Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5563/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 000nin Qax rayon şöbəsinə qarşı “gedişgəliş yolunun açılması, maneələrin aradan qaldırılması və orada qoyulmuş darvazanın sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli 2(107)-733/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili S adıqov Fərid Sadiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 000nin Qax rayon şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması və darvazanın sökülməsinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(024)-111/2018 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli Daşınmaz Əmlak Üzərində Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Çıxarışa əsasən İddiaçı məxsus 111 küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə gediş-gəliş yo lunun açılması, Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsinə iddiaçıya gediş-gəliş üçün yaradılan maneələrin aradan qaldırılması və Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın sökülməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 03.04.2019-cu il tarixli 2(107)-733/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Qax Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(024)-111/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Sadıqov Fərid Sadiq oğlu kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində göstərdiyi və məhkəmənin də qətnamədə onun izahatı kimi istinad etdiyi hallar təhrif olunmuşdur. Belə ki, əslində İddiaçı öz evinin yerləşdiyi həyətyanı torpaq sahəsini və ona bitişik hazırda ünvan 1 ünvanında olan birmərtəbəli köhnə fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə, bütöv olaraq 2008-ci ildə X4 almışdır və təbii ki, onun günü bu gün də ünvanı həmin ünvan, gediş-gəliş yolu da, özünün reyestrdən çıxarışında səhvən göstərdiyi kimi M.F.Axundov küçəsi istiqamətindən yox, 2008-ci ildə satın aldığı evin ünvanı, yəni ü nvan 2ycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2018-ci il tarixli, 17414 saylı rəyi ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Belə ki, ekspert qarşısında qoyulmuş 4 (dörd) sualın hər birinin cavabından aydın olur ki, İddiaçı özünün qoyduğu giriş qapısının qabağında yol kimi iddia etdiyi ərazi elə onun özünün plan-ölçü sənədində yol kimi göstərilməmişdir və əksinə, həmin ərazi plan-ölçü sənədinə əsasən onun mülkiyyətindədir. Daha sonra ekspert rəyində konkret olaraq göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu plan-ölçü sənədinə əsasən mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də iddiaçının cizgisindəki A-dan B-yə qədər olan 3,5 metr məsafədə göstərilmişdir və həmin yol xətti ştrixlənmişdir. Bu sxemdən müb ahisəsiz qaydada açıq-aşkar aydın olur ki, iddiaçının həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu 111 küçəsi istiqamətindən yox, bu küçəyə təqribən 100-110 məsafədə paralel vəziyyətdə olan Qax şəhəri, 28 may küçəsindən perpendikulyar olaraq ayrılan 1-ci döngədəndir. 2008-ci ildə İddiaçı ünvan 3 ünvanındakı köhnə evi və həyətyanı torpaq sahəsini alıb hazırki evin bünövrəsini qoyduqdan sonra evi satan Ə.M.Muxtarova gəlib həyətin köhnə ev (öz evi) yerləşən hissəsindən 0,03 ha (3 sot) torpaq sahəsini evlə birlikdə geri qaytarmışdır. Bundan sonra Ə.M.Muxtarova Cavabdeh1 yanına gələrək, İddiaçı həyətindən gediş-gəliş yolu verilməsini istəmiş, Cavabdeh1 isə qəti şəkildə etirazını bildirmişdir. İddiaçı həmin köhnə ev və həyətyanı torpaq sahəsini Ə.M.Muxtarovadan almışdır və onun ünvanı 28 may küçəs i, ev-10 B-dir, yolu da 28 may küçəsindəndir və onun da alternativi yoxdur. İddiaçı özü üçün gediş-gəliş yolu məsələsini ancaq həmin torpaq sahəsini ona satan şəxslə edə bilər. İddiaçı özü də bunu yaxşı bilir və ona görə də, iddianı tək ona qarşı yox, eləcə də Cavabdeh2 (Ə.M.Muxtarovanın oğluna) qarşı qaldırmışdır və o, İddiaçı gediş-gəliş yolu verməyə məcburdur. İddiaçı evi və torpaq sahəsini aldığı şəxsə qarşı deyil kənar bir kimsəyə qarşı gedişgəliş yolundan ötrü iddia qaldırması isə ümumiyyətcə məntiqə sığmır və onun belə bir iddia qaldırmağa subyektiv hüququ olmamışdır. İddiaçı yeganə istinad etdiyi “sübut”- onun adına verilmiş reyestrdən çıxarışdır. İlk öncə həmin çıxarışın verilməsinə əsas olmuş 05.05.2008-ci il tarixli arxiv çıxarışının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəri təçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında qeyd olunub uçota alınan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin mövcudluğu fonunda heç bir hüquqi qüvvəsi yoxdur. İkincisi, arxiv sənədlərini əsas götürsək belə, yenə onun 2000-ci ilin yazında X3 aldığı hazırda yaşadığı evinin və həyətyanı torpaq sahəsinin hələ bu ərazilər Qax-Muğal kəndi olan zaman 1973-cü ildə işlənmiş planına əsasən onun həyətinin öz darvazasından (əvvəllər dəmir tor-setka və əl qapısı olub) savayı heç bir (o cümlədən də qonşularla) giriş-çıxış, gediş-gəliş nəinki darvazası, heç əl qapısı da olmamışdır. Ekspert tədqiqatının nəticələri onu da sübut edir ki, iddiaçının adına verilmiş çıxarış və texniki pasport həm ünvan, həm də gediş-gəliş yolu (qapı) hissəsində saxtadır və bu hissədə ləğv olunmalıdır. İşin bütün faktiki halları araşdırılmadan qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-733/2019 nömrəli, 03 aprel 2019-cu il tarixli qətnaməsini qeyri qanuni və əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, 111nin Seriya MH ******* saylı çıxarışına əsasən 111 küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70.8 kv.m olan yaşayış, 35.19 kv.m köməkçi sahədən ibarət 18A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İddiaçıya **********57-10301 saylı fərdi yaşayış evinə texniki pasport verilmişdir. İddiaçı Cavabdeh1 2007-ci ildə onun torpaq sahəsinə gedən gediş-gəliş yolunu darvaza qoyaraq bağladığını, digər qonşusu Zaurun da ona yol vermədiyini, 2009-cu ildə ev inşa edərkən Cavabdeh1 zəbt etdiyi həyətdən istifadə etdiyini, qonşuları ol an cavabdehlərin yolu zəbt etdiklərinə görə öz həyətyanı sahəsinə gediş gəliş yolu tapmadığını çarəsiz qalıb digər qonşusu Zaurun həyətindən istifadə etdiyini bildirərək məhkəmədən gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması, darvazanın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddiaya olan etirazından görünür ki, uzun müddətdir ki, sözügedən torpaq üstündə cavabdehlə aralarında mübahisə yaranmışdır. Darvazanı qoyduğu torpaq sahəsinə şəhadətnamə almasa da, həmin sahədən çoxdan istifadə edir. O, iddiaçıya torpaq sahəsinə getmək üçün yol verməyəcəkdir. İddiaçı evi alan zaman evin əvvəlki sahibi ona yol verməli idi. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrə əsasən mübahisə edilən torpaq sahəsi Cavabdeh1 istifadəsi ndə olsa da, həmin sahənin onun mülkiyyətində olmasını təsdiq edən sənəd yoxdur. Həmçinin həmin sahə bələdiyyə mülkiyyətində olmaqla ümumi yoldur. Ona görə də iddia təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan Hüquqlarının və X2” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.4, 164.1 və 165.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının İddiaçı oğlunun iddia ərizəsində Cavabdeh2 göstərməsinə, qonşusu Zaurun da ona yol vermədiyini, yola düşən ərazinin hər iki cavabdeh tərəfindən zəbt edildiyini göstərməsinə baxmayaraq, iddia tələbinin həmin cavabdehə qarşı hissəsi ümumiyyətlə araşdırılmamış, həmin cavabdehə münasibətdə qətnamə qəbul edilməmişdir. Bu hal həmçinin apellyasiya şikayətinin dəlillərindən biri olsa da, apellyasiya məhkəməsi də iddianın Cavabdeh2 münasibətdə araşdırılmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi q iymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində istinad etsə də, həmin bəndə olan tövsiyəyə riayət etməmişdir. Belə ki, qeyd edilən bəndə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin materiallarından görünür ki, apelyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, məhkəmə Cavabdeh1 münasibətdə iş üçün əhəmiyyətli olan faktiki, obyektiv halları sübut etməmiş və onun qətnamədə gəldiyi nəticə işin çoxsaylı obyektiv və faktiki halla rına, hətta özünün təyin etdiyi məhkəmə ekspertizası rəyinə belə zidd olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2018ci il tarixli 17414 saylı ekspertin rəyində mübahisələndirilən torpaq sahəsinin təsərrüfatın DWG faylına əsasən 4876B kimi qeyd olunmuş bələdiyyə mülkiyyəti olan ərazisi olduğu, həmin fayldan çıxarışın mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də göstərildiyi, Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı ilə cavabdehə verilmiş plan-ölçü sənədində isə həmin ərazinin bir hissəsinin cavabdeh X1 mülkiyyəti, digər hissəsinin isə iddiaçı ilə cavabdehin qonşuluq sərhədinə qədər gediş-yolu kimi göstərildiyi, yol un son nöqtəsinin iddiaçının sərhədi başlamamış bitdiyi, iddiaçının qoyduğu giriş qapısının qabağında yol kimi iddia etdiyi ərazinin plan-ölçü sənədinə əsasən cavabdehin mülkiyyətində olduğu, cavabdehin həmin yolun öz giriş qapısına qədər olan hissəsinin istifadəsində olan torpağa qatdığı, həmin hissənin iddiaçının plan-ölçü sənədində yol kimi göstərilmədiyi, həmin hissənin mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də ştrixlənərək göstərildiyi, cavabdeh tərəfindən qoyulmuş darvazanın gediş-gəliş yolunun üzərində qoyulduğu, lakin həmin yolun ancaq cavabdehin həyətyanı torpaq sahəsinə gedən gedişgəliş hissəsi olduğu, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun plan-ölçü sənədinə əsasən mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də iddiaçının cizgisindəki Adan B-yə qə dər olan 3.5 metr məsafədə göstərildiyi, həmin yol xəttinin sxem 3-də ştrixləndiyi, halhazırda iddiaçının faktiki istifadə konfiqurasiyasının sənəd üzrə olan konfiqurasiyadan fərqli olması, bu səbəbdən də iddiaçının öz plan-ölçü sənədində göstərilən gediş-gəliş yoluna çıxışının məhdudlaşdığı, faktiki istifadə vəziyyətinin mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də qeyd olunduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yox dur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhk əmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertin rəyinin digər sübutlarla birgə qiymətləndirməmiş, ekspertin rəyinin məzmunun əks etdirməsinə baxmayaraq bu rəy ilə məhkəmənin razılaşmamasını qətnaməsində əsas landırmamışdır. Belə ki, gəlinmiş nəticə iş materiallarında olan rəylə ziddiyyət təşkil edir. İşin materiallarında olan ekspert qarşısında qoyulmuş sualın hər birinin cavabından aydın olur ki, İddiaçı açılmasını iddia etdiyi yol (M.F.Axundov küçəsinə çıxış) onun özünün plan-ölçü sənədində yol kimi göstərilməmişdir, həmin yolun son nöqtəsi iddiaçının sərhədi başlamamış bitir, yəni iddiaçının həmin yola çıxışı Cavabdeh1 plan-ölçü sənədinə əsasən onun qanuni istifadəsində olan torpaq sahəsindən keçməklə mümkündür. Apellyasiya instansiya məhkəməsinin mübahisə edilən torpaq sahəsinin Cavabdeh1 istifadəsində olsa da, həmin sahənin onun mülkiyyətində olmasını təsdiq edən sənədi olmaması, həmin sahənin (yolun) bələdiyyə mülkiyyətində olmaqla ümumi yol olması barədə gəldiyi qənaət də əsassızdır. Be lə ki, Cavabdeh1 adına 16.09.2008-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30.12.2007-ci il tarixli 02 saylı qərarına əsasən 699,37 kv.m torpaq sahəsi Cavabdeh4 məxsusdur, onun qanuni istifadəsindədir. Həmin sənəd isə torpaq sahəsinin ayrılması barədə qərarla birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır və mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmaması həmin torpağın cavabdehə məxsus olmaması demək deyildir. Daha sonra ekspert rəyində konkret olaraq göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu plan-ölçü sənədinə əsasən mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də (iş v. 57) «iddiaçının cizgisindəki A-dan B-yə qədər olan 3,5 metr məsafədə göstərilmişdir və həmin yol xətti ştrixlənmişdir. Bu sxemdən mübahisəsiz qaydada açıq-aşkar aydın olur ki, İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu 111 küçəsi istiqamətindən yox, bu küçəyə paralel vəziyyətdə olan-Qax şəhəri, 28 May küçəsindən perpendikulyar olaraq ayrılan 1-ci döngədəndir. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus “torpaq sahəsinin plan və ölçüsü” sənədini tələb edərək araşdırmamış,, iddiaçının faktiki istifadəsindəki torpaq sahəsinin konfiqurasiyasının sənəd üzrə olan konfiqurasiyadan fərqli olması və bu səbəbdən də iddiaçının öz plan-ölçü sənədində göstərilən gediş-gəliş yoluna(28 may küçəsinə) çıxışının məhdudlaşdığı barədə rəydə qeyd edilənləri ( bax sxem 2 və 3 -ün müqayisəsinə (iş v.56, 57) yoxlamamışdır. Cavabdeh apellyasiya şikayətində İddiaçı öz evinin yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinin X5, yəni digər Cavabdeh2 anasına məxsus hazırda ünvan 3 ünvanda yerləşən həyətin bir hissəsi kimi satın aldığını, həmin həyətin 28 May küçəsinə yolu olduğunu, həmin torpaq sahəsi bölünüb satıldığına görə iddiaçıya əvvəlki mülkiyyətçi tərəfindən yol verilməli olduğunu göstərsə də, bu dəlillər də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış qalmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bununla bağlı dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı ev və həyətyanı torpaq sahəsini Ə.M.Muxtarovadan alarkən evin yolunun məhz hansı küçədən olmasını aydınlaşdırmamış, iddiaçının özü üçün gediş-gəliş yolu məsələsini həmin torpaq sahəsini ona satan şəxsdən deyil, məhz Cavabdeh1 tələb etməsinin səbəblərini araşdırmamışdır. Həmçinin, işin materiallarından görünür ki, 000nin Qax rayon şöbəsi da hazırki iş üzrə cavabdehdir və birinci instansiya məhkəməsi onun tərəfindən verilmiş MH ******* nömrəli Daşınmaz Əmlak Üzərində Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Çıxarışa və texniki pasporta istinad edərək İddiaçı məxsus 111 küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə nəticəyə gəlmişdir. Bununla bağlı apellyasiya şikayətinin dəlillərindən biri İddiaçı həyətyanı torpaq sahəsinə gedən yolun 28 May küçəsindən ayrılan döngədən olduğu halda, həmin sənədlərdə yolun tamamilə əks istiqamətdən-M.F.Axundov küçəsi tərəfdən göstərilməsinin səbəblərinin araşdırı lması olsa da, məhkəmə bu məsələ üzrə həmin idarənin münasibətini öyrənməmiş, iddiaçının torpağına dair plan və ölçü sənədi ilə texniki pasportda olan konfiqurasiya arasında uyğunsuzluq olub-olmamasını araşdırmamışdır. Məhkəmə həmçinin qeyd etməyi də zəruri sayır ki, mübahisəyə baxılarkən iddiaçının İddiaçı məxsus 111 küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə gediş-gəliş yolunun yalnız Cavabdeh1 torpaq sahəsindən keçməklə mümkün olmasını müəyyən etdiyi təqdirdə isə, yol verilməsinin yalnız servitut təyin edilməklə mümkünlüyünə diqqət yetirməli idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 255.1-ci maddəsinin təlbəin əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinin müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. - 255.5-ci maddəsinə əsasən mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına sevitut vermək hüququna malikdir. - 255.6-cı maddəsinə əsasən sevitut yalnız o zaman baş tuta bilər ki, bu sevitut almış şəxsə öz daşımaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. - 256.2-ci maddəsinə əsasən sevitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Digər tərəfdən kollegiya qeyd edir ki, qanunverici servitut təyin edilərkən cavabdehin bunun müqabilində haqq almaq hüququnu müəyyən etmişdir. Servitut verilərk ən müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması təmin olunmalıdır. Tərəflərin sərəncam hüququnun əlindən alınması və onun razılığı olmadan servitut təyin olunması cavabdehin mülkiyyət hüququnun əhəmiyyətli dərəcə pozulmasına şərait yaradır. Qeyd edilməlidir ki, servitut təyin olunmaqla cavabdehin hüququ məhdudlaşdırılmışdır, lakin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdi rərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPMin 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmi yyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün « N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi ç ıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətn amə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göst ərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli 2(107)733/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5563/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5563/2019
04.09.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver