Məhkəmə qərarları › İş №2(102)-5569/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5569/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5569/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi, öhdəlik münasibətləri, tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*4)153*/2*22 nömrəli, 23 may 2*22-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22.1*.2*13-cü il tarixdə Cavabdeh1 ilə "xxxx" QSC-nin Bərdə filialı arasında kredit xətti müqaviləsi bağlanmış, bank tərəfindən borcalana 12* ay müddətinə, 22.1*.2*23-cü ilədək 5.***.*** ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. 23.1*.2*13-cü il tarixdə Cavabdeh2 ilə "xxxx" QSC-nin Bərdə filialı ilə arasında zaminlik müqaviləsi bağlanmış və o, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra edilməsi üçün bank qarşısında tam məsuliyyət daşımaq barədə öhdəlik götürmüş dür. 3. 23.1*.2*13-cü il tarixdə Cavabdeh2 ilə "xxxx" QSC-nin Bərdə filialı ilə arasında kredit xətti müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 mülkiyyətində olan ünvanndə yerləşən *.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 girişli, 389.6 kv.m ümumi, 19*.8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 197668 manat məbləğində qiymətləndirilərək ipoteka ilə yüklü edilmişdir. 4. 29.*9.2*14-cü il tarixdə Cavabdeh1 ilə "xxxx" QSC-nin Bərdə filialı arasında kredit razılaşması bağlanmış və bank tərəfindən borcalana 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.25% olmaqla 3**.*** ABŞ dolları məbləğdə kredit verilmişdir. 5. 17.11.2*15-ci il tarixdə Cavabdeh1 ilə "xxxx" QSC-nin Tovuz filialı arasında kredit razılaşması bağlanmış və b ank tərəfindən borcalana plastik kart vasitəsilə 12 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167% olmaqla 1*.*** ABŞ dolları kredit verilmişdir. 6. *2.*6.2*15-ci il, 25.*1.2*16-cı il və 11.*1.2*17-ci il tarixlərində Cavabdeh1 ilə "xxxx" QSC-nin Bərdə filialı arasında ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır.

7. Bankın təqdim etdiyi maliyyə arayışına görə, Cavabdeh1 29.*4.2*19-cu il tarixə 29.*9.2*14-cü il tarixli kredit razılaşması üzrə 224164.72 ABŞ dolları əsas, 1*3733.54 ABŞ dolları faiz, 211868.89 ABŞ dolları cərimə olmaqla, cəmi 539767.15 ABŞ dolları məbləğində borcu vardır.

8. Bankın təqdim etdiyi digər bir maliyyə arayışına görə, Cavabdeh1 29.*4.2*19-cu il tarixə 17.11.2*15-ci il tarixli kredit razılaşması üzrə 9997.19 ABŞ dolları əsas, 1577.92 ABŞ dolları faiz, 88 28.51 ABŞ dolları cərimə olmaqla, cəmi 2*4*3.62 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 25R*****3986 saylı kredit razılaşması üzrə 184164,92 ABŞ dollari kredit borcu, 1195*8,22 ABŞ dolları faiz borcu, 3*2532,87 ABŞ dolları cərimə olmaqla, cəmi 6*62*6,*1 ABŞ dolları məbləğdə borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2*14-cü il tarixli 25R*****3986 nömrəli kredit razılaşması və həmin kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında tərəflər a rasında 31 mart 2*15-ci il tarixli **6R15*21*3*44S nömrəli sazişlərin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, kredit borcu və faiz borcundan ibarət vəsaitləri banka qaytarmamışdır. Bundan başqa, Cavabdeh1 kredit xətt müqaviləsi üzrə 17 noyabr 2*15-ci il tarixli *25KK*****2**89*1 saylı kredit razılaşması üzrə ödəmələri də dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Borclu kredit razılaşmalarının tələblərini pozaraq dəfələrlə ödənişləri yubatdığına görə ipoteka saxlayan ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərmiş və sonuncular bildirişi qəbul etmişlər. Eyni zamanda ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respubl ikası ƏMDK yanında DƏDRX 15 saylı Tovuz Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş həmin idarədə qeydə alınmışdır.

11. Məhkəmənin qərardadları ilə məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 16.*9.2*2*-ci il tarixli, 9/3555 saylı rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin banka 29 sentyabr 2*14-cü il tarixə 238365.32 ABŞ dolları əsas, 131*96.*5 ABŞ dolları faiz borcu olmaqla, cəmi 369461.37 ABŞ dolları borcun olduğu müəyyən olunmuşdur. Ekspert həmçinin qeyd etmişdir ki, 29.*4.2*19-cu il tarixdən sonra ödənilmiş 7*** ABŞ dolları nəzərə alınmaqla borc 362461.37 ABŞ dolları təşkil edir. 13. "xxxx" MMC-nin 14.*6.2*21-ci il tarixli, 13*3/21/AB nömrəli hesabatı iklə ünvanndə y erləşən *.11 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 3 girişli, 1 mərtəbəli, 389.6 kv.m ümumi, 19*.8 kv.m əsas və 198.8 kv.m yardımçı sahələrdən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 95.*** manat, likvid dəyəri isə 8* *** manat müəyyən edilmişdir.

14. Tovuz Rayon Məhkəməsinin *3 noyabr 2*21-ci il tarixli, 2(*62)-52/2*21 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qafil Baxşıyev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 sentyabr 2*14-cü il tarixli, 25R*****3986 saylı kredit razılaşmasına əsasən 184164.92 ABŞ dolları əsas borc, 1*3733,15 ABŞ dolları hesablanmış faiz borcu, 756.33 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 288654,4 ABŞ dollarının icra olunduğu gün manatla məzənnəsi ilə, ödənilmiş 3* manat dövlət rüsumu və 3* manat xidm ət haqqının alınaraq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın 23 oktyabr 2*13-ci il tarixli ipoteka müqaviləsinə əsasən, yüklü edilmiş və Cavabdeh2 mülkiyyətində olan ünvanndə *,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 girişli 389.6 kv metr ümumi 19*.8 kv. metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 197668.8* manat müəyyən edilməsi, ünvanndə *.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 girişli 389.6 kv metr ümumi 19*.8 kv. metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan bir ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması və 15* manat ekspertiza xərcinin Cavabdeh1 tutulması qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə görə iddiaçı təşkilat kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsinə, həmin əmlakın açıq hərracda satılmasına və satışdan əldə olunan pulun müqavilə üzrə borc məbləğinə yönəldilməsini tələb etməkdə haqlıdır. Tərəflər ipoteka predmetinin ilkin dəyərini 197668.8* manat məbləğdə razılaşmışlar. Cavabdeh ipoteka predmetinin iddiaçı ilə razılaşdıqları qiyməti ilə razılaşaraq mübahisələndirməmişdir. Məhkəmə ekspert tərəfindən əmlakın qiymətləndirilmiş dəyərini əsaslı hesab etmir. İddiaçı təşkilat tərəfindən cavabdehlərə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Cərimə məbləği azaldılaraq 756,33 ABŞ dolları məbləğində müəyyən olunması qanuni və əsaslıdır. Cərimənin qalan hissəsi təmin edilməməlidir.

16. İddiaçı tərəfindən iddianın həcmi dəyişdirilmiş və borcun kreditin əsas məbləğinə aid hissəsi 184164.92 ABŞ dolları göstərilmişdir. Məhkəmə borcun əsas məbləğə aid hissəsinin göstərilən miqdarda təmin olunmasını əsaslı hesab etməmişdir. Lakin borcun faizə aid hissəsi ilkin iddiada göstəriləndən xeyli fərqli olaraq artırıldığına görə, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə zidd olduğundan əsaslı hesab etmir və ilkin iddiada olduğu qaydada 1*3733.15 ABŞ dolları məbləğində qəbul etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269, 317, 319. 1, 319.6, 385.1, 386.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 46*.1, 465.2, 467, 472.2, 739.1, 739.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 4, 34.1.1, 36, 59.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 117.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin *3 noyabr 2*21-ci il tarixli qətnaməsinin qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və ipoteka predmetinin real qiyməti müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onların bankdan götü rdükləri ABŞ dolları manatla məzənnədə ən azından iki dəfə bahalaşdığı halda əmlakların ucuzlaşması absurd məsələdir. Məhkəmədə işə baxılan zaman da bu məsələyə fikir bildirmələrinə baxmayaraq, ekspert tərəfindən əmlaklarına qoyulmuş qiyməti əsaslı hesab etməyərək, ipoteka müqaviləsində göstərilmiş məbləğdə əmlakın ilkin qiymətini müəyyən etmişdir. Bununla da razılaşmırlar, çünki həmin daşınmaz əmlakın qiyməti hazırda daha çoxdur. Ali Məhkəmənin icraatında olan işlər üzrə də hazırda məhkəmə qətnaməsində mübahisələndirilən məsələ ilə bağlı fərqli mövqelər mövcuddur. Hesab edirlər ki, bankın xeyrinə ipoteka ilə yüklü edilən əmlakın dəyəri düzgün müəyyən edilməlidir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-153*/2*22 nömrəli, 23 may 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlə r Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin *3 noyabr 2*21ci il tarixli qətnaməsinin mübahisələndirilən, yəni “İpoteka predmetinin ilkin satış qiymətinin 97668.8* manat müəyyən edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyasının apelyasiya şikayəti ilə bağlı mövqeyinə görə, apellyasiya icraatı zamanı iddiaçı "xxxx" QSC-nin nümayəndəsi ipoteka qoyulmuş qeyriyaşayış sahəsinin 197668,8* manatla satışa çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin real dəyərinin daha da çox olmasını qeyd etsə də, "xxxx" MMC-nin 28 sentyabr 2* 21 -ci il tarixli Ç-18* nömrəli rəyi ilə cavabdehlərin bu dəlili, yəni ipotekaya qoyulmuş qeyri yaşayış sahəsinin (torpaq sahəsi ilə birlikdə) ipoteka müqaviləsində qeyd 197668,8* manatdan artıq olması sübut olunmur.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 11, 33-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 8*, 88, 1*6.1, 372-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkili Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-153*/2*22 nömrəli, 23 may 2*22-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün ape llyasiya məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 1.*.9-cu maddəsinə müvafiq olaraq ilkin satış qiyməti ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsində göstərilir ki, ilkin satış ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bu Qanuna müvafiq olaraq ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir (Maddə 54). Hesab edirlər ki, bankın xeyrinə ipoteka ilə yüklü edilən əmlakların dəyəri düzgün müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı "xxxx" QSC kassasiya şikayətinə etiraz təqdim edərək, qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 197668 manat müəyyən edilməsi ilə bağlı işə baxan məhkəmələrin gəldiyi mövqe düzgün olmuşdur. Nəzərə alınmalıdır ki, bu dəyəri müəyyən edərkən məhkəmələr müvafiq qiymətləndirmə rəyi almış, həmin qiymət, ipoteka müqaviləsində müəyyən edilmiş olan qiymət və işdə olan digər sübutların qarşılıqlı qiymətləndirilməsindən sonra ilkin satış qiyməti müəyyən edilmişdir. Bu baxımdan ipoteka predmetinin dəyərinin daha artıq məbləğdə olması ilə bağlı kassasiya şikayətinin dəlilləri əsaslı deyildir. K assasiya şikayətində qeyd edilən dəlillər hər hansı mötəbər sübutla öz əksini tapmamışdır. Cavabdeh tərəfindən ipoteka predmetinin qiymətinə dair istənilən fikrin bildirilməsi mümkündür. Ancaq bütün bunlar ona əsas vermir ki, bu cür istənilən əsassız bəhanələr sübut kimi qəbul edilərək qətnamənin ləğvi üçün əsas olsun. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

27. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

28. Maddə 319.6. İp oteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozu lması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu

32. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 9* təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir.

33. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predme tinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

34. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 1* təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində v ə ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamənin bütövlükdə ləğv olunması tələb edilir. Nəzərə alınmalıdır ki, apelyasiya araşdırmasının hədləri ipoteka predmetinin qiyməti ilə bağlı olmuş və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin qiymətinə aid hissədə qüvvədə saxlamışdır. Buna görə də kassasiya araşdırmasında qətnamənin əsaslılığı tam yoxlanmasına baxmayaraq, araşdırma ipoteka predmetinin qiymətinin müəyyən olunması üzrə qanunvericiliyin tətbiqini əhatə edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası kassatorların ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər əsassızdır. Çünki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdir.

49. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətinə dair sərbəst qiymətləndiricinin rəyini almış, rəydə əmlakın likvid qiyməti 8**** manat müəyyən edilmişdir. Lakin məhkəmələr ipotekanın qiymətini tərəflərin ipoteka müqaviləsi bağlanan zaman qarşılıqlı razılıq əsasında müəyyən olunmuş qiymətlə - 197668.8* manat məbləğdə müəyyən etmişdir. İddiaçı ipotekanın qiymətinin bu məbləğdə müəyyən olunması ilə razılaşır.

50. Cavabdeh isə ipoteka predmetinin qiymətinin daha yüksək olması barədə dəlil irəli sürsə də, ipotekanın fərqli qiymətini müəyyən edən, məhkəmənin fərqli nəticəyə gəlməyə əsas verən heç bir sübutu təqdim etməmişdir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Q ərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*4)-153*/2*22 nömrəli, 23 may 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar