Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5572/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1, vəkili Vəkil və digər Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)3224/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin (hakim T.Qurbanov) xx.xx.2019-cu il tarixli, 2(002)-33/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi və girov qoyulmuş əmlakın açıq hərracdan satılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 12150,12 ABŞ Dolları, faiz borcuna görə 3149.73 ABŞ Dolları, 10 ABŞ Dolları cərimə borcu, cəmi 150309.85 ABŞ Dollarının Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumu 30 manatın tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, Cavabdeh1 məxsus «Mitsubishi Pajero» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin bazar qiymətinin 17000 manat müəyyən olunmaqla ixtisaslaşdırılmış açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş vəsaitdən ümumilikdə 150309.85 ABŞ Dollarının A zərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumu 30 manatın tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, avtomobilin satışından götürülmüş məbləğ İddiaçı ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğin Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, avtomobilin satışından əldə edilmiş məbləğ İddiaçı ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ekspertiza xərcinin dəyəri 120 manatın tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 2-(002)-33/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Qaradağ Rayon Məhkəməsinin 2-(002)-33/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməs inin “qət etdi” hissəsində tutulmalı olan məbləğin rəqəmlə ifadəsi “15309” kimi oxunmaqla yalnışlığın düzəldilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, R.Eyvazov, Z.Əliyev) xx.xx.2020-ci il tarixli, 2(103)-3224/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-33/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi və girov qoyulmuş əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, № 05032014/138896 savlı kredit müqaviləsinə və Cavabdeh2, Cavabdeh3, X2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, № 05032014/138896 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 birgə qaydada 12150 ABŞ dolları əsas borcu, 8288 ABŞ dolları faiz borcu, 1000 ABŞ dollar cərimə borcu olmaqla cəmi 21438 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı" ASC-nin xeyrinə ödənilməsi və tutmanın "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli. № 05032014/138896 saylı Girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus MİTSUBİSHİ PAJERO minik markalı qeydiyyat nişanı ** UF * **, buraxılış ili 2006-cı il, Ban № JMYLRV73W6J712738 qara rəngli minik maşınına yönəldilərək açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə cavabdehlərdən pulun tutularaq "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh tərəfindən ödənilmiş kredit borcundan 7000 ABŞ dolları bank tərəfindən qəsdən nəzərə alınmamış, əksinə, kredit borcu əsas, faiz borcu və cərimə borcu hesabına artırılmışdır. Cavabdeh ABŞ dollarının kursu 2015-ci ilin dekabr ayında ən yüksək həddə ça tandan sonra cavabdeh ödəniş edə bilməmişdir. Bu hal fors-major kimi qiymətləndirilməlidir. Hər iki instansiya məhkəməsi bank tərəfindən təqdim edilmiş mühasibat sənədlərinə istinad etmiş və sübut kimi qəbul etmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlərin faiz borcuna hesablanması və onun vəziyyətinin ağırlaşdırılməsi ekspert rəyində də araşdırılmamışdır. Minik maşının açıq hərracda satılması, əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi mexanizmi də məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3224/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mübahisə edilən hissədə apelyasiya şikayətinin dəlilləri təsdiq edilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində də apelyasiya şikayətində olduğu kimi, borcun düzgün hesablanmadığını gös tərsə də, iş materiallarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, borc məbləği müəyyən edilmişdir. Hazırki halda da cavabdeh borcun düzgün hesablanmamasına dair hər hansı sübuta istinad edə bilməmişdir. Kasasiya yoxlaması zamanı isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qə tnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək h üququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsul iyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödə nilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3224/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Q
Məhkəmə qərarları › İş №2(102)-5572/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5572/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver