Məhkəmə qərarları › İş №2(102)-556/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-556/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-556/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: preyudisial əhəmiyyətli aktlar, hüquqi müəyyənlik) 12.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1612/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları

1. Cavabdeh Əyyub oğlu İddiaçı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Səhmdar Cəmiyyətindən ona 94.962,60 manat məbləğində pulun alınıb verilməsi, həmçinin xx.xx.2009-cu il tarixdən başlayaraq onun xeyrinə hər ay 250,50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1808/2010 saylı, 12 may 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

2. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh Əyyub oğlu xx.xx.1986-cı ildə Şüşə zavoduna dəmiryol fəhləsi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1994-cü ildə əmək vəzifələrini yerinə yetirərkən istehsalatda əmək xəsarəti almış, Tibbi Sosial Ekspert Komissiyasının şəhadətnaməsi ilə xx.xx.1994-cü ildən xx. xx.1995-ci ilə qədər 2-ci qrup, əmək qabilliyyətini gözlərindən 100% itirdiyinə görə həmin komissiyanın xx.xx.1995-ci il tarixli şəhadətnaməsi ilə 1-ci qrup əmək əlilliyi müəyyən edilmişdir. Cavabdeh xx.xx.1994cü il tarixdə zavod daxilində əmək funksiyalarını yerinə yetirərkən aldığı xəsarətlə bağlı ayağı büdrəyərək yıxılmış və baş nahiyəsindən zədə almışdır. Bu barədə xx.xx.1994-cü il tarixdə “İstehsalatda bədbəxt hadisə haqqında” akt tərtib olunmuşdur.

3. Bundan sonra Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı müxtəlif iddia tələbləri olmuşdur Belə ki: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-650/2012 saylı, 3 fevral 2012-ci il tarixli qərardadadı ilə iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “iki illik məzuniyyət haqqının, hər istifadə olunan bir növ dərman pulunun, əmək xəsarətinə görə birdəfəlik ödəncin və başqasının köməyinə görə ödənilməli olan məbləğin ödənilməsi” barədə iddia tələbi üzrə icraata Azərbaycan Respublikası MPM-ni 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16459/2016 saylı, 14 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə” dair iddia tələbi rədd edilmişdir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-55/2017 saylı, 13 yanvar 2017-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Əyyub oğlunun cavabdeh İddiaçı ASC-nə qarşı “əmək xəsarəti ilə əlaqədar ziyan pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə icraata Azərbaycan Respublikası MPM-ni 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-385/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, Sumqayıt şəhəri üzrə İdarənin icra məmuru tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin izah edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh Əyyub oğluna İddiaçı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan aylıq ödəncin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”n in tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilməsi barədə “Xəzər Səhmdar Cəmiyyətinin” üzərinə vəzifə qoyulmuşdur.

5. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 6590/36 saylı məktubda göstərilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə borclu - İddiaçı QSC tərəfindən tələbkar Cavabdeh Əyyub oğluna ödənilməli olan aylıq ödənc xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Azərkimya” İB “EtilenPolietilen” zavodunun dəmiryolu sahəsi, 4-cü dərəcəli yol təmirçisinin əmək haqqına uyğun hesablanmaqla cəmi 32059,69 manat, xx.xx.2022-ci il tarixdən 03.2023-cü il tarixədək teplovoz maşinist köməkçisi 4-cü dərəcə, dəmiryol çənlərinin yuyucu və buxarl andırıcısı 4-cü dərəcə və qatar tərtibçisi 4-cü dərəcə əmək haqqlarının ortalamasına uyğun hesablanmaqla cəmi 13249,85 manat təşkil edir.

6. Mülki işin 142-ci vərəqində olan, X1 068226 nömrəli arayışın kserosürətindən görünür ki, Cavabdeh Əyyub oğluna təkrar müayinə zamanı birinci qrup əlillik müəyyən edilmişdir. Əlilliyin səbəbi kimi əmək xəsarəti qeyd olunmuşdur.

7. Sumqayıt şəhər Oftalmoloji xəstəxanası tərəfindən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 78 nömrəli, 2 noyabr 2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, xəstənin aldığı travma nəticəsində hər iki gözdə “qlaukoma”nın əmələ gəlməsi qeyri-mümkündür.

8. Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı Azərbaycan Respublik ası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Həmin qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb, Cavabdeh Sumqayıt şəhərində yerləşən İddiaçı MMC-nin Sumqayıt Şüşə Zavodunda işləyən zaman 1994-cü ildə xəsarət alaraq sonradan MMC-yə "xxxx" xəstəliyin travmatik mənşəli olması barədə yalan məlumatlar təqdim edərək MMC-dən 1994-cü ildən 2016-cı ilədək cəmi 5053 manat 99 qəpik məbləğində pul almaqla dələduzluq etməsi faktı əsasında toplanmış material olmuşdur. Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz o laraq öz mülkiyyətinə keçirmək məqsədilə 07 yanvar 1994-cü il tarixdə dəmir yol fəhləsi kimi işlədiyi İddiaçınə aid şüşə zavodunda olarkən yıxılaraq xəsarət aldıqdan sonra həmin xəsarət səbəbindən özündə «Qlaukoma» xəstəliyinin əmələ gəlməsini yalandan bildirib, bununla bağlı özəl tibb müəssisəsində «ODəməliyyat olunmuş terminal qlaukoma. OSpostravmatik makulodistrofıya. Görmə sinirinin atrofıyası. Vis OD=l Vis OS=0,03 k/etmir» diaqnozu ilə əməliyyat olunaraq sonradan birinci dərəcəli əlilliklə əlaqədar olaraq təqaüdə çıxıb, işdə xəsarət almaqla gözdən əlil olmasını səbəb kimi əsas gətirərək, etibardan suiistifadə edib cəmiyyətdən xeyli miqdar təşkil edən 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Cavabdeh Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. 04 noyabr 2023-cü il tarixdə Cavabdeh Əyyub oğlu müdafiəçisi İsməli Kazımovla birlikdə Sumqayıt Şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, Sumqayıt ŞPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunmuş cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəratverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Toplanmış istintaq materiallarından görünür ki, Cavabdeh İddiaçınə qarşı törətməsinə görə ittiham olunduğu cinayət hadisəsi 1994- cü ilin yanvar ayından 2016-cı ilin iyul ayınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından yeddi ildən artıq müddət keçmişdir

9. Qeyd olunan cinayət işi üzrə 03 noyabr 2023-cü ildə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, iş üzrə alınmış komission məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli, 304/KEŞ saylı rəyinə görə Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə onda “OD (sağ gözündə)-qlaukoma” xəstəliyinin olduğu müəyyən edilmişdir. “Qlaukoma” xəstliyi yüksək gözdaxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bunu nəzərə alaraq Cavabdeh "xxxx" xəstəliyinin travmatik mənşəli olması istisna edilir.

10. Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs İddiaçı MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-16/2024 saylı, xx.xx.20 24-cü il tarixli qərarı ilə təmin edilməmiş, cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir.

11. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 119 nömrəli arayışda göstərilir ki, Sumqayıt Şüşə zavodunun keçmiş işçisi Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinin kassasından saxta əmək xəsarəti müavinəti adı ilə qanunsuz olaraq cəmi 5053,99 manat pul almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı MMC Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC (QSC)-yə vurulmuş 5053 manat məbləğdə maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70,54 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC (QSC) -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı məhkəmənin mövqeyini əsassız hesab edir. Belə ki, Cavabdeh cinayət hərəkətləri hal-hazırda da davam edir və onun qanunsuzluqları nəticəsində İddiaçı MMC və onun əməkdaşları zərər çəkərək maddi və mənəvi ziyana düşürlər. Belə ki, onun davam edən cinayətləri nəticəsində İddiaçı MMC-nin bank hesablarına həbs qoyularaq cəmiyyətin normal fəaliyyət göstərməsinə hər cür maneələr yaradılır. Bütün hallarda toplanmış sübutlarla Cavabdeh “Xəzər' MMC-yə qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət etməsi və 5053,9 9 manat məbləğində ziyan vurması təsdiqini tapmışdır.

14. Cavabdeh iddia tələbinə etiraz edərək bildirib ki, ekspertiza sənədi ona göstərilməmişdir. Ekspertin rəyindən də məlumatı olmamışdır. Ekspertiza olmamışdır. Qarşı tərəfin dedikləri şər və böhtandır. Gözdən əlil olmaq üçün pensiya almır. 1994-cü il tarixdən bu günə kimi yaşa görə pensiya alır. Əlilliyə görə iddiaçı pensiya ödəməlidir. Ona 47 min manat pul verilməlidir. Həmin məbləğ yeddi il üçün hesablanmışdır. 2022-ci ildə 39 ildən sonra onu yoxlanışa göndərmişlər. 39 il müddətinə birinci qrup əlil olmuşdur. 2022-ci ildə Zərifə Əliyeva adına Universitetə göndərilmiş, səkkiz həkimdən yoxlanışdan keçmiş, sədr və müavin tərəfindən imzalanmış və bildirilmişdir ki, 1994-cü il tarixdə verilmiş sənəd həqiqi sənəddir. 1992-ci il tarixdən ya şa görə 418 manat pensiya alır. Bunu da işləmədiyi və birinci qrup əlil olduğu üçün almışdır. Əgər birinci qrup əlil deyildirsə, nə üçün iddiaçının nümayəndəsi akta imza etmişdir. O polisə getmiş, lakin prokurorluq orqanlarına getməmişdir. Heç kimlə müqavilə bağlamamışdır. Ona görə də iddia tələbinin rədd olunmasını xahiş edir.

15. Birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim olunmuş 5664/2011 nömrəli icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məlumatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı icra vərəqəsinin icrası ilə bağlı İddiaçı MMC-nin adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli inkasso sərəncamı ABB tərəfindən qismən ödəniş icr a edilərək geri qaytarılmışdır.

16. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia təmin edilmiş, Cavabdeh maddi ziyana görə 5053,99 manat məbləğində pulun və 70 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı MMC-nə ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh qarşı irəli sürülmüş ittiham, yəni iddiaçıya məxsus pulu mənimsəməsi faktı Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya maddi ziyan vurması prokurorluq və məhkəmə orqanının qanuni qüvvəyə minmiş qərarı olmaqla, cinayət işi üzrə icraata cinayət məsuliyyətin ə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. Başqa sözlə cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarında da maddi ziyanın məbləği məhz 5053.99 manat kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edib ki, Cavabdeh Əyyub oğlundan İddiaçı MMC-nin xeyrinə 5053.99 manat məbləğində pul tutulmalıdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1092.1-ci maddələrinə, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyab r 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etm işdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, MPM-nin 4, 9, 14, 88-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı qərarın, “Əlilliyin qiymətlənməsi qaydasının”, TSEK-in Əsasnaməsinin və MM-nin 1117-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. 1986-cı ildə Şüşə zavodunun nəqliyyat sexinə sağlam bir işçi kimi işə qəbul edilmişdir. 1994-cü ildə zavodun giriş-çıxış qapısı qopub yerə düşmüşdür. Həmin dövrdə Sumqayıt Şüşə zavoduna rəhbərlik edən Q.Kərimov cavabdehin işlədiyi sexin rəisinə göstəriş vermişdi ki, dəmir yolu üzərində qurulmuş giriş-çıxış qapısını xx.xx.1994-cü ildə günorta saat 12:00-a qədər yerinə bərpa etsin. Cavabdeh iş yoldaşı Famil ilə birlikdə bu işlə məşğul olm uş, yerin qarlı olması səbəbindən Famil müvazinətini itirərək yerə yıxılmış, dəmir qapı cavabdehin üzərinə aşmışdır. Bədbəxt hadisə səbəbindən onu ölmüş vəziyyətdə 1 saylı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirmişlər. Aldığı xəsarət səbəbindən 12 dişi sınmış, burun, çənə sümükləri sınmış, beyin kəllə sümüyü əzilib batmış, sağ əlin barmaqlarından biri sınmışdır. Xəsarət nəticəsində uzun müddət müalicə almışdır. Xəsarət nəticəsində görmə qabiliyyəti getdikcə zəifləmiş, korluq yaranmışdır. 1995-ci ilin mart ayının 7-dən 1-ci qrup əlil hesab edilmiş, kənar şəxslərin yardımına ehtiyacı olduğu təsdiq edilmişdir. 2021-ci ilin avqust ayının 12-də Q.Kərimov müxtəlif instansiyalara müraciət edərək onun əlilliyinin saxta yolla alındığını bildirmişdir. xx.xx.2021-ci ildə yenidən əlilliyinin qiymətlənməsi aparılmışdır. Bir daha təsdiq olunmuşdur ki, o, ömürlük gözdən əlildir. Görmə qabiliyyətinin 100%-ni itirmişdir. İddiaçı ona dəymiş ziyana görə 250 min manat pul ödəməlidir. Həmin pulu ödəməmək üçün müxtəlif insantsiyalara müraciət edərək pulu ödəməkdən yayınmışdır. Hazırkı tarixə ona təxminən ***-**** manat ödəniş edib. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Qətnamə qüvvədə olan xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı qətnaməsi ilə müəyyən edilmiş işin hallarına kölgə salan qətnamə qəbul etmişdir. İddiaçı MMC-nin adı çəkilən qətnamədən verdiyi şikayətlərə əsasən qəbul edilmiş məhkəmə aktları, o cümlədən yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qüvvədə olduğu halda hakimin Sumqayı t şəhər Prokurorunun xx.xx.2023-cü il tarixli qərarına istinad etməsi MPM-nin 217-ci maddəsinə ziddir. Məhkəmə obyektiv araşdırma aparmamış, iddiaçının marağına xidmət etmiş, nəticədə qərəzli olmuşdur. O, məhkəmə baxışı zamanı hakimin qərəzli olmasına görə ona etiraz etmiş, lakin etirazı qəbul edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qətnamə qanunsuz və əsassızdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1612/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, deliktdən irəli gələn zərərin əvəzinin ödənilməsi tələbinə baxan məhkəmə, mülki hüquq pozuntusunun yuxarıda sadalanan şərtlərini müəyyənləşdirməklə mübahisəni həll etmək səlahiyyətinə malikdir. Belə ki, işdə olan Oftalmoloji xəstəxana tərəfindən verilmiş 78 nömrəli, 2 noyabr 2020-ci il tarixli məktuba cavabda xəstənin aldığı travma nəticəsində hər iki gözdə “qlaukoma”-nın əmələ gəlməsinin qeyri-mümkün olması qeyd edilmişdir. Komission məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli, 304/KEŞ saylı rəyində göstərilmişdir ki, Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə onda “OD (sağ gözündə)-qlaukoma” xəstəliyinin olduğu müəyyən edilmişdir. “Qlaukoma” xəstliyi yüksək gözdaxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bunu nəzərə alaraq Cavabdeh “ODqlaukoma” xəstəliyinin travmatik mənşəli olması istisna edilir. Bu halda cavabdehin əlilliyinin əsası kimi istinad etdiyi xəstəliyinin məhz iddiaçıya məxsus iş yerində xəsarət nəticəsində yaranması halı aradan qalxmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin ikinci hissəsi olan pulun qaytarılması ilə bağlı bildirmişdir ki, Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyəti cəlb etmə müddəti keçdiyindən ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Həmin qərar müvafiq məhkəmə qərarı ilə qüvvədə saxlanılmışdır. Qərardan görünür ki, ittiham aktına əsasən Cavabdeh etibardən sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 07 yanvar 1994-cü il tarixdə dəmir yol fəhləsi kimi işlədiyi İddiaçı MMC-yə aid şüşə zavodunda olarkən yıxılaraq xəsarət aldıqdan sonra həmin xəsarət səbəbindən özündə “qlaukoma” xəstəliyinin əmələ gəlməsini yalandan bildirmiş, bununla bağlı özəl tibb müəssisəsində “OD-əməliyyat olunmuş terminal qlaukoma. OSpostravmatik makulodistrofiya, görmə sinirinin atrofiyası, VİS OD=1, VİS OS=0,03 k/etmir” diaqnozu ilə əməliyyat olunaraq sonradan birinci dərəcəli əlilliklə əlaqədar olaraq təqaüdə çıxmış, işdə xəsarət almaqla gözdən əlil olmasını səbəb kimi əsas gətirərək, etiba rdan sui-istifadə etmiş, müəyyən müddət aralıqlarında müəyyən məbləğlərdə pulu alaraq, ələ keçirmiş, İddiaçı MMC-nə ümumillikdə xeyli miqdar təşkil edən 5053,99 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. 04 noyabr 2023-cü il tarixdə Cavabdeh Əyyub oğlu müdafiəçisi İsməli Kazımovla birlikdə Sumqayıt Şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, Sumqayıt ŞPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunmuş cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəratverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Toplanmış istintaq materiallarından görünmüşdür ki, Cavabdeh İddiaçı MMC-nə qarşı törətməsinə görə ittiham olunduğu cinayət hadisəsi 1994-cü ilin yanvar ayından 2016-cı ilin i yul ayınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından yeddi ildən artıq müddət keçmişdir. Prokuror məhz qeyd olunan əsasla bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət işinə xitam vermişdir.

24. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh barəsində cinayət işinə məhz müddətin keçməsi əsası ilə xitam verilmişdir. Yenə həmin qərarda cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarda maddi ziyanın məbləği məhz 5053.99 manat kimi göstərilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

26. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, MPM-in 14.1, 14.2, 77.1, 82.4, 88, 217.1, 217.3, 217.4, 372, 384.0.1, 385.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırlmışdır ki, məhkəmə qətnamə qəbul e dərkən maddi və prosessual hüquq normalarını pozmuş, qüvvədə olan xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı qətnamə ilə müəyyən edilmiş işin hallarına kölgə salan qətnamə qəbul edilmişdir. İddiaçı MMC-nin adı çəkilən qətnamədən verdiyi şikayətlərə əsasən qəbul edilmiş məhkəmə aktları, o cümlədən yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qüvvədə olduğu halda, məhkəmənin Sumqayıt şəhər Prokurorunun xx.xx.2023-cü il tarixli qərarına istinad etməsi MPM-nin 217-ci maddəsinə ziddir. Əgər məhkəmə Sumqayıt şəhər Prokurorunun xx.xx.2023- cü il tarixli qərarına istinad edirsə, o zaman qəbul edilmiş və qüvvədə olan məhkəmə aktlarını niyə nəzərə almamışdır? Həmin məhkəmə aktları ilə cavabdehin hadisə nəticəsində xəsarət alarkən onda qlaukoma xəstəliyinin olmaması və pensiyaya peşə xəstəliyi səbəbindən çıxması öz təsdiqini tapmışdır. X3 özünün təsdiq etdiyi, imzasının və möhürünün olduğu akt var ki, həmin aktda onun hadisə nəticəsində baş nahiyəsindən zədə alması qeyd olunmuşdur. İşə baxan məhkəmə düzgün araşdırma aparmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyi səhv tətbiq etməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilmə məsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

36. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və y a sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instanosiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin olunmalı, qətnamə tam ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

50. Belə ki, iddia tələbi cavabdehə əmək xəsarətinə görə ödənilmiş pulun qaytarılması barədədir.

51. İddia tələbinin əsaslandırılması ümumiləşdirilmiş şəkildə ondan ibarətdir ki, cavabdeh İddiaçı MMC-nin Sumqayıt Şüşə Zavodunda işləyən zaman 1994-cü ildə xəsarət alaraq sonradan MMC-yə "xxxx" xəstəliyin travmatik mənşəli olması barədə yalan məlumatlar təqdim edərək MMC-dən 1994-cü ildən 2016-cı ilədək cəmi 5053 manat 99 qəpik məbləğində pul almaqla dələduzluq etmiş, bu fakt üzrə cinayət işi başlanmış cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin cavabdehin məsuliyyətə cəlb edilməsi müddəti keçdiyinə görə istintaq orqanı cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla xitam vermişdir.

52. İşə baxmış apelyasiya in stansiyası məhkəməsi MPM-in 82.4-cü maddəsinə istinadən Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan halların hazırki işə baxan məhkəmə üçün məcburi olduğu qənaətinə gəlmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi qanuna uyğun deyildir. Belə ki, MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

54. Göründüyü kimi bu normada məcburi qüvvəyə malik faktların mənbəyi kimi aşağıdakı məhkəmə aktları nəzərdə tutulmuşdur: 1. məhkəmənin qanuni qüvvəyə mi nmiş hökmü; 2. məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı.

55. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz.

56. Odur ki, apelyasiya instansiyası məhkəməsinin MPM-in 82.4-cü maddəsinə istinadən Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan halların hazırki işə baxan məhkəmə üçün məcburiliyi barədə gəldiyi nəticə əsassızdır. Bu mövqe, digər sübutların əhəmiyyətsiz hesab olunmasına, son olaraq çəkişmə prinsipinin əhəmiyyətsizliyinə səbəb olur.

57. Buna görədir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar təhlil olunmamış, cavabdehə əlilliyin təyin edilməsi və əlilliyin əmək xəsarətləri səbəbindən yaranması barədə inzibati orqanın qərarlarının (şəhadətnamlərinin) ləğv edilb edilmədiyi, əgər cavabdehə əmək xəsarəti alması səbəbindən əlilliyin təyin edilməsinin qanunsuz olması istintaq orqanı tərəfindən müəyyən edilibsə, bu əlilliyi təyin edən şəxslər barədə hansı tədbir görülməsi araşdırlmayıb. Çünki “İnzibati icraat haqqında” Qanunun 6 4.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

58. Həmin Qanunun 67.2-ci maddəsində deyilir ki, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər

59. Nəzərə alınmalıdır ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarın ı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri).

60. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və f aktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

61. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.

62. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun t ələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).

63. Bundan başqa, Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan halların hazırki işə baxan məhkəmə üçün məcburiliyinə əsasən gəlinən nəticə, Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ziddiyyət təşkil edir. Çünki qanuni qüvvəyə minmiş həmin qətnamə ilə Cavabdeh Əyyub oğluna İddiaçı Səhmdar Cəmiyy əti tərəfindən ödənilməli olan aylıq ödəncin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilməsi barədə “Xəzər Səhmdar Cəmiyyətinin” üzərinə vəzifə qoyulmuşdur.

64. Göründüyü kimi bir tərəfdən cavabdehin əmək xəsarəti alması ilə əlaqədar müəssisədən ödənişlərin tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilən öhdəlik mövcuddur. Digər tərəfdən, cavabdehə əmək xəsarəti alması səbəbindən əlillik dərəcəsi verilməsini qanunsuz hesab edən ist intaq orqanının qərarının imperativliyi tanınmışdır.

65. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqınd a» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

67. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermir.

68. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludu rlar.

69. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli (Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin icra vəziyyətini araşdırmalı, qeyd olunan qətnamənin surətini və icrası ilə bağlı sənədləri işə əlavə etməli, İddiaçı MMC-nin adı çəkilən qətnamə üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəmə sinin qərarının olması barədə cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri araşdırmalı, cavabdehin istehsalat xəsarəti alması barədə xx.xx.1994-cü il tarixdə tərtib olunmuş “İstehsalatda bədbəxt hadisə haqqında” aktın, Tibbi Sosial Ekspert Komissiyasının cavabdehin əlillik səbəbləri barədə verdiyi aktların ləğv olunub-olunmadığı araşdırılmalı) və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 4 noyabr tarixli 2(105)-1612/2024 n ömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar