Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5570/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “X1” MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-1198/2*22 nömrəli, 14 iyun 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı i craat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. “X1” MMC ilə Cavabdeh arasında bağlanmış *9.*1.2*17-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən, sonuncu 3 aylıq sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 22.1*.2*18-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş, həmin tarixdə də “Tam maddi məsuliyyət” haqqında müqavilə bağlanmışdır. 2. 25 aprel 2*19-cu il tarixli İmtina aktına əsasən, “X1” MMC-nin Xətai rayonu ünvanında yerləşən “Əhmədli 11” (773) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində catışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdı rılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 3. 28 avqust 2*19-cu il tarixdə Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə MMC-yə müraciət etmiş, həmin tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir. 4. 1* fevral 2*2*-ci il arayışa əsasən, 25.*4.2*19-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 7587 (yeddi min beş yüz səksən yeddi) manat çatışmazlıq müəyyən edilmiş, sonuncu keçən dövrdə 146 (yüz qırx altı) manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 7441 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı “X1” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7441 (yeddi min dörd yüz qırx bir) manat və dövlət rüsumu kimi 3* (otuz) manat məbləğin Cavabdeh alınaraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 25.*4.2*19-cu il tarixdə Oba – Əhmədli 11 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin MMC-yə zərər vurması müəyyən edilmiş, 25.*4.2*19-cu il tarixl i “İnventarizasiya nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 7587 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 146 manat ödəniş etmiş qalıq borc 7441 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.
7. Tərəflər birinci instansiya məhkəməsinin məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər.
8. Lənkəran Rayon Məhkəməsinin 2(*49)-1335/2*2* nömrəli, *5.11.2*2*-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin əməllərində ziyan vurma ilə bağlı mülkihüquq pozuntusunun (delikt) tərkibi olmuşdur. Belə ki, vurulmuş maddi ziyanla əlaqədar müvafiq akt tərtib edilmiş, həm ziyanın vurulması, həm də ziyanın məbləği ilə əlaqədar cavabdeh razılaşaraq müvafiq akta imza etməklə aktda təsbit olunanları qəbul etmişdir. Buna görə də, iddia tələbi əsaslıdır.
10. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci və 2-ci bəndi, 199-cu maddəsinin ç bəndi, Mülki Məcəllənin 21.1, 21.2, 1*96.1 və 1*97.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4 və 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, düzgün olmayaraq artıq həcmdə hesablanmış zərərin məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş v axtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verməmiş və iddiaçıya 7587 manat məbləğində zərər vurmamışdır. Zərərin hesablanması düzgün aparılmamış, dəymiş ziyan artıq hesablanmışdır. Zərər hesablanarkən onun satıcı-kassir vəzifəsində işlədiyi müddət nəzərə alınmamışdır.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-1198/2*22 nömrəli, 14 iyun 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov – sədrlik edən və məruzəçi, T.Heydərov və M.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması qət edilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya baxışı zamanı zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsi zliyi nəticəsində vurulması, zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdeh həmin çatışmazlıqlara dair izahat vermədiyindən, ümumiyyətlə həmin aktların cavabdehin iştirakı ilə tərtib olunması, yaxud çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. Aparılmış inventarizasiya cavabdehin administrator kimi işləmədiyi dövrləri (cavabdeh 22.1*.2*18-dən adminitsrator işləyir, inventarizasiya isə 29 aprel 2*18-ci il tarixindən 25 aprel 2*19-cu il tarixinədək olan dövrü əhatə etmişdir) də əhatə etmiş və əksikgəlmələrin məhz hansı dö vrdə yaranmasına dair sübutlar təqdim edilməmişdir.
15. Məhkəmə kollegiyası mülki işin müəyyən olunan halları əsasında onu da qeyd etmişdir ki, iddiaçı bir tərəfdən cavabdehin maddi-məsul şəxs olaraq 25 aprel 2*19-u il tarixdə aparılan inventarizasiyanın nəticəsi olaraq cəmiyyətə böyük məbləğdə, 7587 manat məbləğində zərər vurduğunu bilə-bilə cavabdehi sonuncu inventarizasiya aktının tərtib edildiyi tarixdən dörd ay sonra, yəni 28 avqust 2*19-cu il tarixdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası) ilə deyil, 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndi (öz xahişi nəzərə alınmaqla) ilə işdən azad edir. Qeyd olunan hal isə iddiaçının tələbinin əsassız olmasının əlavə sübutdur.
16. Məhkəmə iş üzrə g əldiyi nəticəni Əmək Məcəlləsinin 1*-cu maddəsinin ç bəndi, 7*-ci maddəsinin ç bəndi, 72-ci maddəsinin c bəndi, 199-cu maddəsinin 1-ci hissəsinin a və ç bəndlərinə, Mülki Məcəllənin 2.3, 14.1, 14.2.1, 386.1 və 1*96.1-ci və Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.2 və 88-ci maddələrinə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq vəzifəsi qanunla müəyyən olunmasına baxmayaraq məhkəmə gəldiyi qənaətlə işçini bu vəzifədən azad etmişdir. Şirv an Apellyasiya Məhkəməsi bu qənaətə gəlmişdir ki, 25.*4.2*19-cu il tarixli inventarizasiya nəticələrinə dair aktda Cavabdeh imzası yoxdur. Lakin Cavabdeh ilə işəgötürən "xxxx" MMC arasında bağlanmış və iş materiallarına əlavə edilmiş "Tam maddi məsuliyyət haqqında" müqavilənin 3.3-cü bəndində göstərilir ki, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur və işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Məhz bununla bağlı "İmtina aktı" tərtib edilmişdir. Bu aspektdən, cavabdehin borcu etiraf etməməsi onu maddi məsuliyyətdən azad etmir. Cavabdehə intizam tənbehinin tətbiq edilməməsi onun məsul şəxs olması üzrə aparılmış inventarizasiya yox lamasının əsassızlığına dəlalət etmir. Çünki işçi tərəfindən hər hansı pozuntunun törədilməsi zamanı həmin işçi barəsində intizam tənbehinin tətbiq edilməsi işəgötürənin hüququdur. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işçilər tərəfindən əmək müqaviləsinin şərtləri, müəssisədaxili intizam qaydaları pozulduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənə hüquq kimi müəyyən edilmişdir. Bu norma Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində də işəgötürənin vəzifəsi deyil, hüququ kimi öz əksini tapmışdır. İşəgötürən üçün bu hal vəzifə olaraq müəyyən edilmədiyindən o, işçi barəsində intizam tənbehini tətbiq edə də bilər, etməyə də bilər. Yəni iddia tələbinin intizam tənbehinin tətbiq edilməməsi ilə heç bir qanuni əlaqəsi nəzərdə tutulmamışd ır. Odur ki, Əmək Məcəlləsinin istər 11, istərsə də 186-cı maddələrində işçini intizam məsuliyyətinə cəlb etmək işəgötürənin vəzifəsi kimi deyil, məhz hüququ kimi nəzərdə tutulub və maddi məsuliyyət haqqında müqavilə üzrə dəymiş zərərin tələb edilməsi Əmək Məcəlləsinin 199 və 2**-cü maddəsinin tələbləri baxımından intizam tənbehinin tətbiq edilməsi ilə şərtləndirilməyib. Bu baxımdan, apellyasiya məhkəməsinin gətirdiyi arqument əsaslı sayıla bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavil ədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1*96.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məh kəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Apellyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır.
35. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq vəzifəsi qanunla müəyyən olunmasına baxmayaraq məhkəmə gəldiyi qənaətlə işçini bu vəzifədən azad etmişdir.
36. Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, iş materiallarından cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə olması, habelə həmin zərərə görə cavabdehin təqsirli olması müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə iddia tələblərinin əsaslarının sübuta yetirilməməsi qənaətinə gəlmiş, məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əsasında apellyasiya məhkəməsinin yuxarıda göstrilən qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas o la bilməz. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Odur ki, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-1198/2*22 nömrəli, 14.*6.2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.