Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-556/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi nun cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1542/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı1 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxx 2014-cü il tarixli, 7913 saylı kredit müqaviləsinə əsasən, İddiaçı1 ASC cavabdeh X3 24 ay müddətə 4.000 manat məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı1 ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxx 2014-cü il tarixli, 5960 saylı zaminlik müqavilələri ilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilmişdir. Buna baxmayaraq cavabdehlər öhdəliyin icrasını gecikdirmişlər və bank xx.xx.2019-cu ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi ərizə ilə məh kəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 1.168,07 manat məbləğində əsas kredit borcunun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 188,48 manat, müqavilə müddəti bitən tarixə 47,74 manat məbləğində faiz borcunun, 813,53 manat məbləğində cərimənin, ümumilikdə 2.217,82 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc məbləği onlardan tutulmalıdır.
4. Cavabdehlər birinci instansiya məhkəməsind ə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişlər.
5. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) xx xxxxxx 2019-cu il tarixli, 2(036)162/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1.168.07 (min yüz altmış səkkiz manat yeddi qəpik) manat əsas borcun, 20.00 (iyirmi) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın tutulub iddiaçı LPO İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, kreditor LPO İddiaçı1ASC xx.xx.2014-cü il tarixli, 7913 saylı kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtında ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. Ona görə də, iddia tələbi kredit müddəti bitdikdən sonra hesablanmış faizin tutulması hissəsində təmin edilməməli, cavabdehlərdən müştərək qaydada 1168,07 manat əsas borc tutulmalı və cərimə məbləği əsas borcun məbləğinə mütənasib olaraq ikirəqəmli həddə endirilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev və Q.Kərimov) xx xxxx 2020-ci il tarixli, 2(106)-1542/20 nömrəli qətnaməsi ilə iddiаçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-162/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin cavabdehlərdən faiz borcunun tutulmaması h issəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2014-cü il tarixli, 7913 saylı kredit müqaviləsinə əsasən tutulmalı olan faiz məbləği 47,74 manat məbləğində müəyyən edilməsi, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2014-cü il tarixli, 7913 saylı kredit müqaviləsi üzrə 1.168,07 manat əsas, 47,74 manat hesablanmış faiz borcu, 20 manat dəbbə pulu olmaqla, cəmi 1.235,81 (bir min iki yüz otuz beş manat səksən bir qəpik) manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddianın 1.168,07 manat əsas, 47,74 manat manat hesa blanmış faiz borcu, 20 manat dəbbə pulunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi hissəsində qanuni və əsaslıdır. İddiaçı LPO İddiaçı1 ASC-nin digər dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçının nümayəndəsi həmin dəlillərini əsaslandırmaq üçün apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək, belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu isə apelyasiya şikayətinin həmin hissədə formal mülahizələrlə əsaslandırıldığını göstərir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı1 ASC-nin ləğvedicisi kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olması qeyd etmişdir. Həmin qərarda pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kre ditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanması hüququ qeyd olunmuşdur. Mülki Məcəllənin 449.1-ci maddəsinə qeyd olunub ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çı xarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli v ə i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtl əşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
20. Kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
23. İddiaçı1 ASC-nin “İmişli” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 7913 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ASC-nin “İmişli” filialı X3 illik 26 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.
24. İddiaçı1 ASC-nin “İmişli” filialı ilə cavabdehlər Cavabdeh2 və Cavab deh3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 5960 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zaminlər xx xxxx 2014-cü il tarixli, 7913 saylı kredit müqaviləsi üzrə borclu X2 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.
25. İddiaçı1 ASC-nin “İmişli” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 7913 saylı kredit müqaviləsinə əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Rafail Vəliyev 4.000 manat məbləğində əsas bоrc və 1.171,97 manat faiz məbləği оlmaqla hər ay 215,50 manat оlmaqla banka 5.172,00 manat məbləğini xx xxxx 2014cü il tarixdən xx xxxx 2016-cı il tarixə kimi ödəməli idi.
26. İşdən görünür ki, iddiaçı ilə cavabdeh Rafail Vəliyev arasında 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə cavabdeh Rafail Vəliyevə 4.000 manat məbləğində pul illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə verilmişdir. xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından aydın olur ki, X2 xx xxxx 2014-cü il tarixli, 7913 saylı kredit müqaviləsinə görə 1.168,07 manat əsas, 47,74 manat məbləğində faiz, 813,53 manat məbləğində cərimə borcu vardır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının digər dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçının nümayəndəsi həmin dəlillərini əsaslandırmaq üçün apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək, belə bir sübutu məhkəməyə təqdim etməmişdir.
28. Kollegiya nəzərə alır ki, iddiaçının faiz və cərimə tələblərinə dair dəlilləri apellyasiya instansiyası məhkəməsində ar aşdırılmış və onlara hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün kifayətedici əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: LPO İddiaçı1 ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1542/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.