Məhkəmə qərarları › İş №2(102)-5561/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5561/2020

11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5561/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-7475/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş 2(006)-3613/2018) İddiaçı cavabdehlər Cavabdeh2 və “Cavabdeh3” X1rşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh2 İddiaçı xeyrinə 6080 manat mə bləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilərək Cavabdeh2 İddiaçı xeyrinə 4879 manatın tutulması qət edilmişdir. İşin halları: İddiaçı məxsus “Mercedes-Benz 240” markalı avtomobil etibarnamə əsasında Z.M.Daşdəmirov tərəfindən idarə olunarkən Cavabdeh2 idarə etdiyi “Kamaz 554” markalı avtomobillə sonuncunun yol verdiyi xəta nəticəsində toqquşmuş və iddiaçıya məxsus avtomobilin əzilməsi ilə əlaqədar ona maddi ziyan dəymişdir. Yol verdi yi inzibati xətaya görə Cavabdeh2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati həbs edilmişdir. 2017-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qəza nəticəsində ona 6080 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh2 və cavabdehin nəqliyyat vasitəsinin sahibi kimi icbari qaydada sığortalanmasının həyata keçirilməsini təmin etməmiş “Cavabdeh3”ndan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək iddiaçının ona dəymiş ziyanın müştərək qaydada həm ondan və həm də “Cavabdeh3”ndan tutulmasını tələb etdiyi üçün ondan 4879 manat məbləğində ziyanın yarısını təşkil edən 2439,50 manatın tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. İş materiallarından görünür ki, avtomobilinin əzilməsi ilə əlaqədar iddiaçıya ziyan cavabdehin təqsiri üzündən baş vermiş qəza nəticəsində dəymiş və işin həmin halı mübahisə doğurmur. Mübahisəyə kassasiya qaydasında baxılmasının səbəbi Cavabdeh2 ziyanın bütünlüklə ondan tutulmasından narazı qalması ilə bağlıdır. Cavabdeh2, yuxarıda qeyd olunduğu kimi, hesab edir ki, həmin ziyanın yarısı sığorta bürosundan, digər yarısı isə ondan tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş xx xxxxxxxx 2019-cu il tarixli rəyə görə iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci 4879 manat təşkil edir və cavabdeh dəymiş ziyanın məbləğini mübahisə etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafda kılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya həmin ziyan Cavabdeh2 hüquqa zidd hərəkəti nəticəsində dəydiyindən ziyan yalnız ondan tutulmalıdır. Kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar