Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5577/2019 09.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh vəkili ***iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli, 2(103)-521/2019 nömrəli qətnaməsindən cavabdeh X1nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli, 2(103)-521/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X1 və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakl şəhəri, *** saylı mənzil iddiaçının mülkiyyətindədir. Yuxarı mərtəbədə Cavabdeh məxsus 12 saylı mənzildən iddiaçının mənzilinə uzun müddətdir ki, davamlı olaraq, su axıdılır. Bu barədə iddiaçının d əfələrlə xəbərdarlıq etməsinə baxmayaraq su axıntısının qarşısı alınmır. Cavabdehin evində kirayəçilər yaşayır. Onlar da iddiaçının xahişinə məhəl qoymurlar. Bunun nəticəsində iddiaçının mənzilinin otaqlarının, dəhlizinin divar kağızları qopmuş, tavan qaralmış, elektrik xətləri zədələnmişdir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh ona məxsus ünvan 1 ünvandan iddiaçının mənzilinə su axıntısının qarşısının alınması və bunun nəticəsində iddiaçıya dəyən 3000 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh X1 və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şika yəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ilk prosessual pozuntu ondan ibarətdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak etmiş, iddia tələbini qəbul etməmiş, bundan sonrakı məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş təqdim edilməmiş və poçt vasitəsi ilə göndərilməmişdir. Ona görə də cavabdeh məhkəmənin sonrakı tarixlərə təyin edilmiş iclaslarında iştirak etmək, məhkəmədə müdafiə etmək hüququndan məhrum olmuşdur. Bundan başqa, iş materiallarında Məhkəmə Ekspertiza Mərkəsinin istinad etdiyi 95 saylı MKİS-nin aktı vardır. Həmin aktı mötəbər sənəd kimi qəbul etmək olmaz. Belə ki, mübahisəli - Bakı şəhər i, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 23 saylı evin 9-cu mənzilinə əraziyə xidmət edən 95 saylı Mənzil Kommunal İstismar Sahəsinin sahə mexaniki və santexniki tərəfindən vizual baxış keçirilmiş, lakin həmin baxış zamanı Cavabdeh iştirakı təmin edilməmiş, eyni zamanda cavabdehin yaşadığı mənzilə baxış keçirilməmişdir. Əgər cavabdehin yaşadığı mənzilə də vizual baxış keçirilsəydi, şübhəsiz cavabdehin mənzilinə də yuxarı mərtəbədəki mənzildən su axıdılması aşkar olardı. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.02.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA, ******* saylı Çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9 a mkr., M.Cəlal küçəsi, ev 23, 9 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1620 nömrəli reyestr kitabının 148411 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.05.2017-ci il tarixli, 8161 saylı ekspert rəyi ilə Bakı şəhəri,*** mənzilin tikililərinin konstruktiv elementləri üzərində müxtəlif həcmdə qüsurl arın mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu, eləcədə mülki işdə olan aktın məlumatlarını nəzərə alaraq 9 saylı mənzilə 12 saylı mənzildən suyun sızması və mənzilə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləği 2.476 manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntu su (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Apellyasiya instansiyası məhkəməsi sadalanan hüquq normalarını işin hallarına tətbiq edərək hesab etmişdir ki, iddiaçının mənzilinə məhz cavabdehin mənzilindən su sızması nəticəsində zərər vurulmuşdur. Kassasiya kollegiyası hesab edir ki, məhkəmə aktı o zaman qanuni hesab edilir ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlə nmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi delikt nəticəsində vurulmuş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. O da qeyd edilməli dir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən cavabdehdən zərərin tutulmasına əsas olmuş yuxarıda qeyd edilən hallar üzrə sübutetmə yükü məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəyinə istinad etməklə iddia tələbinin əsaslarının sübuta yetirilməsinə istinad etsə də, bu qənaətə prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə riayət etmədən gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək Konstitusiya Məhkəməsi Plenumunun *** şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılma sına dair 21 may 2006cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kassasiya kollegiyası işin faktiki hallarına müdaxilə etmədən qeyd edir ki, ekspertiza rəyinin məzmununun suyun axıdılması səbəbi, suyun cavabdehin üstündəki mənzildən axıdılması ilə bağlı suala cavabın verilməməsi səbəbindən cavabdeh tərəfin təqsir i hissəsinin ziddiyyətli olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətlərin aradan qaldırılması üzrə prosessual qanunvericiliyin yol verdiyi imkanlardan tam şəkildə istifadə etməyərək, sadəcə olaraq birinci instansiyası məhkəməsinin qənaətini təkrarlamaqla kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 392.1.6-cı maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticəsi göstərilməlidir; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edilən prosessual hüquq normalarının pozuntusu ilə yanaşı qeyd etməyi zəruri hesab edir ki, X3 Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin bu qərarı əsaslandırılmış, qanuni və ədaləltli qərar tələblərinə cavab verməyən qərar kimi qiymətləndirilməlidir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı apellyasiya şikayətində əks olunmuş halların araşdrılması zərurəti olduğu ndan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ca vabdeh X1nun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli, 2(103)521/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5577/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5577/2019
09.09.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver