Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5581/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı QSC-nin Cavabdeh5 qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5581/21 (Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı QSC-nin vəkili X1, Cavabdeh: Cavabdeh5, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(105)-1347/2021 saylı qətnaməs indən Cavabdeh5 kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı QSC məhkəmədə Cavabdeh5 və digərlərinə qarşı iddia qaldıraraq, 08 fevral 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh1 oğlu arasında bağlanmış 17 may 2007-ci il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh6 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, istifadədə olan 0,165 ha torpaq sahəsində yerləşən 67 saylı binanın 2 otaqlı, ümumi sahəsi 54,81 kv.metr olan 5 saylı mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib və ipoteka predmetinin ilkin satış qiyməti 22.495,02 manat mü əyyən edilib. Həmçinin 16 dekabr 2010-cu il tarixli sazişə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2007-ci il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi ilə, yəni kreditin məbləğinin 1.000.000 manat, müddətinin 163 ay müəyyən edilməsi ilə əlaqədar iddiaçı ilə Cavabdeh6 arasında bağlanmış 08 fevral 2010-cu il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanıb. İpoteka predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2007-ci il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razı laşması üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh5 məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, mülkiyyətdə olan 0,0225 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 366,2 kv.metr olan 257 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib və ipoteka predmetinin ilkin satış qiymətinin 192.535,20 manat müəyyən edilib. İpoteka predmeti olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Borcalan Cavabdeh1 sözügedən kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısında öhdəliklərini tam icra etmədiyindən qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh6, Həsənbala Həsənov, Kamil Həsənov, Şahlar Mirzəyev və Cavabdeh5 müştərək qaydada sözügedən kredi t razılaşması üzrə əsas borca görə 163.782,58 ABŞ dolları, faiz borcuna görə 31.942,73 ABŞ dolları, kredit borcunun gecikdirilməsinə görə hesablanmış 5.060,25 ABŞ dolları cərimə də daxil olmaqla, cəmi 200.785,56 ABŞ dollarının, habelə sözügedən kredit razılaşması üzrə əsas borca görə 35.843,03 ABŞ dolları, faiz borcuna görə 7.311,31 ABŞ dolları, kredit borcunun gecikdirilməsinə görə hesablanmış 1.053,29 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 44.207,63 ABŞ dollarının, eyni zamanda həmin kredit razılaşması üzrə əsas borca görə 4.998,57 ABŞ dolları, faiz borcuna görə 833,03 ABŞ dolları, kredit borcunun gecikdirilməsinə görə hesablanmış 87,50 ABŞ dolları cərimə olmaqla, cəmi 5.919,10 ABŞ dolları, ümumilikdə isə hər üç kredit razılaşması üzrə 250.912,29 ABŞ dollarının tutulub iddiaçıya ödənilmə si qət edilib. Borcalan Cavabdeh1 sözügedən kredit xətti müqaviləsi və kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulacaq məbləğin ipoteka predmetlərinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılması hissədə iddia tələbi ilə məhkəməyə müraciət edib. Ona görə də, cavabdehlər Cavabdeh1, Şahlar Mirzəyev, Cavabdeh6, Cavabdeh5 və Daşqın Əliyevdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 250.912,29 ABŞ dolları kredit borcunun ipoteka predmetləri olan Cavabdeh5 məxsus olan fərdi yaşayış evinə və Cavabdeh6 məxsus olan mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin iddiaçıya olan borcun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi, həmçinin mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və Daşqın Əliyevin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.A.Məmmədov) iddia qismən təmin edilərək, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cavabdeh5 məxsus olan 0,0225 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 366,2 kv.metr olan 257 saylı fərdi yaşayış evinin ilkin sat ış qiymətinin 350.000 manat, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 67 saylı evin Cavabdeh6 məxsus olan 5 saylı mənzilin ilkin satış qiymətinin 45.000 manat olmaqla açıq hərracdan satılmaları və satışdan əldə olunan vəsait hesabına Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş ümumilikdə 250.912,29 ABŞ dollarının ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra Sumqayıt şəhəri, Corat qəsəbəsi, 257 saylı fərdi yaşayış evinin satışından artıq qalan məbləğin Cavabdeh5, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 67 saylı evin 5 saylı mənzilinin satışından artıq qalmış məbləğin Cavabdeh6 qaytarılması, iddia tələbinin- Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,0225 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 366,2 kv. metr olan 257 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması, habelə Sumqayıt şəhəri, 17-ci mikrorayon, 67 saylı evin 5 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh6 və Daşqın Əliyevin həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılmasına aid hissədə təmin edilməməsi qət edilib. İddiaçı və cavabdehlər Cavabdeh1 və Şahlar Mirzəyev ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və S.A.Qafari) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Sumqa yıt Şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi qismən- Cavabdeh5 məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, mülkiyyətdə olan 0,0225 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 366,2 kv.metr olan 257 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilərək, həmin evin ilkin satış qiymətinin 288.000 manat müəyyən edilməsi, qalan hissədə qətnamənin iddiaçının və cavabdehlər Cavabdeh1 və Şahlar Mirzəyevin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı və Cavabdeh5 ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri veriblər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və İ.K.Xəlilov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2020-ci il tarixli qətnaməsi qismənipoteka predmetlərinin boşaldılması tələblərinin təmin edilməməsi hissəsində ləğv edilib, həmin hissədə mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb və Cavabdeh5 kassasiya şikayəti təmin edilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilib, id dia mənzildən çıxarılma və mənzilin boşaldılması hissələrində təmin edilib, Cavabdeh6 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, istifadədə olan 0,165 ha torpaq sahəsində yerləşən 67 saylı binanın 2 otaqlı, ümumi sahəsi 54,81 kv.metr olan 5 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh6 və Daşqın Əliyevin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilib. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021ci il tarixli qərardadı ilə həmin Məhkəmənin 28 aprel 2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılması və qətnamənin nəticə hissəsində “ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 0,0225 ha torpaq sahəsində yerləşən ümumi sah əsi 366,2 kv.metr olan 257 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin evdən çıxarılması, evin boşaldılması və evin iddiaçıya təhvil verilməsi” kimi qeydin aparılması qərara alınıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mülki qanunvericiliyə görə, ipoteka qoyulmuş sözügedən fərdi yaşayış evinə və mənzilə tutma yönəldildikdə və onlar satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Birinci instansiya məhkəməsi iddia tələblərini qeyd olunan hissələrdə təmin etməməklə səhv nəticəyə gəlib və maddi hüquq normalarının təfsirində səhvə yol verib. Ona görə də iddia tələbləri hazırda mübahisələndirilən hissələr də təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269.5, 317.1, 319.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh5 kasasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki,apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı QSC etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 məhkəmə iclasında i ştirak etsələr də vəkilli birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı QSC-nin vəkili Şahin Sadıqov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı Cavabdeh5 vəkili Vəkil2, digər cavabdehlər Daşqın Əliyev, Cavabdeh6, Şahlar Mirzəyev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasın ı mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qan unu: Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsa sında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh5nın mülkiyyətində olan evə aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessua l hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh5 kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, ona məxsus olan evə münasibətdə səhv nəticəyə gəldiyini və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tu tulması” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada kredit razılaşması üzrə əsas borca görə 163.782,58 ABŞ dolları, faiz borcuna görə 31.942,73 ABŞ dolları, kreditin gecikdirilməsinə görə hesablanmış cəriməyə görə 5.060,25 ABŞ dolları olmaqla, cəmi 200.785,56 ABŞ dolları, digər kredit razılaşması üzrə əsas borca görə 35.843,03 ABŞ dolları, faiz borcuna görə 7.311,31 ABŞ dolları, kreditin gecikdirilməsinə görə hesablanmış cəriməyə görə 1.053,29 ABŞ dolları olmaqla, cəmi 44.207,63 ABŞ dolları, digər kredit razılaşması üzrə əsas borca görə 4.998,57 ABŞ dolları, faiz borcuna görə 833,03 ABŞ dolları, kreditin gecikdirilməsinə görə hesablanmış cəriməyə görə 87,50 ABŞ dolları olmaqla, cəmi 5.919,10 ABŞ dolları, ümumilikdə hər üç kredit müqaviləsi üzrə 250.912,29 ABŞ dol larının tutulub iddiaçıya ödənilməsi qət edilib. Eyni zamanda, 08 fevral 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən, iddiaçı ilə cavabdeh Həsənbala Mirzəyev arasında bağlanmış 17 may 2007-ci il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh6 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, istifadədə olan 0,165 ha torpaq sahəsində yerləşən 67 saylı binanın 2 otaqlı, ümumi sahəsi 54,81 kv.metr olan 5 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib və ipoteka predmetinin ilkin satış qiyməti 22.495,02 manat müəyyən edilib. Həmçinin 16 dekabr 2010-cu il tarixli sazişə əsasən, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2007-ci il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi ilə, yəni kreditin məbləğinin 1.000.000 manat, müddətinin 163 ay müəyyən edilməsi ilə əlaqədar iddiaçı ilə Cavabdeh6 arasında bağlanmış 08 fevral 2010-cu il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanıb və ipoteka hüququ dövlət qeydiyyatına alınıb. Daha sonra, 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2007-ci il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh5 məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, xüsusi mülkiyyətdə olan 0,0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edil ib və ipoteka predmetinin ilkin satış qiyməti 192.535,20 manat müəyyən edilib və ipoteka hüququ dövlət qeydiyyatına alınıb. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə mü stəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyanın tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Həmçinin qeyd olunan Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Göründüyü kimi, qanunvericilik ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadığı halda, həmin şəxslərin evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan çıxarılması qaydasını müəyyən edib. Bu baxımdan, ipoteka predmeti olan əmlakların hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə ayrıca iddia verilməsinə də zərurət yoxdur. Həmin Qanunun 59-cu maddəsinin yeni redaksiyasına əsasən, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcbu ri qaydada çıxarılırlar. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslanlırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddia tələbini- Cavabdeh5 ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, xüsusi mülkiyyətdə olan 0,0225 ha torpaq sahəsində yerləşən 257 saylı fərdi yaşayış evində çıxarılması və həmin evin boşaldılması hissəsində təmin etməməklə səhv nəticəyə gəlib və sadalanan maddələrin tələblərini pozub. Ona görə də iddiaCavabdeh5 sözügedən evdən çıxarılması və həmin evin boşaldılması hissəsində də təmin edilməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh5 mülkiyyətində olan sözügedən fərdi yaşayış evi yuxarıda qeyd olunan ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulub, habelə ipoteka qoyan Cavabdeh5 ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilməklə öz üzərinə öhdəlik götürüb. Ona görə də ipoteka qoyulmuş sözügedən fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh5 yaşayış evini ən geci bir ay ərzində tərk etməsi nəticəsinə gəlməklə apellyasiya instansaiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh5 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini p ozduğunu, iddia tələbinin ona məxsus olan evdən çıxarılması və evin boşaldılması hissəsində əsassız olduğunu göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-ni n 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh5 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(105)-1347/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5581/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5581/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver