Məhkəmə qərarları › İş №2(102)-5573/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5573/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5573/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənə vurulmuş ziyana görə məsuliyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1335/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Baxılan mübahisə AZRİB” MMC-də satış təmsilçiləri işləmiş Cavabdeh1 və Cavabdeh2 işəgötürənə vurulmuş ziyanın ödənilməsi üzrə yaranmışdır.

2. Belə ki, AZRİB” MMC xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir və qida məhsullarının satışını həyata keçirir.

3. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən ”AZRİB” MMC-də aylıq əmək haqqı 250 manat müəyyən edilməklə satış təmsilçisi vəzifəsinə (peşəsinə) işə götürülmüş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdən onunla olan əmək müqaviləsinə xitam verilmişdir.

4. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən ”AZ RİB” MMC-də aylıq əmək haqqı 250 manat müəyyən edilməklə satış təmsilçisi vəzifəsinə (peşəsinə) işə götürülmüş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsasən xx.xx.2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

5. AZRİB” MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə satış anbarında inventarizasıya aparılmış və inventarizasiya zamanı Cavabdeh1 işlədiyi dövr ərzində 437.339.02 manat kəsir müəyyən olunmuşdur. Bu barədə Cavabdeh1 da daxil olmaqla AZRİB” MMC-nin 4 əməkdaşı tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib olunmuş və imzalanmışdır.

6. Cavabdeh1 həmin çatışmazlıqla bağlı İddiaçı MMC-nin rəhbərinə xx.xx.2020-ci il tarixdə yazdığı izahatında bildirmişdir ki, MMC-nin Şəmkir deposunda 437339 manat pulun əksik gəlm əsinin səbəbləri:

1. Pandemiya ilə bağlı, təxminən vaxtı keçmiş 50000 manat dəyərində malın anbarda qalması;

2. Ərazidə fəaliyyətini dayandırmış mağazalarda, təxminən 30000 manat dəyərində borcun qalması olmuşdur. Bundan başqa, 21900 manat dəyərində devalvasiya ilə bağlı yaranmış köhnə borc fərqini qəbul etmir. Yerdə qalan borcu qəbul edir, səhv etmişdir, şirkətin əvvəlki rəhbərliyi F və onun qardaşı oğlu Famil Adıgözəlovun dönəmində 100440 manat onun üzərinə pul yüklənmiş, həmin pulu üzərinə götürdüyünə görə səhv etmiş, lakin bu barədə şirkətin təsisçilərinə hər hansı yazılı və şifahi məlumat verməmişdir. 235000 (iki yüz otuz beş min) manat kəsir onun öz günahı üzündən olub və həmin məbləğdə borcun məsuliyyətini tam öz üzərinə götürür.

7. Cavabdeh2 İddiaçı MMC-nin rəhbərinə xx.xx.2020-ci ildə yazdığı izahatında bildirmişdir ki, MMC-də yalnız bəzi vaxtlarda atası Cavabdeh1 kömək etmək məqsədilə işləmiş, boş vaxtlarında etibarnamə əsasında idarə etdiyi **-OB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə taksi xidməti göstərmişdir. MMC-də işlədiyi müddətdə 600-700 manat əmək haqqı almışdır. Atası onu kömək məqsədi ilə çağıranda, şirkətə mal gələndə onun anbara yerləşdirilməsinə, fəhlələrin üstündə başçı kimi durub onlardan malları təhvil almışdır. Anbarın açarları atasında və onda olurdu. Açar onlardan başqa heç kimdə olmurdu. Atası ona etibar etdiyi üçün həmin malları sayıb atasına təhvil verməmişdir. 8. xx.xx.2020-ci il tarixli müstəqil-auditor hesabatı ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün maddi-məsul şəxs, İddiaçı MMC-nin Şəmkir bölgəsi üzrə satış təmsilçisi Cavabdeh1 öhdəliyində 432577.69 manat dəyərində mal çatışmazlığı müəyyən edilmişdir.

9. İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh1 ona tapşırılmış əmlakı mənimsəməsi barədə Şəmkir rayon prokurorluğuna müraciət etmiş və Cavabdeh1 MMC-də satış təmsilçisi işlədiyi 2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddət ərzində öhdəliyində olan cəmi 899.4545,02 manat məbləğində qida və qeyri-qida məhsullarını mənimsədiyi, bundan sonra dövrün sonuna qalıq olaraq hesablanmış 633.555,81 manat dəyərində material qalığı ilə 200,978,12 manat dəyərində faktiki uçota alınmış materiallarının qalığının üzləşməsi nəticəsində 432.577,69 manat dəyərində qida və qeyri-qida məhsulunun Cavabdeh1 tərəfindən müxtəlif vaxtlarda tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə sataraq mənimsədiyi müəyyən edilmişdir. Həmin faktla bağlı cinayət işi başlanmışdır. Şəmkir rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 437.339.02 (dörd yüz otuz yeddi min üç yüz otuz doqquz manat iki qəpik) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılıb ki, Cavabdeh1 uzun illər ”AZRİB” MMC-nin Şəmkir Regional üzrə (Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax) satış təmsilçisi olmuşdur. Bu müddət ərzində onun oğlu olan digər Cavabdeh2 ilə birlikdə onlara etibar edilmiş maddi nemətləri vəzifəsindən sui-istifadə edərək mənimsəmişlər. Cavabdehin iştirakı ilə ”AZRİB” MMC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmış, Cavabdeh1 işlədiyi dövr ərzində 437339.02 manat əskik gəlmiş, cavabdehin izahatında yol verdiyi mənimsəmə hallarını qəbul etmiş və məsuliyyəti üzərinə götürmüşlər. Digər Cavabdeh2 da öz izahatında atası Cavabdeh1 vasitəçiliyi ilə ”AZRİB” MMC-də işlədiyini, fəhlələrin üstündə nəzarət etdiyini, malların təhvil alınmasını həyata keçirdiyini, anbarın açarının onlarda olduğunu bildirm işdir. Cavabdehlərin qanunazidd fəaliyyətləri nəticəsində ”AZRİB” MMC-nin aktivlərində 437.339.02 manat əskik gəlmə olmuşdur. Sonradan cavabdehlər iddiaçı təşkilata 80.000 manat pul qaytarmışlar, cavabdehlərin hazırda 352577.69 manat borcları qalmışdır, həmin məbləğ üçün cavabdehlər birgə maddi məsuliyyət daşıyır.

12. Cavabdeh2 birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki işin ona heç bir aidiyyəti yoxdur. Belə ki, şirkətdə atasına iş aparmaqda kömək etmişdir. 2015-ci ildən 2016-cı ilədək həmin şirkətdən maaş almışdır. Atasının borcunun bağlamaq üçün bacısının və bibilərinin qızıllarını satmış, qohumlarından borc istəyib 80.000 manat pulu ödəmişlər.

13. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Eksper tizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə Cavabdeh1 hesabında 432577.69 manat çatışmazlığın yaranması müəyyən edilmişdir.

14. Göygöl Rayon Məhkəməsinin 2(066)-102/2021 nömrəli, 1 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia təmin edilmişdir.

15. Məhkəmə işin hallarına dair halları göstərmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.2, 739.1, 739.2-ci maddələrini sadalamış qeyd etmişdir ki, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 352577.69 (üç yüz əlli iki min beş yüz yetmiş yeddi manat alt-mış doqquz qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış və qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir. Belə ki, iddiaçı anlaqsız olan Cavabdeh1 hədə-qorxu gələrək ondan 80.000 manat məbləğində əsassız olaraq pul almış, sonra onu 100 % iflic xəstəsi etmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1335/22 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən işdə olan sənədlərə düzgün hüquqi qiymət vermiş, hazırki tərəflər arasında yaranmış mübahisənin həllində səhvə yol verməmiş, nəticədə mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir.

20. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş üzrə cavabdehlər apellyasiya şikayətində şikayətinin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişlər. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə və məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci madsdəs inə, MPM-nin 14.2, 77.1, 217.4 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən, xüsusilə Cavabdeh2 tərəfindən hər hansı əmlak edilməsi baş verməmişdir. Məhkəmə tərəfindən maddi hüquq normasının pozulması nəticəsində apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış və nəticədə iddiaçının qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 191, 1-ci hissə. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

26. Maddə 192, 2-ci hissə. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

27. Maddə

199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

37. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyinə, habelə cavabdehlərin müştərək məsuliyyəti müəyyən olunduğuna görə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyinə və işin hallarının tam, obyektiv araşdırılması tə min edilmədiyinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir.

41. Belə ki, mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, cavabdehlər əmək müqaviləsinə əsasən ”AZRİB” MMC-də satış təmsilçisi vəzifəsində işləmişlər. MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmış və inventarizasiya zamanı Cavabdeh1 işlədiyi dövr ərzində 437.339.02 manat əskik gəlməsi müəyyən olunmuş, bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. Cavabdeh1 müəyyən olunmuş çatışmazlıqla bağlı məsuliyyətini qismən qəbul etmiş, pandemiya ilə bağlı təxminən vaxtı keçmiş 50000 manat dəyərində malın anbarda qalması, ərazidə fəali yyətini dayandırmış mağazalarda təxminən 30000 manat dəyərində borcun qalması, 21900 manat dəyərində devalvasiya ilə bağlı yaranmış köhnə borc fərqi nəzərə alınmaqla, yerdə qalan borcu qəbul etdiyini bildirmişdir.

42. Cavabdehlərlə əmək müqavilələrinə xitam verilmişdir.

43. İddiaçı MMC-nin şikayəti əsasında Cavabdeh1 fəaliyyətində müəyyən olunmuş çatışmazlıq faktı üzrə cinayət işi başlanmış Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və onun ağır xəstəliyi ilə əlaqədar barəsində olan cinayət işinin icraatı dayandırılmışdır.

44. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur.

45. Belə ki, birinci instansiya məhkəməsi iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.2, 739.1, 739.2-ci maddələrini sadalamış, lakin işin hallarına həmin normaların dispozisiya şərtlərinin uyğunluğunu əsaslandırmamışdır.

46. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən qətnaməsində yalnız Mülki Məcəllənin 1091-ci maddəsinə istinad etmiş, cavabdehlərin məsuliyyətinin əsası kimi əsassız varlanmanı müəyyən etmişdir. Lakin bu zaman MPM-nin 385.1 və 386-cı maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozulduğu halda qətnaməni ləğv etmədiyini əsaslandırmamışdır.

47. İşin hallarına görə tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır.

48. Əmək Məcəlləsinin 191-ci maddəsində deyilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi aras ında səbəbli əlaqə olduqda.

49. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır (Əmək Məcəlləsinin 192-ci maddəsi).

50. Cavabdehlə əmək müqaviləsinə xitam verilməsi faktı iddia tələbinin təmin edilməsini aradan qaldırmır. Çünki Əmək Məcəlləsinin 194-cü maddəsinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

51. Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsul iyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, “b” bəndində işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçinin vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması təsbit edilmişdir.

52. Həmin Məcəllənin 200.1-ci maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bi lər.

53. Əmək Məcəlləsinin 202.1-ci maddəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

54. Həmin Məcəllənin 202.2-ci maddəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.

55. Göründüyü kimi, işçinin vurduğu ziyana görə tam maddi məsuliyyət haqqında müqavilənin olması zəruri sayılır. Lakin baxılan işdə cavabdehlərlə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilələri işə əlavə olumamışdır.

56. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 200-ci maddəs inin 5-ci hissəsində tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən halda işçinin zərərə görə maddi məsuliyyət daşıması üçün Əmək Məcəlləsinin 199-cu maddəsində müəyyən olunan şərtlər mövcud olmalıdır. Bu baxımdan tələb olunan ziyanın yaranmasında Cavabdeh2 təqsirkar əməli (hərəkəti və ya hərəkətsizliyi), bu əməlin qanuna zidd olması, onun qanunazidd əməli ilə tələb olunan ziyanın yaranması arasında səbəbli əlaqə məhkəmələr tərəfindən müəyyən olunub əsaslandırılmayıb.

58. Məhkəmə cavabdehlərin MMC-də işləməsi və onlarla olan əmək müqavilələrinə xitam verilməsi barədə məlumatları, tərəflərin izahatlarında, xx.xx.2020-ci il tarixli aktda, aktla bağlı cavabdehlərin yazılı izahatlarında, xx.xx.2020-ci il tarixli müstəqil auditor hesabatında, iş üzrə keçirilmiş ekspert rəyində əksini tapmış məlumatları sadəcə qətnamədə qeyd etmiş, həmin sübutları ayrılıqda təhlil edib məcmu halda qiymət verməklə, Cavabdeh2 əməllərində Əmək Məcəlləsinin 199-cu maddəsində qeyd olunan şərtlərin mövcudluğunu müəyyən etməmiş, nəticə etibarilə Cavabdeh2 maddi məsuliyyətini əsaslandırmamışdır.

59. Halbuki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli aktla bağlı yazılı izahatında yaranan mal çatışmazlığında özünün təqsirini etiraf etməmişdi.

60. Xüsusilə nəzərə alınmalıdır ki, vurulmuş ziyanla bağlı sübut kimi istinad olunan sənədlərdə ziyanın yaranma müddəti müxtəlif qeyd olunmuşdur: xx.xx.2020-ci il tarixli aktda ziyanın xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək; xx.xx.2020-ci il tarixli müstəqil-auditor hesabatında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək; Cavabdeh1 barəsində olan cinayət işində isə 2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddət ərzində yarandığı əksini tapıb.

61. Məhkəmə aktı barədə irəli sürülən hüquqi müəyyənlik tələbindən əlavə, Cavabdeh2 məsuliyyətinin müəyyən olunması baxımından bu ziddiyyətlərin aradan qaldırılması zəruri idi. Çünki Cavabdeh2 müəssisədə işlədiyi dövr işdə olan sənədlərlə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədəkdir. Bu halda Cavabdeh2 üzərinə işləmədiyi dövr üçün yaranmış ziyana görə öhdəlik qoyulduğu barədə kassasiya baxışında aradan qaldırılmayan şübhə yaranır.

62. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhk əmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.

64. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2 008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

65. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əl iyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).

66. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun o laraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh2 şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1335/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar