cərimə borcu hesablanmamış, lakin birinci instansiya məhkəməsi tərəfindən cərimə 50 ABŞ dollarınadək azaldılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya baxışı zamanı tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə apelyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Bununla yanaşı, iddiaçı əsas borc kimi 10121 ABŞ dolları tələb etdiyindən bu hissədə ekspertiza rəyi ilə müəyyən edil ən deyil, tələb edilən məbləğ, faiz borcunun məbləği hissəsində isə ekspertiza rəyində müəyyən edilmiş məbləğ nəzərə alınmalıdır. Çünki, ekspertin rəyi mötəbər hesab edilsə belə, məhkəmənin iddia tələbindən kənara çıxa bilməz. Göstərilənlərlə yanaşı, məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyində qeyd olunur ki, Cavabdeh3 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 121,77 USD məbləğində ödəniş edilmiş, lakin banka olan borc məbləği xx xxxxxx 2018-ci il tarixə hesablandığından 121,77 USD məbləğində ödəniş nəzərə alınmadı. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin məbləğ iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, o cümlədən bir hissəsi isə qətnamə çıxarıldıqdan sonrakı tarixlərdə ödənildiyindən 121,77 ABŞ dollarının yekun borc məbləğindən silinməsi qətnamənin icrası zamanı mütləq nəzərə alınmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində faiz borcunun düzgün müəyyən edilmədiyinə istinad etsə də, faiz borcunu müəyyən edən ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində faiz və cərimə borcunun silinməli olmasına, ödəniş etməyə imkanı olmamasına istin ad etsə də, faiz və cərimə borcunun silinməli olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin bildirilməlidir ki, ödəniş imkanının olmaması öhdəliyin icra edilməsinə xitam verilməsi üçün əsas deyildir. Kasasiya kollegiyası ümumilikdə kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halını müəyyən etməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsi nə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məc əllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarl a əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)538/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-5554/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5554/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver