Məhkəmə qərarları › İş №2(102)-5584/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5584/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5584/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin vəkili Osmanov Zaur Məzahir oğlunun və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(105)-1443/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassas iya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC ilə Cavabdeh arasında 12 sentyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2152,08 ABŞ dolları əsas, 86,27 ABŞ dolları faiz, 20,34 ABŞ dolları cərimə olmaqla, cəmi 2258,69 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmi şdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdehin 20.04.2020-ci il tarixli etiraz ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 19.06.2020-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mülki iş iddia icraatına keçirilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 2152.08 ABŞ dolları əsas borc, 86.27 ABŞ dolları faiz borcu, 20.34 ABŞ dolları cərimə olmaqla, cəmi 2258.69 ABŞ dolları borcu yaranmışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə iş materiallarına əlavə edilmiş 19.11.2020-ci il tarixli Problemli kreditlərin kompensasiyasına dair məlumatlara əsaslanaraq hesab etmişdir ki, iddiaçının hazırki tələb üzrə cavabdehdən borc tələb etməsinə heç bir əsas yoxdur. Belə ki, 19.11.2020-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair məlumatlardan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə olan borcu silinərək, kompensasiya məbləği 1161,03 manat məbləğində ö dənişi geri qaytarılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və Cavabdeh iddiaçının xeyrinə 1.374,30 ABŞ dolları əsas borcunun, ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməsi və həmçinin apellyasiya şikayətinin verilməsi üçün tərəfimizdən ödənilmiş 15 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(105)-1443/2021 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanovun apellyasiya şikayəti təmin edil ərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin edilməsi, Cavabdeh 11060nkSUM/14 saylı, 12.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1374,30 ABŞ dolları məbləğdə pulun (icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) alınıb iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 11,75 manat hissəsinin iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə aid edilməsi, Cavabdeh 1,75 manat dövlət rüsumu və 15 manat apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməs i toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işdə olan sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçı tərəfin sonradan qeyri-mötəbər mənbələrdən və öz xeyirlərinə düzəlişlər edilməklə aldığı sənədlərə əsaslanaraq b elə bir qətnaməni qəbul etmişdir. Hansı ki, birinci instansiya məhkəməsində işə baxılarkən MKR məlumatlarında cavabdehin adına borcun bağlı olması barədə mötəbər sübutlar olmuşdur. Belə olmasına baxmayaraq iddiaçı tərəf hansı yollarlasa həmin MKR-dən cavabdehin borclu olması barədə yeni sənədlər əlavə edərək əvvəlki sənədlərin guya yanlışlıq nəticəsində yazılmasını göstərmişdir. Ancaq 19.11.2020-ci il tarixli problemli kreditlərin kompensasiyasından görünür ki, X1 “Unibank “Kommersiya Bankı ASC-yə olan borcu silinərək, kompensasiya məbləği 1.161,03 manat məbləğində ödənişi geri qaytarılmışdır. Belə çıxır ki, cavabdehin ödənilmiş kompensiyasiyadan xəbəri olmamış və ya iddiaçı tərəf bu barədə sənədlərə saxta məlumatlar daxil etmişdir. İşin faktiki hallarından da göründüyü kimi, müqavilə üzrə münasibətlər tərəflərin iradəsindən asılı olmayaraq, problemli kreditlərin kompensasiya edilməsi cədvəlinə uyğun olaraq həll edilmiş və müqavilə münasibətlərinə xitam verilmişdir. Belə olduğu halda iddiaçı tərəfindən pul tələbi ilə əlaqədar iddianın qaldırılmasına heç bir hüquqi əsas yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh nümayəndəsi Namazov Həsən Firudin oğlu məhkəmə kollegiyasının iclasında vəkillə təmsil olunmadığına görə onun izahatı dinlənilməmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin vəkili Osmanov Zaur Məzahir oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul ed ilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsa ssız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onlar ın prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüqu qun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 18. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanı

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəma nəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

24. Belə ki, tərəflər arasında 12 sentyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 3.000 ABŞ dolları məbləğində kreditin verilməsi işin mübahisəsiz halıdır. 25. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləsi təmin edilmişdir.

26. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” hazırlanmışdır.

27. Bu Qaydaların 7.1-ci bəndində deyilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tə rəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır.

28. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur: hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği; dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği; kompensasiyanın bu Qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği; restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar (7.2-ci bənd).

29. Qaydaların 2.1.12-ci bəndinə görə elektron p ortal – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazasıdır.

30. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi X4 03.11.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci bəndinə görə banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər.

31. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat mə bləğləri çıxılmadan) təqdim edilir (Qaydaların 2.2-ci bəndi).

32. Qaydaların 2.5-ci bəndinin tələbinə görə banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir.

33. Göründüyü kimi MKR məlumatları və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etmiş olduğu elektron portal məlumatları, mühasibat registrindəki hesabatlara əsasən icbari qaydada vaxtaşırı yenilənən mötəbər əsaslara söykənir.

34. İş materiallarının 79-cu səhifəsində olan pro blemli kreditlərinin kompensasiyası haqqında elektron portaldan 19.11.2020-ci il tarixdə edilmiş çıxarış məlumatlarında cavabdehin iddiaçıya olan restrukturizasiya olunmalı kredit borcunun məbləği 11,04 manat göstərilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin iddiaçı qarşısında icra olunmamımş öhdəliyini müəyyən edərkən istinad etdiyi məlumatlar isə MKR məlumatları və problemli kreditlərinin kompensasiyası haqqında elektron portaldan alınmış məlumatlar deyil, yalnız iddiaçının izahatı və təqdim etdiyi hesabdan çıxarış sənədidir. Məhkəmə bu zaman vaxtaşırı olaraq (hər ay) yenilənən reyestr məlumatlarının nəyə görə qəbul edilmədiyini əsaslandırmamışdır.

36. Bundan başqa, MKR-nin arayışında cavabdehin borc üzrə kompensasiya edilən məbləğ 1161 manat qeyd olunmuş, lakin bank ın təqdim etdiyi şəxsi hesabdan çıxarışdan görünür ki, cəmi 524 manat kompensasiya çıxılmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi işin bu hallarını araşdırmamış, hüquqi qiymət verməmişdir.

38. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

39. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb ed ən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(105)-1443/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar