Məhkəmə qərarları › İş №2(102)-556/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-556/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-556/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1151/2023 nömrəli iş üzrə 04 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı 11.235,40 manat məbləğində pul vəsaitinin və 127.74 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(025)-550/2023 nömrəli qətnaməsi ilə (hakim E.İsayev) iddia təmin olunmuş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(107)-1151/2023 saylı qərardadı ilə (hakimlər– E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin mə hkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Apellyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti vermişdir.

5. Məhkəmə kollegiyasının 13 noyabr 2023-cü il tarixli, 2(107)-1151/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti vəkilin orderi əlavə edilsə də vəkil tərəfindən imzalanmadığından geri qaytarılmışdır. İddiaçı və vəkili Nümayəndə yenidən ümumi qaydada kassasiya şikayəti vermişdir.

6. Məhkəmə kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2(107)-1151/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti iddiaçı tərəfindən fiziki qaydada imzalansa da, elektron qaydada imzalanmadığından, həmçinin vəkilə kassasiya şikayətinin verilməsi üçün səlahiyyət verən etibarnamə mövcud olmadığından kassasiya şikayəti geri qaytarılm ışdır.

7. İddiaçı (vəkili Nümayəndə) 20 noyabr2023-cü il tarixdə həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda qərardadda qeyd olunan nöqsan aradan qaldırılaraq vəkil Nümayəndə səlahiyyət verən etibarnamə verildiyindən kassasiya şikayəti yenidən göndərilir.

9. Apellyasiya instansiyası məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

10. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(107)-1151/2023 saylı qərardadından İddiaçı tərəfindən 07 noyabr 2023-cü il tarixdə kassasiya şikayəti verilərkən şikayət həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin son günündə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Həmin kassasiya şikayəti apelyasiya instansiya məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(107)-1151/2023 nömrəli qərardadı ilə geri qaytarıldıqdan sonra 15 noyabr 2023-cü ildə verilmiş yeni kassasiya şikayəti də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmaqla verilmişdir. Qərardaddan kassasiya şikayəti verilmə müddəti iddiaçının və onun vəkilinin öz təqsiri ucbatından ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün he ç bir əsas aşkar edilmir.

11. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.3, 133.4, 133.5, 400, 402.2.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (vəkil Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını və qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiya məhk əməsinin 24 oktyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmədən iddiaçının elektron məhkəmə kabineti vasitəsilə göndərilmiş, lakin vəkil Nümayəndə elektron məhkəmə kabineti vasitəsilə kassasiya şikayəti göndərilərkən elektron sistemdə yaranmış nasazlıq səbəbindən “natamam imzalanmış” kimi görünmüşdür. Göründüyü kimi, kassasiya şikayəti prosessual müddətin ötürülməsi səbəbindən deyil, vəkilin elektron məhkəmə sistemində yaranmış texniki səbəbdən imzalanmaması olmuşdur. Ona görə də prosessual müddət bərpa edilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 10-1.3. Kommersiya mübahisələ ri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

16. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsi n ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

22. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər

23. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad dilməsikassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. İddiaçı kassasiya şikayətində apellyasiya instansiy ası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin bərpası üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən 07 noyabr 2023-cü il tarixdə kassasiya şikayəti verilərkən, şikayət həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin son günündə verilmişdir, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur.

31. Belə ki, həmin kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarıldıqdan sonra 15 noyabr 2023-cü ildə verilmiş yeni kassasiya şikayəti də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmaqla verilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, sözügedən qərardaddan kassasiya şikayəti verilmə müddəti iddiaçının və onun vəkilinin öz təqsiri ucbatından ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas yoxdur.

33. Kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, kassasiya şikayətinin iddiaçının vəkilinin elektron məhkəmə sistemində yaranmış texniki səbəbdən imzalanmaması, buraxılmış prosessual müddətin ü zrlü sayılaraq bərpa edilməsi üçün əsas ola bilməz. Çünki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin mənasına görə, məhkəmə qanunla müəyyən edilmiş prosessual müddəti o, halda bərpa edə bilər ki, müddətin buraxılması üzrlü səbəbdən baş vermiş olsun. Hazırkı halda iddiaçının kassasiya şikayətində istinad etdiyi hal, üzrlü səbəb sayıla bilməz.

34. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(107)-1151/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar