Məhkəmə qərarları › İş №2(102)-5570/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5570/2021

02.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5570/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi 02.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1234/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, tərəflər 23 aprel 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Lənkəran ŞİHB-nın Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 06 sayla qeydə alınmışdır. Tərəflərin birgə nikahından 30 iyun 2011-ci il tarixdə X5, 02 yanvar 2015-ci il tarixdə isə X7 doğulmuşdur. Tərəflər faktiki olaraq 04 dekabr 2019-cu il tarixdən ayrı yaşamış və birgə təsərrüfat aparmamışlar.

2. Həmçinin iş materiallarından görünür ki, «Ford Tansit» markalı, ** FV *** qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahı dövründə yəni, 12 aprel 2017-ci il tarixdə alqı-satqı yolu ilə Cavabdeh1 mülkiyyətinə verilmiş və o, həmin avtomobili 20.12.2019-cu il tarixdə, iddiaçının razılığı olmadan X4 3000 mana ta satmışdır.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin X2-İmtahan və X9 18 avqust 2020-ci il tarixli məktubuna əlavə edilmiş nəqliyyat vasitələrinin uçot kartoçkasından görünür ki, AD seriyalı, xxxx №-li Şəhadətnamə ilə «Ford Tansit» markalı, ** FV *** qeydiyyat nişanlı avtomobil 20.12.2019-cu il tarixdən mülkiyyət hüququ üzrə X1 adına, AD seriyalı, xxxx №-li Şəhadətnamə ilə «Mercedes Benz E 220 CDİ minik» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh2 adına qeydiyyata alınmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Ərazi idarəsinin elektron baza və arxiv məlumatlarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunmuş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dö vlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin şəxsin adına fərdi yaşayış evinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır.

5. Azərbaycan Respublikası Lənkəran Dövlət Arxivinin 11 sentyabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 18 fevral 2011-ci il tarixli 70 №-li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X kənd sakini Cavabdeh1 torpağın mülkiyyətə verilməsinə dair JN-297A saylı şəhadətnaməyə əsasən X kəndində mülkiyyətində olan 700 kv.m həyətyanı torpaq sahəsində ümumi sahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli, üç otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmi şdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 birgə nikah dövründə tikdiyi X kəndində yerləşən iki mərtəbəli 5 otaqdan ibarət evdə yaşamaq və istifadə hüququnun tanınması, onun Cavabdeh1 ilə birlikdə birgə nikah dövründə əldə etdikləri ** FV *** markalı Ford və ** CD *** markalı Mercedes minik maşınlarının məhkəmə tərəfindən satılaraq Vz hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu il Cavabdeh1 valideynlərinin yaşadığı X kəndinə gələrək onu valideynlərindən el adəti ilə almış, ona toy edərək özlərinə məxsus evə gəlin aparmışlar. Bu münasibətdən 30.06.2011-ci il tarixdə X, 02.01.2015-ci il tarixdə isə X adında övladları doğulmuşdur. Qısa müddət qaynatasıgildə yaşayandan sonra həyat yoldaşı X6 şəhər İcra Hakimiyyəti Başçısına müraciət edərək mülkiyyətində olan xxx saylı şəhadətnaməyə əsasən X kəndində olan 700 kv.m həyətyanı torpaq sahəsində ümumi sahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin tikilməsinə icazə almışdır. Həmin çıxarışın surətini idda ərizəsinə əlavə edir. Evliliklərinin ilk vaxtlarında mehriban yaşasalar da sonralar cavabdeh X anası Cavabdeh2 dediyi ilə oturub durmağa başlamışdır. Odur ki, qaynanasının mütəmadi müdaxilələrinə görə evlərində tez-tez münaqişələr yaranmağa başlamışdır. 04 dekabr 2019-cu il tarixində işdən gələn zaman həyat yoldaşının yataqda öz əlində fəhlə kimi işlətdiyi X adlı qadınla bir yataqda tutmuşdur. Həmin anı təsəvvür etmək ona həddindən artıq çətindir. Bu dəhşətli epizodu o görərkən Cavabdeh1 onun könlünü almaq əvəzinə X adında qadınla onu döymüşlər. O qeyd olunan hadisədən sonra nikahın pozulması və aliment tələbinə dair Lənkəran Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun fikri qətidir va cavabdehlə əsla barışmaq niyyəti yoxdur. Onlar Cavabdeh1la birgə nikah dövründə iki mərtəbəli 5 otaqdan ibarət ev tikmişlər. Lənkəran ŞRPŞ-nin qeydiyyatında münaqişəli ailə kimi qeydiyyata düşmüşlər. Lakin hər anda cavabdehlər ona bildirmişlər ki, «sən bizim evdən çıxıb getməlisən, bir gün sənin əşyalarını həyətə atacağıq». O hər gün iki uşaqla küçədə qalacağına, cavabdehlər tərəfindən əşyalarının yaşadığı mənzildən çıxarılacağına inanır. Onun başqa yaşayış sahəsi yoxdur. İstif adələrində olan ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən keçməmişdir. Ona görə də qanunvericiliyə müvafiq olaraq bölünməsini qoya bilmir. Eyni zamanda onu da qeyd edir ki, o cavabdehlə birgə nikah dövründə AZ **-FV-*** Ford, **-CD-*** markalı Mercedes minik maşını almışlar. 04 dekabr 2019- cu il tarixli hadisədən sonra başa düşmüşdür ki, onun Cavabdeh1 boşanmaq fikri qətidir. Odur ki, sözügedən maşınları xalasının əri olan X kənd sakini, X1 adına rəsmiləşdirilmişdir. İndiyə qədər həmin maşından Cavabdeh1 özü istifadə edir, digər minik maşını olan ** CD *** Mercedes minik maşını isə cavabdeh anası Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

8. Daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddiaçı X iddia tələbinin dəyişdirilməsi barədə ərizə i lə məhkəməyə müraciət edərək, sözü gedən mənzilin birgə nikah dövründə tikdiklərinə görə birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməsini məhkəmədən xahiş etmişdir.

9. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1181/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi (hakim R.Məmmədov) ilə iddianın qismən təmin edilməsi, iddiaçı X 3000 (üç min) manat məbləğində pul vəsaitinin üzərində X 1/2 hissədə 1500 (bir min beş yüz) manat məbləğində payın müəyyən edilməsi və 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçı X ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, «Ford Tansit» markalı, ** FV *** qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahı dövründə y əni, 12 aprel 2017-ci il tarixdə alqı-satqı yolu ilə Cavabdeh1 mülkiyyətinə verilmiş və o, həmin avtomobili 20.12.2019-cu il tarixdə, yəni iddiaçının razılığı olmadan X4 3000 manata satmışdır. Cavabdeh1 özü də həmin halı təsdiq etmiş və avtomobilin satışından əldə edilmiş pul vəsaitinin tərəflər arasında bərabər şəkildə bölünməsinə etiraz etməmişdir.

11. Məhkəmə iddianın «X kəndində yerləşən fərdi yaşayış evinin tərəflər arasında bölünməsi» hissəsinə qiymət verərək, hesab etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

12. Belə ki, X kəndində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflər arasında bölünməsi üçün həmin fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində tərəflərdən birinin mülkiyyəti kimi qeydə alınmalıdır. H albuki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19 avqust 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərazi idarəsinin elektron baza və arxiv məlumatlarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunmuş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin şəxsin adına fərdi yaşayış evinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. Həmin halın əksini təsdiq edən sübut isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə X sakini Cavabdeh1 torpağın mülkiyyətə verilməsinə dair xxx saylı şəhadətnaməyə əsasən X kəndində mülkiyyətində olan 700 kv.rm həyətyanı torpaq sah əsində ümumi sahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli, üç otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə» Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 18 fevral 2011-ci il tarixli 70 Nls-li Sərəncamına qiymət verərək, hesab etmişdir ki, həmin Sərəncam X kəndində yerləşən fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən sübut növu kimi qəbul edilə bilməz.

14. Daşınmaz əmlaka mülkiyyət hüququnun mövcudluğu həmin hüququn dövlət qeydiyyatına alınmalı olması İlə şərtləndirilir və bu halın başqa sübutlarla təsdiq edilməsinə yol verilmir. Məhz buna görə də məhkəmə hesab edir ki, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 18 fevral 2011-ci il tarixli 70 №-li Sərəncamı Lənkəran şəhəri, Şürük kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ nu təsdiq etmir, yalnız müvafiq tikinti işlərinin aparılmasını qanunla müəyyən edilmiş qaydada dövlət tərəfindən razılığın verilməsini özündə ehtiva edir.

15. Digər tərəfdən iddiaçı özü də ilkin iddia ərizəsində həmin halı qəbul edərək, Lənkəran şəhəri, Şürük kəndində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsini tələb etmədiyini bildirmişdir.

16. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin X2-İmtahan və X9 18 avqust 2020-ci il tarixli məktubuna əlavə edilmiş nəqliyyat vasitələrinin uçot kartoçkasından görünür ki, «Mercedes Benz E 220 CDİ minik» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil AD seriyalı, xxx №-li Şəhadətnamə ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Göründüyü kimi AD seriyalı, xxx №-İi Şəha dətnamə «Mercedes Benz E 220 CDİ minik» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərdən hər hansı birinin mülkiyyətində olmasını təsdiq etməməklə yanaşı əksinə həmin halı təkzib edir. Eyni zamanda da iddiaçı tərəfindən «Mercedes Benz E 220 CDİ minik» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 220, 225.1-ci, Alə Məcəlləsinin 32.1, 35, 36.1, 36.2, 36.3, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 81, 88, 184.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

19. Şirvan Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(106)-1234/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və S.Mayılov) iddiaçı X tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1181/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi iddiaçı X tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində ** FV *** markalı “Ford Transit” markalı avtomobil dəyərinin cavabdeh tərəfindən əvvəlcə 5000 manat satdığını, lakin sonradan 3000 manata satması barədə sənəd gətirməsini mübahisələndirməsi ilə bağlı kollegiya qeyd edir ki, avtomobilin alqı-satqısı tər əflərin iradə ifadəsi ilə bağlanmış müqavilə üzrə realizə edilir. Həmin müqavilədə əmlakın dəyəri də tərəflərin iradə ifadəsi ilə müəyyən edilir. Mübahisələndirilən avtomobilin dəyəri də məhz 5000 deyil, 3000 manat olması müqavilə ilə müəyyən edilmişdir. İddia tələbi üzrə sübutlar dəyərləndirilərkən tərəflərin izahatları sübutlar ilə təsdiq edildiyi təqdirdə, həmin izahat (tələb nəzərə alınmaqla) əsaslı hesab edilə bilər. Cavabdehin avtomobili 5000 manata satması iclas protokolunda əks olunmamış, bu xüsusat məhkəmə iclas protokoluna qeyd verilməklə mübahisələndirilməmişdir.

21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 idarəsinin X2-İmtahan və X9 29 sentyabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş 12.04.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsindən gö rünür ki, X8 mülkiyyətində olan «Ford Tansit» markalı, ** FV *** qeydiyyat nişanlı avtomobil 12.04.2017-ci il tarixdə Cavabdeh1 5000 manata satmış, 29 sentyabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş 20.12.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan «Ford Tansit» markalı, ** FV *** qeydiyyat nişanlı avtomobil 20.12.2019-cu il tarixdə X4 3000 manata satmışdır.

22. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlili formal mülahizə kimi dəyərləndirilməklə, gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz.

23. Apellyasiya şikayətinin ** CD *** markalı “Mercedes Benz” minik markalı maşınlarının məhkəmə tərəfindən satılaraq ½ hissəsinin ona verilməsi və X kəndində yerləşən iki mərtəbəli 5 otaqdan ibarət evin birgə nikah dövründə tikdiklərinə görə birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməsi tələbləri üzrə dəlillərinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.

24. Hər hansı bir əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilərək nikah münasibətində olan şəxslər arasında bölünməsindən ötrü həmin ə.rılak birgə nikah dövründə əldə edilməsi ilə yanaşı, ər-arvadın ümumi gəlirləri hesabına da əldə dilməlidir. Bu isə hər hansı bir əmlakın birgə nikah dövründə və ümumi gəlirləri üzrə əldə edilməsini iddia edən şəxsin sübut etmə öhdəliyini yaradır, iddiaçı 'Mercedes Benz E 220 CDİ mirik” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi satılaraq bölünməsini mübahisələndirsə də, həmin əmlak iddiaçının ərinin deyil, digər Cavabdeh2 adına qeydə alınmışdır. Həmin qeydiyyat mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Bu isə həmin əmlakın birgə nikah dövründə ümumi birgə gəlirlər hesabına əldə edilmiş kimi dəyərləndirilməsini istisna edir.

25. Bundan başqa qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Dövlət reyestrində qeydə alınmamış əmlak nə qədər ki hüquq rəsmiləşdirilməyib özbaşına tikili hesab edilir. Mübahisələndirilən fərdi yaşayış evinin tikintisinə razılıq əldə edilsə belə, həmin əmlak üzərində hüquqlar rəsmiləşdirilmədiyindən özbaşına tikili kimi dəyərləndirilir. Mübahisələndirilən fərdi yaşayış evi ümumi gəlirlərin hesabına birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsindən ötrü həmin daşınmaz əmlak üzər ində hüquqlar rəsmiləşdirilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı zəruridir. Lakin həmin əmlak üzərində hüquqlar rəsmiləşdirilmədiyindən və nə qədər ki də həmin əmlak üzərində hüquqlar rəsmiləşdirilməyəciyi təqdirdə də statusuna görə özbaşına tikili kimi dəyərləndirildiyindən, birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflərin həmin daşınmaz əmlaka hüquqları tanınaraq, onlar arasında əmlaka dair hüquqların bölünməsi də istisna edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin xxx saylı şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus X kəndində olan 700 kv.m həyətyanı torpaq sahəsində yerləşən ümumi s ahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinə ½ hissə payının tanınmasının təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının xxx saylı şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus X kəndində olan 700 kv.m həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinə ½ hissə payının tanınmasının təmin edilməməsi hissəsində ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

35. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (maddə 139.1)

36. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. (maddə 225.1) Ailə Məcəlləsi

37. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (maddə 32.1)

38. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. (maddə 36.1)

39. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. (maddə 36.3) Mülki Prossesual Məcəllə

40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

41. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

42. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (maddə 81)

43. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

44. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, xxx saylı şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus X kəndində olan 700 kv.m həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinə iddiaçı X ½ hissə payının tanınmasının təmin edilməməsi hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin xxx saylı şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus X kəndində olan 700 kv.m həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinə iddiaçı X ½ hissə payının tanınmasının təmin edilməməsi hissəsində ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.

48. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin xxx saylı şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus X kəndində olan 700 kv.m həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinə iddiaçı X ½ hissə payının tanınmasının təmin edilməməsi hissəsində ləğvi üçün qanuni əsas ola bilməz.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi xxx saylı şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus X kəndində olan 700 kv.m həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinə iddiaçı X ½ hissə payının tanınmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1234/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi xxx saylı şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus X kəndində olan 700 kv.m həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 195,3 kv.m, yaşayış sahəsi 58,0 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinə iddiaçı X ½ hissə payının tanınmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar