Məhkəmə qərarları › İş №2(102)-5556/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5556/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5556/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)5508/2020 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ET Dİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Mirzəzadə) xx.xx.2018-ci il tarixli, 2(004)-1128/2018 nömrəli qiyabi qətnaməsi ilə iddiaçı LPO “xxxx” ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 16365 ABŞ dolları əsas borcun, 17 ABŞ dolları faiz borcunun, müqavilə müddətindən sonrakı dövr üçün illik 5%lə hesablanmış 2777 ABŞ dolları faiz borcunun, ümumilikdə 19159 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Mirzəzadə) xx.xx.2018-ci il tarixli, 2(004)-1128/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi nin xx.xx.2018-ci il tarixli, 2(004)-1128/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx.xx.2020-ci il tarixli, 2(004)-1849/2020 nömrəli qətnaməsi ilə iddiaçı LPO “xxxx” ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, İKM 03 saylı kredit müqaviləsi üzrə 9074.03 ABŞ dolları əsas və 860.77 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9934.80 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin iddiaçı LPO “xxxx” ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərinin 72.50 manatının Cavabdeh, 72.50 man atının iddiaçı LPO “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A. İsgəndərov, İ.Kərimli, E.Kazımov) xx.xx.2020-ci il tarixli, 2(103)-5508/2020 nömrəli qətnaməsi ilə iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16365 ABŞ dolları əsas borc, 2797 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19159 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub LPO “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Nümayəndə kasasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsas və faiz borcuna münasibətdə iş üzrə məhkəməyə təqdim olunmuş xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu ilə bağlı əsas borcun 116365 (on altı min üç yüz altmış beş) ABŞ dolları, 2797 (i ki min yeddi yüz doxsan yeddi) ABŞ dolları faiz borcu cəmi 19159 (on doqquz min yüz əlli doqquz) ABŞ dolları borcu olmasına əsaslanmamış, birinci instansiya məhkəməsinin icraatında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 32858 nömrəli, xx.xx.2019-ci il tarixli ekspert rəyinə əsaslanmışdır. xx.xx.2020-cı il tarixli, 32858 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti rəy verərkən yalnışlığa yol vermişdir. Eyni zamanda hakim məhkəmə qətnaməsini elan edərkən bu yanlışlığa fikir verməmiş və qanunsuz və əsassız qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən öhdəliyin icrası zamanı əgər öhdəlik icra edən borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvv əlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas borcun hesabına daxil edilir. Lakin ekspert rəy verərkən qanunun bu müddəasına əməl etməmiş, qanunsuz rəy vermişdir. Bankın məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, ödənilmiş borclar qanunvericiliyə əsasən faizdən silinmiş, hər ödənilmiş məbləğ üzrə faizdən silinməsindən sonra qalan məbləğ isə əsas borcdan silinmişdir. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda məhkəmə ekspert rəyinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5508/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ic lasında iştirak edən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Nümayəndə kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. xx.xx.2018-ci il tarixli ekspert rəyi natamam olduğundan məhkəmə əlavə ekspertiza təyin etmiş və 02.09 2019-cu il tarixli, 32858 saylı ekspert rəyi ilə müəyyən etmişdir ki, xx.xx.2014-cü il tarixli, İKM 03 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin iddiaçıya xx.xx.2015-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 19.949,71 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixə (iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi tarixə) olan cəmi borcu isə 9.934,81 ABŞ dolları məbləğində müəyyən olunur (kredit müqaviləsinin bitdiyi xx.xx.2015- ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır), o cümlədən: xx.xx.2015-ci il tarixə: əsas borc üzrə--- 19949,71 ABŞ dolları, faiz borcu üzrə----- 0,00 ABŞ dolları. xx.xx.2017-ci il tarixə: əsas borc üzrə--- 9074,03 ABŞ dolları, faiz borcu üzrə--- 860,77 ABŞ dolları. Apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. İddiaçı ekspertin rəy verərkən yanlışlığa yol verməsini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hər bir halda qeyd edilməlidir ki, iddiaçı tərəfin ekspert rəyi ilə razı olmaması, həmin rəyin əsassızlığına dəlalət etmir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şi kayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya şikayətində də iddiaçı ekspert rəyinin əsassızlığına dəlil olaraq istinad etsə də, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübuta istinad edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (bo rc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əs asən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, ka sasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5508/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar