Məhkəmə qərarları › İş №2(102)-5572/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5572/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5572/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya baxışının hədləri, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə borclu X2 arasında bağlanmış 15 aprel 2014-cü il tarixli 2539 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 22 faizlə, 19500 manat kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə verilmiş borcun təminatı olaraq mülkiyyət hüququ ilə X1, X5, X6 və X3 məxsus olan, Tovuz rayonu Qovlar şəhəri N.Nərimanov küçəsində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 233,9 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi (xx.xx.2014-cü il tarixli əlavə razılaşma) əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka predmeti 29.790 manat məbləğində qiymətləndirilmişdir.

3. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən pozulduğuna istinad edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müracət edərək, cavabdehdən 15 aprel 2014-cü il tarixli 2539 nömrəli kredit müqaviləsi üzrə 16250,63 manat əsas, 1840 manat faiz, 7339,12 manat cərimə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, gecikdirilmiş vaxt üçün hesablanan 1662,90 manat illik faiz olmaqla cəmi 27092,65 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün 20 manat və 11 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə cavabdehə illik 22 faiz ödəmək şərti ilə 36 ay müddətinə 19500 manat kredit verilmişdir. Kreditin təminatı kimi Tovuz rayonu, Qovlar şəhəri, N.Nərimanov küçəsində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçıya olan borcunu qaytarmaqdan yayınmışdır. 6. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qi ymətləndirmə rəyi ilə ipoteka predmetinin bazar dəyəri 45.000 manat məbləğində müəyyən edilmişdir.

7. Tovuz Rayon Məhkəməsinin (hakim N.Mustafayev) 13 iyul 2020-ci il tarixli, 2(062)76/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 16250,63 manat əsas kredit borcu, 1840 manat faiz borcu, 734 manat cərimə borcu olmaqla, ümumilikdə 18824,63 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 31 (otuz bir) manat və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun alınaraq iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan məbləğ hesabına iddia tələbi üzrə borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 45.000 (qı rx beş min) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 200 (iki yüz) manat mütəxəssis xərcinin cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin bir hissəsini yerinə yetirmiş, qalan hissədə isə öhdəliyini yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh banka olan borcunu qaytarmaqdan yayınmışdır. Hazırda cavabdehin banka 16250,63 manat əsas borc, müqavilə müddəti üzrə əsas borca hesablanmış 1840 manat faiz borcu qalmışdır. Bundan başqa iddiaçı kredit borclarının qaytarılması istiqamətində uzun müddət hərəkətsizlik nümayiş etdirmişdir ki, b u da əlavə hesablanmış cərimə borcunun süni surətdə şişməsi ilə nəticələnmişdir. Bu səbəbdən də hər gecikdirilmiş günə görə cərimə məbləğinin on qat azaldılması məqsədəmüvafiqdir.

9. Həmçinin məhkəmə qeyd etmişdir ki, müqavilənin müddəti bitdikdən sonra cərimə məbləği ilə eyni zamanda əlavə faiz məbləğinin hesablanması müqavilədə nəzərdə tutulmadığından həmin hissədə iddianın təmin edilməməsi məqsədə müvafiq deyildir.

10. Bundan başqa məhkəmə ipoteka predmetinin hazırkı dəyərinin müqavilədə göstərilən miqdarda, yəni 29790 (iyirmi doqquz min yeddi yüz doxsan) manat miqdarında deyil, mütəxəssis tərəfindən göstərilmiş 45000 (qırx beş min) manat miqdarında müəyyən edilməsini daha məqsədə müvafiq hesab etmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 3 19.1, 319.6, 385.1, 386.1, 442, 443.1, 458.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.1, 59.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin iddianın təmin ediməməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz borcun tutulmasının təmin edilməməsi hissəsində, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində maddi və prosessual hüq uq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, kredit müqaviləsi üzrə borcalana göstərilən məbləğdə borclar hesablanmışdır. Həmçinin, ipoteka predmetinin müəyyən edilmiş ilkin satış qiyməti əmlakın real bazar qiymətinə uyğun deyil. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – X7 (sədrlik edən və məruzəçi), X4 və X10) 2(104)-210/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbinin qismən təmin edilməsi, 15 aprel 2014-cü il tarixli 2539 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 16250,63 manat əsas borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 31 manat pulun və məhkəmədə işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya verilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 45000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan 16250,63 manat kredit borcunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 31 manat pulun və məhkəmədə işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, əm lakın qiymətləndirilməsi ilə bağlı tədqiqatının dəyəri 200 manat pulun cavabdehdən alınaraq, "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və restrukturizasiya olunacaq məbləğ 16250,63 manat müəyyən olunmuşdur. Qeyd olunan Fərmanın icrası ilə bağlı tərəflər arasında yeni müqavilə bağlanmasa da, 15 aprel 2014-cü il tarixli 2539 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 16250,63 manat tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin prob lemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası həm kreditorun, həm də borcalan şəxslərin üzərinə düşür. Kredit müqaviləsi üzrə 16250,63 manat əsas borcun restruktruzasiya olunması barədə cavabdeh kreditora müraciət etməsə də, kreditor tərəfindən də yeni müqavilə bağlanması üçün hər hansı bir tədbir həyata keçirilməmişdir.

16. Həmçinin, kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verərək, qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşərək, restrukturizasiya təklif olunduğundan kredit müqaviləsi üzrə cərimə və geci kdirilmş vaxt üçün illik beş faiz borcun cavabdehlərdən tutulması istisna olunur.

17. Həmçinin, kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli 2(104)-1527/2021 nömrəli qərardadı ilə ipoteka predmetinin ilkin satış qiymətinin (likvid) müəyyən olunması üçün qiymətləndirmə təyin edilmiş və ekspertiza tədqiqatı keçirilməsi üçün zəruri sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Lakin MMC-nin 17 noyabr 2021-ci il tarixli G-11/21-599 nömrəli məktubu ilə qərardad icra edilmədən məhkəməyə geri qaytarılmış və səbəb olaraq göstərilmişdir ki, cavabdeh bankla razılığa gəldiyini bildirmiş və bu səbəbdən əmlakın qiymətləndirilməsi ilə bağlı tədqiqatının keçirilməsinə şərait yaratmamışdır. Belə olan təqdirdə, kollegiya hesab etmişdir ki, ipoteka predmetinin likvid dəyəri birinci instansiya məhkəməsində icraat zamanı alınmış "xxxx" MMC tərəfindən verilmiş rəyə uyğun, yəni 45000 manat müəyyən edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 425.1, 442, 443, 445.2.1, 448.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34. 39.2-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5. 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəli lləri

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyi əsassız olduğundan mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin rəy ilə hansı meyarlara əsasında ipoteka predmetinin 45000 manat məbləğində qiymətləndirilməsi anlaşılan deyildir. Halbuki, əmlak qiymətləndirilərkən uyğun satışların müqayisəsi metoduna əsasən, əmlakın yerləşdiyi rayonun əmlak bazarında qiymətləndirilən əmlaka uyğun olan əmlakların satışları ilə bağlı məlumatlar toplanılmalı araşdırılmalı və alınmış nəticələr müxtəlif vari antlarda nəzərdən keçirilməlidir. Bu nəticələrə edilmiş düzəlişlərdən sonra tədqiq olunan əmlakın bazar qiyməti müəyyən edilməlidir.

21. Həmçinin apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş qiyməti ilə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmiş qiyməti arasında kəskin fərqin olmasını nəzərə almamış və bu ziddiyyətin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir.

22. Bundan başqa apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyi üçün iddianın təmin edilmiş hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlamaq səlahiyyətinə malik olmadığı halda MPM-in 372.6-cı maddəsinin tələblərinə zidd olaraq həmin hissəni yoxlamaqla hüquqi qiymət vermişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək tələb olunan əsas və faiz borcunu tam tutsa da apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən şikayət verilmədiyi halda birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv edərək yalnız əsas borcu tutmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərindən kənara çıxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

24. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvaf iq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

25. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad et diyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini ə saslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

30. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

31. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qəra rın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı:

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə sini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

36. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 1 nömrəli qərardadı: 37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Kassasiya baxışının hədləri

38. Kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Hazırkı işdə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin olunmasına dair hissəsindən cavabdeh apellyasiya şikayəti verməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Belə olan halda apellyasiya baxışının predmetini iddianın təmin olunmayan hissəsi (o cümlədən ipoteka predmetinin ilkin satış qiyməti) təşkil etmişdir.

41. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ku, ipoteka predmetinin müəyyən edilmiş 45.000 manat qiyməti reallığı əks etdirmir. Eyni zamanda ipoteka müqaviləsindən görünür ki, ipote ka predmetinin qiymətini tərəflər 29.790 manat məbləğində razılaşdırmışlar.

42. Apellyasiya məhkəməsi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etsə də, rəyin alınması təmin olunmamışdır. Bu hal onunla izah edilmişdir ki, cavabdeh bankla razılığa gəldiyini bildirərək əmlakın qiymətləndirilməsi ilə bağlı tədqiqatın keçirilməsinə şərait yaratmamışdır.

43. Buna baxmayaraq, iddiaçının şikayəti əsasında işə baxan apellyasiya kollegiyası nəinki həmin tədqiqatın aparılması və rəyin alınması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəməmiş, ipoteka predmetinin dəyərini iddiaçı mübahisə etdiyi, tədqiqatın aparılmasına cavabdeh tərəf şərait yaratmadığı halda, MPM-nin 97.5-ci maddəsinə istinad edərək əmlakın qiymətini 45.000 manat müəyyən etmiş, bu mövqeyini isə lazımi şəkildə əsaslandırmamışdır.

44. Bu hallar ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamasına, sübutların düzgün qiymətləndirilməməsinə və qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 26-28, 3032).

45. Bununla yanaşı, apellyasiya məhkəməsi apellyasiya baxışının hədlərindən kənara çıxaraq iddianın təmin edilmiş hissəsində də qətnaməni ləğv edərək həmin hissədə yeni qərar çıxarmışdır. Halbuki, iddianın təmin olunmuş hissəsindən cavabdeh apellyasiya şikayəti vermədiyi üçün bu hissə apellyasiya baxışının predmeti olmamışdır.

46. Məlum olduğu kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır (§ 35-36).

47. Hazırkı işdə apellyasiya məhkəməsi tərəfindən göstərilən tələblərə əməl olunmamışdir. Bu hal da prosessual hüquq normalarının pozulmasına dəlalət edir (§ 33).

48. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar