Məhkəmə qərarları › İş №2(102)-557/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-557/2019

14.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-557/2019 14.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-557/2019 şəhəri 14 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X6, X1 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin vəkili Ə*** iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli, 2(106)2307/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(036)-4968/2017 saylı qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia qi smən təmin edilmiş, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 7848.63 AZN əsas borc, 434.76 AZN faiz borcu, 20 AZN cərimə olmaqla, cəmi 8303.39 AZN kredit borcunun vəödənilmiş dövlət rüsumuna görə 20 manatın tutulub iddiaçı«xxxx» ASC-nin xeyrinəödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.H.Əhmədov, K.S.Bəşirov və K.H.Əkbərov) 20.08.2018-ci il tarixli, 2(106)-2307/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təminolunmamış, İmişli Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili X2 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər X5, Zam in1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, onun ailə vəziyyətində problem olduğuna görə və manatın devalvasiyasına görə ödəmə gecikdirildi ki, bu da üzürlü sayılmalıdır. Müqavilədən sonra baş vermiş üzürlü səbəblər ödəmənin qısa müddət gecikməsinə səbəb olmuşdur. Həmin üzürlü halları nəzərə almayan bank əsassız olaraq xeyli miqdarda faiz və cərimə hesablamış, ödədiyi pulların bir hissəsini nəzərə almamışdır. Məhkəmədə bu halı nəzərə almamışdır. Bundan başqa, məhkəmə borcun həqiqi məbləğini müəyyən etmək üçün məhkəmə -mühasibatlıq ekspertizası təşkil etməli olduğu halda, bunu etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə İmişli Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qətnaməsini kassatora aid hissədə dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 17 yanvar 2015-ci il tairxli ********* nömrəli Kredit müqaviləsinəəsasən Cavabdeh ilə iddiaçı«xxxx» ASC arasında 36 ay müddətinə illik 27 faizlə cəmi 10000 AZN məbləğində kredit verilməsinə d air müqavilə imzalanmışdır. 17 yanvar 2015-ci il tarixli kassa məxaric orderinin surətinəəsasən həmin gün “xxxx” ASC-nin “İmişli” filialından Cavabdeh 10000 AZN nağd olaraq verilmişdir. Kredit hesabıüzrə Qrafikəəsasən Cavabdeh “xxxx” ASC-dən aldığı 10000 AZN kredit məbləğinin aylıq 408.31 AZN ödəməklə 17 yanvar 2015-ci il tarixdən 17 yanvar 2018-ci il tarixədək tam şəkildəödəyib qutarmağıöhdəsinə götürmüşdür. 17 yanvar 2015-ci il tairxli ********** ZM nömrəli zaminlik müqaviləsinəəsasən Zamin1 və İmanov X3 Samid Rasim oğlu ilə “xxxx” ASC arasında bağlanmış 17 yanvar 2015-ci il tairxli ********* nömrəli Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdəöhdəlik götürmüşlər. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nə ticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh iddiaçı «xxxxı» ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yer inə yetirməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Manatın devalvasiyası ilə bağlı kassasiya şikayətinin əsas dəlillərinə dair kollegiya bildirir ki, manatın devalvasiyanın baş verməsi borcun alındığı valyuta ilə qaytarılmasından ibarət cavabdehin öhdəliyinə hər hansı şəkildə təsir etmir. Belə ki, Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, borc alınmış valyutada, yəni ABŞ dolları ilə, qaytarılmalıdır. Eyni zamanda, Mülki Məcəllənin 439.2-ci maddəsi baxımndan əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Göründüyü kimi, qanun birbaşa olaraq borcun məhz ödəniş yerinin məzənnəsinə uyğun aparılmasını müəyyən etmişdir. Digər tərəfdən qeyd edilən qərarda bankların vətəndaşların üzləşdiyi mövcüd vəziyyəti nəzərə almaqla müəyyən güzəştlərin edilməsi tövsiyyə edilsədə, qeyd edilən məhz tövsiyyə xarakteri daşıdığından bunun bir vəzifə kimi iddiaçının üzərinə qoyulması mümkünsüzdür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsə aid hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məh kəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli, 2(106)-2307/2018 nömrəli qətnaməsi Cavabdeh aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar