Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5579/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin və özəlləşmənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu, (məruzəçi) Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC-yə, Bakı şəhəri 12 saylı Not ariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və özəlləşmənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3574/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Elmi-İstehsalat Müəssisəsi 3 mart 1990-cı il tarixdə, "xxxx" Elmi-İstehsalat Müəssisəsinin XXX Bakı şöbəsi 20 dekabr 1990-cı il tarixdə yaradılmışdır.
2. İddiaçı 20 dekabr 1990-cı ildən "xxxx" Elmi-İstehsalat Müəssisəsi nin XXX Bakı şöbəsinə direktor vəzifəsinə təyin edilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli XXX saylı sərəncamı ilə Nizami rayon İH-nin xahişi təmin olunaraq "xxxx" Elmi-İstehsalat Müəssisəsinin XXX Bakı şöbəsinə Bakı şəhər İHB-nın 12 dekabr 1991-ci il tarixli 153 saylı sərəncamına əsasən ünvanndə bulvar üçün ayrılan ərazidə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti məqsədilə torpaq sahəsi ayrılmışdır. 4. ünvan 1 ünvanda yerləşən 111XXX.9 m2 ticarət və xidmət sahəsinə dair "xxxx" müəssisəsinin adına xx.xx.2001-ci il tarixdə XXX nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. 5. ünvan 1 ünvanda yerləşən 111XXX.9 m2 qeyri-yaşayış sahəsinə dair İddiaçı adına xx.xx.2006-cı il tarixdə XXX nömrəli mülkiyyət hüququ haqqında şəha dətnamə verilmişdir.
6. Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun böyük dövlət notariusu tərəfindən təsdiq edilmiş 7 fevral 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 111XXX.9 kv.m qeyri-yaşayış sahəsini 450.000 manat məbləğinə Cavabdeh3 MMC-yə satmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi 46XXX9.9 kv.m olan əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına 4 dekabr 2009-cu ildə qeydiyyata alınmışdır.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfi ndən verilmiş məktuba əsasən ünvan 1 ünvanda yerləşən 1303,2 m2 əmlak kompleksinə dair "xxxx" müəssisəsinin adına xx.xx.2001-ci il tarixdə XXX nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, 15 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" müəssisəsi əmlakın 1XXX4,3 m2 hissəsini X11 adına özgəninkiləşdirmiş, yerdə qalan 111XXX,9 m2 əmlak kompleksinə dair XXX müəssisəsinin adına xx.xx.2001-ci il tarixdə yeni şəhadətnamə verilmiş, 12 saylı DNK-nın 4Ə-01-XXX reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" müəssisəsi ünvan 1 ünvanda yerləşən 111XXX,9 m2 əmlak kompleksini İddiaçı adına özgəninkiləşdirmiş, həmin əmlak kompleksinə dair İddiaçı adına xx.xx.2006-cı il tarixli XXX nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, 12 saylı DNK-nın 4Ə-XXX reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı əmlakı Cavabdeh3 MMC-nin adına özgəninkiləşdirmiş, sözgedən əmlak kompleksinə dair Cavabdeh3 MMC-nin adına xx.xx.2006-cı il tarixli XXX nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2007- ci il tarixli aktı ilə Cavabdeh3 MMC-nin adına ünvan 1 ünvanda yerləşən 419XXX,5 m2 əmlak kompleksinə dair xx.xx.2007-ci il tarixli 000362 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə, xx.xx.2009-cu il tarixdə isə müvafiq çıxarış verilmişdir.
9. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə X6 və qeyriləri Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 1XXX2.3.1, 1XXX2.3.2, 22XXX.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, hökmlə zərərçəkmiş şəxs X7 X4 qarşı verdiyi mülki iddia qismən təmin olunaraq, Bakı şəhəri, ünvan, 50 ünvanda yerləşən ticarət və xidmət sahəsinin İddiaçı, sonradan isə "xxxx" müəssisəsinin mülkiyyətinə verilməsinə dair müvafiq olaraq xx.xx.1995-ci il tarixli 269XXX5 saylı qeydiyyat şəhadətnaməsi və xx.xx.2001-ci il tarixli XXX nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə, eləcə də həmin ticarət və xidmət sahəsinə aid 2001-ci ildən xx.xx.2013-cü il tarixədək olan bütün əqdlər, yəni "xxxx" müəssisəsinin təsisçisi İddiaçı xx.xx.2002-ci il tarixli 0102-A1-340 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatından keçmiş, özünə məxsus 50% payı alıcı X12 6XXX4 000 manata satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi; X7 Bakı şəhəri, ünvan 50 ünvanda yerləşən 111XXX,9 kv.m. olan ticarət və xidmət sahəsini 276 000 manata alıcı İddiaçı satmasına dair notarial qaydada təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; İddiaçı Bakı şəhəri, ünvan 50 ünvanda yerləşən 111XXX,9 kv.m. olan ticarət və xidmət sahəsini Cavabdeh2 və X2 dair notarial qaydada təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (yalnız X3 hissəsində), X5 Cavabdeh3 MMC-nin kapitalında ona məxsus olan 50% payın X15 20 manata satmasına dair notarial qaydada təsdiq olunan xx.xx.2013-cü il tarixli 3M/346 nömrəli reyestrdə qeydə alınmış müqavilə etibarsız hesab edilmiş və rəsmi olaraq X16, faktiki olaraq isə məhkum XXXa məxsus olan yuxarıda qeyd edilən ünvanda 111XXX,9 kvadrat metr sahədə yerləşən ticarət və xidmət sahəsinin 50% payı cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisinə, Cavabdeh3 MMC-yə, Cavabdeh2 və AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan, 50 ünvanda yerləşən 111XXX,9 kv.m olan ticarət və xidmət sahəsini Cavabdeh2 və X1 dair Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan, 50 ünvanda yerləşən 111XXX,9 kv.m olan ticarət və xidmət sahəsinin onun mülkiyyətinə qaytarılması, Cavabdeh3 MMC tərəfindən sahəsi 419XXX,5 kv.m olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və ona qaytarılması, qalan 2435,4 kv.m ərazinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən XXXndə bulvar üçün ayrılan ərazidə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti üçün torpaq sahəsi ayrılıb. Bundan sonra ümumi sahəsi 7752,XXX kv. m etr olan həmin ərazidə o, abadlıq işləri aparmağa başlamış, kənd təsərrüfatı məhsullarının topdan satış ticarət mərkəzini yaratmışdır. Bu minvalla o, 2002-ci ilə qədər həmin kənd təsərrüfatı məhsullarının topdan satış ticarət mərkəzini işlətmiş, yəni həmin mərkəzi icarəyə vermişdir. 1999-cu ildən 2002-ci ilə qədər olan müddət ərzində X17 həmin mərkəzdə müəyyən sahəni ondan icarəyə götürüb, işlədirdi. İcarədarlardan bəziləri, o cümlədən XXX, onun işləməsinə mane olurdular, buna görə də 1999-cu ildə o, polisə və vergi idarəsinə müraciət edərək, fəaliyyətinin dayandırılması barədə məlumat vermişdir. Onun işinə maneçilik törədən əslən Cəlilabad rayonundan olan XXX və onun dəstəsi idi. Onlar da XXX və XXX qardaşlarına arxayın idilər. 2002-ci ilin aprel ayında XXXla aralarında növbəti dəfə mübah isə olan zaman oraya XXX öz avtomaşını ilə gəldi. Sonuncunun rəhbərliyi altında 50-60 nəfər əslən Cəlilabad rayonundan olan şəxslər onun ofisinə hücum çəkib, iş otağını darmadağın etdilər, seyfini sındırıb, bütün sənədləri götürdülər, özü, qardaşı X9 və işçilərini döyüb, oradan qovdular. XXXin göstərişi ilə XXX təsisçisi olduğu "xxxx" müəssisəsinin bazasında məcburiyyət qarşısında XXXla "xxxx" tam-ortaq müəssisə yaratılar. Həmin vaxtdan etibarən o, müxtəlif dövlət orqanlarına müəssisəsinin əlindən qanunsuz alınmasına dair çoxsaylı şikayətlər edirdi, lakin heç bir müsbət nəticə əldə edə bilmədi. Əksinə, onun şikayət etdiyini görən XXX və onun qardaşları qardaşı XXXu evindən oğurlayıb, aparıb «XXX» şadlıq evində saxlayırdılar. Eyni zamanda onun mənzilindən 12 karatlıq kolyeni və 123000 ABŞ dolları pulu oğurlamışdılar. Həmin vaxt ona telefonla XXX adlı şəxs zəng edib bildirdi ki, qardaşı XXXi azad etmək üçün 1 milyon dollar ödəməlidir. O, həmin şəxsə dedikdə ki, Sizin adamlarınız mənzilimdən 400000 ABŞ dollarlıq dəyərində əmlakımı oğurlayıblar, onda XXX dedi ki, 600000 dollar verərsən, qardaşını azad edərik. Eyni zavanda XXX dedi ki, XXXun dediklərinin hamısına əməl etməlisən. Bundan sonra o, XXXa 600000 ABŞ dolları Dərnəgül yolunda Eyyub-Petrol yanacaq doldurma stansiyasında vermişdir. Bundan 2 saat sonra qardaşı XXXi azad etmişlər. 600.000 ABŞ dollarını XXXa verəndə tək olmamışdır, onunla birlikdə keçmiş müavini XXX dXXXdan sonra, 2005-ci ilin dekabr ayına qədər onu ticarət mərkəzinə buraxmırdılar, ona vəsait vermirdilər, ümumiyyətlə, onu həmin ticarət mərkəzindən kənarlaş dırmışdılar. 2005-ci ilin ikinci yarısında eşitdi ki, XXX Əliyev həbs edilib, buna görə MTN-ə şikayət etdi, şikayəti nazir müavini XXXun adına ünvanladı. Elə həmin gün onu X21 qəbul otağında XXX qəbul etdi, bütün sənədləri ondan götürdü və o, bütün əhvalatı ona danışdı. O, orada olduğu zaman XXXu və qardaşlarını oraya gətirdilər, onları da dinlədilər və XXX bildirdi ki, obyekti ona qaytarmağa hazırdı, lakin, XXX 300000 ABŞ dolları ödəməlidir. Məcburiyyət qarşısında qalıb bu təkliflə razılaşdı. 24 dekabr 2005-ci il tarixdə onlar, yəni o, XXX, XXX, XXX və Cavabdeh2 Bakı şəhəri İnşaatçılar prospektində yerləşən 12 saylı Dövlət Notariat Kontorunda görüşüb, obyektin alqı-satqısı barədə müqavilə imzaladılar. X1XXXyınatası olan Cavabdeh2 bildirdi ki, sənin obyektin onlara keçir, qaytarılmır. O, q orxduğu üçün bütün sənədləri imzaladı və beləliklə 300000 ABŞ dolları XXXa ödəyərək, obyekti alqı-satqı müqaviləsinə əsasən keçirdi XXX və Cavabdeh2 adlarına. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1(093)-10/2017 saylı hökmü ilə X6 və qeyriləri Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 1XXX2.3.1, 1XXX2.3.2, 22XXX.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5. maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları e yni ilə qaytarmalı, mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Güclü təsir altında imzaladığı alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edildiyi halda nəyə görə ona məxsus olan obyekt dövlətin nəfinə müsadirə edilməlidir? Bakı şəhəri, ünvan, 50 ünvanda yerləşən 111XXX,9 kv.m. olan ticarət və xidmət sahəsi onun mülkiyyətində olub, 6 yanvar 2006-cı il tarixdə Bakı şəhəri 12 saylı DNK-da alqı-satqı müqaviləsinə əsasən təsir altında, məcburiyyət qarşısında tərəfindən XXXa və Cavabdeh2 satılıb. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə həmin alqı-satqı müqaviləsi yalnız cavabdeh XXXa satılması hissəsində etibarsız hesab edilib. Əgər alqı-satqı müqaviləsinin bir hissəsi etibarsız hesab edilirsə digər hissəsi necə qüvvədə qala bilər? Axı həmin alqı-s atqı müqaviləsinə əsasən o, guya könüllü olaraq mülkiyyətində olan bazarı MTN generalı XXXun qonşusu XXXa və MTN generalı XXXun qayınatası olan Cavabdeh2 satmışdır. Hökmə görə isə XXXa «könüllü» satdığı, mülkiyyətində olan sahəsi 111XXX,9 kv. metr təşkil edən əmlak kompleksinin 50% payı cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb. Axı bu əmlak onun mülkiyyətində olub və o, heç bir cinayət törətməmişdir. Nəyə görə onun əmlakı olmuş bazar müsadirə olunmalıdır? Həmin əmlakın digər 50%-nə gəldikdə isə başa düşmür nəyə görə həmin 50% pay Cavabdeh2 mülkiyyətində qalmalıdır? Yuxarıda adı çəkilən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli, XXX saylı sərəncamının 54-cü maddəsinə əsasən ümumi sahəsi 7752,XXX kv. metr ərazi təsi sçisi olduğu "xxxx" Elmi-istehsalat müəssisəsinin XXX Bakı şöbəsinə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti üçün ayrılıb. Bunun 111XXX,9 kv. metr ərazisi meyvə-tərəvəz bazarı altındadır. Bəs ona verilən qalan torpaq sahəsi nəyə görə özünə qaytarılmır? Sadə hesablama yolu ilə müəyyən edilir ki, təsisçisi olduğu "xxxx" MMC-yə ayrılan 7752,XXX kv.metrdən 111XXX,9 kv.metr çıxdıqda 6633,9 kv.metr qalır. Bəs bu 6633.9 kv. metr sahənin taleyi necə oldu? Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən sorğuya cavab olaraq 17 may 2021-ci il tarixli, **********76 saylı məktubdan görünür ki, tikintiquraşdırma işləri başa çatan obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2007- ci il tarixli aktı ilə Cavabdeh3 MMC-nin adına ünvan 4 ünvanda yerləşən 419XXX,5 kv.m. əmlak kompleksinə dair xx.xx.2007-ci il tarixli 000362 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilib.
12. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 və X13 arasında Bakı şəhəri, ünvan, 50 ünvanda yerləşən 111XXX,9 kv.m olan ticarət və xidmət sahəsinə dair AN-1 ******* alqı-satqı müqaviləsi Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda xx.xx.2007-ci il tarixdə bağlanılmışdır. İddiaçı yuxarıda qeyd edilən əqdin etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti buraxmışdır.
13. Birinci instansiya məhkəməsində Cavabdeh3 MMC-nin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh3 MMC vicdanlı alıcı olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq ödəniş ini edib alqı-satqı rəsmiləşdirilib və hüquqlarını müdafiə etdiyi müəssisənin adına mülkiyyət sənədi verilmişdir.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-361XXX/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müqaviləni imzalayarkən onun iradə azadlığının olmamasını, ona qarşı edilən təzyiqlər və hədə-qorxu nəticəsində məcbur qalaraq həmin əqdi imzalamasını bildirsə də, məhkəməyə işin bu halını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hal-hazırda mübahisələndirdiyi əqdi 2006-cı ildə bağlamış, lakin əqdin etibarsız hesab olunmasına dair iddia ilə məhkəməyə 2021-ci ild ə müraciət etmişdir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçı həm əqdin etibarsızlığı üçün müəyyən olunmuş 1 illik iddia müddətini, həm də 10 illik ümumi iddia müddətini açıq-aşkar ötürmüşdür.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 339.1, 351.3, 354.1, 372, 373, 375, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, XXX 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu nun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına əməl etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3574/2022 nömrəli mülki iş üzrə 7 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və X.A.Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının “Bakı şəhəri, ünvan 50 ünvanında yerləşən 111XXX,9 kv.m. ticarət və xidmət sahəsini Cavabdeh2 və X2 dair Bakı şəhəri 12 saylı Dövlət notariat kontorunda təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin əmlakın mülkiyyətinə qaytarılmas ı, kompleksin, habelə qalan 2435,4 kv.metr ərazinin ona qaytarılması” tələblərinin təmin olunmaması ilə bağlı hissələrdə ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddiaçının qeyd olunan iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3574/2022 nömrəli mülki iş üzrə 7 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 MMC tərəfindən sahəsi 419XXX,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilməsi, iddiaçının Cavabdeh3nə və Əmlak Məsələlə ri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Cavabdeh3 MMC tərəfindən sahəsi 419XXX,5 kv.m olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız iddiaçının iddia müddətini ötürmüş olması qənaəti ilə əsaslandırmaqda səhvə yol vermiş, onun irəli sürdüyü faktiki halları və istinad etdiyi sübutları ümumiyyətlə tədqiq etməyərək onlara qiymət verməmiş, nəticəsini işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, həmçinin iddia tələblərində n birinə baxılmasının ümumi yurisdiksiyalı məhkəmənin səlahiyyətinə aid olmadığını nəzərə almamışdır.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin adına ünvan 5 ünvanda yerləşən 419XXX,5 m2 əmlak kompleksinə dair xx.xx.2007-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə hər hansı mülki-hüquqi əqd əsasında deyil, Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunvericilik çərçivəsində verilmişdir. Beləliklə, iddiaçının Cavabdeh3 MMC tərəfindən sahəsi 419XXX,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi) aid olmuş, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normat iv hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilmiş; iddiaçı isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia etmişdir. Mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinə dair inzibati orqan olan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış alqı-satqı müqavilələri, həmçinin həmin əmlakla bağlı verilmiş çıxarış Dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi dövlət mülkiyyətində olan əmlakın xüsusi mülkiyyətə verilməsi ilə bağlı bağlanan müqavilələrin, habelə onların hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan Cavabdeh3 MMC tərəfindən sahəsi 419XXX,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbinə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.2-ci, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun XXX.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddələrinə, “İnzibati və m ülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına istinad edərək əsaslandırmışdır.
27. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3574/2022 nömrəli mülki iş üzrə 7 iyul 2022-ci il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin Mülki kollegiyasında 13 sentyabr 2022-ci il tarixdə baxılmış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının 2(103)-3574/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 14 və 217-cü maddələrinə istinad edilmiş və onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsiz olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən qəbul edilmiş, işin faktiki hallarını ətraflı araşdırılmamış, faktlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa d a, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
32. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
34. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
35. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
36. Maddə 324.5. İradə ifadəsi nin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
39. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağ lamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
40. Maddə 351.2. Əgər əhəmiyyəts iz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
41. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
42. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
43. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşmas ı ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
44. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
45. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etd iyi halları sübut etməlidir.
48. Maddə XXX. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 41XXX.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin faktiki hallarının düzgün müəyyən edilməməs i, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
59. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 40XXX.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Əqdin zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır.
61. Kollegiya vurğulayır ki, həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür.
62. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X10 mütəşəkkil dəstə tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində olmuş Bakı şəhəri, ünvan, 50 ünvanında 111XXX,9 m2 sahədə yerləşən ticarət və xidmət sahəsini (meyvə-tərəvəz bazarını) qazanc əldə etmək məqsədilə, XXX qardaşlarını qanunsuz Milli Təhlükəsizlik Nazirliyinə gətizdirib 12 saat ərzində ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərini məhdudlaşdırıb xidməti otaqlarda saxlayaraq qanunsuz azadlıqdan məhrum etmiş, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərlə hakimiyyət həddini və vəzifə səl ahiyyətlərini aşıb XXX və XXX XXX qardaşlarına meyvə-tərəvəz bazarını təhvil vermələrinin tələb olunduğunu bildirib, onlara iynə vurulub iflic ediləcəkləri, terrorçu kimi həbs olunacaqları ilə hədələyib şəxsən bədənlərinin müxtəlif nayihələrinə yumruq və təpiklə çoxsaylı zərbələr vurmaqla döyüb fiziki zor tətbiq etməklə meyvə-tərəvəz bazarını hədə-qorxu ilə tələb etmiş, inzibati binada qanunsuz saxlanılmaqla onun səlahiyyətlərinə görə hədəni real qəbul edən XXX xx.xx.2005-ci il tarixdə "xxxx" müəssisəsinin (tərkibindəki bazarla birlikdə) idarə olunması və üzərində sərəncam verilməsi hüquqlarını notarial qaydada rəsmiləşdirilmiş baş etibarnamə ilə XXXun yaxın adamı olan X20 verdikdən sonra, qeyd olunan ticarət və xidmət sahəsi 6 yanvar 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən etiba r etdikləri İddiaçı, 7 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə isə X14 XXXnın həmtəsisçi olduğu Cavabdeh3 MMC-nin adına rəsmiləşdirilmişdir.
63. Həmin hökmdə məhkəmə, “...bu cinayətdə İddiaçı da hansı dərəcədə iştirakı tam müəyyən edilmədiyindən, həmin daşınmaz əmlakın İddiaçı qaytarılmasının məqsədəmüvafiq hesab olunmadığı” nəticəsinə gəlmiş, “X17 tərəfindən İddiaçı sözügedən ticarət və xidmət sahəsinin (meyvə-tərəvəz bazarının) zorakılıq və hədələmə yolu ilə ələ keçirilməsinə dair xüsusatlarla bağlı cinayət təqibinin davam etdirildiyini” vurğulamışdır.
64. Sözügedən cinayət işi üzrə xx.xx.2015-ci il tarixdə aparılmış “üzləşdirmə dindirmə protokolu”nda və xx.xx.2016-cı il tarixli “şahidin əlavə dindirmə protokolu”ndan aydın olmuşdur ki, həmin dindirmələrdə İddiaçı aşağdakı m əzmunda ifadələr vermişdir: “...X24 bazar müqabilində mənə nə qədər pul verdiyi məsələsini aydınlaşdırarkən məlum oldu ki, XXX mənə 140 000 pul verib. XXX özü də bunu XXXa etiraf etdi. Bundan sonra biz razılaşdıq ki, X25 adlı şəxsə olan borcu ödənilsin və XXX bazarı mənə qaytarsın. Bundan sonra XXXun yaxın adamı olan X27 XXXa 300 000 ABŞ dolları ödədi ki, bazarla bağlı bütün borcları ödəsin və halallıq olsun. Çünkü XXX özü də deməsinə görə bazara xeyli xərc çəkib. Bundan sonra isə XXX bazarı mənə geri qaytardı və üzr istədi. Mənim əsl məqsədim XXXun mənə qarşı etdiyi haqsız hərəkətlərin qarşılığının alınması idi və 2002ci ildə bazarı mənim ailə üzvlərimə və qardaşlarıma təzyiq göstərməklə mənimsədiyi üçün cəzalandırmaq istəyirdim. Lakin mən bazarı işlətmək həvəsində deyildim. Həm də yüksək təzyiqim var idi. Bütün bunlara görə 2006-cı il tarixdə mən XXXun mənim adıma qaytardığı bazarı XXXun yaxın adamı olan XXXa satdım və sənədlər onun adına rəsmiləşdi. Buna görə mənə 150 000 ABŞ dolları ödənildi və hal-hazırda da XXX mənə aylıq 5000 ABŞ dolları göndərir”.
65. Göründüyü kimi İddiaçı, mübahisələndirdiyi müqaviləni bağladığı zaman mövcud olmuş şərait dəyişdikdən, yəni ona hədə-qorxu gəldiyini bildirdiyi şəxs(lər)in cinayət məsuliyyətinə cəlb olunmalarından sonra və hətta həmin şəxslər barəsində aparılan cinayət işinin istintaqı zamanı müqaviləni sərbəst iradəsi ilə bağladığını bəyan etmişdir.
66. Apellyasiya Məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, müqavilə bağlanarkən iddiaçının azad iradəsi olmuş, onun həmin müqaviləni məcburetmə (hədəqorxu) ilə bağlaması təsdiq olu nmamışdır.
67. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.
68. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinin mənasına görə, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Maddənin hüquqi mahiyyəti ilə əlaqədar həm də qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir – bu müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
69. İşin hallarından görünür ki, İddiaçı mübahisələndirdiyi müqaviləni bağladığı zaman mövcud olduğunu irəli sürdüyü zorakılığa və ya hədəyə 2015-ci ildə son qoyulmuş, lakin o 2021-ci ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
70. İddiaçının “müqavilənin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması onun digər tələblərinin də təm in olunmaması ilə bağlı hallara qiymət verilməsini aradan qaldırır.
71. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (46-47&).
72. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara MPM-in XXX-ci maddəsinə əsasən düzgün qiymət vermişdir. 73. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci i l tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3574/2022 nömrə li, 7 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.