Məhkəmə qərarları › İş №2(102)-5580/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5580/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5580/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2nun cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3, Əlibəyli Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fonduna qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair”mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi ilə, Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı X2nun vəkili Vəkil1, cavabdeh Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)1182/2021 nömrəli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fonduna qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 “İ.Y.” məhdud məsuliyyətli cəmiyyətində olan payının Əlibəyli Cavabdeh4 verilməsinə dair əqdin əhəmiyyətsiz hesab olunm ası, 97800 ABŞ dolları, həmin pul üzrə hesablanmış 5000 ABŞ dolları faiz, 30000 manat maddi zərər, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmət üçün ödənilmiş pulun əvəzinin, cəmi 102800 ABŞ dolları və 36030 manat pulun cavabdehlər Cavabdeh1, “İ.Y.” məhdud məsuliyyətli cəmiyyətindən və Əlibəyli Cavabdeh4 birgə borcluluq qaydasında tutularaq ona ödənilməsi və Cavabdeh3 vurduğu mənəvi zərər səbəbi ilə ondan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 18 noyabr 2020-ci il tarixli, 2(012)788/2020 saylı qətnaməsi ilə iddiaçı X2nun cavabdehlər Cavabdeh1, “İ.Y.” məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təm in edilmiş, Cavabdeh1 79950 ABŞ dolları borc olaraq, 3150 ABŞ dolları maddi ziyan olaraq, cəmi 83100 ABŞ dollarının ödəniş günü Azərbaycan manatı məzənnəsinə uyğun, dövlət rüsumunun əvəzi 20 manat məbləğində pulun alınaraq X1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı X2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov və Səyyad Qafari) 06 may 2021-ci il tarixli, 2(105)1182/2021 nömrəli qətnaməsi ilə iddiaçı X2nun və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-788/2020 saylı qətnaməsi iddia tələbinin Cavabdeh3 qarşı olan hissədə istisna o lmaqla, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 11.08.2021-ci il tarixli məktubu ilə iddiaçı X2nun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)1182/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı X2nun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5580/2021 nömrəli 22.09.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 da “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin kassasiya şikayətinin Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinə uyğunluğu yoxlanılmamış və həmin kassasiya şikayəti iş materiallarına əlavə edilib baxılması üçün Ali Məhkəməyə göndərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayətinin icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5580/2021 nömrəli 22 sentyabr 2021-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar