Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5575/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Qarayeva, iş № 2(008)-xx/18) iddiaçı xxxx” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 v ə Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)xx/18)Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək Sabunçu Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xx 2014-cü il tarixli 09KK000000138 saylı kredit razılaşması üzrə 4947,15 (dörd min doqquz yüz qırx yeddi ABŞ dolları, on beş sent) ABŞ dolları əsas, 218,05 (iki yüz on səkkiz ABŞ dolları, b eş sent) ABŞ dolları faiz borcu və 500 (beş yüz) ABŞ dolları cərimə, 14 avqust 2014-cü il tarixli 09R000011981 saylı kredit razılaşması üzrə 23472,32 (iyirmi üç min dörd yüz yetmiş iki ABŞ dolları, otuz iki sent ) ABŞ dolları əsas, 8344,27 (səkkiz min üç yüz qırx dörd ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları faiz borcu və 2000 ( iki min) ABŞ dolları cərimə, xx xx 2014-cü il tarixli 009R********** saylı kredit razılaşması üzrə 72111,28 (yetmiş iki min yüz on bir ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları əsas, 25651,10 (iyirmi beş min altı yüz əlli bir ABŞ dolları, on sent) ABŞ dolları faiz borcu və 7000 (yeddi min) ABŞ dolları cərimə, cəmi 144244,17 ( yüz qırx dörd min iki yüz qırx dörd ABŞ dolları, on yeddi sent) ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması, iddia ərizəsi və xidmət haqqı üçün ödənilmiş 92 (doxsan iki) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ilk növbədə, ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, ev1 və ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, ev2 yönəldilməsi və həmin mənzilllərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, artıq məbləğ qalarsa ipoteka qoyanlara qaytarılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan - Bakı şəhəri, ev2 ilkin satış qiymətinin 107000 (y üz yeddi min) manat, Bakı şəhəri, ev1 ilkin satış qiymətinin isə 61000 (altmış bir min) manat müəyyən edilməsi, Bakı şəhəri, ev3 tutma yönəldikdə Cavabdeh2 həmin mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılması və mənzilin boşaldılması, Bakı şəhəri, ev2 tutma yönəldikdə Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000011981 saylı kredit razılaşması üzrə 23528,48 ABŞ dolları məbləğində kredit borcu, 8475,71 ABŞ dollan məbləğində faiz borcu və 25960,49 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 57964,68 ABŞ dolları məbəğində borc, 009R********** saylı kredit razılaşması üzrə 72189,94 ABŞ dolları məbləğində kredit borcu, 29937,97 ABŞ dolları məbləğində faiz borcu və 80546,93 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 182674,84 ABŞ dolları məbəğində borc, 09KK000000138 saylı kredit razılaşması üzrə 4947,15 ABŞ dolları məbləğində kredit borcu, 218,05 ABŞ dolları məbləğində faiz borcu və 3790,48 ABŞ dolları məbləğ ində cərimə daxil olmaqla ümumilikdə 8955,68 ABŞ dolları məbəğində borc, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 249595 (iki yüz qırx doqquz min beş yüz doxsan beş) ABŞ dolları 20 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi ev2 Cavabdeh1 məxsus Bakı şəhəri, ev3 yönəldilməklə açıq hərracdan satılması və cəmi 249595 (iki yüz qırx doqquz min beş yüz doxsan beş) ABŞ dolları 20 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” QSC-uə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh2 məxsus Bakı şəhəri, ev1 tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evə istifadə hüququna xitam verilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və “xxxx” ASC-yə təhvil verilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, ev2 tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və “xxxx” ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılm asını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili M.Ağamirov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsə lələr: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil M.Ağamirovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə birinci instansi ya məhkəməsinin qətnaməsinin ləğv edilməli olması ilə bağlı qənaətini əsaslandırmış və göstərmişdir ki, Mülki Prosessual Məcəllənin 387.2 və 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin xx xx 2017-ci il tarixli qərardadı ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmiş və həmin qərardadla icraat dayandırılmışdır. xx xx 2018-ci il tarixdə iş üzrə icraat təzələndikdən sonra xx xx 2018-ci il tarixli (qətnamə çıxarılan tarix) məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin lazımi qaydada xəbərdar edilməsinin təsdiqi kimi iş materiallarına məhkəmə bildirişinin surəti tikilsə də, həmin bilidirişin cavabdehlər tərəfindən alınması təsdiq olunmur. Ona görə də, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən xx xx 2014-cü il tarixli 009R********** saylı və xx xxx 2014-cü il tarixli 09R000011981 saylı kredit razılaşmaları üzrə əsas və faiz borcu üzrə, ipoteka predmetinin ilkin satış qiyməti üzrə də düzgün nəticəyə gəlinməmiş, eləcə də qanuni əsas olmadığı halda Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzildən istifadə hüquqlarına xitam verilməsini təmin etmiş, həmçinin iddia tələbində göstərilən mənzillərin boşaldılaraq “xxxx” ASC-yə təhvil verilməsi kimi əsassız tələbə qiymət vermək əvəzinə, bir qədər də ziddiyyətli vəziyyət yaradıb iddia tələbindən kənara çıxaraq mənzilin boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləği üzrə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxx 2018-ci il tarixli 18563 saylı ekspert rəyində müəyyən edilən məbləğlər nəzərə alınmaqla həmin hissədə iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, həmin rəy hər hansı şübhə doğurmur və iddiaçının nümayəndəsi də ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcunun məbləğinə etiraz etməmişdir. Ona görə də, ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı əsas və faiz borcu ilə yanaşı 09R000011981 saylı kredit razılaşması üzrə 25960,49 ABŞ dolları cərimə, 009R********** saylı kredit razılaşması üzrə 80546,93 ABŞ dolları cərimə, 09KK000000138 saylı kredit razılaşması üzrə 3790,48 ABŞ dolları cərimə də tələb etmişdir. Cərimə məbləği birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan məbləğdə azaldılmış, iddiaçı bunu mübahisələndirməsə də, cavabdeh apellyasiya şikayətində bunu mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu azaldıla bilər və bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Belə ki, tələb edilən cərimənin məbləğinin nə qədər olması barədə ekspert qarşısında sual qoyulsa da, ekspert bununla bağlı rəy verə bilməmiş yaxud bunun üçün xüsusi biliyi kifayət qədər olmamışdır. Bu hal özü də cərimənin azaldılmalı olmasını zəruri və əsaslı edir. Çünki, qeyd olunan məbləğdə, yəni əsas və faiz borcunun məbləğindən artıq məbləğdə cərimənin tələb edilməsi açıq-aşkar işin hallarına uyğun olmamışdır. İddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona g örə də, 09R000011981 saylı kredit razılaşması üzrə 25960,49 ABŞ dolları cərimə, 2000 ABŞ dollarınadək, 009R********** saylı kredit razılaşması üzrə 80546,93 ABŞ dolları cərimə, 7000 ABŞ dollarınadək, 09KK000000138 saylı kredit razılaşması üzrə 3790,48 ABŞ dolları cərimə, 500 ABŞ dollarınadək azaldılması işin hallarına uyğundur. Bundan başqa, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyən edərkən həmin qiymətin real olub-olmamasına əhəmiyyət verməmiş, ipoteka qoyanların bu qiymətlərlə razılaşıb-razılaşmamasını aydınlaşdırmamış, mübahisə yaranacağı təqdirdə yenidən müstəqil qiymətləndiricinin rəyinin alınmasının zəruri ola biləcəyini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı alınmış müstəqil qiymətləndiricinin rəyi i lə müəyyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətlərini daha real və obyektiv sayaraq həmin qiymətlərin işin hallarına uyğun olduğu qənaətinə gəlmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddanın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğu ndan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsasl ar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5575/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5575/2019
24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver