Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5573/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi 18.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-727/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə 100.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi əsasında Cavabdeh 12 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 470.000 manat, xx xxxxxx 2013-cü il tarixdə isə eyni şərtlərlə 1.585.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat xx xxxxxx 2016-cı il tarixdə Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, Cavabdeh xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 99,984 ABŞ dolları, faiz borcu üzrə 115,377 ABŞ dolları, cərimə borcu üzrə 12,042 ABŞ dolları, cəmi 227,404 ABŞ dolları, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 469.500 manat, faiz borcu üzrə 222.665 manat, cərimə borcu üzrə 146.525 manat, cəmi 838.690 manat, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1,585,000 manat, faiz borcu üzrə 679,570 manat, cərimə borcu üzrə 421,346 manat, cəmi 2,685,917 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək kredit müqavilələrindəki imzaların ümumiyyətlə ona məxsus olmamasını bildirmişdir. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi tər əfindən alınmış məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən, xx xxxx 2013-cü il tarixli və xx xxxxxx 2013-cü il tarixli kredit xətti müqavilələrində “Borcalan” qrafasındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuş, ekspertizaya təqdim olunmuş xx xxxxxx 2012-ci il tarixli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “Borcalan” qrafasındakı imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən alınmış xx xxx 2018-ci il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx xxxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixədək cavabdehin banka olan borcu əsas borc üzrə 450.000 manat, faiz borcu üzrə 223.250,0 manat, cərimə borcu üzrə 146.525,03 ma nat, cəmi 819.775.03 manat və xx xxxxxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixədək cavabdehin banka olan borcu əsas borc üzrə 1.585.000 manat, faiz borcu üzrə 679.568.8 manat, cərimə borcu üzrə 421.346.93 manat, cəmi 2.685.915.73 manat təşkil edir. Ucar Rayon Məhkəməsinin 2(063)-12/2018 nömrəli iş üzə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.İ.Xəlilov) iddia rədd edilmişdir. Eyni zamanda, Ucar Rayon Məhkəməsi xüsusi qərardad qəbul edərək, Ləğv prosesində olan İddiaçı ASC-nin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 313, 178.3.2-ci maddələrinə nəzərdə tutulmuş cinayət əməllərinin aşkar olması barədə Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilmişdir. Bir inci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, xx xxxxxx 2012-ci il tarixli müqavilədə “borcalan” qrafasındakı imzanın-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması göstərilmiş, həmçinin, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktublarından görünür ki, xx xxxx 2013-cü il tarixli və xx xxxxxx 2013-cü il tarixli kredi müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surəti aşkar edilməmiş, xx xxxxxx 2012-ci il tarixli kredit kart müqaviləsi üzrə nağd vəsait verilməmiş, müştərinin “Visa Platinum” kart üzrə əməliyyatlarını təsdiq edən hesabdan çıxarış təqdim edilmiş, eyni zamanda, müştəri tərəfindən imzalanmış kart təhvil-təslim blankı aşkar edilməmişdir, Buna görə də məhkəmə hesab edir ki, h əmin müqavilələrdən yaranmış borcun ödənilməsinə dair iddiaçının iddiası rədd edilməlidir. İddiaçı bank həmin qətnamədən verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin təqdim edilmiş müqavilələr, maliyyə arayışlarına qiymət vermədən yalnız ekspert rəyinə əsaslanaraq iddianın rədd edilməsi barədə əsassız nəticəyə gəldiyini göstərmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2117/2020 nömrəli iş üzrə xx xxxx 2019-cu tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnaməni kassasiya qaydasında mübahisələndirmiş və kassasiya şikayətinin əsas dəlilləri kimi göstərmişdir ki, müqavilələr, maliyyə arayışları mövcud olduğundan xx xxxxxx 2012 -ci il tarixli kredit müqaviləsi üzrə iddianın rədd edilməsi əsassızdır. Məhkəmə təkcə ekspert rəyinə əsaslanaraq borcalan qrafasındakı imzanın cavabdehə məxsus olmaması qənaətinə gələ bilməzdi. Hər bir halda iki sübut arasında ziddiyyət yarandıqda üçüncü bir sübut da mövcud olmalıdır. Burada tərəflərindən təqdim edilən sözügedən kredit müqaviləsi üzrə iddianın əsasını təsdiq, ekspert rəyini isə inkar edir. Bu zaman təkrar ekspertiza vasitəsi ilə ziddiyyət aradan qaldırıla bilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-7594/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu tarixli qərarı ilə (hakimlər – İ.K.Dəmirov, A.Ə.İsgəndərov, Ə.A.Əhmədov) kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv e dilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2117/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci tarixli qətnaməsi ilə (hakimlər – G.Q.Abbasov, M.M.Hüseynov, E.Ş.Hüseynov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.585.000 manat, faiz borcu üzrə 679.568.80 manat, cərimə borcu üzrə 50000 manat, cəmi 2.314.568 manat və xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 450000 manat, faiz borcu üzrə 222.665 manat, cərimə borcu üzrə 20000 manat, cəmi 692.665 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh hər üç kredit müqaviləsindəki imzaların ona məxsus olmamasını bildirsə də, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə həmin müqavilələrdən ikisində olan imzanın cavabdehin özü tərəfindən icra edilməsi təsdiq edilmişdir. Cavabdeh xx xxxx 2013-cü il tarixli və xx xxxxxx 2013-cü il tarixli kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq cavabdeh iddiaçıdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə et miş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 97.1, 88, 217, 218.3-cü maddələrinin tələblərinə, məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsaslanaraq borcludan tutulmalı olan məbləği müəyyən etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə iddia rədd edilmiş, xx xxxx 2013-cü il tarixli müqavilə üzrə əsas borc məbləği azaldılmış, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı olan Bank kassasiya şikayəti verdiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsas ən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksə k dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspertizanın rəyi ilə bağlıdır. Kassator apelyasiya instansiya məhkəməsi tərəfindən konkret hansı pozuntuya yol verildiyini göstərməmiş, şikayətini ümumi ifadələrlə əsaslandıraraq ekspert rəyi ilə razılaşmadığını bildirmişdir. Bu halda, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi m übahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5573/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5573/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver