Məhkəmə qərarları › İş №2(102)-557/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-557/2022

24.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-557/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6455/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-4851/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı 2.182,04 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6455/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaç ı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti 22 noyabr 2021-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, iddiaçının kassasiya şikayəti mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda — alınan məbləğlə müəyyən edilir (maddə 112.1.1). Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min m anatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Hazırkı işdə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 4 17.1.7). Beləliklə, hazırkı kassasiya icraatı üzrə iddiaçının kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 22 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6455/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar